Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə32/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   28   29   30   31   32   33   34   35   ...   185

 

 

99 



laşmağı ziyanlı hesab edirdilər. Onlar belə yaxınlaşmanın SSRİ-nin 

türk  xalqları  arasında  milli  özünüdərkin  güclənməsinə,  pantürkiz-

min,  turançılığın  yayılmasına  təsir  edəcəyindən  əndişə  duyurdular. 

Qatı  antitürk  əhval-ruhiyyəli  erməni  xadimləri,  alimləri  və  jurna-

listləri də sovet-türk yaxınlaşmasının, rus-türk dostluğunun düşmən-

lərinə çevrilmişdilər. Onlar tarixdə heç bir zaman olmayan uydurma 

“erməni soyqırımı”nı əsas gətirərək münasibətlərdə inamsızlıq toxu-

mu  səpməyə  çalışsalar  da,  SSRİ-də  Kommunist  Partiyası  yeganə 

hakim  rol  oynadığından  belə  etirazların  ümumi  qəbul  olunmuş 

siyasi  qərarların  icrasına  mənfi  təsir  etmək  imkanı  məhdud  idi. 

Tərəflər  bütün  bu  maneələri  dəf  etdilər.  Siyasi  realizm  qaliб  gəldi. 

Kütləvi  informasiya  vasitələri  ictimai  rəyin  hazırlanmasında  əsaslı 

rol oynamağa başladı.  

 

Siyasi realizm. İctimai rəyin hazırlanması 

 

Hər iki ölkənin  xalqları  qarşıdurmadan, gərginlikdən bezmişdi. 



Soveт-тürk münasibətlərində qarşılıqlı etimad tədricən artmağa baş-

lasa  da,  əsaslı  irəliləyiş  yox  idi.  Buna  baxmayaraq,  həm  türk,  həm 

də sovet mətbuatında qarşılıqlı ittihamlar  geтdikcə  azalırdı. Mehri-

ban  qonşuluq  münasibətlərinin  qurulmasının  vacibliyi  tədricən 

ümumi fikrə hakim olurdu.  

SSRİ-də  vahid  ideologiya  və  soveт  sisтemi  mюvcud 

olduьundan  küтləvi  informasiya  vasiтələri  də  Kommunisт 

Parтiyasının  nəzarəтi  alтında  idi.  Alтernaтiv  düşüncə  olsa  da, 

məтбuaтa  yol  тapa  бilmirdi.  İcтimai  rəyin  hazırlanması  çəтin 

deyildi.  Тürkiyədə  isə  vəziyyəт  тamamilə  fərqli  idi.  Demokraтik 

юlkə  olan  Тürkiyədə  müxтəlif  yюnümlü  məтбuaтın  mюvcud 

olduьu,  iqтidar  və  müxalifəт  parтiyaları  arasında  gərgin  siyasi 

müбarizənin  geтdiyi  бir  şəraiтdə  icтimai  rəyi  hazırlamaq  asan 

deyildi.  

 Bəzi  türk  dairələri  amerikan  yardımlarından  narazılıq  edirdilər. 

Sovet jurnalisti A.Şərifovla söhbətində bir türk taciri Türkiyəyə xarici 

inhisarların  təzyiq  etdiyini  bildirmişdi.  Türkiyənin  maliyyə  naziri  isə 

nitqlərinin  birində  alınan  borcların  2014-cü  ildə  qaytarılacağını 

demişdi.  “Cumhuriyet”  qəzeti  1968-1972-ci  illərdə  Türkiyəyə  vəd 

olunan 1250 mln. dolların 750 mln. dollarının borcların silinməsinə və 




 

 

100 



faizlərin  ödənilməsinə  sərf olunacağını  yazırdı. Məşhur türk jurnalisti 

İlhan  Selcuk  Trumən  doktrinasına  uyğun  olaraq  Türkiyəyə  edilən 

amerikan  yardımları  barədə  “bu  doktrinanın  elan  edildiyindən  ötən 

iyirmi  illik  dövrdə  türklərə  edilən  həmin  yardımla  türk  iqtisadiyyatı 

inkişaf edə bilməz. İndiyədək dünyanın heç bir kasıb ölkəsi amerikan 

yardımı ilə sənaye ölkəsinə çevrilməmişdir. Əksinə, bu ölkələr istismar 

edilmiş və əlaltıya çevrilmişlər” deyə yazırdı

144


.  

Yaranmış  şəraitdə  Türkiyə  hökuməti  sovet-türk  münasibətləri 

ilə bağlı məsələnin geniş müzakirəsini keçirdi. Belə bir qərar qəbul 

edildi:  hansısa  siyasi  şərtlərdən  asılı  deyilsə,  SSRİ  ilə  Türkiyə 

arasında ticarət və iqtisadi münasibətləri inkişaf etdirmək üçün heç 

bir əngəl yoxdur. Türkiyə hökuməti belə bir arqument gətirirdi:azad 

dünya  ölkələri,  o  cümlədən  ABŞ  bütün  qarşıdurmaya  və  fikir 

ayrılığına  baxmayaraq,  SSRİ  ilə  ticarət  münasibətlərini  davam  et-

dirir:  Sovet  İttifaqı  ilə  münasibətlərin  inkişafına  Qərblə  ittifaqdan 

kənarda  baxmaq  doğru  deyildir;  Bu  ittifaqdakı  bəzi  dövlətlər 

arasında  olan  ixtilafların  həmin  münasibətlərə  aidiyyatı  yoxdur. 

SSRİ  ilə  Türkiyə  arasında  yaxşı  dostluq  münasibətlərinin  yaradıl-

ması,  ticarət-iqtisadi  əməkdaşlığı  Qərb  bloku  ilə  münasibətlərin 

dayandırılmasına  gətirib  çıxarmamalı  və  başqa  alternativ  kimi 

düşünülməməlidir,  çünki  Atatürk  tərəfindən  əsası  qoyulmuş  xarici 

siyasət xətti sülh və müdafiə məqsədlərinə xidmət edir; Türkiyənin 

NATO və SENTO ilə əməkdaşlığı tamamilə müdafiə məqsədlərinə 

yönəlmişdir;  SSRİ  ilə  yaxınlaşma  və  dostluq  münasibətlərinin 

qurulması türk xarici siyasətinə zidd deyildir.  

1964-cü  il  oktyabrın  10-da  Türkiyə  Cümhuriyyəti  Nazirlər 

Şurasının qərarı ilə iki ölkə arasında viza xərclərinin aradan qaldırıl-

ması üçün Xarici İşlər Nazirliyinə səlahiyyət verildi

145

.  


Türk mətbuatı Türkiyənin xarici siyasətində qonşulara üstünlük 

verməsinin  vacibliyindən  daha  çox  бəhs  edirdi.  Qəzetlər  “şimal 

qonşumuz  dostluq  təkliflərinin  səmimiliyinə  türk  millətini  inandır-

maqdan  ötrü  aydın  sübutlar  göstərməyə  yubanmamalıdır”  deyə 

yazırdı

146


.  Türk  rəsmi  dairələri  qonşu  ölkələrlə  normal  münasibət-

lərin qurulmasının, mehriban qonşular zolağı yaradılmasının vacib-

liyini  başa  düşürdülər.  Qonşu  dövlətlərlə,  xüsusən  SSRİ  kimi  föv-

qəldövlətlə  soyuq  münasibətlər  Türkiyənin  maraqlarına  uyğun  de-

yildi.  Türk  ictimai  rəyində  də  sovet-türk  münasibətlərinin  normal-



 

 

101 



laşdırılması fikri tədricən üstünlük təşkil edirdi. Kütləvi informasiya 

vasitələri  SSRİ-yə  münasibətdə  loyal  mövqe  nümayiş  etdirirdilər. 

“Cumhuriyet” qəzeti “paktlarda iştirak etməsinə və Türkiyəyə  yar-

dım  konsorsiumunun  yaradılmasına  baxmayaraq,  Ankaranın  tək 

olduğunu” yazırdı: “Türkiyə dünya ilə ayaqlaşa bilmədiyi, ikitərəfli 

və  çoxtərəfli  münasibətlərdə  israr  edə  bilmədiyi  üçün  təkdir.  Ona 

görə  təkdir  ki,  юz  milli  maraqları  barədə  düşünmədən  riyakar 

dostluğa  inanır.  Hal-hazırda  biz  öz  xarici  siyasətimizi  normal  yola 

qoymaq istəyirik”.  

Münasibətlərin  normallaşdırılmasına  tərəfdar  olan  türk  rəsmi 

dairələri  Stalin  dövrünün  geridə  qaldığını,  artıq  sovet  dövlətinin 

Stalin  metodlarından,  Sovet  İttifaqının  kommunist  imperializmin-

dən,  aqressiv  siyasətdən,  kommunist  məqsədlərindən  imtina  etdi-

yini,  iki  müxtəlif  sistemli  dövlətlərin  dinc  yanaşı  yaşaması  dövrü-

nün  başlandığını  söyləyirdilər.  Rejimlər  fərqli  olsa  da,  Türkiyə  və 

SSRİ-nin  qonşular  kimi  dostluq  və  mehriban  şəraitdə  yaşaması 

vacibliyini vurğulayırdılar. Həm sovetlər, həm də Qərb dünyası öl-

kələri qarşılıqlı problemləri müharibə  yolu  ilə həll  etmək fikrindən 

uzaqlaşırdılar. Onlar başqa-əsasən mədəni, elmi-texniki əməkdaşlıq 

yolu  ilə  bir-birilərinin  sistemlərini  içəridən  dağıtmağa,  zəiflətməyə 

və ya yumşaltmağa çalışırdılar.  

Sovet  dövləti  də  Türkiyə  ilə  yaxınlaşmaq,  onun  Qərb  dünyası 

ilə  müttəfiqliyini  zəiflətmək  istəyirdi.  Türkiyədəki  sovet  səfirliyi 

fəaliyyətini daha da gücləndirirdi. Qarşılıqlı diplomatik-siyasi, tica-

rət-iqtisadi,  elmi-texniki  və  mədəni  əməkdaşlığın  inkişafına  mane 

olan  amillər  öyrənilib  təhlil  edildi.  Yeni  təkliflər  irəli  sürüldü. 

Praktik işlər həyata keçirilməyə başlandı. SSRİ-Türkiyə münasibət-

lərinin  yaxşılaşması  ilə  regionda  başlayan  gərginliyin  zəiflədilməsi 

prosesinə  keçid  heç  şübhəsiz,  Şərq-Qərb  qarşıdurmasının  yumşal-

masında, qarşı-qarşıya duran iki müxtəlif sistemli ölkələr arasındakı 

münasibətlərdə  uzun  illərdən  bəri  sırınsımış  buzların  əriməsinə 

ciddi təsir edən siqnal oldu. Sovet-türk  yaxınlaşması bütün beynəl-

xalq  münasibətlər  sisтemi  üçün  bir  nümunə  oldu.  Lakin  iki  ölkə 

arasında etimad mühitinin yaradılması üçün görüləsi işlər hələ çox 

idi.  Artıq  60-cı  illərin  ortalarından  etibarən  bəzi  beynəlxalq  məsə-

lələrə  münasibətdə  SSRİ  ilə  Türkiyə  hökumətləri  arasında  fikir 

ümumiliyi hökm sürürdü. Hər iki ölkənin hökuməti təhlükəsizlik və 



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə