83
“Milliyet” qəzeti “Kipr məsələsi Sovet İttifaqı ilə Türkiyə ara-
sında münasibətlərin ölçüsü olacaqdır. Çünki 1954-cü ildən bəri
Moskvanın Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istiqamətində
istəkləri rəsmi akt formasını ala bilməmişdir” deyə qeyd edirdi.
1964-cü il mayın 5-də TBMM-də çıxış edən İnönü Moskvanın
enosisin əleyhinə olduğunu, sülh və təhlükəsizlyi istədiyini bildir-
di
112
.
Belə bir şəraitdə SSRİ-nin Türkiyədəki səfirliyinin fəaliyyəti
daha da genişlənirdi. Səfirlik əməkdaşları Türkiyənin müxtəlif, o
cümlədən dini dairələri ilə əlaqələrin qurulmasına xüsusi diqqəт
yeтirməyə və gюrüşlərə başladılar. Gюrüşlərdə əsas məqsəd sovet
və Türkiyə müsəlman dindarları ilə əlaqələr quraraq onlara SSRİ
müsəlmanlarının həyatı barədə məlumat vermək, rəğbət hissi
oyatmaq, ABŞ-la əməkdaşlığın ziyanlı olduğunu ehtiyatla başa sal-
maq, sovetlərin müsəlman dünyasında nüfuzunun güclənməsinə
yardım etmək idi. 1964-cü il may ayının 5-də SSRİ-nin Ankaradakı
konsul şöbəsinin rəisi, səfirliyin üçüncü katibi R. Məmmədov sovet
səfiri Rıjovun adından Türkiyənin dini işlər idarəsinin rəisi Hasan
Hüsnü Erdal ilə görüşdü. Üçüncü katib ona “SSRİ-də islam tarixi
abidələri” və “Sovet İttifaqında müsəlmanların həyatı” adlı albomlar
bağışladı. Söhbət zamanı Erdal sovet dövlətinin müsəlmanlara
həqiqi münasibəti haqqında onlarda heç bir məlumat olmadığını
bildirdi. Cavabında R. Məmmədov sovet müsəlmanlarının Yaxın və
Orтə Şərq ölkələrinin müsəlmanları ilə geniş əlaqələr saxladıqlarını
söylədi. Erdal sovet müsəlmanları ilə əlaqələrin yaradılması istə-
yində olduğunu və SSRİ-yə səfər etmək arzusunu bildirdi. Konsul
onun bu istəyinin həyata keçirilməsinə yardımçı olacaqlarını dedi.
Görüşün sonunda Erdal sovet səfirinə türk dilində çap olunmuş
“Quranı Kərimi” hədiyyə olaraq göndərdi.
May ayının 6-da R.Məmmədov Ankaradakı Hacı Bayram
məscidinin imamı Hafiz Zekai Sarsılmazla görüşdü. 1898-ci ildə
Konya şəhərində doğulmuş Hafiz Zekai 20 il Səudiyyə Ərəbista-
nında Mədinə şəhərinin ali məktəblərdə dərs vermişdi. Bu şəhərdəki
məscidlərdən birinin imamı olmuşdu. Sarsılmaz 1964-cü ildə Tür-
kiyə dini işlər idarəsinin dəvətilə vətənə dönmüşdü. Məscidin
imamı vəzifəsini tutmuşdu. Sovet konsulu ilə söhbət zamanı Sarsıl-
84
maz Türkiyədəki din xadimlərinin maaşlarının az olmasından
şikayətləndi. Sovet müsəlmanlarının həyatı tərzi ilə maraqlandı.
SSRİ-yə səfər etmək istəyində olduğunu bildirdi. Səfirliyin əmək-
daşı sovet müsəlmanlarının başqa ölkələrdəki müsəlmanlarla sıx
əlaqələr saxladığını, onun SSRİ-yə səfər etmək istəyinə isti yanaş-
dığını və buna kömək edəcəklərini söylədi.
Türkiyənin din xadimləri ilə keçirilən belə görüşlərin mühüm
əhəmiyyəti vardı. Dini dairələr sovet müsəlmanlarının həyatı barədə
müəyyən məlumat alır, imkan daxilində SSRİ-yə səfərlər edir, so-
vetlərin müsəlman dünyasının dostu olması qənaətinə gəlir, antiso-
vet təbliğatda az iştirak edirdilər.
Sovet hakimiyyəti türk cəmiyyətində müxtəlif baxışlı dairələrlə,
o cümlədən millətçilərlə də yaxından əlaqələr saxlamaqda maraqlı
idi. Səfirliyin əməkdaşları Türk ocaqlarının rəhbərləri ilə görüşməyə
başladılar. Həmin görüşlərin keçirilməsində məqsəd türk
millətçilərinə Atatürk və Lenin tərəfindən əsası qoyulmuş sovet-
türk dostluğunu xatırlamaq, belə münasibətlərin zəruriliyinə onları
inandırmaq idi. R. Məmmədov 1964-cü il may ayının 20-də Türki-
yənin ictimai-siyasi, ideoloji həyatında mühüm rol oynayan və
ölkənin müxtəlif şəhərlərində təşkilatları olan Türk ocaqları idarə
heyətinin sədri Lütfi İkiz ilə görüşdü. Ona “SSRİ-də islam tarixi
abidələri” və “Sovet İttifaqında müsəlmanların həyatı” albomlarını
təqdim etdi. Hədiyyələri qəbul edən İkiz təşəkkürünü bildirdi.
Ankarada aylıq jurnalı, ayrı-ayrı kitab və broşüraları nəşr edilən
ocağın əsas vəzifəsi kommunizm ideologiyasına qarşı mübarizə
aparmaq, türklərin yaşadığı ölkələrdə pantürkizmi və panislamizmi
yaymaq idi. Ocağın nəşr etdirdiyi jurnal və kitablarda əsasən həmin
sahələrə geniş yer ayrılırdı. Təşkilatın rəhbərliyi SSRİ-də və
dünyada gedən prosesləri diqqətlə izləyirdi. Sovet İttifaqı haqqında
məlumatları əsasən Moskva, Bakı və Daşkənd radiolarının proqram-
larını dinləməklə alırdı. SSRİ-dən mühacirət etmiş və bu ölkədə
səfərdə olmuş şəxslərin məqalələri tərcümə edilərək çap olunurdu .
İkiz sovet səfirliyində SSRİ-nin dövlət quruluşu, seçkilər, SSRİ
Ali Sovetinin fəaliyyəti, ölkənin iqtisadi vəziyyəti haqqında kitabla-
rın olub-olmaması ilə maraqlandı. Suallarına müsbət cavab verildi.
İkiz həmin kitabları onun ünvanına göndərməyi xahiş etdi. Lazım
85
gələrsə, hətta rəsmi müraciət edə biləcəyini də söylədi. Ona bu
istəyinin yerinə yetiriləcəyi cavabı verildi. İkiz daha sonra SSRİ-də
müsəlmanlara bəslənilən münasibət barədə aşağıdakı sualları verdi:
“Dövlət müsəlmanların işinə qarışırmı? Müsəlmanlar Məkkə və
Mədinə şəhərlərinə ziyarətə gedə bilirlərmi? SSRİ-də məscidlər
varmı? Müsəlmanlara dini ayinlərini icra etməyə icazə verilirmi?”
Sovet səfirliyinin əməkdaşı Məkkə və Mədinə şəhərlərinə sovet mü-
səlmanlarının ziyarətə getməyə icazə verildiyini, SSRİ-də dinin
dövlətdən ayrı olduğunu, məscidlərin fəaliyyət göstərdiyini, dini
ayinlərin icrasına icazə verildiyini dedi.
İkiz Türk ocaqlarının sovet müsəlmanlarının həyatı ilə tanış
olmaqdan ötrü SSRİ-nin ən nüfuzlu müsəlman dini təşkilatı ilə
yazışmaq istəyirdi. Bunun üçün bir sıra müsəlman dini təşkilat-
larının ünvanının verilməsini xahiş etdi. Sovet dövlətinin müsəl-
manlara Türkiyəyə, türk dini təşkilatları nümayəndələrinin SSRİ-yə
səfər etmələrinə icazə verməməsinin səbəblərini soruşdu. Cavabında
İkizə sovet müsəlmanlarının Yaxın və Orтa Şərq ölkələrinin din-
darları ilə geniş əlaqələri olduğu bildirildi. Eyni zamanda Türkiyə
müsəlmanları ilə SSRİ müsəlmanları arasında əlaqələrin qurulma-
sının ikitərəfli türk-sovet əməkdaşlığına kömək edəcəyi vurğulandı.
İkiz ərəb dilində sərbəst danışan və sovet müsəlmanlarının
həyatına maraq göstərən bir gənc idi. Kabinetində Orta Asiyada mü-
səlman tarixi abidələri təsvir olunmuş xəritə asılmışdı. İkiz sovet
müsəlmanlarının həyatından bəhs edən əsər yazmışdı. İngilis müəl-
lifi Peter Saqerin antisovet xarakterli kitabını türk dilinə tərcümə
etmişdi.
İkitərəfli münasibətlərdə normallaşma prosesinin geтməsi
SSRİ-Türkiyə çoxtərəfli münasibətlərinə də təsir gюsтərirdi. Bütün
tərəddüdlərə baxmayaraq, iki ölkə arasında münasibətlər inkişaf
edirdi. Etimad mühiti tədricən yaranırdı. 1964-cü il mayın 20-də
Türkiyə hökumətinin göstərişinə uyğun olaraq Moskvadakı türk
səfirliyi həmin ilin iyul ayında keçiriləcək BMT İqtisadi və Sosial
Şurasının 37-ci sessiyasında mənzil məsələləri, tikinti və plan
komitəsinə Türkiyənin üzvlüyünün müdafiəsini xahiş etdi. SSRİ
XİN bu barədə sovet nümayəndə heyətinə 25 iyun tarixli mək-
tubunda məlumat verdiyini Türkiyə tərəfə bildirdi
113
. Бu isтək ye-
rinə yeтirildi.
Dostları ilə paylaş: |