N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə12/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   8   9   10   11   12   13   14   15   ...   145

mənəvi  dəyərlərimiz  dedikdə  məhz  duyğulanmızla  bağlı  olan 

kültürümüz  -   dilimiz,  dinimiz,  əxlaqımız  nəzərdə tutulur.  Ziya 

Göyalpın  fikirlərinə  əsaslanaraq  belə  nəticəyə  gəlmək  olur  ki, 

mədəniyyət  bilgilərlə,  düşünüşlə  bağlıdır.  H ər  hansı  bir  fərd 

duyğulardan  azad  deyil.  Çünki  insanlardakı  ruh  (psixologiya) 

duyğular  və  fikirlərdən  ibarətdir.  Yəni,  psixologiya  alimlərinə 

görə  duyğu  həyatimizin  əsasıdır,  düşüncə  həyatımız  ona 

aşılanmışdır.  Deməli,  ruhumuzun  normal  halda  ola  bilməsi 

üçün  fikirlərimizin,  düşüncə  və  bilgilərimizin  duyğularımıza 

tamamilə uyğun olması  lazımdır.  Öz  düşüncələrinin,  fikirləri­

nin  duyğularına -   mənəvi  aləmə  uyğun  gəlməyən  insanı  təsəv­

vür etmək çətindir.

Ona  görə  də  biz  əgər  mədəniyyəti  bilgilərlə,  duşunuşlə 

bağlı  qəbul  etsək,  onda görərik  ki,  o,  duyğulanmızla bağlı  olan 

kültürümüzün  (mənəvi  dəyərlərimizin)  inikşafına xidmət etmə­

lidir.


Milli  mənəvi  dəyərlər  hər  hansı  millətin  tarix  boyu  əldə 

etdyi  nailliytləridir.  Yeni  dünyaya gəlmiş hər hansı br insn hələ 

beşikdə  ikən  eşitdiyi  laylalar  ilə  ana  dilinin  təsiri  altında  qalır. 

Buna  görədir  ki,  ən  sevdiyimiz  dil  ana  dilimizdir.  Ruhumuzu 

təşkil  edən  bütün  dini-əxlaqi,  bədii-etetik  duyğularımız  da  bu 

dil  vasitəsilə  anlamışıq.  Əslində  ruhumuzun  sosial  duyğulan 

dinə,  əxlaq  və  estetikaya  -   ədəbiyyata  aid  duyğulardan  ibarət­

dir.  İnsan  ən  səmimi,  ən  dərin  duyğularını  ilk  tərbiyə  zamanı 

alır.  Hər  bir  normal  insan  hansı  millətin  tərbiyəsini  alıbsa,  an­

caq  onun  ülküsü-  idealı  uğründa  çalışa  bilər.  Böyük  İskəndər 

“Mənim  gerçək  atam  Filipp  deyil,  Aristoteldir.  Çünki  birinci 

maddiliyimin  -   maddi  quruluşumun,  ikinci  mənəviyyatımın  -  

mənəvi  quruluşumun  meydana  gəlməsinə  səbəb  olmuşdur”  -  

deyirdi.


Bu  baxımdan  mədəniyyətimizin  inkişafı  mənəvi  dəyərlə­

rimizin  inkişafından  asılıdır.  Mənəvi  dəyərlər  xalqı  ruhən 

yaşadan,  ona ideya,  istiqamət,  stimul  verən bir dəyərdir.  Bu də­

yər hətta içtimai hadisələrə səbəb  ola biləcək qüvvəyə malikdir.

36



Fransız  sosioloqu  Emil  Dürkheym  duyğunu  (kültürü), 

düşüncəni  (mədəniyyəti)  toplum  yaradır  fikrini  irəli  sürür  və 

toplumda  kollektiv  şüuran  rolunu  qeyd  edir,  iş  bölümünü 

(əmək bölgüsünü)  solsial  həmrəyliyin  əsası  sayırdı.  Bununla da 

O,  tarixi  materializmin  iqtisadi  modelini  arxa  plana  keçirirdi. 

“Milli  iqtisadiyyatımız  ancaq  iqtisadi  gerçəkliyimizi  tədqiq 

etdikdən  sonra  iqtisadi  hadisələrindən  normal  və  xəstə  olanları 

ayırd  edə  biləcək  və  ancaq  o  zaman  iqtisadi  xəstəliklərimizin 

müalicəsi üçün arayış və ya resept verə biləcəkdi (41,  s.  70)” .

E.Dürkheym daha bir yazısında qeyd edirdi ki,  milli iqtisad 

elmi hər yerdə milli ülkudən öncə deyil,  sonra doğur.

Millətimizin  mənəvi-əxlaqi  dəyərləri  ilə  bağlı,  bütövlükdə 

mənəvi  mədəniyyəti  dastanlarımız,  nağıl  və  folklorumuz, 

miflər,  əfsanələr,  dini  inanaclar,  eləcə  də  əxlaq  hüquq  texnika 

və  iqtisadiyyatla  bağlı  qaydaların,  elm  və  fəlsəfə  ilə  bağlı 

görüşlərin hər biri  kollktiv  təsəvvürlərdir.  Dini  inamın -   etiqa­

dın  və  nəzəriyyənin  ziddi  sayılan  ayinlər  və  praktiki  fəaliyyət 

də  öncə  ağılda təsəvvür olunub  sonra həyata keçilirdikləri üçün 

əslində hər biri  kollektiv (ortaq) təsəvvürlərdir.  İçtimi  kollektiv 

təsəvvürlər  çoşqün böhranlar  əsasında  çox  şiddətli  həyacanlara 

bölünərək  son  dərəcə  böyük  qüdrət  və  gücə  malik  olurlar. 

İçtimai  təsəvvürlərin  bu  durumuna  ülkü  məfkurə  adı  verilir. 

Içtimai  təsəvvürlər  gerçək  (əsl)  ülkü  halını  aldıqdan  sonra 

həqiqi inqilabların səbəbi  olurlar (41,  s.  67).

Məsələn,  XVIII  əsrdən  XX  əsrə  qədər  xalqımızın  dövlət­

çilik  ənənələrinin  əvvəlcə  xanlıqlar,  sonra  isə  imperiyalar tərə­

findən bölüşdürülməsi  azərbaycançılıq məfkurəsini yaratdı.

XIX  əsr Azərbaycan  marifçiliyi  bu  məfkürənin  təsiri  altın­

da  fəaliyətə  başladı.  Bu  haqda  professor  N.Şəmsizadə  yazır: 

“Azərbaycan maarifçiliyi  Abbasqulu Ağa Bakıxanov  simasında 

maarifçi  mütləqiyyət  simasında  meydana  atılır  və  Axundov 

nümunəsində respublikaçı  baxışlara qədər tarixi bir inkişaf yo­

lu  keçir” .  H.  Zərdabi,  H.  Z.  Tağıyev,  Ə.  Hüseynzadə,  Ə.Ağa­

yev,  Ə.Topçubaşov,  M.Ə.Rəsulzadə,  C.Məmmədquluzadə,

37



Ü.Hacıbəyov,  M.Ə. Sabir  və  H.Cavid  kimi  şəxsiyyətlərin  və 

onların  başçılıq  etdiyi  ədəbi-tarixi  cərəyanların  fəaliyyəti 

sahəsində XIX  əsrin  sonu XX əsrin  əvvəllərində Azərbaycanda 

milli  ideologiya formalaşdı  və tarixdə ilk dəfə  1918-ci ildə mil­

li  dövlətin,  Azərbaycan  Demokratik  Cümhuriyyəti  yaranması 

ilə  nəticələndi.  Özündə  türkçülük,  islamçılıq  və  qərb  dəyərlə­

rini birləşdirən həmn ideologiya azərbaycançılıq idi  (98,  s.  38).

İnsan  üçün  mənəviyyat  -   mənəvi  quruluş  maddiyyatdan, 

maddi  quruluşdan  öncə  gəlir.  Normal  bir  insan  hansı  millətin 

tərbiyəsini  alıbsa  ancaq  onun  ülküsü  -   idealı  uğrunda  çalışa 

bilər.  Çünki  ülkü  -   məfkurə  (ideya)  yüksək  həyəcan  qaynağı 

olduğuna görə onun uğrunda mübarizə aparılır.

Məfkürəçilik  içtimai-siyasi  tələbatlar,  tarixi  təbəddülatlar 

dövründə xüsusilə  qabarıq  şəkil  alır ki,  Azərbaycanda da  1988- 

ci ildən başlayaraq məfkurəçiliyə çiddi tələbat yaranıb.

Xalqımızın  çoxəsrlik  cəmiyyət  təcrübələri,  dini  və  əxlaqi 

ənənələrindən  nəşət  edən  bu  məfkurəçiliyin  birinci  probleti, 

çıxış  nöqtəsi  -   “özünə  dönmək”  (“Bölgə  xaqan  kitabəsi”  673- 

732-ci  illər) kökə qayıdış,  başqa sözlə istiqlalçılıqdır.  Və yaxud 

Nəriman  Nərimanovun  təbirincə  desək  “Ümumideala  çatmaq 

üçün,  yəni  insaniyyətə  xidmət  edmək  üçün  millətə  lazımdır 

özünü  tanısın.  Bir  milət  özünü  tanımz  isə,  özü  ilə  qeyrisinin 

fərqini  düşünməyə  qadir olmaz isə xüsusi  məsləki  dalınca yeriş 

edə  bilməz.  Bu  yoldda  yeriş  etməz  isə  ümumi  müqəddəs  məs­

lək  nə  olmağın  da  düşünməz.  Tariximizin  bu  günkü  mər­

hələsində  işğalçılığın  başlıca  şərti  ittihadçılıq  -   birlikçilikdir 

(98,  s.  71)” .

Ümummili  lider  mərhum  Heydər  Əliyev  mənəvi  dəyərlə­

rimiz haqqında deyirdi.  “Bizim  mili-mənəvi  dəyərlərimiz  əsrlər 

boyu  xalqımızın  həyatında.  Yaşayışında  formalaşıbdır.  Milli- 

mənəvi  dəyərləri  olmayan millət,  həqiqi xalq ola blməz” .  Daha 

sonra  isə  o  deyirdi:  “Azərbaycan  xalqı  cürbəcür  hökmdarların 

əlində  olubdur,  tarix  boyu  nə  qədər  əziyyətlər  çəkibdir.  Ancaq

38



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə