Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə85/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   87

 
 
210 
 
 
 
 
“Müstəqillik illərində ədəbiyyat (1991-ci ildən günümüzə qədər)”   
bölməsi üzrə 
 
Zəlimxan Yaqub 
DUR  AYAĞA, MƏMLƏKƏTİM! 
(ixtisarla) 
 
Düşmən bilir, bu topağın altı nədir, üstü nə,  
Onunçün də od yağdırır gecə-gündüz üstünə.  
Qurban olum dumanına, qurban olum tüstünə,  
Qılınca dön, həqiqətim, qalxana dön, qeyrətim! 
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim! 
 
Şuşa, Laçın, Xocalı qovrulur öz yağında,  
Yetmiş yeddi yara var sinələrin dağında.  
Vaqif, Şəmşir, Ələsgər düşmənin tapdağında,  
Dağ yandırar intizarım, daş yandırar həsrətim, 
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim! 
 
Məzarsızdır meşələrdə qaçqın olub ölənlər, 
Kəfənsizdir son tikəni körpəsi ilə bölənlər. 
Qismətimiz uçurumlar, aşırımlar, bələnlər, 
İçərimi yedi-tökdü hirsim, kinim, nifrətin, 
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim! 
 
İtkinlərin tapılsa da, ölənlərin dirilməz, 
Baltalanıb budanmışam, budaqlarım gərilməz. 
Ağac əkdim, meyvələri öz əlimlə dərilməz,  
Yağıların pəncəsində cəhənnəmdir cənnətim,  
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!  
 
Haqsız meydan suladıqca əlimizdən haqq gedir,  
Gözümüzdən arx açılır, çay gedir, bulaq gedir.  
Qarış-qarış, parça-parça yurd gedir, torpaq gedir,  
Mən ki əsir olmamışam, nədir bu əsarətim?  
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim! 
 
Nifrətini silah elə, gəl silahı gözləmə,  
Sarıl bu inamına, gəl sabahı gözləmə.  
Haqqa güvən, nə gədanı, nə də şahı gözləmə, 
Ona-buna göz dikənə yoxdur mənim rəğbətim, 
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!  
 
Torpağımız neçə dəfə tapdalanmış, talanmış,  
Duru gözlü çeşmələrə qızıl qanlar calanmış. 
 


 
 
 
211 
 
• • •
 
Babəkim də, Koroğlum da, Xətayim də yalanmış,  
Haqqımızı qaytarmasaq, sən arxasız, mən yetim,  
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!  
 
Nə Tərtərdə ləzzət qaldı, nə Qarqarda, Xaçında, 
Oğul qanı xınalandı anaların saçında.  
Şəhid oldum Xocalıda, şəhid oldum Laçında,  
Bu yolların son ucunda şəhidlikdir qismətim,  
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim! 
 
 
 
 
 
 
 


Qısa fasilə (bir sayına bərabər) 
sətri 

|| 
Orta fasilə (iki sayına bərabər) 
sətri 

||| 
Uzun fasilə (üç sayına bərabər) 
sətri 

— 
Məntiqi vurğu 
sətiraltı 


 
Tonun yüksəlməsi 
sətirüstü 


 
Tonun alçalması 
sətirüstü 

..... 
Sözün uzadılması, yaxud cümlənin hissəsinin  
oxu tempinin aşağı salınması 
sətiraltı 


 
Tempin artırılması (oxunun sürətləndirilməsi) 
sətiraltı 

 
Yanaşı gələn sözlərin birnəfəsə deyilməklə oxunması 
sətirüstü 
10 
 
Misrada fikir tamamlanmayıb növbəti misraya  
köçürüləndə qoyulur 
sətri 
 
 
 
 
İ F A D Ə L İ   O X U D A   İ S T İ F A D Ə   E D İ L Ə N    
Ş Ə R T İ   İ Ş A R Ə L Ə R  
 


 
 
212 
 
 
 
 
 
 
s/s. 
Meyarlar 
Nail olmuşam  Nail olmamışam 
1  Fikrin aydın çatdırılması  
 
 
2  Fikrin əsərdən nümunələrlə şərh edilməsi 
 
 
3  Çıxışın inandırıcı olması 
 
 
4  Nitqdə cümlələrin düzgünlüyü 
 
 
5  Yersiz söz və ifadələrin işlədilməməsi 
 
 
6  Əsərin ideya-bədii xüsusiyyətləri ilə bağlı çıxışda 
müxtəlif mənbələrdən istifadə  
 
 
7  Mövzuya, problemə müqayisələr, ümumiləşdirmələr 
aparmaqla münasibət bildirilməsi 
 
 
8  Fərqli fikirlərə dözümlü yanaşma  
 
 
9  Öyrənilmiş yeni sözlərdən istifadə  
 
 
10  Mövzuya, problemə tənqidi münasibətin 
əsaslandırılması 
 
 
 
 
 
 
s.s. 
Meyarlar 
Bəli 
Xeyr 

Yazı işinə uyğun ifadələrlə başlamışam. 
 
 

Cümlələri dil qaydalarına uyğun qurmuşam. 
 
 

Sözləri düzgün yazmış, durğu işarələrinə, abzaslara əməl etmışəm. 
 
 

Təkrarlara yol verməmişəm. 
 
 

Bədii təsvir vasitələrindən istifadə etmişəm. 
 
 

Oxşar cəhətləri tapmışam. 
 
 

Fərqli cəhətləri tapmışam. 
 
 

Əhvalat və hadisələrə fərqli münasibət bildirmişəm. 
 
 

Fikirlərimi aydın, yığcam ifadə etmişəm. 
 
 
10 
Fikirlərimi əsərdən nümunələrlə əsaslandırmışam. 
 
 
11 
Faktlardan, sitatlardan yerində istifadə etmış, müqayisələr aparmışam. 
 
 
12 
Mövzu ilə əlaqədar müstəqil fikir söyləmişəm. 
 
 
13 
Müxtəlif mənbələrə dair biliklərimdən istifadə etmişəm. 
 
 
14.  Tələb olunan həcmdə yazmışam. 
 
 
15 
Yazımda məntiqi ardıcıllığı gözləmiş, ümumiləşdirmə aparmış, nəticə 
çıxarmışam. 
 
 
16 
Mövzunu əhatə etmişəm. 
 
 
 
 
 
 
 
Ö Z Ü N Ü Q İ Y M Ə T L Ə N D İ R M Ə   M E Y A R L A R I
 
 
Şifahi nitq bacarıqları üzrə
Yazılı nitq bacarıqları üzrə


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə