N. Məcidova; red. S. Məlikzadə və IX red və burax məsul Ş



Yüklə 138,78 Kb.
Pdf görüntüsü
tarix18.06.2018
ölçüsü138,78 Kb.
#49567


 

   



F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

 



 

 

 



 

 

 



         

 

            



 

 

 

 

 

 

Disney və onun dostları 

Uolt Disney - 115 

 

 

 

 

 

 

 

 

Bakı – 2016  

 

 




 

Tərtibçi:                                  Nərgiz Məcidova 



                                                  

Redaktor:        

 

  Səməd Məlikzadə                       

 

 

İxtisas  redaktoru və  

  Şəhla Qəmbərova 

buraxılışa məsul: 

 

  Əməkdar Mədəniyyət işçisi             

 

 

 

   

 

 

 

 

 

 

Disney  və  onun  dostları:  metodik  vəsait  /tərt.  ed. 

N.Məcidova; red. S. Məlikzadə  və  ix. red. və burax. məsul Ş. 

Qəmbərova.;  F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası.- 

Bakı, 2016. - 21 s. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

      ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016. 

 

 




 

                                   Tərtibçi 

Bu vəsaiti hazırlamaqda məqsədimiz sizləri cizgi filmlərinin 

yaradıcısı  kimi  tanınan  Uolt  Disneyin  anadan  olmasının  115 

illik  yubileyi  münasibətilə  keçirilə  biləcək  layihələrlə  tanış 

etməkdir.  Vəsait  rejissorun  həyat  və  yaradıcılığından,  yubileyi 

münasibətilə  keçirilən  tədbirlərdən  –  sərgi,  guşə,  slaydların 

hazırlanmasından,    adı  ilə  bağlı  məşhur  Disneyland  parkı 

haqqında ədəbi-bədii gecədən bəhs edir. 

Uolt  Disney  5  dekabr  1901-ci  ildə  Çikaqoda  irland,  ingilis 

və  alman  əsilli  çox  kasıb  bir  ailədə  dünyaya  göz  açıb. 

Karikatura rəssamı olan  və 1919-cu ildən etibarən Kanzas Siti 

şəhərində yaşayan Disney daha sonralar  reklam şirkətinə daxil 

olub  və  burada  A.  Ayverksomla  birgə  işləyib.  Onlar  Disneyin 

məşhur  qəhrəmanlarının  hazırlanması  ilə  məşğul  olublar,  eyni 

zamanda  karikaturalar  çəkərək  ―Gülməyin  qramı‖  adlı  film 

yaradıblar.    Bu  formada  onların  ilk  reklam  çarxları  meydana 

gəlib. Özünün çox da böyük olmayan ―Laf-o qramz‖ adlı şəxsi 

şirkətini  quran  Uolt  Disney,  bu  işi  başlayarkən  çox  böyük 

vəsait  sərf  etməsə  də,  işini  uşaqları  sevərəkdən  görürdü.  Vaxt 

ötdükcə    o,  çox  sevilirdi.  Onun  çəkdiyi  rəsmlərdən,  nağıl 

filmlərindən  ibarət  olan  “Göyçək  Fatma”,  “Qırmızı  papaq”, 



“Çəkməli  pişik”  və  başqa  nağıllardan  götürülən,  iki  hissədən 

ibarət  olan  cizgi  filminə  bənzəyən    ―Alisa  möcüzələr 

ölkəsində‖ adlanan ilk  cizgi filmi ona böyük şöhrət gətirmişdi.                    

 

 

 

 

 

 

 

 

              

 



 

                               



 Uolt Disney

  

haqqında 

Uşaqlıq illərini ehtiyac içərisində keçirən Disney, yeniyetmə 

ikən  hər  gün  səhər  tezdən  durub,  qapı-qapı  dolaşaraq  qəzet 

paylayardı.  Fəqət  bu  işindən  qazandığı  pul  çəkdiyi  əziyyətin 

müqabilində  çox-çox  az  idi.  Buna  görə  də  daha  yaxşı  bir  iş 

axtarırdı. Lakin təhsili olmadığına görə üz tutduğu hər bir qapı 

üzünə bağlanırdı. Amma Disneyin oxumağa çox böyük həvəsi 

vardı. Günlərin birində yenə Çikaqo küçələrində iş axtararkən 

yol  kənarındakı  bir  kitab  köşkünə  yan  alır.  Kitablara  göz 

gəzdirərək: 

―Pulum  olsaydı,  bunların  hamısını  alıb, 

oxuyardım‖, - deyə düşünür və sonda yalnız birini alır. Aldığı 

kitabın  arxasında  ―Kanzas  Siti  Sənət  İnstitutu  sizi  ödənişsiz 

kurslara  dəvət  edir‖  elanını  oxuyur.    Çox  keçmir  ki  Uolt 

Kanzas  Siti  Sənət  İnstitutunun  kurslarına  qatılır  və  orada 

gələcək məsləkdaşı olan Ab Ayverkslə dostlaşır. 

Kursu  bitirdikdən  sonra  iki  dost  özlərinə  aid  bir  cizgi  filmi 

şirkəti  qururlar.  Lakin,  hər  şey  gözlədikləri  kimi  alınmır  və 

şirkəti bağlamaq məcburiyyətində qalırlar. 

Bir  müddətdən  sonra  Uolt  Disney,  qardaşı  Roy  Disney  və 

Ab  Ayverks  Hollivudda  bir  araya  gələrək  güclərini 

birləşdirirlər.  ―Alis  cizgi  filmi  diyarında‖  adlı  cizgi  filmini 

çəkir,  amma  yenə  uğur  qazanmırlar.  Sonra  ―Dovşan  Osvald‖ 

adlı  başqa  bir  cizgi  filmi  çəkirlər,  bu  film  də  tamaşaçılar 

tərəfindən  bəyənilmir  .  Uğursuzluğun  uğursuzluq  ardınca 

gəldiyini  görən  Uolt  Disney  pərişan  halda  Çikaqoya  dönür. 

Burada  o,  rəsm  çəkib  küçələrdə  satmağı  qərara  alır.  Bu 

məqsədlə  o,  evinin  arxasındakı  anbardan  emalatxana  kimi 

istifadə etməyə başlayır. 

Bir  müddət  sonra  Uolt  öz  rəsmləri  ilə  yenidən  Hollivuda  - 

qardaşı  Roy  və  dostu  Ub  İverksin  yanına  qayıdır.  Onlar 

―Disney  Company‖  şirkətini  qurmağı  qərara  alırlar.  İlk  işləri 

əsas  personajı  Disneyin  sevimli  siçanı  –  Mikki  Maus  olan 

―Uillinin buxarlı qayığı‖ adlı cizgi filmini çəkmək olur. Qeyd 

edək ki, bu filmə qədər cizgi filmləri səssiz çəkilirdi, lakin Uolt 



 

Disneyin  təkidi  ilə  bu  cizgi  filmində  ilk  dəfə  olaraq  səsin 



sinxronlaşdırma texnologiyasından istifadə edilir. 

Disneyin arzusu gerçəkləşir, ―Uillinin buxarlı qayığı‖ bütün 

seyr  rekodlarını  üstələyir.  Sonrakı  illərdə  sərvətinin  hamısını 

rəngli,  səsli,  altı  saatlıq  -  dünyanın  ilk  uzun  cizgi  filminə  sərf 

etməyə  qərar verir. Film tam üç  ilə çəkilir. Filmin  məsrəfi 1,5 

mln  dolları  aşmağa  başlayınca  Disneyin  şirkəti  iflasın 

astanasına  gəlir.  Beləcə  dünyanın  ilk  bahalı  cizgi  filmi  - 

―Ağbəniz və yeddi cırtdan‖ ərsəyə gəlir. Bu cizgi filmi Disneyə 

tam 8 mln dollar qazandırır. Uğurlar artır. Mikki Maus, Donald 

Dakk, Dippi, Pinokio kimi personajları ilə milyonlarca insanın 

könlünü  fəth  edən  Uolt  Disneyi  -  dünənə  qədər  heç  kəsin 

tanımadığı bu adamı indi hamı tanımaq istəyir. Reklamçılardan 

tutmuş,  geyim-oyuncaq  fabriklərinin  sahiblərinədək  hər  kəs 

onun  qəhrəmanlarının  şəkillərindən  istifadə  etmək  üçün  izn 

istəyirlər. Disney öz qəhrəmanlarını təkcə ekrandan deyil, daha 

yaxından tanıtmaq üçün Kaliforniyada ―Disneyland‖, Floridada 

―Disney World‖ kimi əyləncə parklarını açır. 

Bir  az  əvvəl söylədiklərimiz uşaqlığını yoxsulluq və iztirab 

içərisində  yaşayan  Uolt  Disneyin  hekayəsi  idi. Əlavə  edək ki, 

uşaq ikən sevinməyə heç bir şeyi olmayan bu adam milyonlarla 

uşağın çöhrəsinə gülüş bəxş edib və bu əziyyətin bəhrəsi olaraq 

29 Oskar mükafatına layiq görülüb. 

Kino-rejissor  Alfred  Hitçkok  bir  dəfə  həsədlə  ―Disney 

bəyənmədiyi aktyorları sadəcə cəkdiyi 

rəsmlərini  cıraraq  məhv  edə  bilir‖ 

demişdir. 



         Mikki  Maus    və  onun 

dostları 

Disneyin “Dəlicəsinə təyyarə” adlı 

filmində  onun  yeni  personaj  olan 

Mikki  Maus  siçanı  meydana  çıxır  və 

böyük  maraq  döğurur.  Bu  tipli  ilk 

cizgi  filmi  1928-ci  ildə  çəkilir.  Bəs 



 

Mikki Maus siçanını yaratmaq ideyası haradan doğub?  



Özünün  yazdığına  görə,  o,  bir  gün  emalatxanada  rəsm 

çəkməklə məşğul  olarkən birdən yanında nəyinsə səs saldığını 

eşidir.  Başını  qaldırıb  taxçada  kiçik  bir  siçan  görür.  İşini 

saxlayıb siçanı seyr etməyə başlayır. Siçan sanki rəqsə bənzər 

qəribə  hərəkətlər  edirdi...    Günlər  ötdükcə  Disneylə  siçanın 

dostluğu başlayır. Bir gün o, siçanın qəribə hərəkətlərini rəsmə 

köçürmək fikrinə düşür. Beləcə çəkdiyi bu rəsmlər heç fərqinə 

varmadan 

Uolt  Disneyi  cizgi  filmi  kralına  çevirir. 

Qəhrəmanları  arasında  Mikki  Maus  həmişə  istifadə  edilən 

personajlara çevrilir və 1932-ci ildə Disney, Mikki Mausa görə 

―Oskar‖  mükafatına  layiq  görülür.  Beləliklə,  ötən  əsrin 

otuzuncu    illərinin  əvvəllərində  Disneyin  rəssamlıq  üslubu  bir 

qədər  dəyəşir  və  inkişaf  edir.  Xüsusilə  heyvanlara  aid 

personajları daha böyük maraq obyektinə çevrilir. 

1933-cü  ildə  isə  Disney  dünyada  ilk  dəfə  olaraq  rəngli 

cizgi  filmi  çəkir.  O,  yeni  böyük  uğuru  “Üç  donuz  balası” 

adlı  filminə  görə  qazanır.  İngilis  nağıllarının  motivləri 

əsasında  hazırlanan  bu  film  ona  1933-cü  ildə  ikinci  dəfə 

Oskar mükafatını qazandırır.  

Ağbəniz  və  yeddi  cırtdan”la  Disney  ilk  dəfə  olaraq 

yarımmetrajlı filmə müraciət edir. Bu, onun 1937-ci ildə “Walt 

Disney Pictures” studiyası tərəfindən istehsal edilən ilk klassik 

qısametrajlı  cizgi  film  sayılır.  Film  Qrimm  qardaşlarının 

eyniadlı əsəri əsasında hazırlanıb.  

Bu  filmin  ssenarisinə  görə  isə  o, 

1938-ci 

ildə 


Venesiyada  keçirilən 

Beynəlxalq  film  festivalının  mükafatına 

layiq görülür.   

İkinci  dünya  müharibəsindən  sonra 

onun    studiyası  artıq  sifariş  edilmiş 

filmlər  çəkməyə  başlayır.  Bu  filmlər 

aşağıdakılardır: 

 -  1950-ci  ildə  Venesiya  Beynəlxalq 



 

Festivalının mükafatçısı olmuş “Göyçək Fatma”,   



- 1951-ci ildə “Alisa möcüzələr ölkəsində”,  

- 1953-cü ildə “Piter Pen,”   

- 1955-ci ildə  “Xanım və avara”,  

- 1959-cu ildə “Yatmış gözəl”,   

- 1961-ci ildə “Yüz bir dalmatin”,   

- 1964-cü ildə əsasən aktyor və cizgilərin köməyi ilə yaradılmış 

―Meri Poppins‖,  

- ―Cəngəllik kitabı‖ filmi isə 1967-ci ildə Disneyin ölümündən 

sonra tamamlanıb.  

―Snow  White  and  the  Seven  Dwarfs‖  cizgi  filmi  Disneyin 

ilk uzunmetrajlı cizgi filmi sayılır. Məlumat üçün deyək ki, bu 

filmin istehsalı onun studiyasını, demək olar müflis vəziyyətinə 

salır.  Yalnız  bankdan  aldığı  kredit    hesabına  Disney  bu  filmi 

tamamlaya  bilir.  Amma  1937-ci  ildə  filmin  premyerası 

alqışlarla  qarşılanır.  Bu  filmin  uğuru  Disneyə  Kaliforniyanın 

Burbank şəhərində Uolt Disney studiyası qurmağa imkan verir.  

1940-cı  ildə  onun  isə  ―Pinokio  və  Fantaziya‖  cizgi  filmi 

ekranlara  çıxır.  Təəssüf  ki,  yeni  cizgi  filmi  də  maliyə 

baxımından  uğurlu  olmur.  ―Dumbo‖  cizgi  filminin  çəkilişləri 

zamanı  isə  Disneyin  işçiləri  tətil  edir.  Uolt  Disney  maliyə 

böhranı  yaşayır.  Nəhayət  onun  azbüdcəli  ―Dumbo‖  filmi 

ekranlara çıxır və film böyük gəlir gətirir.    

1940-cı 

ildə  Amerika  İkinci  Dünya  Müharibəsinə 

qoşulduqdan  sonra  federal  hökumət  Disney  studiyasından 

təşviqat  xaraketerli  müharibə  filmləri  istehsal  etməsini  istəyir. 

Öz 

ideyalarını 



yalnız 

səhnədə 


həyata 

keçirməklə 

kifayətlənməyən  Disney  diqqətini  dünyanın  ilk  əyləncə 

mərkəzlərindən  olan Disney əyləncə parkını planlaşdırmağa və 

inşa etdirməyə yönəldir. 

 Disneylandda  aktyorlar  onun  yaratdığı  cizgi  filmlərindəki 

obrazlar  kimi  geyinir,  onlar  kimi  hərəkət  edirlər.  Disneyland 

ailələrin cizgi filmləri dünyasına səyahəti, maraqlı anlar yaşaya 

bilmələri  üçün  macaralı  bir  məkana  çevrilir.  Disney  parkın 



 

ətrafında  dəmir  yolu  çəkilməsini  istəyirdi.  Məqsədi  isə  qızını 



və  dostlarını  miniatür  Karolvud  qatarında  gəzdirmək  idi.  Bu 

parka gələnlər üçün yaxşı əyləncə olacaqdı. 

 1946-cı ildə Disney şöhrətli sürrealist rəssam Salvador Dali 

ilə  eksperiment  kimi  yeni  animasiya  film  üzərində  işləyir.  Bu 

zaman  onun  şirkəti  növbəti  dəfə  maliyə  böhranı  keçirir  və 

filmin  çəkilişləri  təxirə  salınır.  Sonralar  filmin  üzərində 

yenidən  işlənilir  və  animasiya  cizgi  filminin  olduqca  gözəl 

alınması keçmişdə onun klassik nağılları interpritasiya etməsini 

tənqid edənlərə layiqli cavab olur. Qeyd edək ki, onun ―Yatan 

Gözəl‖ və ―Sinderella‖ filmləri uşaqlar üçün dünyanın ən yaxşı 

filmləri siyahısına daxildir.      

Əlavə  edək  ki,  Uolt  Disneyin  çəkdiyi  klassik  cizgi  filmləri 

musiqisi və bədiiliyinə görə heç vaxt yeniliyini itirmir.    

1964-cü  ildə  studiyanın  yeni  istehsalı,  bədii  və  cizgi 

filmlərinin  sintezi  olan  ―Mary  Poppins‖  studiyaya  çox  böyük 

uğur qazandırır. Təəssüf ki, həddindən çox siqaret çəkən Uolt 

Disney  ağcıyər  xərçənginə  yoluxur  və  iki  il  sonra  65  yaşında 

vəfat edir.  

 

          Kitabxanada keçirilməsi nəzərdə tutulan tədbirlər: 



 

Öncə qeyd edək ki, məktəbyaşlı uşaqların kitabxanaya cəlb 

edilməsi  işində  cizgi  filmlərinin,  animasiyaların  nümayişinin 

müsbət  rolu  vardır.    Çünki  cizgi  filmləri  gerçəkliyi  əks 

etdirmənin    ən  yaxşı  vasitələrindən  biri  sayılır.    Bu  filmlərin 

təsiri  ilə  uşaqlar  gülür,  sevinir,  ağlayırlar.  Cizgi  filmlərinin 

uşaqlar  üçün  çox    maraqlı  olduğunu  nəzərə  alaraq,  Disneyin 

115  illiyi  (1901-1966)  ilə  əlaqədar  kitabxanada  Uolt  ―Cizgi 

filmləri‖ həftəsi keçirmək müsbət nəticələr verər. 

 

                           Cizgi filmi həftəsi 



 


 

Təşkilatçı: 



Firidun bəy Köçərli adına 

Respublika Uşaq Kitabxanası 

Ünvan: Səməd Vurğun 122G 

Tel.Faks: 597-08-51; 597-08-79; 

Elan: 

 

Uolt Disneyin 

115 illiyinə həsr 

olunmuş cizgi 

filmləri həftəsinin 

təşkili  

  

 Uolt Disney də məhz cizgi filmlərinin yaradıcısı kimi məşhur 

olduğundan  onun  ssenari  müəllifi  olduğu  filmləri  uşaqlara 

tanıtmaq  daha  səmərəli  olardı.  Bu  işin  təşkilində  oxucuları 

məlumatlandırmaq  üçün  təyin  edilmiş  tarixlərdə  cizgi  filmləri 

həftəsinin  keçiriləcəyi  haqqında  kitabxananın  facebook 

səhifəsində elan yerləşdirilir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Uşaqların  daha  çox  hansı  cizgi  filminə  baxmaq  istədikləri 



öyrənildikdən sonra nümayiş etdiriləcək filmləri seçilir.  

 

Sərgilər 

  Kitabхanalarda sərgilərin təşkili əyani təbliğat fоrması- 

nın  ən  gеniş  yayılmış  formasıdır.  Sərgilər  həcminə,  tərtibat 

texnikasına  və  müddətinə  görə  bir-birindən  fərqləndirilir.  Bir 

və  ya  bir  neçə  lövhədə,  stenddə  yerləşdirilən  sərgilər  əsasən 

baxılmaq üçün təşkil olunduğundan, onun tərtibi məsələlərinin 

böyük əhəmiyyəti vardır. Burada mətn və təsvir materialları 

bir-birini  tamamlamalıdır.  Sərgini  ―Cizgi  filmləri  ustası  Uolt 

Disney‖ və ―Uolt Disney - 115‖ başlıqları ilə təşkil etmək olar. 

Stendlər  şəklində  olan  sərgidə  müəllifin  kitabları,  qəzet  və 

jurnallarda  verilən  yazıları  da  yerləşdirilir.  Aşağıda  bu 

kitablardan nümunələr veririk: 



10 

 

 



 

    


   

       


             

 

 



 

 

 



 

 

    Kompleks  sərgilərdən  biri  də,  müxtəlif  xüsusiyyətli 



fonoqramların  köməyi  ilə  tərtib  olunan  ―danışan  kitab 

sərgiləri‖,  videofilmlər  təqdim  etməklə  hazırlanan  sərgilərdir. 

Sərgiyə ―Disneyin Cizgi filmləri qəhrəmanları‖ adı verilə bilər. 

Bu  sərgidə  Disney  studiyasının  hazırladığı  cizgi  filmlərindən 

ibarət CD diskləri də nümayiş edilir.                            

Foto sərgi 

 

 




11 

 

 



 

 Guşə 

Sərgiyə nisbətən daha gеniş və əhatəli оlan guşələr metodiki 

tövsiyə  baxımından  əhəmiyyətlidir.  Bеlə  ki,  guşədə  əlavə 

оlaraq  kartоtеka,  qəzеt,  jurnal  matеrialları,  tövsiyə  ədəbiyyat 

siyahıları,  mövzuya  uyğun  bir  sıra  sənədlər  və  şəkillər  də  öz 

əksini  tapır.  Guşələrin  təşkilində  əsas  məqsəd  охucuya 

aхtardığı matеrialları asanlıqla tapmaqda kömək еtməkdir. Rus 

dilində  tövsiyə  xarakterli  nəşr  olan  ―Учим  Английский  с 

героями дисней‖ seriyalı nəşrlər bu baxımdan maraqlıdır. Bu 

kitablarda  Disneyin  nağıl  qəhrəmanlarının  dilindən  uşaqlar 

üçün müxtəlif əyləncəli oyunlar, testlər, düşündürücü suallar və 

məlumatlar var. 

 

 



 

 

 



 

 

 



 

 

   Cizgi  filmləri  həftəsi  aşağı  sinif  şagirdləri  üçün  viktorinalar, 



cizgi  filmlərinin  nümayişi  ilə  və  nağılların  ucadan  oxusu  ilə 

seçilir.  Kitabxanaçı  uşaqlara  yubilyarın  şöhrət  yolu  haqqında 

söhbət aşır, fimləri barədə məlumat verir. 

 

1)



 

Uolt Disney kimdir? 

 ___________________________________ 

 

2)



 

Onun hansı cizgi filmlərinə baxmısınız? 

 _____________________________________ 

  



12 

 

3)



 

İlk  dəfə  dünyada  Uolt  Disney  tərəfindən  yaradılan 

rəngli cizgi filmi hansıdır? 

 a. ‖Üç donuz balası‖ 

 b. ―Mauqli‖ 

 c.‖Cindirella‖ 

 

4)

 



Mikki Maus personajı xoşunuza gəlirmi? 

       a. hə 

       b. yox  

5) Mauqli cizgi filmi hansı əsər əsasında çəkilib? 

      a. ―Zoluşka‖ 

      b. ―Cəngəllik kitabı‖ 

      c. ―Ağbəniz yeddi cırtdan‖ 

 

6)  Mauqli  Cizgi  filmi  hansı  yazıçının  əsəri  əsasında 



hazırlanıb? 

    Qrimm qardaşları – ―Cindirella‖ 

    Redyard Kiplinqin – ―Cəngəllik kitabı‖ 

    Şarl Pero – ―Çəkməli pişik‖ 

 

7)  Uolt  Disney  filmlərinə  görə  necə  dəfə  Oskar  mükafatı 



alıb? 

a.  15  


b. 29 

c. 25 


 

8)  Disneyin  ―Qnomların  yeni  mənzili‖  adlı  nağılı  nədən 

bəhs edir? 

_________________________________________ 

  

9)  ―Cindirella‖cizgi  filmi  hansı  əsərin  qəhrəmanı  əsasında 



cəkilib? 

a)  ―Ağca xanım və dovşanlar‖ 

b)  Qrimm qardaşları- ―Zoluşka‖ 



13 

 

c)  ―Mauqli‖ 



    10)  Məşhur Disneyland parkı haqqında nə bilirsiniz? 

           _____________________________________ 

                

                                   

Oyun  

“Qnomların  yeni  mənzili”  nağılı  əsasında  ―Nağıl 

qəhrəmanlarını özümüz yaradaq‖ adlı oyun təşkil etmək olar.  

 Nağılda  qnomların  öz  yeni  mənzillərinə  köçüb  bayram 

etmələrindən danışılır. Uşaqlar SD diskdə nağılı  dinləməklə və 

ya  kitabxanaçı  həmin  nağılı  oxumaqla  tanış  olurlar.  Oyun 

zamanı  uşaqlar  plastilindən  bu  nağıl  personajlarını-  qnomları 

öz  fikirləşdikləri  kimi  hazırlamağa  başlayırlar.  Bunlar 

Professor;  Deyingən;  Güləyən;  Utancaq;  Həpçi;  Yatağan  və 

Laldinməzdir.   

Onlar  bir  gün  öz  aralarında  fikirləşirlər  ki,  yeni  mənzilə 

köçsünlər. Yeni mənzillərdə qnomların hər birinin çarpayısı və 

mətbəxi  vardır.  Bura  onların  çox  xoşuna  gəlir.  Yeni  mənzildə 

belə  bir  qayda-qanunda  vardı:  heç  kim  əl-üzünü  yumamış 

süfrəyə otura bilməzdi. Qnomlar yeni mənzilə köçməni bayram 

etmək  fikrinə  düşürlər.  Öncə  evi  səliqəyə  salan  qnomlardan 

Həpçi dayanmadan asqırır. Yatağan isə öz çarpayısında uzanıb 

yatır.  Güləyən  isə  dayanmadan  zarafat  edir,  gülür,  lakin  çox 

ləzzətli yeməklər hazırlayır. Utancaq isə uzun müddət hansı işi 

görəcəyi  qərarını  verə  bilmir.  Yaxşı  yemək  bişirsə  də, 

utancaqlığından  bu  bacarığını  başqalarına  deyə  bilmir. 

Nəhayət,  o,  da  ləzzətli  yeməklər  hazırlamağa  başlayır.  Artıq 

nahar  süfrəsində  hər  şey  hazır  olur.  Öncə  əl-üzlərini  sabunla 

yuyan qnomlar bundan xoşlanırlar.  Bu, xüsusi ilə Lal-dinməzə 

çox xoş gəlir. Təzə və gözəl evdə hər şey öz yerindədir. Süfrəni 

yığdıqdan  sonra  əylənmək  üçün  Deyingən  musiqi  alətində  ifa 

edir. Onlar günlərini təzə evdə beləcə şad - xürrəm keçirirlər. 



 

              

 



14 

 

  



“Disney və onun nağıl qəhrəmanları” adlı  sərgi   

Uolt  Disneyin  müraciət  etdiyi  müəlliflərin  əsərlərini 

toplayıb buklet, sərgi, slaydlar hazırlaya bilərik. 

 Bu  sərgidə  uşaqlar  Disneyin  yaratdığı  personajları  deyil, 

həm də onları yazan müəlliflərlə də tanış ola bilərlər.  

                               

 

“Cindirella” 

    ―Yatan  Gözəl‖  və  ―Sinderella‖  cizgi  filmləri  uşaqlar  üçün 

dünyanın  ən yaxşı filmləri siyahısına daxildir. 

―Sindirella‖  və  ya  ―Zoluşka‖  — 

Şarl  Pero,  Qrim  qardaşları  və 

Pentameronun 

qələmə 


alınan 

variantları  ilə  məşhurlaşan  Qərbi 

Avropa  nağılıdır.  Bu  dünyada  ən 

məşhur 


―gəzən  süjet‖  olub, 

müxtəlif  xalqların  folkloruna 

töhvəsini  verib.  Bu  nağılın  ən 

qədim 


forması 

Misir 


papiruslarında  aşkar  edilib.  Əsərin  əsas  qəhrəmanı 

Yunanıstanda  doğulan  Rodopis  adlı  bir  qızcığazdır.  Əfsanəyə 

görə  onu  dəniz  quldurları  oğurlayaraq  Misirə  aparır  və  orada 

kölə kimi satırlar. 

  ―Ağbəniz və Yeddi Cırtdan” 

   İlk dəfə 1812-ci ildə milliyətcə alman olan Qrimm qardaşları 

tərəfindən toplanaraq çap edilən xalq nağılıdır. Nağıl pis qəlbli 

və 


qısqanc 

ögey 


anası 

tərəfindən  ondan  daha  gözəl 

olduğu 

üçün 


öldürülmək 

məqsədilə  meşəyə  göndərilən 

və  orada  cırtdanlarla  birlikdə 

yaşayan 


bir 

şahzadənin 

macəralarından  bəhs  edir.  Bu 

nağıl  bir  neçə  dəfə  tamaşaya 

qoyulub və ekranlaşdırılıb.  



15 

 

 ―MAUQLİ” - “Cəngəllik kitabı”  



 

  ―Cəngəllik  kitabı‖  cizgi  filmi 

1967-ci  ildə  istehsal  olunub.  Bu 

əsər  Disneyin  ―Walt  Disney 

Pictures‖ 

studiyası  tərəfindən 

istehsal 

edilən 


ondoqquzuncu 

klassik qısametrajlı cizgi filmidir. 

Filmin 

rejissoru 



Volfqanq 

Reyterman,  prodüseri  isə  Uolt 

Disneydir.  Film  ingilis  yazıçısı 

Redyard  Kiplinqin  ―Cəngəllik 

kitabı‖  və  ―Cunqlinin  ikinci 

kitabı‖ 


əsasında 

ekranlaşdirilib.Cizgi  filminin  1994-cü  ildə  ―Cəngəllik  kitabı‖ 

remeyk  filmi,    2003-cü  ildə  davamı  olan  ―Cəngəllik  kitabı  2‖ 

cizgi filmi çəkilib. 

 

 

    



Ədəbi-bədii gecə 

 

―Kamillik və xöşbəxtlik məkanı‖ adlı disneyland dünyasına 

səyahət. 

―Bizim bu xoşbəxt məkana xoş gəlmisiniz! Disneyland sizin 

ölkənizdir.  Burada  kamillik  yenidən  keçmişin  ən  əziz 

xatirələrini  yaşayır,  cavanlıq  isə  gələcəyin  vədləri  və 

çağırışlarından  həzz  alır.  Disneyland  yaranmış  ideallara,  arzu 

və  real  faktlara  həsr  olunub.  Ümid  edirik  ki,  bu,  dünya  sizin 

üçün sevinc və ilham mənbəyi olacaq. 

 Ədəbi-bədii gecə təşkil edilən zal Disneylandın şəkilləri ilə 

bəzədilir, zalda “Kamillik və xoşbəxtlik məkanı”, “Disneyland 

dünyasına səyahət”, “Dünyanın ən xoşbəxt yeri” başlıqlı foto 

sərgilər  təşkil  edilir.  Disneylandı  tərrənnüm  edən  videoçarx 

nümayiş edilir. 

 



16 

 

Aparıcı: - Bu tədbiri hazırlamaqda məqsədimiz sizinlə birgə  

uşaqların  sevimlisi,  cizgi  filmlərinin  kralı  kimi  tanınan  Uolt 

Disneyin  yaratdığı  məşhur  ―Disneylanda‖  səyahət  etməkdir. 

Öncə bu nəhəng cizgi filmi ustası ilə tanış olaq:  

Aparıcı:  -  Bu  il  115  illik  yubileyi  qeyd  edilən  Disney  çox 

kasıb bir ailədə dünyaya göz açıb. O, böyük zəhməti hesabına 

uşaqların  sevimlisinə  çevrilmişdir.  Onun  qurduğu  “Walt 

Disney  Pictures”  şirkəti  bu  gün  də  bütün  nəsillər  üçün  əsas 

film  mənbəyi  hesab  edilməkdədir.  Çoxlu  çətinliklərlə 

qarşılaşan  rejissor  əvvəlcə  Kanzas  Siti  şəhərində  karikatura 

rəssamı  işləyərəkən  dostu  ilə  bir  yerdə  özünün  məşhur 

qəhrəmanlarının  hazırlanması  ilə  məşğul  olub,  karikaturalar 

çəkərək  ―Gülməyin  qramı‖  adlı  filmini  yaradıb.  Böyük 

zəhmətlə  hazirladiğı  qısametrajlı  cizgi  filmi,  ilk  dəfə  olaraq 

ekrana  çıxan  tam  mətnli  cizgi  filmi  idi.  Təşkil  etdiyi  məşhur 



“Disneyland”    parkı  isə  dünyanın  ən  şirin  və  möcüzəli 

məkanıdır. O yer sanki bir nağıllar diyarıdır.  



Aparıcı: - Sehrbaz  Uolt  Disneyin  ən böyük arzusu  olan  bu 

nağıllar  diyarının  gerçəkləşməsi  17  iyul  1955-ci  ildə 

Disneyland Resortun qonaqpərvər qapılarını açmaqla reallaşıb. 

Həmin  gün  ameriklı  multiplikasiya  kralı  və  uğurlu  biznesmen 

Uolt  Disney  uşaqlar  və  valideynləri  üçün  möhtəşəm  əyləncə 

parkının  təntənəli  açılış  mərasimini  keçirir.  Aşılış  mərasimini 

ABŞ-ın gələcək prezidenti aktyor Ronald Reyqan aparır. 

Aparıcı: - Parkın yaradılmasına,  belə demək olarsa, ürəyini 

qoymuş  rəssam  həm  özünün  vəhəm  də  parkın  digər 

yaradıcılarının  fantaziyasından  istifadə  edib.  Mikki-Maus  və 

onun  dostlarının,  cizgi  filmlərinin  və  nağılların  sehrli  dünyası 

parkın divarlarında geniş əksini tapıb. Bu tamamilə orijinal və 

bənzəri olmayan, dörd əsas prinsip üzərində yaradılan park idi:  



Aparıcı:  -  Öncə  Uolt  Disneyin  cizgi  filmlərinin  sehrli 

krallığını yenidən qurmaq.  




17 

 

Aparıcı:  -  Daha  sonra  müxtəlif  və  yeni  texniki  tryukların 

əlavə  olunması  ilə  ziyarətçilərdə  elə  təəssüratlar  yaratmaq 

lazimdir ki, sanki onlar cəngəlliklər arasındadırlar.  



Aparıcı:  -  Üçüncüsü,  qonaqlar  sanki  qarşılarında  ruhları 

görürlər.   



Aparıcı:  -  Sonuncu  məqsəd  sanki  ziyarətçilər  dənizin 

dibində,  sualtı gəmidə oturublar. 



Aparıcı: - Əvvəl attraksionların sayı 16- ya, giriş bileti isə 1 

dollara  bərabər  olan  Disneylandda  hazırda  olduğu  kimi 

ziyarətçiləri  girişdə  Mikki-Maus,  Ağbəniz  və  Yatmış  Gözəl 

qarşılayırdı. Daha sonralar onların sırasına Disneyin cizgi filmi 

qəhrəmanlarından  olan  Pinokkio  və  Vinni-Pux  da  qatıldı. 

Disneyland tez bir zamanda ABŞ-ın görməli yerlərindən birinə 

və ailəvi istirahət üçün sevimli məkana çevrildi.  

Aparıcı: - Əbəs yerə Disneylandı dünyanın ən xoşbəxt yeri 

saymırlar.  Burada  qonaqları  Uolt  Disneyin:  ―Bizim  xoşbəxt 



məkana  xoş  gəlmisiniz!  Disneyland  sizin  ölkənizdir.  Burada 

kamillik yenidən keçmişin ən əziz xatirələrini yaşayır, cavanlıq 

isə  gələcəyin  vədləri  və  çağırışlarından  həzz  alır.  Disneyland 

Amerikanı  yaratmış  ideallara,  arzu  və  real  faktlara  həsr 

olunub.  Ümid  edirik  ki,  bu,  dünya  üçün  sevinc  və  ilham 

mənbəyi olacaq” səsi salamlayır. 

Aparıcı: - Park üç hissəyə bölünüb. Birinci hissə – simvolu 

Yatmış  Gözəlin  Qəsri  olan  Disneyland  Parkının  özüdür. 

Aparıcı:  -  İkinci  hissə  –  2001-ci  ildə  açılmış  ―Disney’s 

California Adventure Parkdır. Bu ərazi Qızıl Ştatın tarixinə və 

mədəniyyətinə  həsr  olunmuşdur  və  simvolu  Kaliforniya  canlı 

təbiətinin  rəmzi  olan  Qrizli  ayısının  siluetini  xatırladan  süni 

Grizzly Peak dağıdır.  

Aparıcı:  -  Eyni  vaxtda  Disney’s  California  Adventure  ilə 

birlikdə  üçüncü  zona  –  Downtown  Disney  yaradılıb.  Bu 

kompleks  bir  neə  attraksion  və  teatrdan,  12  zallı  kinoteatr, 

mağaza, restoran, bar və oyun əşyalarında ibarətdir. 




18 

 

Grizzly  Peak  (Qrizli  Zirvəsi)  -  Kaliforniyanın  rəmzi 



Disneyland  Resortun  qonaqları  Disney  studiyasının  sevimli 

animasiya  və  bədii  filmlərinin  əsl  qəhrəmanları  ilə  ünsiyyətdə 

ola və fantastik attraksionlarda əylənə bilərlər. Parkda gündəlik 

paradlar  və atəşfəşanlıq təşkil edilir. Disneylandın küçələrində 

orkestrin müşayiəti ilə Mikki-Maus və Donald Dak digər cizgi 

filmi qəhrəmanları ilə birlikdə gəzirlər.  



Aparıcı: - Parkda hər yerdə monorels, parovoz, fayton və ya 

funikulyor 

görmək  olar.  Funikulyorla  parkın  gözəl 

mənzərələrini 

seyr 

etmək 


mümkündür. 

Disneylandın 

yaranmasından  indiyədək  onu  500  milyon  qonaq,  o  cümlədən 

kral ailəsi, prezidentlər və dövlətin digər rəsmiləri ziyarət edib.  



Aparıcı: 

Disney  parklar  şəbəkəsi  hazırda  da 



genişlənməkdədir.    Belə  ki.  indi  Anahaym  şəhərində  yerləşən 

ilk Disneylanddan başqa, Florida ştatında (ABŞ) Disneyworld, 

Parisdə 

(Fransa) 

Avro-Disneyland, 

Tokio-Disneyland 

(Yaponiya)  və  Honqkonqda  (Çin)  Disneyland  fəaliyyət 

göstərir. 



 (Adları 

çəkilən  ölkələrin  Disneylandları  haqqında 

monitorda  ayrıca   məlumat verilir). 

 

Aparıcı:  -  Uolt  Disney  özündən  sonra  getdikcə  daha  da 

şöhrətlənən və ildə 22 milyard dollar gəlir gətirən dünyanın ən 

gözəl və maraqlı əyləncə mərkəzinin əsasını qoyub. 

Uolt  Disneyin  kim  olduğu  və  onun  multiplikasiyanın 

inkişafı üçün nələr etdiyi barədə çox danışmaq olar. Aparıcı: - 

Cizgi filmləri istehsalında ixtisaslaşan The Walt Disney media 

imperiyası  1926-cı  ildən  mövcuddur.  Disneyin  yaradıcı 

fəaliyyətinin  əhəmiyyəti  barədə  26  ―Oskar‖  da  daxil  olmaqla, 

çoxsaylı mükafatlar artıq şox  şey deyir.  

                    (Cizgi filmindən səslənən mahnı ) 

Aparıcı: - Əgər dünyada haradasa cizgi filmi planeti varsa, 

Disney orada böyük bir qitədir. Bu qitədə sehrbazlar, xeyirxah 

heyvanlar, cəsur və gözəl şahzadələr yaşayır...  



19 

 

                          



Ədəbiyyat siyahısı: 

 

Azərbaycan dilində: 

Disney  U.    Qnomların  yeni  mənzili  //  Nağıla  bax,  nağıla:  I 

hissə.- S.24-26. - Bakı, 2012.                                            

                                 İnternetdə 

 https://ru.wikipedia.org/wiki  

 http://www.disneylandparis.ru 

 https://az.wikipedia.org 

 

                                    Rus dilində 

Волшебный мир Диснея [Электронный ресурс]  :  

Волшебный мир Диснея [Электронный ресурс]  :  

 

Дисней  У.  Питер  Пэн  в  Нетландии:  Сказки.  -  М.:  Эгмонт 



Россия Лтд, 2003. - 80 с.  

Дисней У. Книга джунглей:  художественная литература. -  

Эгмонт Россия Лтд, 2002. - 80 с.  

Дисней  У.  Похождения  императора:  художественная  лит-

ра. - М.: Эгмонт Россия Лтд, 2002. - 80 с. 

Дисней  У.  Похождения  императора:  художественная  лит-

ра . - М. : Эгмонт Россия Лтд, 2002. - 80 с.  

Дисней  У.  Планета  Сокровищ:  Pассказы.  -  М.:  Эгмонт, 

2002. - 80 с.  

Дисней  У.  Планета  Сокровищ:  Pассказы.  -  М.:  Эгмонт, 

2002. - 80 с.  

Дисней У. Книга Джунглей 2: художественная литература. 

- М.: Эгмонт Россия Лтд, 2003. - 80 с.  

Дисней У. Спящая красавица: Cказки: Эгмонт Россия Лтд, 

2003. - 80  с.  

Дисней  У.  Дамбо:  художественная  литература;  -  М.: 

Эгмонт Россия Лтд, 2002. - 80 с. 

Дисней У. Не Бей копытом: художественная лит-ра; - М. : 

Эгмонт Россия Лтд, 2004. - 96 с.  



20 

 

Дисней  У.  102  Далматинца:  художественная  лит-ра.  -  М.: 



Эгмонт Россия Лтд, 2001. - 80 с.  

Учим  английский  с  героями  Диснея.  Дом,  милый  дом: 

книжка с наклейками: Академия Смартбук, 2006. - 32 с 

Учим  английский  с  героями  Диснея.  Животные:  научно-

популярная литература.: Академия Смартбук, 2007. - 32 с.  

Учим  английский  с  героями  Диснея.  Игры  и  игрушки: 

научное издание. - Ярославль: Академия Смартбук, 2007. - 

32 с  


Учим английский с героями Диснея. Всё о погоде: научно-

популярная  литература. - Ярославль:  Академия Смартбук, 

2007. - 32 с.   

Учим  английский  с  героями  Диснея.  В  городе:  научно-

популярная литература. - Ярославль: Академия Смартбук, 

2006. - 32 с.  

Учим  английский  с  героями  Диснея.  Каникулы:  научно-

популярная литература.  - Ярославль:  Академия Смартбук, 

2006. - 32 с.  

Учим  английский  с  героями  Диснея.  Мой  дом:  научно-

популярная литература.  - Ярославль:  Академия Смартбук, 

2006. - 32 с. 

Учим  английский  с  героями  Диснея.  Скоро  в  школу!: 

научно-популярная  литература.  -  Ярославль:  Академия 

Смартбук, 2007. - 32 с    

Учим английский с героями Диснея. Приятного аппетита!: 

научно-популярная  литература.  -  Ярославль:  Академия 

Смартбук, 2006. - 32 с.  

 

 

 



 

 

 



 


21 

 

Disney və onun dostları

  

(metodik vəsait) 



 

 

 

 

 

 

      Kompyuter yığımı 

      və dizayn:                                       Nərgiz Məcidova 

 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 

 

F.Köçərli adına Respublika  

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 

Çapa imzalanmışdır:23.05.2016 

Tirajı:100 

Pulsuz  


 

 

Yüklə 138,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə