114
qurulması istəyində olduğunu dedilər. O bu fikrə belə bir münasibət
bildirdi: “SSRİ-nin belə bir düzən qurulmasına heç bir zaman etirazı
olmayacaqdır. Adadakı iki icmanın bu məsələdə anlaşması yetər-
lidir. Kiprlilərə xaricdən edilən hər hansı əmrlərə razı deyilik. Ada-
da xarici ölkələrin və bazaların olmasına razı deyilik”.
Noyabrın 3-də Erkin Moskvada danışıqları davam etdirdi. O,
SSRİ Nazirlər Sovetinin sədri A.Kosıginlə görüşdü. Söhbət 75
dəqiqə çəkdi
168
. Görüşdə SSRİ-nin Türkiyədəki səfiri N. S. Rıjov iş-
tirak edirdi. Onlar sovet-türk münasibətlərinin mövcud vəziyyətini
və gələcək perspektivlərini müzakirə etdilər. Lenin və Atatürk za-
manından iki ölkə arasında əsası qoyulmuş etimad və işgüzar əmək-
daşlığın real imkanlarının olduğunu vurğulayan tərəflər bu istiqa-
mətdə bəzi konkret addımların atılmasının vacibliyini бildirdilər.
Kosıgin ölkələrinin ayrı-ayrı düşərgələrdə olmasının türk-sovet
dostluğuna ciddi əngəl тюrəтmədiyini söylədi. Erkin aparılan müza-
kirələri dostluğu sağlam təməllər üzərinə yerləşdirmək üçün böyük
bir fürsət və son şans hesaб edirdi. Münasibətlərin inkişafından öt-
rü Kipr məsələsində SSRİ-nin tutduğu mövqenin əsas rol oyna-
yacağına diqqət çəkdi. Kipr problemini müzakirə etmək istədi. La-
kin Kosıgin bu məsələnin Qromıko ilə müzakirəsinin kifayət
etdiyini dedi. Ona görə də бir daha Kipr məsələsinə toxunulmadı.
Əvvəlcədən nəzərdə tutulan müddəti ötən və səmimi keçən
danışıqda NATO-dakı vəziyyət müzakirə edildi. Kosıgin bu paktı
müdafiə deyil, hücum paktı hesab etdi. Erkin isə həmin fikirdə
olmadığını dedi. Tarixə qısa nəzər yetirdi. Qeyd etdi ki, türk-sovet
münasibətləri Türkiyənin NATO-ya girməsi ilə pozulmamışdır.
İkinci dünya müharibəsinin gedişində Stalinqrad döyüşündə qa-
zanılan qələbədən sonra SSRİ-nin Türkiyəyə münasibəti dəyişdi.
Sovet təhdidləri qarşısında Türkiyə NATO-ya girdi. Bundan sonra
danışan Kosıgin olanların artıq arxada qaldığını deyərək irəli bax-
mağın vacibliyini söylədi.
Sovet baş naziri iki ölkə arasında ticarət əlaqələrinin artırıl-
masına böyük əhəmiyyət verdiklərini dedi. Bundan ötrü sovet xarici
ticarəti ilə məşğul olan orqanlara xüsusi təlimat verdiyini söylədi.
O, iki ölkə arasında mədəni əlaqələr sahəsində də sıx təmasların
qurulmasını arzuladı.
Kosıginlə Erkin görüşərkən siyasi və iqtisadi komitələrdə iş
115
davam etdirilirdi. Siyasi komitənin işinə bir qədər sonra Erkin və
Qromıko da qatıldı. Ümumi siyasi məsələlərə baxıldıqdan sonra
tərksilah, Kipr, Birləşmiş Millətlər Təşkilatı ilə bağlı problemlər və
Almaniyanın vəziyyəti müzakirə edildi. Türkiyə nümayəndə heyəti
Kipr məsələsində türk hökumətinin mövqeyi barədə sovet tərəfinə
müfəssəl məlumat verdi. Moskva adada problemin xarici müdaxilə
olmadan hər iki icmanın hüquqlarının bərabər qorunması və fede-
rativ formalı idarəçiliklə həllinə dair türk tərəfinin mövqeyini qəbul
etdi. Sovetlər birinin digərinə qarşı hər hansı formada qərarları
pozması əleyhinə idi. Geniş müzakirədən sonra Kipr məsələsində
fikir birliyinə nail olundu. Hər iki tərəf enosisə qarşı çıxdı. Sovet və
türk heyətləri problemin Kipr Respublikasının suverenliyinə və
ərazi bütövlüyünə hörmət, hər iki icmanın qanuni hüquqlarını
qorumaq, adada iki icmanın mövcudluğunu qəbul etmək əsasında
dinc siyasi vasitələrlə həllinə tərəfdar olduqlarını bəyan etdilər.
Əlbəttə, yalnız bir səfər nəticəsində sovetlərin Türkiyənin Kipr
siyasətini tam qəbul edəcəyini gözləmək doğru olmazdı. Amma SSRİ-
nin enosisə qarşı qətiyyətlə çıxması türk xarici siyasətini gücləndirən
bir mövqe idi. Moskvanın belə mövqeyi Türkiyə tərəfindən yüksək
qiymətləndirildi. Sovetlər adanın Yunanıstanla enosisindən sonra
NATO-nun təsir dairəsinə düşməsinə yol vermək istəmirdi. Eyni za-
manda NATO üzvləri olan Türkiyə ilə Yunanıstan arasında ziddiy-
yətləri dərinləşdirərək təşkilatı zəiflətməkdə maraqlı idi.
İqtisadi komissiyanın iclasında sovet-türk qarşılıqlı ticarət
məsələləri geniş müzakirə edildi. İki ölkə arasında ticarət münasi-
bətlərinin indiyədək yaxşı olmadığı, onun düzəldilməsi üçün lazımi
tədbirlərin görülməsi fikri qəbul edildi. Sovetlərin Türkiyədə bəzi
layihələrin həyata keçirilməsində iştirakı və iki ölkə arasında tica-
rətdə mal mübadiləsinin artırılması təklifləri barədə ilkin razılıq
əldə olundu. Danışıqların davam etdirilməsi məsləhəт gюrüldü. Nü-
mayəndə heyətləri mümkün olan bütün imkanlardan istifadə etmək-
lə coğrafi baxımdan yaxın olan iki qonşu ölkə arasında ticarətin
daha da inkişafı arzusunu ifadə etdilər. Razılığa əsasən SSRİ Tür-
kiyədən tütün, qoz və sitrus bitkilərinin, Türkiyə isə SSRİ-dən ma-
şın, avadanlıq və qazma qurğuları idxalını artırmalı idi. Bu prinsi-
pial sazişin bütün cəhətlərinin hər iki tərəfin səlahiyyətli orqanları-
116
nın nümayəndələri tərəfindən müəyyənləşdirilməsi barədə razılıq əl-
də edildi. Bazarın imkanlarını öyrənmək məqsədi ilə ekspert nüma-
yəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsi qərara
alındı.
Sovetlərin Türkiyəyə kredit verməsi məsələsi müzakirə möv-
zusu olmadı. Çünki Türkiyə nümayəndə heyəti sovet paytaxtına bu
xahişlə gəlməmişdi. Sovetlər Çoruh gölündəki adacığın mülkiyyə-
tini türklərə verdilər
169
.
Danışıqlarda iki ölkə arasında mədəni əlaqələr sahəsində Tür-
kiyənin təklif eтdiyi saziş layihəsi Moskvada anlayışla qarşılandı.
Sovetlərin irəli sürdüyü bir sıra təkliflərin türklər tərəfindən qəbul
edilməsi sənədin imzalanması imkanlarını artırırdı.
Qromıko türk nümayəndə heyətinin şərəfinə ziyafət verdi. İki
saat sürən ziyafət zamanı xarici işlər nazirləri ikitərəfli və bey-
nəlxalq problemlərə dair fikir mübadiləsi etdilər.
Sovet-türk danışıqlarının sonuna yaxın Erkin türk mətbuatına
verdiyi müsahibədə vəziyyətin təxmin etdiyindən də yaxşı olduğunu
vurьuladı. Əldə olunan nəticələrin ümidlərinin fövqündə olduğunu
söyləyərək “yurda başarılı nəticələrlə dönəcəyik” dedi. Erkin iki
юlkə arasında münasiбəтlərin yaxşılasmasının Moskvanın Kipr
məsələsində göstərdiyi diqqətdən doğduьu qənaəтində idi.
Moskvada danışıqlar davam etdiyi bir zamanda Türkiyə Kipr
məsələsində həll yolu olaraq qəbul etdiyi “Açeson planı”nın əvə-
zində “İcmaların ayrılığına əsaslanan federativ Kipr” tezisini BMT-
də müdafiə edəcəyini bildirdi. Bu yeni siyasət Moskvadakı danı-
şıqların gedişində türk nümayəndə heyəti tərəfindən təməl prinsipi
olaraq irəli sürüldü. Sovet rəhbərləri tərəfindən anlayışla qarşı-
landıqdan sonra тürk hökuməti Kipr məsələsində daha qəтiyyəтli və
cəsarətli oldu.
Noyabrın 5-də F.C.Erkin SSRİ Ali Soveti Rəyasət Heyətinin
sədri A.İ.Mikoyanla bir saat yarım davam edən danışıqlar apardı.
Danışıqlarda Qromıko da iştirak edirdi. Bu görüşdə iki ölkə ara-
sında əsasən ticarət-iqtisadi münasibətlərə dair məsələlər müzakirə
edildi. Siyаsi məsələlərə toxunulmadı. Mikoyan sovet hökumətinin
Türkiyə ilə ticarət-iqtisadi əlaqələri inkişaf etdirmək və müəssisələr
tikmək istəyində olduğunu bildirdi. Erkin Mikoyana Türkiyənin in-
kişaf planı barədə məlumat verdi. Vaxtilə sovetlərin inşa etdiyi
Dostları ilə paylaş: |