N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə45/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   41   42   43   44   45   46   47   48   ...   58

«DƏDƏ QORQUD KİTABI»NDA İŞLƏNMİŞ BİR SOYLAMA PARÇASININ MƏNA AÇIMI 
 
 
107 
Dəyərli  araşdırıcı  S.Əlizadənin  yadda 
saxlanılmasını  məqsədəuyğun  bildiyimiz  belə 
bir fikrinə tam şərikik ki, apalaca sifəti gərdə-
yin  düşərli  olmasını  ifadə  edən  qrammatik 
təyindir.  Ümumiyyətlə,  qırmızı  rəng  dastanda 
bütün  əlvanlığı  ilə  əksini  tapmış  qədim  toy 
adət-ənənəsinin vacib elementi kimi çıxış edir, 
məs.:  Beyrək  dəxi  oxın  atdı,  dibinə  gərdəgin 
dikdi.  Adağlusından  ərgənlik  bir  qırmızı  qaftan 
gəldi.  Beyrək  geydi  [D–89.  6–8];  Banı  Çiçək 
qırmızı  qaftanın  geydi  [D–114.  10];  Altunluca 
günlügin  diküb,  Qan  Turalı  gərdəginə  girüb, 
muradına-məqsudına irişdi [D–200. 13–201, 1]. 
Toy  günü  bəy  və  gəlinin  qırmızı  qaftan 
geyib  gərdəyə  girmələri  məhz  qırmızının  dü-
şərli  rəng  olması  ilə  izah  oluna  bilər.  Selcan 
xatunun Qan Turalının tərsliyinə, inadına qarşı 
etirazını  kəskin  şəkildə  ifadə  edən  soylamada 
işlənmiş  Al  duvağım  altından  söyləşmədim 
[D–198. 6] cümləsindən də aydın olur ki, gəlin 
al  (‘qırmızı’)  rəngli  duvağa  bürünərmiş.  Son 
dövrlərə  qədər  el  toylarında  gəlinin  məhz 
qırmızı  gəlinlik  paltarı  geyinməsi,  al  duvağa 
bürünməsi,  bəyin  boynuna  qırmızı  parça  (xü-
susilə  xara)  doladılması  bu  qədim  inancın  ya-
şantılarıdır. Bu mənada deyimdəki yañal arxa-
ik sözünün  ‘parlaq’  və  ‘qırmızı’ rəngləri  ifadə 
etməsi fikri [10. S.439] yerinə düşür. Onun ey-
ni mənalı ala sözü ilə yanaşı işlədilməsi (alaca 
sifəti də bu sözə -ca çoxaltma dərəcə şəkilçisi-
nin  artırılması  ilə  düzəlib)  ‘al  qırmızı’,  yaxud 
elə  abidənin  dilində  dəfələrlə  rast  gəlinən 
‘apalaca’  anlamının  sintaktik  üsulla  ifadə 
olunmuş digər formasıdır. Maraqlıdır ki, yañal 
arxaizmi  ‘qırmızımtraq’  mənasında  eposun 
«Salur  Qazan  tutsaq  olub  oğlı  Uruz  çıqardığı 
boy»da da işlənilmişdir: 
 
Əzvay qurd ənigi erkəgində bir köküm var, 
Ağca yañal  
 tümən qoyunıñ gəzdirmiyə  
[D–280. 11–12]. 
 
Bu  məqamda  qoyunun  rəngini  bildirmə-
yə  xidmət  edən  yañal  sözü  nədənsə  ‘yunlu’ 
mənasında  O.Ş.Gökyay  nəşrində  ‘yüñlü’  [10. 
S.179,  457],  M.Ergin  nəşrində  ‘yuñlu’  [2.  I. 
S.238. II. S.341], H.Araslı nəşrində isə ‘yunlu’ 
kimi  [4.  S.147]  transkripsiya  edilmişdir. 
S.Əlizadə  F.Zeynalovla  birgə  hazırladığı  nəşr-
də  ‘bəkil’  kimi  oxuduqları  bu  sözə  belə  bir 
şərh yazır: «Bu söz (yəni yuñlu. – A.H.) tərtib-
çi-naşirlər  tərəfindən  yaxşı  tapılıb.  Lakin  D-
dəki  qrafik  kompleksi  heç  cür  ‘yuñlu’  kimi 
oxumaq  mümkün deyil. Bəkil sözü  isə  mətndə 
‘gözətçi’  mənasında  anlaşıla  bilər»  [6. S.253]. 
Düzü, tümən qoyun  birləşməsinin  ‘on  min  qo-
yun’  demək olduğunu  nəzərə aldıqda  bu  cüm-
lədə  rəng  bildirən  ağca  sifətindən  sonra  ‘gö-
zətçi’  anlamlı  bəkil  sözünün  işlədilməsi  mən-
tiqsiz  görünür.  Elə  buna  görə  də  S.Tezcan–
H.Boes –  choten  nəşrində  sözün yañal  varian-
tında  transkripsiyasını  [11.  S.182]  daha  düz-
gün  və  yerinə  düşmüş  variant  hesab  edirik. 
S.Tezcan  bu  oxunuşa  verdiyi  şərhdə 
  yazı-
lışının məhz ‘alaça’ mənalı yañal sözü olduğunu 
gətirdiyi  dil  faktları  ilə  sübuta  yetirməyə  çalış-
mışdır [12. S.366–367]. Həqiqətən, bu cümlədə-
ki  sözlərin  düzülüşünü  diqqətlə  nəzərdən  keçir-
dikdə ağca və yañal sözlərinin həmcins təyinlər 
kimi qoyunların rəngini bildirməyə xidmət etdiyi 
müəyyənləşir.  Bundan  əlavə,  yañal  sözünün 
‘qırmızı’, ‘parlaq qırmızı’, ‘qırmızımtraq’ məna-
larında işlənildiyi türk dünyasının böyük söz us-
talarının dilində də rast gəlinməkdədir.  
Qaracaoğlanda:  
 
Birağaçta biter kırk yanal alma, 
Birindengayriyeelinisalma. 
Irak, yakındiyeeğlenipkalma, 
Turnayârinselâmsaldı gel diye.  
[13. Bitti m'ola şam ilinin hurmasi?] 
 
Pir sultan Abdalda: 
 
Allah Allahdesem, gelsem, 
Hakk'ındivanınadursam, 
Ben biryanılalmaolsam, 
Dalındabitsem, ne dersin? 


ASİF HACIYEV (ŞİRVANELLİ) 
 
 
108 
Senbiryanılalmaolsan, 
Dalımdabitmeyegelsen, 
Ben birgümüşçövmenolsam, 
Çeksem, indirsem, ne dersin?  
[14. Allah Allah desem gelsem] 
 
Firdevs-i Ala'dabiryanalelma, 
On sekiz bin ilminnurudediler. 
Muhammet Mustafa Haydar-i Kerrar, 
HünkarHacıBektaşVelidediler.  
[14. Firdevs-i ala'da bir yanal elma] 
 
Göründüyü kimi, orta əsr ozanlarının di-
lində yanal və yanıl fonetik variantlarında işlə-
nilmiş bu söz rəng bildirən sifətdir. 
Bu da diqqəti çəkən faktdır ki, Azərbay-
can  dilinin  Gədəbəy  şivəsində  indi  də  işlən-
məkdə  olan  bu  söz  ‘qırmızımtraq’  anlamını 
daşıyır [15. S.539]. Bütün bunlar belə bir nəti-
cəyə  gəlməyə  əsas  verir  ki,  yañal  sözü  məhz 
‘qırmızı’  mənasında  qavranılmalıdır.  Ən  ma-
raqlı  cəhət  budur  ki,  gərdəyi  səciyyələndirən 
yañal  ala  təyinləri  «Kitab»la  bağlı  digər  bir 
məqamda  ‘qızıl  ala’  şəklində  işlənilmişdir: 
Qırq  yerdə  otaq  dikdirdi,  qırq  yerdə  qızıl  ala 
gərdək dikdirdi [D–189. 10–12]. 
Fikrimizcə,  yañal  və  qızıl  sözlərinin  ey-
ni,  yəni  ‘qırmızı’  anlamını  daşımaları  onların 
bir-birini  əvəz  etmələrinə  imkan  yaratmışdır. 
Təbii ki, sözün ‘qırmızı’ anlamında izahı onun 
etimoloji açımının fərqli şəkildə olduğunu söy-
ləməyə əsas verir. V.Zahidoğlu yandakı, kəna-
rdakı  kimi  açıqladığı  bu  sözü  etimoloji  cəhət-
dən  ‘yan,  ətraf’  mənalı  yañ  kökü  ilə  bağlayır 
və  -a  feil  düzəldən  şəkilçi  vasitəsilə  ‘yana 
doğru  dönmək’  mənalı  yaña-  feilindən  -l  şə-
kilçisi  ilə  yarandığını  irəli  sürür  [9.  S.8–9]. 
Bizə görə isə bu arxaik söz bir çox sifətlər kimi 
feildən  -al//-əl  şəkilçisi  ilə  düzəlmişdir.  Müqa-
yisə  et:  gözəl  <  göz-  (/gör-)-əl  [16.  S.  63–64]. 
Görünür,  yañal  sifəti  tarixən  ‘alışıb  yanmaq’ 
mənasında  işlənmiş  yan-  feilindən  [17.  III. 
S.62]  -al  şəkilçisi  ilə  düzəlmişdir.  Sözün  -ñ- 
samiti ilə yazılışına gəlincə, n ~ ñ səs müvazi-
liyi  deyilişə  əsaslanan  bu  variantın  mümkün-
lüyünü məqbul sayır. 
Bütün deyilənlərdən əlavə, qorqudşünas-
lıqda  ‘ev  yanında’  formasında  transkripsiya 
edilən 
qrafik  formasının  ‘uyanında’ 
variantında  oxunması  da  yañal  sözünün  məhz 
‘qırmızı’  mənasında  işlənilməsi  fikrini  tam 
qüvvətləndirir.  Əski  yazılışa  əsasən  demək 
olur ki, burada əlif və vaf hərflərinin birləşmə-
si olan 
 qrafemi ev sözü ilə yanaşı, -u- səsini 
də  ifadə  edə  bilir.  Ona  görə  də  həmin  sözü 
müasir  dilimizdə  işlənən  uyğun,  uyğunlaşmaq 
sözlərinin  kökündə  yaşayan  uy-  feilinin  -an 
feili sifət,  mənsubiyyət (-n bitişdirici samitdir) 
və  -da  yerlik  hal  şəkilçisi  qəbul  etmiş  forma 
kimi də oxumaq mümkündür. Faktlar göstərir ki, 
bu  qrammatik  forma  abidənin  dili  üçün  yad 
deyil.  Belə  ki,  Keçənindən  otuz  aqça  alurdı, 
keçməyənindən dögə-dögə qırq aqça alurdı [D–
155.  3–4]  cümləsində  işlənmiş  feili  sifətlər 
müvafiq  kateqoriyalar  üzrə  dəyişməklə  isimləş-
mişlər.  Uy-  arxaik  feili  ‘uyğun  olmaq’  mə-
nasında Əbu Həyyan lüğətində də iki dəfə veril-
mişdir  [18.  S.23]  ki,  bu  da  xalqımızın  qədim 
düşüncə  tərzini  canlandıran  deyimin  Al-qırmızı 
uyğunluğunda  (müvafiqliyində)  qurulsa,  gərdək 
gözəldir  fikrini  ifadə  etdiyini  söyləməyə  əsas 
verir. 
Əksər  nəşrlərdə  ‘Uzunca  tənəfi  görkli’ 
kimi  oxunan  ikinci  misradakı  deyimdə  isə  məi-
şətlə bağlı çadır  ipinin uzun olmasının gərəkliyi 
fikrinin  irəli  sürüldüyü  göstərilir.  Bu  yozum 
urunca sözünün ilk baxışda əski əlifba ilə yazılı-
şa  uyğun  ‘uzunca’,  ‘çadır  ipi’  anlamını  verən 
ərəb  mənşəli  tənab  sözünün  isə  ‘tənəfi’  fonetik 
variantında  oxuna  bilməsi  ehtimalına  əsaslanır. 
Qorqudşünas-alim  V.Zahidoğlu  tənab  sözünün 
hətta  xalq  danışıq  dilinin  təsiri  ilə  ‘tənəfi’  (-i 
mənsubiyyət  şəkilçisi  kimi  düşünülür)  forma-
sında  işlənmə  imkanının  mümkünsüzlüyünü  və 
ən başlıcası, daxil olduğu sətrin, mətn parçasının 
sintaktik  quruluşuna  uyğunsuzluğunu  əsas  gəti-
rərək,  onu  qədim  türk  dilində  ‘çadır  ipi,  şərid’ 
mənalı  tanğı  arxaizmi  kimi  bərpa  edir  [19. 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə