Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə10/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   6   7   8   9   10   11   12   13   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
30
 
oldu. Türkiyə Avropa Birliyinə üzv olmaq kimi önəmli mövzular 
da  daxil  olmaqla  ABŞ-ın  siyasi,  iqtisadi,  diplomatik  dəstəyindən 
yararlandı.  Lakin  bu  münasibətlərin  sonrakı  mərhələlərində  bəlli 
oldu ki, ABŞ və Türkiyə siyasəti həmişə üst-üstə düşmür. Belə ki, 
Türkiyənin ABŞ və Avropa dövlətləri tərəfindən terrorçu sayılan 
Həmasla  əlaqələrə  girməsi,  “Mavi  Marmara”  məsələsi,  Fələstin 
dövlətinin  qurulması  ideasının  dəstəklənməsi,  İran  siyasəti  və  s. 
göstərdi ki, ABŞ həmişə Türkiyəni, Türkiyə də həmişə ABŞ-ı dəs-
təkləmir.  Lakin  buna  baxmayaraq  sabit,  demokratik  və  qərb  yö-
nümlü  Türkiyə  ilə  yaxın  əlaqədə  olmaq  ABŞ-ın  beynəlxalq  ma-
raqları baxımından çox önəmlidir. 
Əminliklə  deyə  bilərik  ki,  Türkiyənin  beynəlxalq  arenada 
tutduğu mövqe müstəqil türk dövlətlərinə nisbətən daha genişdir. 
Bu isə Türkiyənin uzunmüddətli təcrübəsindən, dünya miqyasında 
əhəmiyyətli yer tutmasından irəli gəlir. Osmanlı dövləti dağıldıq-
dan  sonra  öz  müstəqilliyini  qoruyub  saxlaya  bilən,  uzun  müddət 
dünya xəritəsində yeganə türk dövləti olan Türkiyə Cumhuriyyəti 
regional  inteqrasiyanın  təşəbbüskarı  kimi  çıxış  edir.  1991-ci  ildə 
SSRİ-nin əsarətindən xilas olmuş türk dövlətləri də istər iqtisadi, 
istər  siyasi  baxımdan  Türkiyənin  təcrübəsindən  yararlanmaqda 
maraqlıdırlar. Bu mənada TÜRKSOY və TÜRKPA kimi təşkilat-
ların  fəaliyyəti  diqqətəlayiqdir.  Xüsusilə  Azərbaycan  Türkiyə  ilə 
münasibətlərin  önəmini  vurğulayır.  Məhz  bu  münasibətlər  illərin 
sınağından  keçib  bugünkü  günümüzə  qədər  inkişaf  edir.  Hər  za-
man Türkiyə və Azərbaycan bir-birinə dəstəkdir. Bu isə iki dövlə-
tin bir-birinə bağlılığının təməlidir. Hər zaman qürurla deyə bilə-
rik: “Biz iki dövlət bir millətik”. 
ƏDƏBİYYAT 
1. Rza İbadov. Avropa İttifaqının əsasları. 
2. Faruk Sonmezoğlu. XXI yüzyılda Türk dış politikasının analizi. 
İstanbul, 2012 
3. Ipək yoluna və türk dünyasının birliyinə həsr olunan beynəlxalq 
konfrans – www.bizimyol.info 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
31
 
4. Əhməd Şahidov. Türk dövlətlərinin beynəlxalq təşkilatlarda 
təmsil olunması. - www.shadidov.com 
______________________ 
 
Aygün ABDULLAYEVA 
Bakı Dövlət Universiteti
Tarix fakültəsi, tarix müəllimliyi ixtisası, 
II kurs tələbəsi 
E-mail: aygun.abdullayeva.1997@mail.ru 
 
AB-NİN TÜRKİYƏYƏ MÜNASİBƏTDƏ 
“İKİLİ STANDARTLAR” YANAŞMASI 
Elmi rəhbər: Sevinc RUINTƏN 
Bakı dövlət Universitetinin dosenti 
Açar  sözlər:  Türkiyə,  Almaniya,  İngiltərə,  ikili  standart,  beynəl-
xalq təşkilatlarda əməkdaşlıq 
İkili  standart  münasibətlər  nədir?  İnsanlar  və  insan  qrupları 
arasında  ayrıseçkilik  etmək,  eyni  məsələdə  müxtəlif  və  ya  eyni 
prinsiplərlə baxmamaqdır. Geniş mənada desək, xalqlara, dövlətlə-
rə, irqlərə, dinlərə və digər insan topluluqlarına fərqli yanaşmaq, tə-
rəfkeşlik  etmək  (öz  mənafeyi  cəhətdən),  haqqı  və  ədaləti  birinin 
xeyrinə,  digərinin  əleyhinə  həll  etməkdir.  Məsələn,  ABŞ-ın  İsrailə 
və Fələstinə, Azərbaycana və Ermənistana münasibətini göstərmək 
yetərlidir.Ümumiyyətlə  bir  dövlətin  digər  iki  dövlətə  qarsı  qərəzli 
yanaşması ikili standartların ən çox müzakirə edilən və ağrılı tərə-
fidir. 
Türkiyənin Avropa dövlətləri ilə sıx iqtisadi, siyasi əlaqələri 
var. Avropa dövlələrinin Türkiyəyə münasibəti müxtəlifdir və ikili 
xarakter daşıyır. Fransa ilə Türkiyə arasında həmişə ikili əlaqələr-
də  müəyyən  ziddiyyətlər  olmuşdur.  Bu  əsasən  Fransanın  erməni 
tərəfkesliyi  ilə  bağlıdır  (məsələn,  2001-ci  il).  Hətta  2006-cı  il  12 
oktyabrda  “erməni  soyqırım”ını  inkar  edənlər  cəzalandırılırdılar. 
2011-ci ildə bu qərar rəsmi olaraq qəbul edildi.  Bu isə Fransa ilə 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
32
 
əlaqələrin  gərginləşməsinə  gətirib çıxardı. 2012-ci  il seçkilərində 
N.Sarkozi məğlub oldu, F.Olland hakimiyyətə gəldi və Türkiyə ilə 
münasibətlər yumşaldıldı. 
Türkiyə ilə Almanya arasında əlaqələr II Dünya müharibəsi 
və  II  Əbdülhəmidin  dövründə  hərbi  əlaqələr  də  yaranmışdır.  XI 
Baş Nazir 2011-ci ildə Almanyaya getmişdir.Almanya ilə Türkiyə 
arasında ikili standart əlaqələrdə bir sıra gərginliklər yaranmışdır. 
Buna səbəb Almanyanın PKK-a həm hərbi, hım də iqtisadi yardı-
mı olmuşdur. Bununla yanaşı Almanya Türkiyənin Aİ-na qatılma-
sına qarşı çıxmışdı. Bütün bunlara baxmayaraq Türkiyə ən böyük 
gəliri Almanya ilə ticarətdən götürür. 
Alman-türk-ingilis  əlaqələri  Türk  Cümhuriyyəti  qurulduq-
dan sonra münasibət dəyişmiş, iki müstəqil dövlət arasında əlaqə-
lər kimi qəbul edilmişdir. 1923-1932-ci illər türk-ingilis əlaqələri-
nin  əsasını  Mosul  məsələsi  təşkil  etmişdir.  Bu  məsələ  Lozanna 
müqaviləsinə  uyğun  olaraq  Türkiyə  ilə  İngiltərə  arasında  görüş-
mələr  başladı  və  9  ay  davam  etdi.  İngiltərə  məsələni  uzadaraq 
Millətlər Cəmiyyətinə qədər aparmağa çalışırdı. Lakin Türkiyə bu 
zaman Millətlər Cəmiyyətinin üzvü belə deyildi. Türkiyə Millətlər 
Cəmiyyətinə üzv olduqdan sonra Mosul xalqı arasında sorğu keçi-
rilməsi  barədə  fikir  irəli  sürdü.  İngiltərə  Mosul  xalqının  cahil  ol-
duğunu və sərhəd işlərindən anlamadığını bəhanə etdi. Mosul mə-
sələsinin  Türkiyənin  əleyhinə  həll  edilməsi  İngiltərə  ilə  münasi-
bətlərdə durğunluq yaratdı. 
Türkiyə NATO-da yeganə müsəlman dövlətdir. Bununla da 
Türkiyə bir özünün müdafiəsini artırmış oldu, NATO isə xristian 
birliyi olmaqdan çıxdı. NATO daxilində Türkiyənin rolunun məh-
dudlaşdırılmasi  əsasən  özünü  bəzi  layihələrdə  iştirak  edə  bilmə-
məsində göstərirdi. Hazırlanacaq əməliyyatlarda, logikoloji (mən-
tiqi),  psixoloji  layihələrdə  bütün  üzvlər  iştirak  etməlidirlər.Lakin 
bəzi  layihələrdə  türk  nümayəndələri  iştirak  ede  bilmirdilər  və  bu 
fəaliyyətlər  gizli  təşkil  olunurdu.  Məsələn,  məntiqi  (logikoloji) 
layihələrdə  iştirak  ede  bilmir.  NATO  Oficier,  Allied  force  yazan 
iclasların qapısından nəzarətçilər Türklər girə bilməz deyə xəbər-
darlıq edirlər. Niyə? Çünki Türkiyənin bilməməsi lazım olan mə-


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə