Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə29/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   25   26   27   28   29   30   31   32   ...   185

 

 

89 



amerikan-rus  dostluğu  və  ittifaqı  yox  idi.  Türk  xalqının  istənilən 

hücumu dəf etmək bacarığı və şərəfi Stalini türk millətinin sərhədlərinə 

və  özünə  hörmət etməyə  məcbur  etdi. Biz  NATO-suz  yaşaya  bilərik. 

ABŞ-la  ikitərəfli  müqavilələr  Türkiyəni  deyil,  Türkiyədə  Amerikanı 

qorumaq üçün yaradılmışdır” deyirdilər

122


.  

Consonun  məktubu  Türkiyənin  ənənəvi  Qərbyönümlü  siyasə-

tinin yanlış olduğunu göstərdi. Əslində belə mövqe NATO çərçivə-

sində  və  ikitərəfli  münasibətlərdə  müəyyənləşdirilmiş  prinsiplərin 

arxa  plana  keçirilməsi  demək  idi.  Consonun  məktubu  türk  xarici 

siyasətinə yeni çalarlar gətirdi. 

Türkiyənin  yalnız  ABŞ-a  güvənmək  siyasəti  səhv  idi.  Zaman 

Türkiyənin  ABŞ-dan  istədiyini  ala  bilmədiyini  göstərdiyindən 

müstəqil  siyasət  yeritmək  tərəfdarlarının  sayı  getdikcə  çoxalırdı. 

Bununla belə, Türkiyənin Qərb blokundan ayrılmasını tələb edənlər 

çox  da  deyildi.  Onlar  “NATO  Türkiyə  ilə  hansı  səviyyədədirsə, 

Türkiyənin də münasibətləri həmin səviyyədə olmalıdır” deyirdilər. 

Vəziyyətin  belə  davam  etməsi  NATO-nun  çətin  günlərindən  xəbər 

verirdi. Təşkilatın təkcə  şərq qanadı deyil, hamısı dağılmağa doğru 

gedirdi. Uzun illər boyu müttəfiqlərini cənubda sovet təhlükəsindən 

bacarıqla  qoruyan  Türkiyə  indi  məhz  onların  laqeydliyi  ilə  üz-üzə 

qalmışdı.  Bir  zamanlar  sovetlərin  həттa  atom  silahı  təhlükəsi 

Ankaranı Qərb blokundan ayıra bilməmişdi. İndi isə Kipr məsələsi 

onu Qərb müttəfiqlərindən ayırırdı. “Türklər, bunlar qəhrəman türk-

lərdir,  günahsız  türklərdir,  etibarlı  türklərdir”  deyən  Qərb  müttə-

fiqləri Türkiyəni haqlı işində müdafiə etmirdilər

123


.  

Ahmeт  Şükrü  Аsmer  “Ulus”  qəzetində  “NATO  mövcuddur-

mu?” adlı məqaləsində “The Times” qəzetinin NATO-nun 15 illiyi 

ilə bağlı dərc eтdiyi məqaləsindən bir misal gətirirdi: “Rusiya impe-

ratriçası  Yekaterina  öz  bağında  qızılgül  kolu  əkir  və  alayın  əsgər-

lərinə  onu  qorumağı  əmr  edir.  Yekatеrinanın  ölümündən  sonra  kol 

qurumuşdu. Bu  yerdə ot bitmişdi. Lakin hətta yüz il sonra qızılgül 

bitən  yer  əsgərlər  tərəfindən  qorunurdu”.  Müəllif  NATO-nu  qızıl- 

güllə  müqayisə  edərək  gюsтərirdi  ki,  NATO  ölsə  də,  hələ  onun 

sərəncamında  iri  ordular  vardır.  Müəllif  yazırdı:  “NATO  zəifləyib, 

amma ölməyib”

124


 . 

Bu  zaman  ABŞ  prezidenti  Conson  İsmet  İnönünü  və  Papan-




 

 

90 



dreounu  ölkəsinə  səfərə  dəvət  etdi.  Dəvəтi  qəбul  edən  İnюnü 

Vaşinqтona  səfər  eтdi.  Ondan  başqa  həyat  yoldaşı,  şəxsi  dəftərxa-

nasının  müdiri  Necdet  Calp,  şəxsi  həkimi  professor  Zafer  Paykoç, 

xarici  işlər  naziri  Feridun  Cemal  Erkin,  TBMM  xarici  işlər 

komissiyasının sədri Nihat Erim, Xarici İşlər Nazirliyi baş katibinin 

siyasi məsələlər üzrə müavini, səfir Haluk Bayülken, general Turqut 

Sunalp  və  başqaları  da  AБŞ-a  geтdi.  Nümayəndə  heyəтinin  səfər 

məsrəflərinin  ödənilməsi  barədə  Nazirlər  Şurası  1964-cü  il  iyun 

ayının 20-də qərar qəbul etdi

125


.  

İnönü ilə keçirdiyi görüşdə ABŞ dövlət katibi Türkiyənin Kipri 

Yunanıstana verib əvəzində başqa bir adanı almasının mümkünlüyü 

бarədə soruşdu. Hətta Midilli adasının adını çəkdi. İnönü yunanlara 

ada verə bilməyəcəklərini birbaşa söylədi. Danışıqlarda İnönü Kipr 

məsələsində  ABŞ  hökumətinin  tutduğu  mövqenin  türk  ictimai 

rəyində  məyusluq  dоğurduğunu  bildirdi.  Ölkədə  kommunist  meyl-

lərinin güclənməsinə təsir edə biləcəyini dedi.  

Amerikan  rəsmiləri  problemin  dinc  yolla  həllinin  vacibliyini, 

enosisin  əleyhinə  olduqlarını  vurğuladılar.  Conson  müdaxilənin 

əleyhinə çıxdı. 

Vaşinqtondan sonra Nyu Yorka gələn İnönü bir sıra tədbirlərdə 

iştirak etdi. BMT baş katibi U. Tantın verdiyi ziyafətdə SSRİ-nin bu 

təşkilatdakı daimi nümayəndəsi İnönüyə xeyli yaxınlıq göstərdi

126

.  


Sovet  daimi  nümayəndəsinin  belə  hərəkəтi  iki  ölkə  arasında 

münasiбəтlərdə isti küləklərin əsdiyini göstərirdi. Türkiyə hökuməti 

avqust  ayının  17-də  bütün  dünya  ölkələrinin  hökumətlərinə  Kipr 

məsələsi  ilə  bağlı  müraciət  etdi.  Müraciətdə  adada  türklərə  qarşı 

1963-cü il dekabın 21-də başlayan kütləvi qırğınlar, türklərin olma-

zın  əzab-əziyyət  çəkdikləri,  türk  kəndlərinin  hücumlara  məruz 

qaldıqları  qeyd  olunur,  problemin  həllinə  kömək  xahiş  edilirdi

127


Lakin  bu  müraciət  də  NATO  ölkələri  tərəfindən  soyuq  qarşılandı. 

Qərb  blokundakı  müttəfiqləri  Kipr  məsələsində  Türkiyəni  ya  başa 

düşmür,  ya  da  başa  düşmək  istəmirdilər.  Qərbin  bu  hərəkətinin 

əksinə  olaraq  SSRİ-nin  Türkiyəni  başa  düşməsi  türk  ictimaiyyəti 

tərəfindən  rəğbətlə  qarşılanırdı.  Münasibətlərin  normallaşmasına 

mane  olan  əngəllərin  aradan  qaldırılmasına  ciddi  təsir  gюsтərirdi. 

Sovetlər  əvvəlcə  əsrin  20-ci  illərində  istiqlal  müharibəsinin  çətin 

anlarında, sonra isə Kipr məsələsində Türkiyənin haqq işini müdafiə 



 

 

91 



etmişdi.  Hər  iki  məsələdə  onların  maraqları  üst-üstə  düşürdü.  Rus 

və  türk  xalqları  tarixlərində  mövcud  olmuş  bəzi  mənfilikləri 

unudaraq  bir-birinə  yaxınlaşırdılar.  Türkiyənin  iki  dəfə  ən  ağır 

vəziyyəтində ruslar bütün hər şeyi unudaraq тürklərin yanında olub 

haqq  işini  müdafiə  etdi.  Bu,  hər  iki  xalqın-rus  və  türk  xalqlarının 

xırda hisslərdən uzaq olduğunu göstərirdi. SSRİ-nin Türkiyəni mü-

dafiə etməsi artıq bütün beynəlxalq sisтemə, Ankaranın müttəfiqləri 

ilə münasibətlərinə ciddi təsir edən amillərdən biri oldu.  

Beləliklə,  Kipr  məsələsi  ABŞ-la  SSRİ  arasında  münasibətlər 

formasını aldı. İki  fövqəldövlət Aralıq dənizi regionunda və Türki-

yədə  nüfuz  qazanmaq  uğrunda  ağır  diplomatik  savaş  aparırdılar. 

Bəziləri Türkiyəni Qərb blokundan ayırmaq istəyirdilər. Kipr Aralıq 

dənizinin  Kubasına  çevrilmişdi.  ABŞ  üçün  Kuba  hansı  əhəmiyyəti 

daşıyırdısa, Türkiyənin cənubunda 40 mil uzaqlıqda yerləşən və 120 

min türkün yaşadığı Kipr də Türkiyə üçün o əhəmiyyəti daşıyırdı.  

ABŞ-ın Cenevrədəki missiyasının başçısı Tubby dövlət katibinə 

teleqramında Türkiyə qəzetlərinə istinadən yazırdı ki, türklər sovet-

Kipr  yaxınlaşmasına  Aralıq  dənizinin  Kubasının  yaradılması  kimi 

baxırlar. Ona görə də federasiya təklif edirlər. Makarios isə bununla 

razılaşmayacaq və sovet yardımlarını alacaqdır

128



Amerikanlar  belə  hesab  edirdilər  ki,  türklərə  ərazi  güzəştə 



gedilsə, yunanlar sovetlərlə daha çox yaxınlaşa bilər, NATO zəiflə-

yər.  Kiprdəki  amerikan  səfiri  Belcher  1964-cü  il  avqustun  21-də 

Dövlət  Departamentinə  göndərdiyi  teleqramında  “türklərə  ərazi 

güzəşti  edilsə,  adada  kommunist  təhlükəsi  artar,  sovet  müdaxiləsi 

daha aktiv şəkil ala bilər və NATO birliyi əzab çəkər”

129


 yazırdı.  

Yunanlar adanın  Yunanıstana birləşdirilməsindən ötrü ABŞ və 

SSRİ-nin  razılığını  almaq  istəyirdi.  1964-cü  il  sentyabrın  30-da 

ABŞ  dövlət  katibi  Dean  Rusk  ilə  Vaşinqtonda  danışıqlar  aparan 

Kiprin  xarici  işlər  naziri  Kiprianu  Moskvaya  getmək  istədiyini, 

sovetləri  incitmək  istəmədiyini  dedi.  Adanın  Yunanıstana  birləş-

dirilməsinə  ABŞ  və  SSRİ-nin  razılığını  verəcəkləri  təqdirdə  Türki-

yənin  heç  bir  hərbi  hərəkət  etməyəcəyinə  zəmanət  verib-vermə-

yəcəyini  soruşdu

130


.  Səfərinin  əsas  məqsədinin  sovet  rəhbərlərinə 

Kiprin  Yunanıstanla  birləşdirilməsini  izah  etmək  olduğunu  dedi. 

ABŞ  dövlət  katibi  bunun  onun  şəxsi  işi  olduğunu  bildirdi.  Amma 



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə