Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə81/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   87

 
 
202 
 
 
 
 “Milli özünəqayıdış dövründə ədəbiyyat ( 1961– 1990)”  
bölməsi üzrə 
 
İsi Məlikzadə 
TALİSMAN 
(ixtisarla) 
 
Ağarəhim Borçalıda cəmi-cümlətanı bircə gecə qaldı. Gərək, heç olmasa, üç-dörd gün 
gəzəydi burda, üç-dörd gün Bakının basabasından, səs-küyündən uzaq olaydı. Ağarəhim kö-
nülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”.  Ağarəhimin əvə-
zinə, arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, – gərək işdə olsun”. Ağarəhim maşını 
tərpətdi, çünki institutda olmalı, axşam şöbəsinin tələbələrindən imtahan götürməli idi…  
Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıx-
mağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – 
adamın bağrı partlayar, vallah.   
Ağarəhim maqnitofonun ağzındakı kaseti barmağı ilə qabağa basdı və mahnıya qulaq asa-
asa fikri çözələndi.  
Yolun haçasına çatanda Ağarəhim maqnitofonu söndürdü, sürəti azaltdı, lap haçanın baş-
lanğıcında dayanmış maşının yanından ötəndə qəfil bir taqqıltı eşitdi: “Jiquli” yırğalandı, sağ 
yandan  qabaq  qapının  şüşəsi  çiliklənib  oturacağa  töküldü,  Ağarəhim  bu  taqqıltıdan,  bu 
yırğalanmadan əvvəl-əvvəl heç nə başa düşmədi, başa düşəndə belindən ağrı qopdu, elə bil 
böyrəklərinə  bıçaq  yeritdilər.  Əlləri,  ayaqları  əsdi.  Əyləci  güclə  basıb  maşından  birtəhər 
çıxdı. 
“Jiquli”nin sağ tərəfdən qabaq qanadı əzik-əzik olmuşdu, qabaq qapı əyilib içəri girmişdi, 
sağ fənər sınıq-sınıq idi. Ağarəhim qorxudan boğula-boğula, ürəyi titrəyə-titrəyə yük ma-
şınına tərəf baxdı. Ayaqlığın yanında cavan, çəlimsiz bir oğlan donuxub qalmışdı. O qədər 
arıq idi ki, ovurdu-ovurdundan keçirdi. Nazik, qara bığı olmasaydı, deyərdin, bəs uşaqdı. 
Ağarəhimin belindəki ağrı hələ çəkilməmişdi, üşütməli adam kimi qolları, qıçları hələ 
əsirdi.  Boğazı qovuşa-qovuşa: 
– Neynədin, əşi? – dedi və ona elə gəldi ki, səsi dilçəyindən bu yana keçmədi, səsi içində 
qaldı. 
Amma oğlan onun sualını eşitmişdi. O da səsi titrəyə-titrəyə: 
– Bilmədim, ay dayı, – dedi, – görmədim, vallah. 
Oğlanın gözləri ya anadangəlmə belə iri idi, ya da qorxudan irilənmişdi.   
Bu titrətməli, əsməcəli vaxtında Ağarəhimin yadına Pərvanənin sözləri düşdü. Pərvanə 
dönə-dönə demişdi ki, “maşında talisman gəzdir; göz dəyməz, xata-baladan uzaq olarsan”. 
Ağarəhim  talismana,  gözmuncuğuna,  cadu-filana  inanmırdı,  amma  Pərvanənin  sözlərinə 
baxmamağına indi peşman oldu. 
Ağarəhim içindəki əsməcəni büruzə verməmək üçün nəfəsini birtəhər nizamladı: 
– Kor idin? – dedi, – görmürdün ki, mən arxadan gəlirəm? 
Oğlan udquna-udquna: 
– Görmədim,  vallah, – dedi, – bu andır maşında dalı göstərən güzgü yoxdu. Ot da gözü-
mün qabağını tutmuşdu, elə dönmək istəyəndə… – Oğlan ürəkləndi, Ağarəhimə yaxınlaşa-
yaxınlaşa:  –  Şükür  allaha,  salamatlıqdı,  –  dedi.  Maşının  xurd-xəşil  olmuş  qanadına,  içəri 
batmış qapısına baxdı. – Bunlar düzələr, – dedi, – təki ölüm, xəsarət olmasın. 
Ağarəhim yan-yörəyə göz gəzdirdi. Belə işlək yolda, tərslikdən, bir ins-cins də görün-
mürdü. Bərk ayaqda Ağarəhimin şahidi olardı, tərəfini saxlayardı onun, deyərdi, bu kişinin 
 


 
 
 
203 
 
• • •
 
oğlunda zərrəcə günah yoxdu. Oğlan da Ağarəhim sayağı yan-yörəyə baxdı, sonra iri göz-
lərini dikdi Ağarəhimin üzünə: 
– Ay dayı, – dedi, – gəl çıxaq aradan. 
Ağarəhim başını buladı. 
– Qoy avtoinspektor gəlsin.  
Oğlan başladı dil tökməyə: 
– Vallah, düzəltdirəcəm maşınını. Vurulmağı qətiyyən bilinməyəcək. Bütün xərci mənim 
boynuma. 
– Nəyi düzəltdirəcəksən? – dedi, – şikəst eləmisən maşını. Mən sabah Bakıda olmalıydım. 
Neynəyim indi? 
Oğlanın arıq üzündə məlul-məhzun bir ifadə yarandı, iri gözlərindən mütilik töküldü və 
bu gözlər dilə gəlib dedi ki, “döy məni, söy məni, vur öldür – haqlısan”. 
Oğlan çəkinə-çəkinə: 
– Gedək, – dedi. – Günü bu gün düzəltdirəcəm. Səni gecəynən özüm aparıb qoyaram 
Bakıya. 
Ağarəhimin susmağı oğlanın dilini bir az da açdı. 
–  Qurban  olum,  ay  dayı,  onsuz  da  mənim  əskim  tüstülüdü.  Bir  xatadan  təzəcə  qur-
tarmışam, ikinci xataya düşməyimin sənə nə xeyri? Bir parça çörəyimi əlimdən niyə alasan 
axı? Allah səni saxlasın, gedəkmi?  – Oğlan yük maşınının ayaqlığına qalxdı. – Dalımca sür, 
– dedi, – fikir eləmə, vallah, düzələcək. 
Ağarəhim “Jiquli”yə oturdu – niyə oturdu, özü də bilmədi – irigöz oğlanın ardınca getmək 
istəmirdi, əzilmiş maşınla yolda da qalmaq istəmirdi. Ağarəhim odla su arasında vurnuxan 
adama bənzəyirdi, amma bilmirdi ki, od hansı yandadı, su hansı yanda. 
Ot  maşını  yavaş-yavaş  uzaqlaşırdı.  Ağarəhim  maşının  ardınca  baxdı,  baxdı  və  bayaq-
kından da betər qorxdu: “Deyəsən, aradan çıxır köpəyoğlu”. Amma ot maşını dayandı, oğlan 
başını kabinədən çıxarıb Ağarəhimə əl elədi və Ağarəhim “Jiquli”ni kənd yoluna döndərdi… 
Doqqazı enli, hasarı kol-kosdan olan bir həyətə girdilər. Oğlan kabinədən düşən kimi hələ 
də sükan arxasında donuxub qalmış Ağarəhimə yaxınlaşdı. 
– Xoş gəlmisən, qardaş, – dedi, sonra üzünü kürsülü evə tərəf tutub çağırdı, – Ay ana! 
Qonağımız var! 
Ağarəhim oğlanın üz tutduğu səmtə baxa-baxa maşından çıxdı və gördü ki, kürsülü evin 
artırmasında taxta çarpayının üstündə kök, yaşlı bir qadın oturub. Qadın yanındakı qıyqacı 
götürüb başına saldı. 
– Qonağın qədəmlərinə qurban olum, – deyib hıqqana-hıqqana çarpayıdan düşdü.  
Arvad ayaqları uyumuş adam təki yeriyirdi, elə bil ağır bədənini gəzdirməyə qıçlarının 
gücü çatmırdı. Uzun, gen tumanı onu bir az da kök göstərirdi. Çatıb Ağarəhimə əl verdi, 
nəfəsi təngiyə-təngiyə:  
– Xoş gəlmisən, atam-anam, – dedi. 
Ağarəhim başını tərpətdi. Borcu deyil ki, tanımadığı adamlara dil-ağız eləsin. Arvadın 
üzü qaramtıl idi, bir gözü yarıyacan ağ pərdə ilə örtülmüşdü. Ağarəhimin key-key dayan-
dığını görüb, əvvəlkindən də mülayim səslə: 
 – Öyə keçsənə, dərdin alım, – dedi. 
Ağarəhim dodaqlarının altında mızıldandı. Arvad dönüb evə tərəf gedə-gedə: 
– Ay gəlin, hey! – çağırdı, – ustul gətir qonağa! 
Gəlin əlində stul otaqdan çıxdı, elə bil bayaqdan stulu götürüb içəridə hazır dayanmışdı. 
Stulu, az qala, yüyürə-yüyürə gətirib armud ağacının kölgəsinə qoydu və tez də artırmaya 
qayıtdı. Tanınmaza-bilinməzə belə qəbul Ağarəhimin xoşuna gəlmədi. Ağarəhim nəzərləri 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə