123
siyasətində sağlam meyllər Sovet İttifaqında daim başa düşüləcək-
dir, çünki cənub qonşusu ilə sülh və dostluğa can atdığını dəfələrlə
təsdiq etmişdir...”.
Sov. İKP MK-nın baş katibi L.İ.Brejnev “Böyük Oktyabr
Sosialist İnqilabının 47-cı ildönümü” adlı məruzəsində Türkiyə və
digər dövlətlərlə mehriban qonşuluq və dostluq xəttinin ənənəvi və
dəyişməz olduğunu bir daha vurğuladı
180
.
Erkinin Moskvaya səfəri və apardığı danışıqlar dünya dövlət-
lərinin də diqqətindən yayınmadı. AБŞ rəsmi sənədərində deyilirdi
ki, İnönünün Vaşinqtona səfəri zamanı bizim birgə kommunikeni
başa çatdırmağımıza nisbətən sovetlərin belə bir kommunikeni tez
imzalaması SSRİ-nin türk mövqeyini dəstəkəməsi baxımından daha
uzağa getmək istəyini göstərir
181
. ABŞ-ın Türkiyədəki səfiri Hare
1964-cü il noyabrın 30-da Dövlət Departamentinə yazırdı ki, həm
türklər, həm də Kipr yunanları Moskvada olmuşlar. Ruslar Moskva
danışıqlarında türklərin ABŞ və digərləri ilə sonrakı münasi-
bətlərinin necə olmasına müdaxiləyə cəsarət edə bilməzdilər. So-
vetlərin indiki mövqeyi həm yunan, həm də türk Kiprində ona nüfuz
qazandıracaqdır.
182
Səfərin nəticələri ilə Ankarada akkreditə olunmuş xarici ölkə-
lərin nümayəndələri də maraqlanırdılar. Səfər barədə məlumat al-
maq üçün Ankaradakı AFR, Səudiyyə Ərəbistanı, Kanada və Liviya
səfirləri Türkiyənin xarici işlər naziri ilə görüşmək istədilər. Onları
qəbul edən Erkin səfər barədə müfəssəl məlumat verdi
183
.
Londonda nəşr edilən “The Guardian” qəzeti “Qafqaz sərhədində
buzlar əriyir” adlı məqaləsində yazırdı: “Erkinin Moskvaya səfəri
Türkiyənin xarici siyasətində bir inqilab olub-olmadığı yolunda
heyrətləndirici mülahizələrə yol açmışdır. Soyuq müharibə ilə buzlar
əriyərkən çoxlu Qərb və bitərəf ölkələrdən hansı Moskvaya nazir
göndərmədi ki? Lakin Türkiyəninki xüsusi bir vəziyyətdir. “Türkiyə və
Rusiya milli düşmənlərdir” deyirlər. Fəqət, milli düşmənlər küsülü
qalmazlar. Türkiyə hökuməti indi özünü NATO və SENTO ittifaq-
larına qatıldığı zamandakı qədər böyük müttəfiqi üçün zəruri bir ölkə
kimi görməyə bilər. Yeni silahların inkişafı ilə Amerika Birləşmiş
Ştatlarının türk torpaqlarındakı bazalara ehtiyacı yoxdur və Kuba böh-
ranı zamanı çox eşitdiyimiz Yupiter raketləri də Türkiyə ərazisindən
çıxarılmışdır. Fəqət, bu, bütün dünyanı düşündürən həll problem-
124
lərindən biridir. Türkiyənin də bu problemə laqeyd qalacağını
gözləmək doğru olmazdı”. “The Guardian” “həm Türkiyə NATO-dan
çıxmır, biz və Türkiyənin digər müttəfiqləri Ankara hökumətinin
sovetlərlə münasibətlərini yaxşılaşdırmasından məmnunluq duyuruq.
Gərək ingilis, gərəksə də ABŞ hökumətləri öyrənmiş olmalıdır ki, bir
ölkə keçmiş düşməni ilə münasibətlərini yaxşılaşdırmağa qalxdığı
zamanda müttəfiqinin qəzəblənməsi qədər münasibətsiz bir hərəkət
olmaz” deyə qeyd edirdi
184
.
Erkinin səfəri sona çatarkən NATO-nun baş katibi Manlio
Brasio Ankaraya üç günlük səfərə gəldi. Baş katib Moskvadan yeni-
cə dönən Erkinlə görüşərək sovetlərə səfər, NATO-nu maraqlan-
dıran məsələlər və Kipr problemi ilə bağlı müzakirələr apardı. Erkin
Moskvada keçirdiyi danışıqlar barədə məlumat verdi. Brasio Tür-
kiyə prezidenti və baş naziri ilə də görüşdü. Yola düşməzdən əvvəl
mətbuat konfransı keçirdi. NATO-Türkiyə əməkdaşlığının səviyyə-
sindən razılığını ifadə etdi. Türkiyənin SSRİ ilə münasibətlərinin
inkişafının NATO ilə əməkdaşlığa mane olmayacağını bildirdi.
Erkinin səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə
açırdı. Bundan sonra münasibətlər yaxşılığa, əməkdaşlıьa dоğru
inkişaf etdi. Bir müddət əvvəl ticarəti qaydaya salmaq üçün SSRİ-
yə səfər edən nümayəndə heyəti Ankaraya döndü. Nümayəndə
heyəti iki ölkə arasında ticarət-iqtisadi əlaqələri genişləndirmək
üçün yaxşı imkanların olduğu qənaətinə gəldi. Əlaqələrin inkişafın-
dan ötrü geniş işlərə başlandı.
Beləliklə, iki ölkə arasında münasibətlər normallaşdırıldı. Qar-
şılıqlı faydalı əməkdaşlıq dövrünə тədrici keçid baş verdi.
Bu zaman Türkiyə SSRİ Ali Sovetinin sədri N. V. Podqornını
qarşılamağa hazırlaşırdı.
125
N. V. PODQORNI TÜRKİYƏDƏ.
DOSTLUĞA MANE OLACAQ
HEÇ BİR ƏNGƏL YOXDUR
Podqornının Тürkiyəyə səfəri
N.V.Podqornının səfəri iki ölkə arasında münasibətlərdə yeni
bir addım oldu. Sovet parlament nümayəndə heyətinin səfərinə üç
həftə qalmış Türkiyə tərəfi ABŞ-a və NATO qərargahına NATO-
nun çoxtərəfli nüvə qüvvələrinin yaradılmasında iştirak etməmək
niyyəti barədə məlumaт verdi. Türkiyənin bu hərəkəti müstəqil
xarici siyasət yeritməsi, eyni zamanda sovetlərə güzəştə getməsi
demək idi. Sovet-türk münasibətlərində yeni dövrün başlandığını
göstərirdi. Bununla belə, türk hökumətinin müvafiq addımı NATO-
dan ayrılmaq və Qərb bloku ilə müttəfiqlikdən imtina etmək deyildi.
Türkiyə tərəfi NATO daxilində ixtilaflara son qoyulacağı, Fransanın
bu təşkilata münasibəti qətiləşəcəyi təqdirdə çoxtərəfli nüvə
qüvvələrinin yaradılmasında iştirak edəcəyini bildirdi. Podqornının
səfəri ərəfəsində belə bir mövqe ilə Türkiyə sovetlərlə isti mü-
nasibətlər qurmaq istəyini ortaya qoyurdu.
Podqornı başda olmaqla 10 nəfərlik sovet parlament nümayəndə
heyəti 1965-ci il yanvarın 4-da Türkiyəyə səfər etdi
185
. Nümayəndə
heyətinin tərkibinə SSRİ Ali Sovetinin deputatları T.Axunova, V.
Qaqanova, M. Hüseynov, A. Dançenko, Q. Cavaaşvili, İ. Kratenko,
V. Ruben, T. Usubəliyev, P. Fedoseyev daxil idilər. Bundan başqa
nümayəndə heyətini 8 diplomat, jurnalistlər və Türkiyə səfirliyinin
əməkdaşları müşayiət edirdi. Nümayəndə heyəti ilə birlikdə
Türkiyənin SSRİ-dəki səfiri Hasan Esat İşık da Ankaraya gəldi.
Esenboğa hava limanında nümayəndə heyətini TBMM sena-
tının sədri Enver Aka, milli palatanın sədri Fuad Sirmen, Rusiyada
olmuş türk parlamentariləri, XİN baş katibi Bayülken, SSRİ-nin
Ankaradakı səfiri Rıjov, səfirliyin əməkdaşları, Polşa səfiri qarşı-
ladılar. Qarşılanma mərasimində Aka dedi: “Yüksək sovet şurası
Dostları ilə paylaş: |