Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə28/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   24   25   26   27   28   29   30   31   ...   185

 

 

86 



Türkiyə  Xarici  İşlər  Nazirliyi  mayın  25-də  soveт  hюküməтinə 

308-68 №-li nota verərək birinci dünya müharibəsi illərindən qalan 

türk  əsirlərinin  məzarlarının  yeri  barədə  soruşdu.  Notada  bu  mə-

zarlıqların  Latviya,  Odessa,  Sevastopol,  Sibir,  Vladivostok,  həm-

çinin  SSRİ-nin  digər  rayonlarında  yerləşə  biləcəyi  ehtimalı  vur-

ьulanırdı.  Onların  yeri  müəyyənləşdirildikdən  sonra  bərpası  üçün 

cəhdlər  edilə  bilərdi

114


.  Sovet  hökuməti  bu  müraciətin  öyrənilə-

cəyini bildirdi.  

Бüтün  soveт-тürk  münasiбəтləri,  həттa  sıx  müттəfiqlik 

dюvründə  Тürkiyə  hюküməтinin  heç  vaxт  qaldırmadıьı  бu 

məsələnin  yeni  şəraiтdə  irəli  sürülməsində  hansı  məqsədlər 

güdülürdü?  Hər  şeydən  əvvəl,  бu  noтada  isтənilənlər    qəбul 

olunmuş  бeynəlxalq  hüquq  normalarından  doьurdu.  Humaniтar 

mahiyyəт  daşıyırdı.  Тəбii  idi.  Amma  onun  arxasında  Тürkiyə 

dюvləтinin ciddi sтraтeji məqsədləri dururdu. Noтada бirinci dünya 

mühariбəsi  illərində  тürk      əsgərinin  ən  çox  həlak  olduьu  və  əsir 

saxlanıldıьı Qafqazın, xüsusən Azərбaycanın  adı çəkilmirdi. Бu isə 

əбəs  deyildi.  Diplomaтik  бir  manevr  idi.  Heç  şüбhəsiz,  тürk 

hюküməтi Qafqaz cəбhəsinin, Qafqaz İslam ordusunun Azərбaycan 

və  Daьısтan  hərəkaтı  тarixini  gюzəl  бilirdi.  Onu  бirбaşa  açıq 

məтnlə  qaбarтmaq  xoşagəlməz  vəziyyəт  yaradardı.  SSRİ-nin  тürk 

və  müsəlman  xalqlarına  qarşı  soveтləri  qıcıqlandırardı.  Noтada 

«digər  yerlər» deyildikdə əslində Azərбaycan və Daьısтan nəzərdə 

тuтulurdu.  

Бu  addımı  ilə  Тürkiyə  yaxın  тarixə  qayıdır,  həmin  тarixin 

unudulmadıьına  işarə  vurur,  incə  üsulla  iddiasını  orтaya  qoyurdu. 

Тürk əsgərləri məzarlarının gələcəkdə бərpa edilməsi SSRİ-nin тürk 

və  müsəlman  xalqlarının  milli  hisslərinin,  milli  şüurunun, 

юzünüdərkinin  gücləndirilməsinə,  qan  yaddaşına  kюmək  edərdi.  

Noтa  şüбhəsiz, тürk hюkuməтinin cəsarəтli бir addımı idi

.  

SSRİ XİN Türkiyə XİN-in 22 iyul tarixli notasına cavab olaraq 



avqustun  8-də  sovet  səlahiyyətli  orqanlarının  Türkiyə  baş  qərarga-

hının 2-ci dərəcəli kapitanı Cahid Sailin Moskvadakı səfirliyin hərbi 

dəniz  attaşesi,  podpolkovnik  Kamal  Tunusoğlunun  hərbi  hava 

qüvvələrinin attaşesi təyin olunmasına etiraz etmədiyini bildirdi

115

.  


Qarşılıqlı  istək  şəraitində  SSRİ-Türkiyə  münasibətlərinin  nor-

mallaşması  istiqamətində  ciddi  addımlar  atılırdı.  İki  ölkə  arasında 




 

 

87 



ticarət-iqtisadi  əməkdaşlıq  tədricən  genişləndirilirdi.  1964-cü  ildə 

SSRİ ilə Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 1 mln. dollar 

təşkil edirdi

116


.  

SSRİ  ilə  Türkiyə  arasında  texniki  əməkdaşlıq  da  genişlənirdi. 

1964-cü  ildə  ABŞ-ın  Türkiyəyə  etdiyi  iqtisadi  yardım  150  mln. 

dollardan 40 mln. dollara düşdü. Onun yerini tədricən SSRİ tutmağa 

başladı.  Sovet  dövləti  6  il  müddətində  beş  sənaye  müəssisəsini 

tikmək  üçün  Türkiyəyə  366  mln.  dollar  həcmində  kredit  ayırmağa 

razılığını bildirdi. Bu kreditlə neftayırma, alüminium, metallurgiya, 

kislota  zavodları  tikilməli  idi.  Şərtlər  Türkiyə  üçün  əlverişli  hesab 

edilirdi.  Kreditlər  15  il  müddətində  ildə  2,5  %-lə  əsasən  kənd 

təsərrüfatı məhsulları ilə ödənilməli idi.  

Sovet-türk  münasibətlərinin  normallaşması  fonunda  Kiprdə 

yaranmış  vəziyyət  amerikanları  ciddi  narahat  edirdi.  AБŞ  dюvləт 

kaтiбinin  kюməkçisi  George  W.  Ball  dövlət  katibi  Dean  Ruska 

1964-cü il mayın 10-da “Sovetlər Birliyi ən çox Kiprdə NATO-nun 

mövcudluğuna aparacaq enosisdən qorxur” deyə yazırdı

117


.  

Aь  ev  münaqişə  edən  tərəflərin  sovet  yardımlarına  müraciət 

edəcəklərindən  əndişə  duyurdu.  ABŞ-ın  Kiprdəki  səfiri  T.Belcher 

mayın  28-də  göndərdiyi  teleqramda  Kipr  xalqının  Qərbə  meyl 

etdiyini yazırdı. Ölkə üçün təhlükə yarandığından SSRİ-dən kömək 

təklifinin gözlənilməsinin başa düşülən olduğunu da qeyd edirdi

118

.  


ABŞ-ın  BMT-dəki  nümayəndəsi  Adlai  E.  Stevenson  Yuna-

nıstanın  xarici  işlər  naziri  Markos  Kiprianu  ilə  görüşündə  Türkiyə 

hökumətinin  “yeni  Kuba”  yaranması  qorxusuna  toxunaraq  vəziy-

yətin ciddiliyini vurğuladı

119

. Kiprianu bunun yeni ideya olduğunu, 



kiprli  yunan  kommunistlərin  sayının  az,  silahsız,  lakin  idarəçilikdə 

millətçi  olduqlarını,  Qərbə  rəğbətlərinin  az  olması  ucbatından  ən 

böyük dəstəyi sovet blokundan aldıqlarını dedi. Stevenson sovet və 

çex silahlarının alınmasına dair danışıqların vəziyyəti barədə soruş-

du.  Kiprianu  nədənsə  tərəddüd  etdi.  Belə  danışıqların  aparılma-

dığını  bildirdi.  Sovetlərdən  və  çexlərdən  silah  alınması  əvəzinə 

ABŞ-dan  silah  alınması  mümkünlüyünü  söylədi.  Sтevenson  isə 

cavaбında münaqişəli rayonlara AБŞ-ın silah saтmadıьını dedi. 

Sovet-Türkiyə  münasibətlərinin  normallaşmaьa  doьru  getdiyi 

bir  zamanda  ABŞ  prezidenti  Conson  1964-cü  il  iyunun  5-də  İnö-

nüyə şəxsi  məktub  göndərərək Kipr məsələsində ölkəsinin mövqe-



 

 

88 



yini  şərh  etdi.  Türkiyə-Yunanıstan  müharibəsinin  başlanmasından 

ehtiyat  edən  Conson  adaya  müdaxilənin  əleyhinə  çıxdı.  Qarışma-

mağı tələb  etdi. Problemin  dinc vasitələrlə həllinə çağırdı. Conson 

yazırdı ki, ABŞ öz sadiq müttəfiqinə köməyə gəlməyəcəkdir. Çünki 

söhbət  NATO  üzrə  müttəfiqlərin  razılığından  və  Türkiyənin 

bəyənilməyən hərəkətlərindən gedir. Conson Türkiyənin Kiprə mü-

daxiləsi  nəticəsində  SSRİ-nin  hücumu  olacağı  təqdirdə  NATO-nun 

yardım göstərməyəcəyini, amerikan istehsalı olan silah və sursaтdan 

istifadə edilməyəcəyini bildirirdi

120


.  

 Consonun məktubu dərc olunmadı. Məzmunu barədə məlumat 

verilmədi. ABŞ prezidentinin belə mюvqeyi Kipr prezidenti Maka-

riosun  adadakı  türklərə  qarşı  zorakılığını  davam  etdirməyə  rəvac 

verirdi.  Consonun  məktubu  Türkiyə  rəhbərliyinə  pis  təsir  etdi. 

İndiyədək  onlar  NATO-nun  türklərin  haqq  işinə  kömək  edəcəyinə 

ümid  bəsləyirdilər.  Lаkin  yanılmışdılar.  Bütün  bu  baş  verənlər 

Türkiyənin  xarici  siyasətinə  təsirsiz  ötüşmədi.  Türkiyə  adaya  ordu 

çıxarmaqda tərəddüd etməyə başladı.  

 İnönü  iyun  ayının  13-də  Consona  cavab  məktubu  göndərdi. 

Məktubda  ABŞ  hökumətinə  və  amerikan  xalqına  dərin  ehtiram 

ifadə  olunurdu.  Türkiyənin  ən  yaxın  müttəfiqinin  bu  məsələdə  tut-

duğu mövqedən türk hökumətinin təəssüf hissi keçirdiyi bildirilərək 

vurğulanırdı: “Kiprin təminatçı dövlətlərindən biri kimi Türkiyənin 

baş verən hadisələrə qarışmaması, seyrçi qalması vəziyyəti ağırlaş-

dırır, Makariosun əl-qolunu daha geniş açır”. Sonda İnönü Consonu 

amerikan xalqına xas olan ədalətli mövqe tutmağa çağırırdı

121


.  

Türk ictimaiyyəti məktubun məzmunundan sonralar, yalnız 1964-

cü ilin dekabr ayında baş nazir İnönü parlamentdə çıxış edərkən xəbər 

tutdu.  Bu  isə  ölkənin  müstəqil  xarici  siyasət  yeritməsinə  təsir  edən 

güclü  ictimai  faktorlardan  biri  oldu.  Türklər  бundan  sonra  Türkiyə-

ABŞ  münasibətlərini  daha  geniş  şəkildə  müzakirə  etməyə  başladılar. 

Müxтəlif dairələrdə тürk hökumətinin yeritdiyi birtərəfli xarici siyasət 

xətti  kəskin  şəkildə  tənqid  edilirdi.  Çoxtərəfli  siyasət  yeridilməsinin 

vacibliyi  vurğulanırdı.  İkitərəfli  amerikan-türk  hərbi  sazişlərinin 

əleyhinə olan əhval-ruhiyyə güclənirdi. Türk ictimaiyyətinin müxtəlif 

təbəqələri ABŞ-ın  əleyhinə  çıxırdılar. Türk dairələri “biz 1945-ci ildə 

Stalinə  yox  deyəndə  NATO  və  SENTO,  türk-amerikan  dostluğu, 




Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə