Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə79/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   87

 
 
198 
 
– Mən sizə hesabat verməli deyiləm, cənab kapitan! – deyə, nəhayət, Mehdi dilləndi, – 
xahiş  edirəm  ki,  məni  ləngitməyəsiniz.  Doğrusunu  deyim  ki,  bərk  yorğunam,  uzaqdan 
gəlirəm. 
– Belə de!.. – deyə kapitan kinayə ilə gülümsündü, – deməli, uzaqdan gəlirsiniz? Eybi 
yoxdur. Sizi yaxşı bir istirahət evinə düzəldərik. 
O, qısaca bir əmr verdi: 
– Tutun! 
Mehdi yan-yörəsinə baxdı. Hər tərəfdə esesçilər durmuşdular.  
– Qorxuram ki, sonra bu işinizə görə peşman olasınız, cənab kapitan! – Mehdi kəskin bir 
hərəkətlə öz icazə vərəqəsini kapitana uzatdı. 
Kapitan vərəqəni diqqətlə gözdən keçirdi. 
– Qəribədir! – deyə zabit burnunun altında donquldandı. – Axı siz hardan gəlirsiniz? 
– Sizin rütbədə və vəzifədə olan bir zabit bilməlidir ki, belə suallara cavab vermək olmaz! 
Görünür  ki,  Mehdinin  cavabı  kapitan  üçün  yetərli  oldu.  O,  əlini  papağının  günlüyünə 
aparıb dedi: 
– Aydındır! Yolunuza davam edə bilərsiniz! 
Mehdi xeyli aralanmışdı ki, birdən kapitan arxadan onu səslədi: 
– Bir dəqiqə! 
Mehdi özünü elə tutdu ki, guya eşitmədi. Arxadan tələsik addım səsləri eşidildi və kapitan 
da bu dəfə daha inadla qışqırdı.  
Mehdi dayanıb səsə tərəf döndü. Kapitan iki esesçi ilə bərabər ona yaxınlaşdı.  
– Mən lap yadımdan çıxartmışdım, – deyə o gülümsündü, – bəlkə, siz icazə vərəqənizə 
qol  çəkmiş  cənab  Şultsun  özü  ilə  şəxsən  görüşmək  istəyirsiniz?  Yəqin  ki,  ona  deyəcək 
sözünüz var? 
Mehdi başa düşdü ki, bu əclafın əlindən yaxasını asanlıqla qurtara bilməyəcəkdir. 
– Elə mən cənab Şultsun yanına gedirəm, – deyə cavab verdi. 
– Onda sizin üçün uzağa getmək lazım deyil. Cənab Şults bu saat “İl Pikkolo”dadır. 
Vəziyyət get-gedə mürəkkəbləşirdi. Mehdi qəti hərəkət etmək qərarına gəldi. 
– “İl Pikkolo”dadır? Bəs mən elə güman edirdim ki, onu gestapoda tapacağam. Mən indi 
ora getmək istəyirdim. 
– Xeyr, zəhmət çəkməyin, indi bu saat sizi cənab Şultsun yanına apararlar. – O, arxada 
duran esesçilərə tərəf döndü: – Cənabı redaksiyaya ötürün! 
Mehdi heç bir söz demədən esesçilərin dalınca getdi. Hə, yaxşı eləyib ki, Vasyanı özü ilə 
götürməyib. O, mane ola bilərdi. Amma yaman tələyə düşüb ha! Yenə də Şultsla görüşməli 
olacaq. O, Şultsa nə deyəcək? Bəlkə Şults tək deyil, Karranti onun yanındadır, onda nə olsun? 
Onda... Onda atəş açmalıdır! 
Budur, onlar “İl Pikkolo”ya yaxınlaşdılar. Qapıda gözətçilər durmuşdu. 
– Daha ötürmək lazım deyil ki? – deyə esesçilərdən biri soruşdu. 
– Yox, lazım deyil. 
– Cənab zabiti buraxın, – deyə esesçi gözətçilərə əmr etdi, – o, mayor fon Şultsun yanına 
gedir! 
Mehdi  içəri  girib  divarları  betondan  tökülmüş  dəhlizdən  keçdi.  Divarların  dalında 
maşınlar işləyirdi. Mehdi Şultsla görüşməyə tələsmirdi.  
Madam ki o, “İl Pikkolo”ya düşüb, bu təsadüfdən axıra qədər yararlanmalıdır! Əgər, işdir, 
Şults Mehdiyə rast gəlsə, deyər ki, onu axtarır. Mehdi yarıqaranlıq dəhlizlə yoluna davam 
etdi. O, partlayıcı maddəni hara qoymağı fikirləşirdi. Sexə girə bilməyəcəkdi. Bir də ki orada 
iş  görmək  də  çətin  idi.  Partlayıcı  maddəni  o  dəqiqə  görəcəkdilər.  “Dayan  görüm,  dayan 
görüm... Divardakı bu şüşə nədir? Hə, yanğın şlanqı üçündür! Deyəsən, heç kəs görünmür. 


 
 
 
199 
 
• • •
 
Lənət  şeytana,  sexdən  kim  isə  gəlir.  Yox,  dayandı,  söhbət  edir.  Tez  partlayıcı  maddəni 
çıxartmaq lazımdır...”. Mehdi partlayııcı maddəni çıxarıb şüşə çərçivənin dalına qoydu. 
...Mehdi öz sevincini büruzə verməmək üçün bütün bacarığını sərf etməli oldu. O, sifətinə 
işgüzar  bir  ifadə  verib  küçəyə  çıxdı.  Meydan  boş  idi.  Mehdi  tələsik  addımlarla  qaranlıq 
küçədə uzaqlaşdı. Az keçməmiş, dəhşətli partlayış səsi eşidildi.  
Mehdi  addımlarını  sürətləndirdi,  qəflətən  yük  maşınlarının  gurultusunu  eşitdikdə 
darvazalardan birinin dalında gizləndi. 
O, maşınların ona nə vaxt yaxınlaşacağını cəld hesablayıb çantasındakı partlayıcı mad-
dəni çıxartdı və beş dəqiqəlik kapsulu əzdi.  
 Budur, birinci maşın yaxınlaşdı. Bir az sonra ötüb keçəcək, Mehdi fürsət tapıb partlayıcı 
maddəni maşının içinə tulladı və qaranlıqda gizləndi. 
Partlayıcı maddə düz maşında əyləşən faşistlərin başına düşdü. Onlar qorxudan özlərini 
maışnın kənarına atdılar. Dəhşətli bir partlayış maşını parçalayıb göyə sovurdu. Partlayışın 
dalğası  arxada  gələn  maşını  da  çevirdi.  Maşın  dönüb  yolu  kəsdi.  Faşistlər  maşınlardan 
tökülüşüb yaralanmış esesçilərin göstərdiyi darvazaya tərəf cumdular. 
Mehdi  gücü  çatdıqca  yüyürürdü.  O,  sola  döndükdə  qarşı  tərəfdən  iki  feldjandarmın 
yüyürə-yüyürə  ona  tərəf  gəldiyini  gördü.  Onun  geri  qaçmağa  yolu  yox  idi.  Mehdi  jan-
darmların üstünə qaçdı. Nə o, nə də ki jandarmlar güllə atırdı. Onların arasında on iki addıma 
qədər  məsafə  qaldıqda  Mehdi  səkinin  üstünə  yıxılıb  avtomatdan  atəş  açdı.  Jandarmların 
atdığı güllələr onun başı üstündən keçdi. Mehdi yenə də dalbadal iki atəş açdı. Jandarmlardan 
biri üzü üstə yıxıldı, o birisi isə divarın dibində büzüşüb oturan yerdə öldü. Mehdi cəld ayağa 
qalxıb  yüyürdü;  divarın  dibindəki  jandarma  yaxınlaşdı,  tələsik  onun  avtomatını  götürərək 
uzaqlaşdı. 
İrəlidə, yenicə çıxan günəşin şüaları altında Vitovle kəndi görünürdü.  
Kəndlilər onu tanıyıb gizlətdilər və yaralarını bağladılar. İki saatdan sonra hitlerçilər bu 
kəndi də mühasirə etdilər.  
Mehdi  küçədəki  səs-küydən  oyandı.  O,  evin  çardağındakı  pəncərədən  baxdıqda  hit-
lerçilərin kənd əhlini meydana topladıqlarını gördü.  
Faşistlər  arvadları,  uşaqları,  qocaları,  hətta  xəstələri  də  evlərdən  çıxarıb  meydana 
yığırdılar. Həyətlərdəki itlər hürə-hürə soldatların üstünə atılırdı. Hitlerçilər güllə ilə vurub 
itləri öldürürdülər. Kəndliləri tüfəng qundaqları ilə itələyirdilər. Lakin heç kəs nə zarıyır, nə 
də  qışqırırdı.  Qışqıran  təkcə  faşistlər  idi.  Kəndlilər  isə  dinməz-söyləməz  meydana  top-
laşırdılar.  Hitlerçilər  partizanın  harada  gizləndiyini  soruşduqda  adamlar  susur,  səslərini 
çıxarmırdılar. Onların arasında bir nəfər də olsun, satqın tapılmadı. Bunu görən hitlerçilər 
kəndlilərə  bildirdilər  ki,  əgər  onlar  partizanın  yerini  deməsələr,  bütün  kəndi  yandıracaq, 
adamları da qıracaqlar. Kəndlilər bundan sonra da səslərini çıxarmayıb faşistlərin gözlərinin 
içinə baxırdılar. 
Mehdi  gördü  ki,  hitlerçilər  fikirləşdikləri  tədbiri  yerinə  yetirməyə  hazırlaşırlar.  O,  ilk 
yandırılmış  evlərdən qalxan  tüstünü  də, hitlerçilərin  meydana  toplanmış  adamları  güllələ-
məyə hazırlaşdıqlarını da gördü. 
Mehdi dişlərini bir-birinə möhkəm sıxdı, avtomatını hazırladı. O heç bir təqsiri olmayan 
adamların həyatına bais olmaq istəmirdi. 
Avtomatdan açılan atəş bir neçə hitlerçini yerə sərdi. Bu, həm kəndi, həm də onun cəsur 
sakinlərini xilas etdi. 
Mehdi atəş açmaqla öz yerini hitlerçilərə göstərmişdi. Faşistlər sevincək halda evə tərəf 
yüyürüşdülər. “Hə, deyəsən, artıq hər şey bitdi”, – deyə Mehdi düşündü.  
Topların ağzını evin çardağına tərəf çevirdilər. 
– Təslim ol! – deyə kapitan qışqırdı, – təslim olsan, atəş açmarıq!    
Mehdi cavab vermədi. 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə