N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə10/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   6   7   8   9   10   11   12   13   ...   145

Sosiologiyada  mədəniyyət  -   sosial  təbiətə  malik  olan  və 

insanların  m üxtəlif  sosial  situasiyalarda  qarşılıqlı  anlaşmasını 

təmin  edən,  predmetlərin,  ideyaların,  dəyər anlayışlarının  yara­

dılmasına,  anlanılmasına,  qorunmasına  və  yayılmasına  yönəl­

miş  sosial  münasibətlərdə  əks  olunan  mürəkkəb  dinamik  quru­

luş kimi nəzərdən keçirilir.  Sosioloji tədqiqatın obyekti,  cəmiy­

yətdə  mövcud  olan  mədəniyyət  obyektlərinin  yaradılması, 

örtülməsi,  mənimsənilməsi  üsullarının  və  formalarının  konkret 

bölgüsü,  mədəni  həyatda  daimi  və  dəyişkən  proseslər,  həmçi­

nin  onların  sosioloji  faktorları  və  mexanizmləridir.  Bu  kon­

tekstdə  sosiologiyada sosial birliklərin,  qrupların və bütövlükdə 

cəmiyyət  üzvlərinin  təbii  və  sosial  ətrafı  ilə  zamanca  təkrar­

lanan,  geniş  yayılmış  m üxtəlif münasibət  formalarını,  birliklə­

rin  mədəniyyətinin  inkişaf səviyyəsini  müəyyən  etməyə  və  de­

məli  onların  mədəni  tərəqqisi  və  ya tənəzzülü  haqqında  danış­

mağa imkan verən mədəniyyətin inkişaf dinamikasını  öyrənir.

Hər  bir  konkret  birlik  (sivilizasiya,  dövlət,  xalq  və  s.),  bir 

çox  əsrlər  boyu  fərdin,  bütün  həyatı  boyu  onu  izləyən  və 

nəsildən  nəslə  ötürülən  öz  şəxsi  mədəniyyətini  yaradır.  N əti­

cədə  çox  mədəniyyətlər  meydana  çıxır.  Sosioloqlar  qarşısında 

insan  mədəniyyətində  nə  isə  ümumiliyin,  elmi  dildə  desək, 

mədəni  universalilərin  olub-  olmadığını  öyrənmək  problemi 

yaranır.

1959-cu  ildə  Amerika  sosioloq  və  etnoqrafı  Corc  Merdək 

70-dən  yuxan  universalilərin  bütün  mədəniyyətlərdə  eyni 

elementlərə  malik  olduğunu  göstərdi:  yaş  dərəcələri,  idman, 

bədən  bəzək  əşyalan,  təmizliyə  riayət  etmə,  qəbilə  quruluşu, 

qida 


hazırlamaq, 

əməyin 


korporasiyası, 

kosmologiya, 

pərəstişkarlıq,  rəqslər,  dekorativ  incəsənət,  fala  baxma, 

yuxulann yozulması,  əməyin bölgüsü, təhsil və s.

Mədəni  universalilər  ona  görə  yaranır  ki,  bütün  insanlar 

dünyanın  hansı  bir hissəsində  yaşasalar da fiziki  cəhətdən  eyni 

cür quruluşdadırlar.  Onların eyni bioloji tələbatları var.  Deməli, 

bütövlükdə  bəşəriyyət  qarşısında  ətraf  mühitin  ümumi  prob­

29



lemləri  ilə  qarşılaşırlar.  İnsanlar  doğulurlar  və  ölürlər,  buna 

görə  də  bütün  xalqlarda  doğum  və  ölümlə  bağlı  adətlər 

mövcuddur.  Onlar  birgə  həyat  sürdüklərindən  onlarda  əməyin 

bölgüsü, rəqslər,  oyunlar,  salamlaşmalar və s.  yaranır.

Yuxanda  da  qeyd  etdiyimiz  kimi,  elmi  və  ensiklopedik 

ədəbiyyatlarda,  habelə  sözlük  və  lüğətlərdə  adətən,  bəşəriyyətin 

əmək  sahəsində,  ictimai  və  mənəvi  həyatda  əldə  etdiyi,  tarixən 

insanlığın  yaratmış  olduğu  maddi  və  mənəvi  sərvətlərin  toplusu 

kimi  başa  düşülən  mədəniyyət  anlayışına  dünya,  o  cümlədən 

Türkiyə  və  Azərbaycan  mütəfəkkirləri  tərəfindən  özünəməxsus 

yanaşmalar mövcuddur.  Onlar mədəniyyət və millət məfhumlanna 

biri  digərini  doğuran,  tamamlayan,  mühafizə  edən  amillər  kimi 

yanaşmış,  bu  mədəniyyətəl  hadisələri  vahid,  tam  orqanizmin 

ayrılmaz  tərkib  hissələri  hesab  etmişlər.  M.K.Atatürk,  M.Ə.Rə- 

sulzadə, M.B.Məhəmmədzadə kimi “milli dövlət ideoloqlan” bir az 

da irəli gedərək mədəniyyət və millət məfhumlanm  eyni mövqedən 

dəyərləndirmişlər.  Mübariz  Süleymanlı  bununla  bağlı  yazır:  “Elə 

bu  səbəbdəndir  ki,  milli  dövlət  quruculuğu  uğrunda  qanlarını 

əsirgəməmiş,  canlarını  fəda  etmiş  Türk böyüklərinin  demokratiya, 

hürriyyət,  istiqlal  uğrundakı  ideya  mübarizələri  mədəni  inkişafa, 

mədəni  tərəqqi  və  intibah  əsaslarına  söykənmişdir.  Artıq  dünya 

dövlətçilik  tarixində  sınaqdan  çıxmış,  Azərbaycanda  isə  milli 

diriliyimizi  mədəni  təməllərə  bağlayan  M.Ə.Rəsulzadənin,  “Milli 

dövlət  kültür  yaradıcılığının 

ən  yüksək 

şəklidir” 

deyən 

M.B.Məhəmmədzadənin  Azərbaycan  Xalq 



Cümhuriyyətinin 

qurulması  ilə  təsdiqlənən  elmi  müddəaları  milli  dövlət  qurucu­

luğunda  dil,  kültür  və  mədəniyyətin  ən  mühüm  və  əvəzedilməz 

amil  olduğunu  bir  daha  aşkarlamaqda,  xatırlatmaqda  və  bəyan 

etməkdədir” (95, s.58).

Mədəniyyətlə  bağlı  Azərbaycan  kulturoloji  fikrində  işlədilən 

milliyyət  və  millət,  kültür  və  mədəniyyət  məfhumlanna  açıqlıq 

gətirilmədən  müasir  dövrdə  mədəniyyət  siyasətimizin  təməl 

prinsiplərini  elmi-tənqidi  baxımdan  təhlil  etmək  anlaşılmazlıq 

yaradar.


30


M.Ə.Rəsulzadəyə  görə  millət  anlamım  ifadə  etmək  üçün 

dilimizdə  iki  söz  vardır:  Milliyyət  və  millət.  Bunlardan  birincisi 

lisanı  (dil),  dini,  irqi,  qövmi,  tarixi,  coğrafi,  iqtisadi  və  siyasi 

amillərin  təsiri  ilə  meydana  gələn  etnik  bir  cəmiyyəti  ifadə  edər. 

İkincisi  isə  bu  topluluqdan  doğan  ümumi  bir  iradəni  anladar. 

“Millət  olmaq  əzmi”  başlıqlı  məqaləsində  o,  Düikeym  və 

Madzininin  tərifləri  arasındakı  ifadə  fərqliliklərinə  tənqidi 

yanaşaraq  yazır  ki,  dilləri,  adətləri,  tarixləri,  dinləri,  vətənləri  və 

şairələri  bir  olan  insanlar  bir  milliyyət  təşkil  edərlər;  fəqət,  bir 

milliyyətin millət halına keçməsi ümumi  şüur və kollektiv iradənin 

ortaya çıxmasına bağlıdır (111,  s.17-18). Bunun isə yalnız “ictimai 

hafizə”  vəzifəsini  görən  orqanın  təşəkkülü  ilə  vücudə  gəldiyini 

göstərən  M.Ə.Rəsulzadə -  “Milliyyət  etnik bir  anlam  ikən,  millət 

siyasi bir anlamdır” qənaətinə gəlir.

“Millətçilik-patriotizm”  məqaləsində  M.Ə.Rəsulzadə  yazır: 

“Milliyyət müəyyən şərtlər və hadisələr nəticəsində vücuda gəlmiş 

statik  bir  varlıqdır;  millət  isə bu  statik varlığın  şüurlaşan  dinamik 

(fəal)  bir  şəklidir.  Statik  bir  keyfiyyət  ərz  edən  milliyyət 

baxımından  vətən  coğrafi  bir  anlamdır.  Halbuki  şüur  və  iradəyə 

malik bulunan millət baxımından vətən,  siyasi bir məna ifadə edər” 

(112, s. 19-20).

“Qövm  və  millət”  məqaləsində  isə,  “Milliyyətin  dövlət  olmaq 

əzmini  göstərdiyi  və  bunda  israr  etdiyi  zaman  ancaq,  millət 

olduğunu”  söyləyən  M.Ə.Rəsulzadə  fikirlərində  böyük  türk 

filosofu  Ziya  Göyalpa  istinad  edərək  yazır  ki,  “Millət  (nation) 

şəxsiyyətini 

uzun 

müddət 


qeyb 

etdikdən 

sonra 

təkrar 


canlandırmağa  çalışan  bir  Qövm  deməkdir”,  “Millət,  çağdaş 

mədəniyyəti  külli  tam,  özünü  də  onun tərkib  hissəsi  olaraq  görür” 

(113, s. 24-25).

Kulturoloji  fikrimiz  tarixində  mədəniyyət  və  mədəniyyət 

anlamlan da əsasən Ziya Göyalpın təklif etdiyi terminoloji modeldə 

başa  düşülməlidir.  Ziya  Goyalp  sosiologiyasının,  təliminin  əsasını 

hars  (milli  kültür)  və  mədəniyyət  ikiliyi  və  sintezi  təşkil  edir. 

“Kültür  milli,  mədəniyyət  isə  beynəlmiləldir.  Kültür  yalnız  bir

31



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə