N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə24/41
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54554
1   ...   20   21   22   23   24   25   26   27   ...   41

 

 

48 



– Almaxlıx kim kimdən? – (Kim kimdən almış (doğulmuş?) 

– Oğul toğmax bilə ilgəri kelir Atadan, da Can axınmax bilə kenə ol Atadan. – (Oğul doğmaq atadan 

irəli gəlir, Can axması yenə o Atadan). 

– Nə türlü ölçöv bilə? – (Nə cür ölçü ilə?) 

– Barabar Üçlüxtür. – (Bərabər Üçlükdür). 

 

Paylaşmaxı  neçiktir?  –  dedikdə  Üçlüyün  mövqeyi,  təbii-ilahi  qüvvənin  onlarda  necə  paylaşdığı  nəzərdə 

tutulur. Əgər kar samitləri cingiltili samitlərlə əvəz etsək, -ğan, -kan şəkilçisinin keçən müddətdə düşdüyünü nəzərə 

alsaq, da bağlayıcısının buradakı vəzifəsini və bağlayıcısının alması ilə cavab cümləsi müasir səslənər: Ata doğurucu 

və  Oğul  doğulan  və  Can  axan(dır).  (İlahi  qüvvəni)  kim  kimdən  almış?  Oğul  doğmaq  da,  Can  axması  da  Atadan 

(Tanrıdan) irəli gəlir.  

 

Məchul növün -ıl şəkilçisini əvvəldə görmüşdük, axınmaq sözündən aydın olur ki, qayıdış növün -ın 



şəkilçisi də mövcuddur. 

 

Göründüyü  kimi,  Qriqor  Hammamın  «Qrammatika»  kitabından  qalmış  fraqment  dövrün  dil 



xüsusiyyətlərini öyrənmək üçün kifayət qədər material verir. Biz yalnız bir qrup dialoqla, onların şərhi ilə 

tanış olduq.  B.Tuncay bir növ od-alov içərisində axtarışlar aparmış, çini qab üzərində Manna dövrünə aid 

yazının şərhini vermiş [1], «erməni qıpçaqları» adı ilə xarici muzey və arxivlərdə yatan xeyli material üzə 

çıxarmış,  «Qafqaz albanlarının  dili  və  ədəbiyyatı» adlı  qiymətli  kitab [9] çap  etdirmişdir.  Kitabda  qıpçaq 

mətnlərinin  geniş  izahı  ilə  yanaşı,  dil  materialları  əsasında  alban  dilinin  fonetik,  leksik  və  qrammatik 

quruluşu  barədə  maraqlı  məlumat  verilmişdir.  Kitaba  (və  internet  saytına)  alban  dilinin  lüğəti  (1800-dən 

artıq söz) daxil edilmişdir.  

 

Qriqor Hammamın  əsərindən  qalan parça  qarqar-qıpçaq  dilinin abidəsi  hesab  olunur. Lakin bir sıra 



arxaik  elementləri  nəzərə  almasaq,  əsərin  dili  müasir  Azərbaycan  dilinin  fonetik,  leksik  və  qrammatik, 

xüsusən sintaktik quruluşuna tam müvafiqdir. 

Qriqor  Hammamın  əsərindən  danışarkən,  təbii  olaraq,  Bəxtiyar  Tuncay  əlifba  məsələsinə  də 

toxunmuşdur.  Müəllif  qeyd  edir  ki,  suriyalı  xristian  Mesrop  Maştots  ermənilər  və  albanlar  üçün  «yazı 

xətlərinin dəyişkənliyi ilə fərqlənən», əslində, «eyni işarələrdən ibarət» əlifbalar düzəltmiş, bunların bolor-

qir adlanan  formasından  haylar, notrqir adlanan  formasından albanlar istifadə  etmişdir.  Bizim  fikrimizcə, 

əlifba  məsələsində bir  cəhətə  diqqətli  olmaq  lazım  gəlir. Kalankatuklu birinci  kitabın 16-cı  fəslinin  başlı-

ğında yazır: «Mesrobun Albaniya çarı Arsvagenin yanına gəlməsi, burada əlifbanı təkmil etməsi, məktəb-

ləri  yenidən  açması  (fərqləndirmə  bizimdir.  –  Q.K.),  ölkədə  qalmış  bütpərəst  məzhəblərin  kökünün  kə-

silməsi və Albaniyada xaçpərəstliyin möhkəmlənməsi» [2. S.36]. Bir qədər sonra yazır: «Onlar (Sünikdən 

Bəncamin adlı tərcüməçi  və Sünikin  gənc  knyazı  Vasaq.  – Q.K.) Mesrobun  yanına  gəlib,  onunla birlikdə 

qırtlaq,  qaba, barbar  və  çətin səslənən  qarqar  dilinin  əlifbasını  yaratdılar»  [2. S.37].  Yeri  gəlmişkən  qeyd 

edək  ki,  B.Tuncay  fraqment  üzərində  işləyərkən  onun  dilinin  Kalankatuklunun  dediyi  həmin  bu  «qırtlaq, 

qaba,  barbar  və  çətin  səslənən  qarqar  dili»nə  tam  uyğun  gəldiyini  qeyd  edir:  «Alban,  yəni  qarqar-qıpçaq 

dilinin  fonetik  tərkibi  ilə  üzdən  tanışlıq  Musa  Kağankatlı  və  Moisey  Xorenatsinin  bu  dil  barədə  söylə-

dikləri “boğaz səsləri  ilə  dolu  dil”  ifadəsinin  doğruluğunu tam təsdiq  etməkdədir. Məsələn,  bu  dildə  dili-

mizdəki “q” səsinin “x”, bəzən də “ğ” kimi tələffüz edildiyi  müşahidə edilir: qıpçaq – xıpçaxqayıtmaq – 

xayıtmax,  qar  –  xar,  çaqqal  –  çağal,  qın  –  ğın  və  s.»  [9.  S.260].  Qarqarlar  Albaniyanın  geniş  yayılmış 

tayfalarından  biri  olmuşdur.  Əsərdə  Kalankatuklu  albanlar  üçün  əlifba  yaradılmasından  danışmır.  Söhbət 

qarqarlar  üçün  əlifba  düzəldilməsindən  gedir.  Başlıqda  alban  əlifbasının  «təkmil  edilməsi»,  «məktəblərin 

yenidən  açılması»  barədə  məlumat  verilir.  Aydın  olur  ki,  məktəblər  var  imiş,  lakin  hansı  səbəbdənsə 

müvəqqəti bağlanmış imiş. Əlifba olmasa, məktəblər necə təhsil verə bilərdi?  

 

Tam  aydın  deyilir:  «Qırtlaq,  qaba,  barbar  və  çətin  səslənən  qarqar  dilinin  əlifbasını  yaratdılar». 



Qarqarların  nitq  xüsusiyyətləri  onların  qıpçaqların  bir  qolu  olduğunu  göstərir  və  Qriqorun  əsərindən  qalan 

parçanın boğaz səsləri ilə zəngin olması tarixi qeydləri təsdiq edir.  

 



 

 

49 



Deməli,  ölkənin  əsas  əhalisini  təşkil  edən  albanların  Mesropdan  çox-çox  əvvəl  əlifbası  da, 

məktəbləri  də  olmuşdur.  Mesrop  onlar  üçün  yeni  əlifba  düzəltməmişdir.  Albanlar  ölkənin  əsas  əhalisi 

olmuşlar.  Albanların  özlərinin  əlifbasının  olması,  qıpçaqlar  üçün  yeni  əlifba  yaradılması  göstərir  ki,  al-

banlarla qarqarlar şivə xüsusiyyətləri ilə fərqlənmişlər. Bunlar bir daha təsdiq edir ki, albanlar hələ səlcuq 

oğuzları  dünyaya  gəlməzdən  min  illər  əvvəldən  Azərbaycanda  kök  salmış,  «Dədə  Qorqud»u  yaratmış 

aborigen oğuzlardır. «Dədə Qorqud»da Qazan xanın «albanlar başı» kimi xatırlanması da bunu təsdiq edir. 

Odur ki, bizim fikrimizcə, alban, yəni qarqar-qıpçaq ifadəsi də tam doğru deyil, albanlarla qarqarlar arası-

na bərabərlik işarəsi qoymaq olmaz. Qıpçaqlar Albaniya ölkəsinin vətəndaşları kimi alban sayıla bilərlər. 

 

Bir çox dilçi və tarixçilərimiz də elə bilirlər ki, biz dünən doğulmuşuq, gərək səlcuq oğuzları gələ idi ki, 



biz də doğulaydıq. Daha bizdən qabaq bu ölkə nə türk görüb, nə də türk dili. 

 

Məqalənin  elmi  yeniliyi  və  tətbiqi  əhəmiyyəti.  IX  əsr  müəllifi  Qriqor  Hammamın  «Alban  dilinin 

qrammatikası»  əsərindən  əldə  edilmiş  orijinal  mətnin  ilk  dəfə  olaraq  dili  nəzərdən  keçirilmiş,  bir  sıra 

morfoloji və sintaktik xüsusiyyətləri izah edilmişdir.  

Əsər  qiymətli  bir  mənbə  kimi  IX  əsr  Azərbaycan  türk  dilinin  fonetik,  leksik  və  qrammatik  quruluşu 

haqqında  aydın  təsəvvür  yaradır.  Azərbaycan  dilinin  səlcuqlardan  çox-çox  əvvəl  təşəkkül  tapmış  olduğunu 

sübut edir. 

 

Ə D Ə B İ Y Y A T   V Ə   Q E Y D L Ə R  

  

1

 bextiyartuncay.wordpress.ccom – /2012/04/

 

2

 Kalankatuklu Moisey. Albaniya tarixi. Bakı: Avrasiya press, 2006.

 

3

 Kalankatukluda da, son mənbələrdə də bu ad müxtəlif şəkildə – Qriqor Hammam, Qriqori Hamama və s. 

formalarda yazılır.



 

4

 Garkavec  А.Н.  Kypčakskoe  pismennoe  nasledie.  Almaty,  2002.  T.  1:  Katalog  i  teksty  pamjatnikov 

armjanskim pismom.



 

5

 On že. To že. Almaty, 2007. T. 2: Pamyatniki duxovnoj kultury karaimov, kumanov-polovcev i armjano-

kypčakov.



 

6

 Rəcəbli Əbülfəz. Qədim türkcə-azərbaycanca lüğət.  Bakı:  Azərbaycan Milli  Ensiklopediyası Nəşriyyatı, 

2001.


 

7

 Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: Şərq – Qərb, 2007.

 

8

 «Kitabi-Dədə Qorqud»un izahlı lüğəti. Bakı: Elm, 1999.

 

9

 Tuncay Bəxtiyar. Qafqaz Albaniyasının dili və ədəbiyyatı. Bakı, 2010.

 

 

 



GAZANFAR KAZIMOV 

 

ABONT ONE TURKIC ALBANİAN MONUMENT OF THE IX CENTURY  

AND ITS LANGUAGE 

 

S u m m a r y  

 

The language of the fragment from the work «A Grammar of the Albanian Language» by Albanian 

ruler Grigor Hammam in the IX century and which was remained in the native language – in original had 

been  considered  in  this  article.  The  language  of  this  text  which  was  composed  in  the  form  of  a  dialogue 

and  consists  of  300  remarks,  promotes  more  profound  knowledgc  of  the  history  of  the  Azerbaijani 

language. The work was written in the language of the Kipchaks-Qargarians – one of the Turkic tribes of 

Azerbaijan.  

 

Key wordsthe Albanian language, the Kipchak-Gargarian language, the history of the Azerbaijani 

language, Grammar, a Grammar of the Albanian language 



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə