200
– Müqavimət göstərmək mənasızdır! Təslim ol!
Mehdi susurdu. O özünün ən müqəddəs arzuları, ən əziz adamları ilə vidalaşırdı. Şəhərlər
və adamlar onun gözləri qarşısında canlanırdı. Qohumları, sevimli Bakı... Qasım İsmayılov
küçəsi... Rəssamlıq məktəbi... Doğma, sevimli adamlar...
Bibi… onu boya-başa çatdıran mehriban qadın… Mehdiyə elə gəlirdi ki, bibi qocalıqdan
quruyub bərkimiş əli ilə onun saçlarını tumarlayır. O, sanki deyir: “Oğlum... Mehdi... Elə
mən
səni bu cür böyütmüşəm, mən səni belə görmək istəyirdim... Ancaq belə!”
Faşistlər partizanın nə vaxt cavab verəcəyini gözləyirdilər. Lakin cavab yox idi.
Onda eses kapitanı kəndin ağsaqqallarını yanına çağırıb tapşırdı ki, gedib partizanla
danışsınlar: “Əgər təslim olsa, onu öldürməyəcəyik. Yox, əgər müqavimət göstərsə, onda
toplardan atəş açacağıq... Fikirləşmək üçün beş dəqiqə vaxt veririk”.
Qocalardan biri cavab vermədən evə girdi və çardağa qalxdı. Bura onun evi idi. Mehdi
dəfələrlə bu qocanın evində gizlənmişdi. Qoca Mehdiyə yaxınlaşıb məyus halda onun
qabağında dayandı.
–
Sənə nə olub, Tinti? – deyə Mehdi soruşdu.
– Dilim gəlmir, oğlum...
– De, Tinti!.. – deyə Mehdi gülümsündü. – Səni nə xəbərlə göndəriblər?
– Yox, onların sözünü sənə deyə bilməyəcəyəm!.. – deyə qoca cavab verdi.
–
Çox sağ ol, Tinti!
Qoca bir ata nəvazişi ilə ona baxıb dedi:
– Dörd dəqiqədən sonra onlar buranı top atəşinə tutacaqlar.
– Sənin
evinə heyfim gəlir, Tinti.
– Biz bu evin yerində böyük bir gülüstan salarıq, – deyə qoca göz yaşlarını güclə
saxlayaraq dilləndi, – gülüstanın ortasında da “Mixaylo”ya abidə qoyarıq... Bizim uşaq-
larımız... nəvələrimiz, nəticələrimiz nəslindən-nəslə sənin haqqında dastanlar qoşarlar...
– Əlvida, Tinti, siz çox namuslu adamlarsınız... Öz namusunuzu qoruyun. Hələ qabaqda
çox-çox çətin sınaqlar var.
– Biz səni unutmayacağıq, “Mixaylo”.
– Əlvida, Tinti!
Tinti evdən çıxanda eses kapitanı onun üstünə cumdu və səbirsizliklə soruşdu:
– Hə, nə oldu? Vaxt keçib!
– O
bunu bilir, – deyə qoca cavab verdi.
– Avtomatlardan atəş! – deyə kapitan əlindəki tapançanı başı üstündə silkələyərək əmr
etdi.
Faşistlər çardağı atəşə tutan kimi çardağın pəncərəsindən onların başına qumbara
yağmağa başladı. Hitlerçilər qaçıb evlərin dalında gizləndilər. Onlar bilirdilər ki, partizanın
gülləsi çox deyildir. Lakin Mehdi də hitlerçilərin nə düşündüyünü və nəyə ümid etdiklərini
bilirdi. Ona görə də faşistlərin yenidən həmləyə keçməsini gözləyirdi. Hitlerçilər üç dəfə
dalbadal hücuma keçib evə soxulmağa çalışdılarsa da, meydanda təzə meyitlər qoyub geri
çəkilməyə məcbur oldular.
Lakin bir qədər sonra onlar evə soxula bildilər. Mehdi pillələrlə qalxan faşistlərin səsini
eşitdikdə son iki qumbarasını da onların başına çırpdı. Faşistlər pilləkənlə bərabər yerə
aşdılar. Bu vaxt bayırdan atılan güllələrdən biri Mehdinin çiyninə dəyib sümüyünə keçdi.
Mehdi qanı axa-axa atəş açmaqda davam edirdi. Az sonra onun gülləsi qurtardı, avtomat
susdu. Onda Mehdi tapançasını xatırladı: onu güclə cibindən çıxara bildi. Tapançada cəmi
dörd güllə qalmışdı. “Bunlardan biri mənimdir!” – deyə Mehdi qərara aldı. O, hitlerçilərə üç
güllə atdı, güllələrdən heç biri boşa çıxmadı.
“Qurtardı! – deyə Mehdi düşündü, – daha vaxtdır...”. Birdən-birə onun gözləri yanındakı
çantaya sataşdı. Bəs o, çantanı necə unutmuşdu? Axı o, maşına cəmi bir atım partlayıcı
201
• • •
maddə tullamışdı. İkinci atım isə çantada idi! Mehdi cibindəki detonatorları çıxartdı... On-
ların arasında altı dəqiqəlik detonatoru seçib kapsulu dişləri ilə əzdikdən sonra çantanın içinə
soxub çardağın qapısı ağzına qoydu.
Vaxtdır... Mehdi tapançanı yoxladı. Cəmi bir güllə qalmışdı. Sol əli işləmirdi, Mehdi
qanının necə axdığını hiss edirdi. Faşistlər atəşi kəsmirdilər. Mehdi gözlərini yumub
tapançanın lüləsini yavaş-yavaş ürəyinə yaxınlaşdırdı.
“Bəli, yaşamaq! Lakin namusla yaşamaq!.. Nə olaydı, güllə yayınmayaydı... – deyə o,
qorxu
ilə fikirləşirdi, – nə olaydı, güllə düz dəyəydi!”
Barmağı yalnız bircə dəfə hərəkət etdi – qısa və kəskin bir hərəkət... Güllə bu dəfə ya-
yınmamışdı... Mehdinin bədəni çardağın pəncərəsindən küçəyə tərəf asıldı. Onlarca güllə
onun bədəninə sancıldı. Vitovle kəndinin qadınları ağlaşıb nalə çəkdilər. Faşistlər quzğun
dəstəsi kimi evə tərəf cumdular... Onlar nərdivan tapıb, qabaqda kapitan olmaqla, yuxarı
dırmaşmağa başladılar. Kapitan hələ Mehdiyə çatmamış iblisanə qəhqəhə ilə gülə-gülə
tapançasının güllələrini bir-bir onun bədəninə boşaltdı. Qırx nəfərə qədər faşist çardağa
yığılmışdı.
– Atəş, atəş!.. – deyə kapitan gücü gəldikcə bağırırdı.
Onlarca güllə yenə Mehdinin bədəninə sancılırdı. Lakin o, ağrı hiss etmirdi. Onun siması
sakit və qəzəbli idi. O hətta öldükdə belə faşistlərin canını lərzəyə salırdı.
Elə bu vaxt dəhşətli bir partlayış yeri-göyü titrətdi. Çardaqdakı faşistlər canlarını qurtara
bilmədilər. Onlar evin tüstülənən xarabazarı altında gömülmüşdülər.
Mehdi qisas alırdı. O, öləndən sonra da qisas alırdı.
Sağ qalmış faşistlər qorxudan kənddən qaçırdılar.
Bu vaxt Vitovle kəndinin qocaları və cavanları, qadınları və qızları Mehdi ilə vida-
laşırdılar.
Qoca Tinti üzünü camaata tutaraq yavaş və hüznlü bir səslə danışmağa başladı:
– O dedi ki, biz namuslu adamlarıq. O tapşırdı ki, biz həmişə öz namusumuzu qoruyaq.
O, bizə xəbərdarlıq etdi ki, hələ qabaqda çətin sınaqlar çoxdur.
Vitovle kəndinin sakinləri Mehdinin sözlərini həmişə yadda saxlayacaqlarına and içdilər.
Mehdini yüksək və gözəl bir təpənin sinəsində dəfn etdilər. Adamlar gecə-gündüz bu
qəhrəmanın məzarının keşiyində durdular.
Uzaq və yaxın kəndlərin əhalisi Mehdinin məzarı üstünə gəlirdi. Qranik kəndinin oğlan
və qızları Mehdinin məzarına çiçəklərdən hörülmüş gözəl əklillər düzürdülər.
Qoca Tinti Mehdi ilə vidalaşmağa gələn bütün namuslu adamların qarşısında “Mixay-
lo”nun sözlərini dönə-dönə təkrar edir və gəncləri onun kimi qəhrəman olmağa çağırırdı.