Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə36/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   32   33   34   35   36   37   38   39   ...   185

 

 

111 



Erkini təmin etməkdən çox uzaq idi. Bununla belə, həmin məsələlərin 

gündəliyə  gətirilməsi  ilə  sovet  tərəfi  Тürkiyənin  çox  şeyləri  bildiyini 

başa düşdü.  

 Qromıko  bu  suallara  cavab  vermək  üçün  ölkə  rəhbərləri  ilə 

bəzi məsləhətləşmələrə ehtiyac duyulduğunu bildirdi. Kipr məsələsi 

barədə  soveтlərin  əvvəllər  də  məlumatı  vardı.  Erkini  dinlədikdən 

sonra  Qromıko  məsələnin  бüтün  tərəflərini  öyrəndiyini,  sovetlərin 

Kiprin Yunanıstan tərəfdən enosisinə qarşı, Kiprə müdaxilənin əley-

hinə,  problemin  həllində  qapıları  qapatmamağın  tərəfdarı  oldu.  O, 

adada  heç  bir  xarici  bazanın  olmamasının,  federativ  quruluşun 

yaradılmasının,  hər  iki  xalqın  hüquqlarının  bərabər  qorunmasının 

vacibliyini  söylədi

162

.  Qromıkonun  fikirləri  iki  ölkə  arasında  Kipr 



məsələsində təməl prinsiplərində ümümi nöqtələrin mövcudluğunu, 

razılaşmaların əldə edilməsinin imkansız olmadığını göstərirdi. So-

vet xarici işlər naziri iki qonşu ölkə arasında buzların əridilməsinin, 

şübhələrə,  keçmişdə  baş  vermiş  xöşagəlməz  hallara  son  qoyulma-

sının və dostanə münasibətlər qurulmasının vacibliyini vurьuladı.  

Erkin  Ermənistanda  qızışdırılan  antitürk  əhval-ruhiyyəsindən 

narahat  olduqlarını,  SSRİ-ni  Qafqazda  Türkiyəyə  dost  ölkə  kimi 

görmək  istədiklərini  söylədi.  Qromıko  sovet-türk  münasibətlərini 

poza  biləcək  qüvvənin,  dövlətinin  Türkiyəyə  qarşı  heç  bir  ərazi 

iddiası olmadığını dedi.  

Nazirlər  iqtisadi  və  mədəni  əlaqələrin  inkişafının  zəruruliyini 

qeyd  etdilər.  Erkin  kommunist  təbliğatı  olmayacağı  təqdirdə  iki 

ölkə arasında mədəni əlaqələrin inkişafında elə bir əngəl görmürdü.  

Söhbət  günorta  yeməyində  də  davam  etdirildi.  Тədбirdə  digər 

sovet  rəsmi  şəxsləri  də  iştirak  edirdi.  Qromıko  nitqində  dedi:  “So-

vet-türk  münasibətlərinin  tam  mənası  ilə  səmimi  olması  gərəkdir. 

Son zamanlarda bir sıra addımlar atılmışdır. Fəqət, görüləsi bir çox 

şeylər  vardır.  Söylənilən  gözəl  sözlər  real  işlərlə  möhkəmlən-

dirilərsə məna qazanar. Səfər bu baxımdan önəmlidir”.  

Qromıkonun  nitqinə  cavabında  Erkin  səfərinin  “sözlərin  real 

işlərlə möhkəmləndirilməsi məqsədi ilə edildiyini”, “25 il əvvəl cə-

rəyan  edənlərin  qapanmış  olduğunu  qəbul  edirik.  Münasibətləri-

mizin pozulmasında xətalar bizdə olmamışdır” dedi

163


.  

Yeməkdən  sonra  nümayəndə  heyətləri  arasında  keçirilən  bir 




 

 

112 



saatlıq  danışıqlarda  tərəflər  yenidən  Kipr  probleminə  dair  fikir 

mübadiləsi  apardılar.  Sovet  tərəfi  birmənalı  olaraq  enosisə  qarşı 

çıxdı. Adada iki icmanın bərabərliyi və hüquqlarının qorunması va-

cibliyini  bəyan  etdi.  Qromıko  amerikanların  Türkiyəyə  etdikləri 

yardımları  dayandıracaqları  təqdirdə  sovetlərin  onu  verə  biləcəyini 

dedi


164

.  


Xarici  işlər  nazirləri  iki  ölkə  arasında  iqtisadi  və  ticarət  məsə-

lələrini  geniş  müzakirə  etmədilər.  Həmin  məsələlərin  müvafiq 

komitələrdə müzakirəsi tövsiyə olundu.  

Sovet-Türkiyə  mədəni  əlaqələrinə  dair  məsələnin  müzakirəsi 

keçirilməsə də, türk heyəti əvvəlcədən hazırladığı bir layihəni sovet-

lərə  təqdim  etdi.  Erkin  “bu  layihə  üzərində  qısa  zamanda  iş  apa-

rıldıqdan  sonra  hazır  olacaq  sənəd  Ankaraya  dönməzdən  əvvəl 

imzalana bilər” dedi.  

Türkiyə  nümayəndə  heyəti  danışıqlardan  sonra  qatarla  Lenin-

qrada  getdi.  Sovet  və  Türkiyə  bayraqları  ilə  bəzədilmiş  dəmiryol 

vağzalında Erkini və türk nümayəndə heyətinin üzvlərini Leninqrad 

şəhər sovetinin sədri İsakov və digər rəsmi şəxslər qarşıladılar. Qo-

naqları salamalayan İsakov qısa nitq söylədi. Cavabında Erkin “təy-

yarəyə  minəndən  bəri  rus  qonaqpərvərliyi  ilə  əhatə  olunduqlarını, 

sovetlərin ikinci paytaxtında olmaqdan ciddən məmnun olduqlarını” 

bildirdi.  Leninqrad  şəhər  sovetində  gюrüş  oldu.  Tərəflər  qarşılıqlı 

əməkdaşlığın  vacibliyini  qeyd  etdilər.  Erkin  Moskvada  keçirdiyi 

danışıqlar  barədə  məlumat  verdi.  Bundan  sonra  nümayəndə  heyəti 

şəhərin  tarixi  yerləri  ilə  tanış  oldu.  Elektrik  zavoduna  gedərək 

məlumat  aldı. Axşam  isə  şəhər soveti  adından  türk nümayəndə he-

yətinin şərəfinə ziyafət verildi.  

Erkin  SSRİ-yə  səfəri  çərçivəsində  Azərbaycana  da  gəldi

165



Azərbaycanla  tanışlıq,  keçirilən  görüşlər  Türkiyə  xarici  işlər 



nazirində  dərin  iz  buraxdı.  Onu  xarici  işlər  naziri  Tahirə  Tahirova 

və digər rəsmi şəxslər qəbul etdilər. Qonağa sovet hakimiyyəti illə-

rində Azərbaycanın keçdiyi inkişaf yolu barədə söhbət açıldı. Erkin 

Moskvada  keçirdiyi  görüşlər  barədə  məlumat  verdi.  Qonaq  Bakı 

şəhərinin tarixi yerlərinə baxdı. Onun şərəfinə ziyafət verildi. Azər-

baycandan sonra Erkin Moskvaya qayıtdı.  

Səfərin gedişi Türkiyədə və xarici ölkələrdə diqqətlə izlənilirdi. 



 

 

113 



Bu  zaman  İstanbul  Universiteti  tələbələrindən  bir  qrupu  sovet 

tələbələrinə  məktub  göndərdi.  Onlar  iki  ölkə  arasında  dostluq  mü-

nasibətlərinin tarixini xatırlatdılar. Türkiyənin dost bildiyi ölkələrin 

onu  tək  buraxdıqlarını  təəssüflə  qeyd  etdilər.  Kipr  məsələsində 

rusların  başqasının  əlində  alətə  çevrilmək  istəmədiklərini  vurğula-

dılar.  Yeni  sovet  rəhbərlərinin  bu  məsələdə  anlayış  göstərdiklə-

rindən məmnunluq hissi  ifadə  etdilər. Məktubun  sonunda deyilirdi: 

“Siyasətçilər  və  siyasətlər  dəyişə  bilər,  fəqət,  dəyişməyəcək  olan 

xalqlar arasında dostluq və sevgi bağlarıdır”

166


.  

Türkiyə  xarici  işlər  nazirinin  SSRİ-yə  səfəri  bəzi  Qərb  ölkələ-

rində narahatlıqla qarşılandı. Бir sıra mətbuat orqanları sovetlərin öz 

rejimini və fikirlərini başqa ölkələrə zorla qəbul etdirmək arzusunun 

olduğunu  yazırdı.  Səfərin  gedişində  türk  jurnalisтləri  ilə  görüşən 

“Pravda” qəzetinin baş redaktoru Satyukov bu iddiaları qəti şəkildə 

rədd etdi. Sovetlərin belə bir arzusunun mövcud olmadığını bildirdi. 

Satyukov  “inqilab  baş  verən  zaman  Lenin  inqilab  fikrinin  zorla 

başqa  ölkələrə  ixrac  etdirilə  bilməyəcəyini”  deməklə  əsaslandırdı. 

Bildirdi ki, türk-sovet münasibətlərinin yaxşılaşdırılması üçün lazım 

gələn ilk iş qarşılıqlı etimadın yaradılmasıdır. Etimadın yaradılması 

üçün  isə  reallıqları  olduğu  kimi  xalqa  çatdırmaq  lazımdır.  Bundan 

ютrü  Türkiyə  və  türk  xalqı  sovetlərin  onlardan  hər  hansı  torpaq 

tələbi etməyəcəyini və öz rejimini qəbul etdirməyə çalışmayacağını 

öyrənməlidir

167


.  Sovet  nümayəndəsi  qarşılıqlı  etimad 

gerçəkləşdirildikdən  sonra  yaxşı  münasibətlərin  inkişaf  etdirilməsi 

üçün  müxtəlif  yolların  axtarılmasının  mümkün  olduğunu  söylədi. 

Mədəni  və  iqtisadi  sahələrdə  ediləsi  çox  şeylər  vardı.  Türk 

jurnalistlər Kipr məsələsi barədə soruşdular. Satyukov “bu məsələdə 

dünya  ictimai  rəyini  nəzərə  almağa  məcbur  olduqlarını,  məsələnin 

həlli  üçün  ən  yaxşı  çarənin  xaricdən  müdaxilə  yolu  ilə  deyil, 

daxildən,  kiprli  yunanlar  və  kiprli  türklər  arasında  həll  edilməsi 

olduğunu”  dedi.  O,  xarici  dövlətlərin  Kiprdə  baza  və  əsgər  saxla-

malarını doğru hesaб eтmədi. Türk jurnalistlərinin SSRİ-də türk və 

slavyan  xalqlarının  бirgə  yaşayışına  dair  sualına  cavabında  Sat-

yukov dedi: “Sovet İttifaqında iki deyil, yüzdən artıq millət yaşayır. 

Bu millətləri xaricdən bir-birilərinə qarşı qaldırmaq istədikləri halda 

onlar  illərlə  bir  yerdə  xoşbəxt  yaşayırlar”.  Jurnalistlər  Satyukova 

Türkiyənin  adada  Sovet  İttifaqına  bənzər  federativ  bir  dövlətin 



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə