Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə83/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   87

 
 
206 
 
Əjdər  “Moskviç”in  qapısını  açıb  ayaqlarını  salladı.  Elə  oturduğu  yerdəcə  Ağarəhimə 
baxıb, yüz ilin tanışı kimi gülümsədi. Bu da eynən Binnət kimi arıq, çəlimsiz idi, bunun da 
yaşını dürüst demək mümkün deyildi.  
Binnət tələsdirdi onu. 
– Əyə, düşsənə, a tanrısız! 
Əjdər qapıdan yapışıb qalxdı. Ağzına buz qoymuş adam təkin dilini güclə tərpətdi.  
– Qonaq… xoş gəlib… – İrəli yeriyib Ağarəhimə əl verdi, – ürəyini sıxma, bajoğlu, – 
dedi. – Mən… bu saat…  
Əjdər: 
– Budumu, ayə, maşın? – deyib ləngərlənə-ləngərlənə “Jiquli”yə tərəf getdi. 
Binnət uşağı maşından düşürtdü, oturacağa tökülmüş şüşə qırıntılarını təmizlədi.  
Əjdər  “Jiquli”nin  vurulmuş  yerini  diqqətlə  nəzərdən  keçirəndən  sonra  üzünü 
Binnətə tutdu.  
– Ayə, bekara şeydi… Başın haqqı… canını alacam bunun, cərcənəyini ayıracam, – dedi 
və çayırlıqda oturub qıçlarını uzatdı.  
Ağarəhim arxasını Əjdərə çevirib Binnətə pıçıldadı:  
– Deyəsən, keflidi bu.  
– Bu batmışın ayıq vaxtı olurmu heç? Çox zirək adamdı: beş kişinin işini təkbaşına görər, 
“yoruldum” deməz. Əlləri qızıldı bunun… Sən narahat olma, bircə saata düzəldəcək maşını.  
Əjdər siqaretdən dərin qullab alıb çayırlığa dirsəkləndi.  
– Ayə!.. A Binnət! Qonaq yoxsa mənnən danışır? Elə bilir… kefliyəm… heləmi?.. Ayə, 
mən Əjdərəm haa. Qonağa denən, – yumruğunu sinəsinə vurdu, – mən Əjdərəm haa.  
Binnət gülümsədi: 
– Demişəm, əşi. 
– Di get, bir dolça su gətir, ciyərim yanır.  
Binnət getdi su gətirməyə.   
Binnətin  gətirdiyi  suyu  Əjdər  çənəsinə,  sinəsinə  axıda-axıda  ləzzətlə  içdi.  Ağarəhim 
dodaqlarını yaladı, amma su istəməyə utandı.  
Əjdər:  
– Ya Allah! – deyib qalxdı. “Moskviç”in yük yerindən paslı bir ling çıxartdı. Elə bil illərlə 
əl dəyməmişdi bu lingə, illərlə yağışın altında, palçığın içində qalmışdı. Taxta çəkic çıxartdı. 
Dizlərini yerə qoyub, lingi “Jiquli”nin əzilmiş qanadının altına saldı. Bir dartdı, iki dartdı, 
çöl tərəfdən taxta çəkiclə bir vurdu, iki vurdu və əzik qanad çartıldayıb bir qarış uzunluğunda 
cırıldı. Əjdər əl saxladı.  
– Baho! Buna nooldu, ayə? – dedi, – Bu andır lap kağızdanmış… Mənnən çıxmaz iş… 
Niyə cırıldı, ayə, bu?  
Ağarəhim acıqlı-acıqlı Binnətə baxdı. Maşın vurulanda heç bu qədər dilxor olmamışdı, 
bu qədər heyifsilənməmişdi. Az qaldı, Əjdərin qolundan tutub fırıldatsın qırağa.  
Əjdər özü çəkildi kənara. Lingi, çəkici tulladı yerə.  
Əllərim niyə əsdi, ayə, mənim? – dedi. Əjdər də təzədən çayırlıqda oturdu.  
– Düzələcək, – dedi, – səbrini bas… O cırılan yerə fikir vermə. Lehimləyəcəm, olacaq 
anadangəlmə. Düzü, mən həmişə yekə maşınları abıra salmışam… Leqkovoy da düzəltmi-
şəm ha… “Moskviç” filan… “Jiquli” birinci kərədi… Qəm eləmə... Əjdər olan yerdə nə qəm? 
– dedi, ancaq hiss olunurdu ki, Ağarəhimdən çox, özünə ürək-dirək verir.  
Binnət  xəcalətindən  Ağarəhimin  üzünə  baxa  bilmirdi.  Əjdəri  tərifləmişdi,  Əjdərə  gü-
vənmişdi, sən demə, Əjdərin də bacarmadığı işlər varmış. Binnət ürəyində Allaha yalvarırdı 
ki, Əjdərə kəramət versin, fərasət versin, Əjdər də onu bu bəladan qurtarsın.  
– Ya Allah! – deyib Əjdər ayağa qalxdı.  
Ağarəhim görürdü ki, Əjdər “Jiquli”yə yaxın getməyə ürək eləmir, qalıb dirənə-dirənə.  


 
 
 
207 
 
• • •
 
Əjdər lingi, çəkici götürüb:  
– Başladıq, – dedi, amma hiss olunurdu ki, başlamaq istəmir.  
Ağarəhim hirsini boğa bilmədi: 
– Bacarmadığın işə niyə girişirsən? – dedi, – maşını day da şikəst elədin! – üzünü Binnətə 
tutdu, – yekə oğlansan! – dedi, – qanacağın, mərifətin olsun! Məni avara qoymusan burda! 
İstəyirsən, sənə pislik eləyim?! Pislik eləməyə gücüm çatar!  
Binnət yazıqlıq yağan iri gözlərini döyə-döyə qaldı.  
– Pislik niyə, dərdin alım? Bir xatadı, olub. Qardaşıma ismarış göndərmişəm, qoy gəlsin, 
görək neynirik.  
– Sabah mən Bakıda olmalıyam, başa düşürsən?!  
– İndi ki kənd ustasına ürək qızdırmırsan, deyirəm, bəlkə aparıb Bakıda düzəltdirəsən. 
Xərci nə qədər eləyir, de, ordan-burdan tapıb verərəm.  
Ağarəhim bilmirdi ki, maşın nə qədər xərc aparacaq. Qiymət deməyə qorxurdu. Qorxurdu 
ki, birdən az deyər. Amma dedi:  
– Min manat! – Ağarəhim Binnətin üzünə baxmadı, bilmədi ki, oğlanın sir-sifəti nə kökə 
düşdü.  
Əjdər lingi, çəkici tulladı.  
– İnsaf elə, ayə! – dedi. – Min manat nədi? 
– Bəs nə bilmişdin, əşi? Təptəzə maşındı, dörd ay deyil aldığım.  
Əjdər başını buladı: 
– Allahın olsun, ayə, min manat çölə tökülməyib.  
Söz Ağarəhimin ağzından çıxmışdı, vəssalam. Durub alver eləməyəcəkdi ki, burda. Qəti 
dedi:  
– Min manat!  
Əjdər sətin pencəyini düymələyə-düymələyə gedib çıxdı artırmaya. Çarpayıda, kök arva-
dın yanında oturub əllərini ölçə-ölçə başladı danışmağa.  
Binnət başını aşağı salıb Ağarəhimin qabağında şaxta vurmuş toyuq təkin dayanmışdı, 
yanıqlı-yanıqlı siqaret çəkirdi. Handan-hana başını qaldırıb qorxa-qorxa soruşdu:  
– Bəlkə, yönnəşək, a dayı?  
Ağarəhim sövdələşməyə son qoymaq üçün səsini qaldırdı:  
– Söz bir dəfə olar!  
Həyətə alçaqboy, tökməbədən, qırmızıyanaq bir kişi girdi.  Binnətə zərrəcə oxşarı olmasa 
da, Ağarəhimin ürəyinə damdı ki, Binnətin qardaşıdı bu, “Əfəndi” deyilən adam budu.  
– Xoş gəlibsən, dərdin alım, – deyib kişi Ağarəhimin yumşaq əlini daş kimi bərk, cod 
əlinin içində sıxdı. – Bə niyə burda ayaqüstə dayanmısan? – Üzünü artırmaya tutub: – Ana, 
hey! – dedi. – Qonağa beləmi qulluq eləyirlər?! Bəs hanı sizin süfrəniz, hanı yemək-içməyi-
niz?!  
Kişi Ağarəhimin əlini buraxıb artırmaya getdi. Əjdər başını yırğalaya-yırğalaya Əfəndiyə 
nəsə dedi. Arvad əlini dizinə çırpıb vaysınanda Əfəndinin, deyəsən, acığı tutdu.  
– Qaraçılıq eləməyin, siz Allah! – dedi. – Əziziniz ölməyib ha!   
Artırmadakı ortalıq stolunu sinəsinə qaldırıb aşağı düşürtdü.  
– Tez olun görək, acından qırıldıq!.. Əyə, bu gəlin harda itib?! 
Gəlin ağappaq süfrə gətirib stolun üstünə saldı. Əfəndi Ağarəhimi çağırdı:  
– Bəri gəl, dərdin alım. Görürəm, büyün bunnar sənə sitəm eləyiblər. – Bayaqdan farağat 
vəziyyətində dayanmış Binnətə dedi: – Get Əjdərin sazını gətir, qoy bir az dınqıldatsın, qulaq 
asaq. 
Ağarəhim çay içə-içə fikirləşirdi ki, nə yaxşı, Əfəndi gəlib çıxdı. Əfəndinin gəlişi ilə Ağa-
rəhimin nigarançılığı, narahatlığı sovuşmuşdu, ürəyində səbəbini özünün də anlamadığı bir 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə