44
Birinci halda cavab: Tenqri bilə yeberdim men, ikinci halda: Tenqridən yeberildim men – şək-
lindədir. Deməli, məchul növün şəkilçisi artıq mövcuddur. Onda birinci cümlənin mənası ‘Tanrı ilə gəldim
mən’, ikincidə isə ‘Tanrı vasitəsilə göndərildim mən’ şəklində başa düşülməlidir.
Sonrakı cümlələrdə yebərmək felinin təsrifi verilmişdir: yeberdim men, yeberdinq sen, yeberdi ol,
bu. Hətta zaman məsələsinə də diqqət yetirilmişdir. Müəllif yalnız şühudi keçmişlə kifayətlənməmiş,
indiki zaman şəkilçisi ilə də təsrifi davam etdirmişdir: Kim bile yeberirsen? – Tenqri bilə yeberirmen.
Gələcək zaman da nəzərə alınmışdır:
– Kim bilə yebersərsen?
– Tenqri bile yebersərmen.
Eyni cümlə forması başqa sözlərin iştirakı ilə də təkrar edilmişdir:
– Kim bile bardınq sen?
– Kim bile barıyırsen?
– Kim bile barsarsen, ya getsərsen?
Cavablar da dövrün dünyagörüşünə müvafiqdir: Tenqri ilə barıyırmen və ya: Tenqri bile. Ya ata bile
getsərmen.
Hətta sual-cavabda -sar, -sər şəkilçisindən başqa, hazırda işlətdiyimiz qəti gələcəyin şəkilçisi də
görünməkdədir:
– Kim bile ettinq anı?
– Tenqri, ya oğul bile ettim bunu.
– Kim bile etiyirsen?
– Tenqri ya Can bile etiyirmen, ya alıyırmen.
– Kim bile etəcəksen?
– Tenqrilix bile etecegim men, ya alsarmen.
Dialoqlarda ata, oğul, can sözləri həm həqiqi, həm də məcazi mənadadır: Ata dedikdə Allah, oğul
dedikdə İsa,
can dedikdə müqəddəs ruh nəzərdə tutulur – Üç Üqnum.
Kimni xoldunq sen? – cümləsində ‘istəmək’, ‘arzulamaq’ mənasında
xolmak [5. S.98]
sözündən
başqa, anlaşılmaz bir şey yoxdur. Bir də fərqli cəhət daha çox qıpçaq xüsusiyyəti olan -nı təsirlik hal
şəkilçisindədir. -ni şəkilçisi bizim qədim abidələrdə, xüsusən Əlinin «Qisseyi-Yusif» əsərində işlək şəkilçi
olmuşdur.
Bunlarla yanaşı, cümlələrdə çox sadə, təbii müraciət vasitələri də vardır: Hali kimdən yeberildinq
sen, xardaş? Tenqridən yeberildim men biyağalarım, canım. Xaysıdan yeberildin sen, dostum menim?
Tenqridən yeberildim men, seyiklü atam menim.
Kimni izdiyir ol? – Tenqrini izdiyir ol – cümlələrindəki
izdiyir sözündə
-la, -lə şəkilçisinin
assimilyativ forması – -dı, -di bu şəkilçinin bizim təsəvvür etdiyimizdən çox-çox qədim olduğunu göstərir.
Bundan sonra müəllif söhbəti çox təbii, həm də o günlərdə olduğu kimi, bu gün də zəruri olan bir
sahəyə yönəltmişdir:
– İşlərsen?
– Heyə, işlərim.
– İşlərsen?
45
– İşləməm.
– Nek işləməzsen?
– İzdəməm işləməx.
– Nek izdəməzsen?
– Zera ki, bolmam.
– Ne üçün bolmassen?
– Anınq üçün bolmam, zera yoxtur xuvatlıxım.
Ümumi zaman bildirən -r şəkilçisi həm təsdiq (işlərsən), həm inkar formada (işləməzsen), həm
saitsiz, həm də saitlə eynən bugünkü vəziyyətdə işləkdir.
Türki qəzet versə də əqlə ziya, // Mən onu almam
əlimə mütləqa (Sabir). Birinci şəxs təkin şəxs şəkilçisi hələ qapalı saitli (-
im), ikinci şəxs təkinki yarımqa-
palıdır (-sen). Qrammatika müəllifi burada artıq inkar formanı da öyrətməyə çalışır (-ma, -mə). Qədim abi-
dələrin dilində ‘nə üçün’, ‘niyə’ mənasında nəkə [6. S.126] əvəzliyi var. Müəllif bizim üçün arxaik olan bu
sözlə yanaşı, ne üçün əvəzliyindən də istifadə etmişdir. ‘Bəli’ mənasında işlənmiş heyə sözü isə indiki hə
sözünün əcdadıdır, Kürdəmir şivələrində indi də heyə şəklində işlənməkdədir. «Dədə Qorqud»da çağırış
bildirən nida kimi, hay/hey şəkillərində işlənmişdir [8. S.185]. İzdəməm sözündə, əgər düz oxunubsa, ke-
çən müddətdə z səsi karlaşmışdır. Xuvatlıxım sözü ərəb mənşəlidir, ‘qüvvəm’ deməkdir.
Müəllif getdikcə dialoqları məzmunca daha yaxşı əlaqələndirməyə çalışmışdır. Yoxdur xuvatlıxım
ifadəsinə qarşı nikbinlik üçün yaradana üz tutulur:
– Kim yarattı seni?
– Tenqri.
– Kimin yaratılqanı sen?
– Tenqrininq.
– Kimgə umsundunq sen?
– Tenqrigə.
– Kiminq bilə xuvatlandınq sen?
– Tenqri bilə.
İsim və sifət düzəldən -qan, -ğan şəkilçisi indi də işləkdir. Amma indi olsa idi, ikinci dialoqun sual
cümləsi
Sən kimin yaratdığısan? (və ya:
Səni kim yaratmışdır?) şəklində olardı. Sonrakı sual cümlələri:
Sən kimə ümid bağladın? Kim ilə qüvvətləndin? mənasında işlənmişdir və başa düşülmək üçün çətinlik tö-
rətmir. Qüvvəm yoxdur (yoxtur xuvatlıxım) sözlərinin müqabilində sonrakı dialoqlarla allaha tapınmaq
lazım olduğunu öyrədir.
Aşağıdakı dialoqlarda ataya məhəbbət tərbiyə edilir:
– Kimin toğuşusu sen?
– Atamınq menim.
– Kimni xolarsen?
– Atamnı menim.
– Kimdən keldinq sen?
– Atamdan menim. Ey ata, işit manqa da bir xoltxamnı menim.
İndiki halda birinci cümlədə sen sözü ayrı yazılmaqla mübtəda vəzifəsindədir və cümlənin xəbəri
sintaktik yol ilə ifadə olunmuşdur:
Sen kimin toğuşusu? Amma, güman ki,
sen sözü şəxs şəkilçisi
məqamındadır, cümlə Kiminq toğuşususen? – şəklindədir. Manqa sözü (mənə) müasir dildə eşit sözü ilə bu
cür əlaqələnmir, təsirlik hal məqamındadır. Kimin doğuşususan sən? Kimi arzularsan? Kimdən gəldin
(yəni səni kim yaratdı)? – suallarının cavabları da ataya məhəbbət təlqin edir. Son cavabda ataya müraciət
də var: Ey ata, mənim də arzularımı eşit.
Min ildən çox müddətdə nə dəyişilib? Görün dialoqlar nə qədər təbii və müasirdir:
– Ne toğdunq sen?
– Oğul.