N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə9/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   5   6   7   8   9   10   11   12   ...   58

AKADEMİK AXUNDOV AĞAMUSA AĞASI OĞLU  
 
21 
akademik  katibi  seçilmişdir.  O,  1999-cu  ildən 
Lütfizadə  adına  Müasir  Elmlər  Akademiyası-
nın,  2007-ci  ildən  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının həqiqi üzvü olmuşdur. 
A.Axundovun  qəzet, jurnal və elmi məc-
muələrdə  400-dən  artıq  elmi,  publisistik  mə-
qalə,  resenziyası  dərc  olunmuşdur.  Dostlarına, 
həmkarlarına həmişə diqqət göstərmiş, dünyası-
nı dəyişənləri  xoş xatirələrlə  yad etmişdir. Mə-
sələn,  akad.  Məmmədağa  Şirəliyev  haqqında 
«Dilçilik  məsələləri»  toplusunda  «Unudulmaz 
professor», prof. Müseyib Məmmədovun 70 il-
liyi  ilə əlaqədar  «Azərbaycan  müəllimi»  qəze-
tində  «Mənalı  həyat»,  prof.  Abdulla  Vəliyev 
haqqında  «Tədqiqlər»  jurnalında  «Unudulmaz 
Abdulla  müəllim»,  prof.  Muxtar  Hüseynzadə-
nin  anadan  olmasının  100  illiyi  münasibətilə 
«Xalq  qəzeti»ndə  «Böyük alim, əvəzsiz  müəl-
lim»,  prof.  Əlövsət  Abdullayevin  anadan  ol-
masının  80  illiyi  münasibətilə  «Xalq  qəze-
ti»ndə  «Dilimizin  görkəmli  tədqiqatçısı»  adlı 
məqalələr  yazıb  çap  etdirmişdir.  Prof.  Aydın 
Ələkbərov  haqqında  «Tədqiqlər»  jurnalında 
«Əziz alim dostumuz» adlı məqaləsini də qeyd 
etmək olar.  
A.Axundov  xeyli  sayda  monoqrafiya, 
dərslik,  dərs  vəsaiti  və  proqramların  müəllifi-
dir. Orta  məktəbin 5–6-cı  sinifləri  üçün tələbə 
yoldaşı  və  alim  dostu  mərhum  prof.  Bəşir 
Əhmədovla birlikdə yazdığı «Azərbaycan dili» 
dərsliyi  1972-ci  ildən  1987-ci  ilədək  15  dəfə 
təkrar  nəşr olunmuş  və 1973-cü  ildə  Azərbay-
can SSR Maarif Nazirliyinin mükafatını almış-
dır.  «Azərbaycan  dilinin  fonetikası»  monoqra-
fiyasına  görə  1986-cı  ildə  Azərbaycan  Dövlət 
Mükafatına layiq görülmüşdür. Kitabda ilk də-
fə olaraq fundamental şəkildə Azərbaycan dili-
nin  fonetik  quruluşu,  saitlər,  samitlər  sistemi-
nin  fonoloji  təhlili  verilir,  fonetik  hadisə  və 
əvəzlənmələr,  heca,  vurğu,  sintaqmatik  foneti-
ka,  sadə  cümlə  və  mürəkkəb  cümlə  fonetika-
sına  aid  bölmələr  verilmişdir.  Monoqrafiyaya 
qədər  onun  bu  mövzu  ilə  əlaqədar  «Müasir 
Azərbaycan  dilinin  fonetikasından  mühazirə-
lər» (1969), «Müasir Azərbaycan ədəbi dilinin 
fonetikası»  (1963),  «Azərbaycan  dilinin  fo-
nemlər  sistemi»  (1973),  «Azərbaycan  dilinin 
tarixi fonetikası» (1973) dərslik və dərs vəsait-
ləri də  çap olunmuşdur.  A.Axundovun  «Ümu-
mi  dilçilik»  (1979)  kitabı  ali  məktəbin  Filolo-
giya  fakültələrində  uzun  illərdir  ki,  gərəkli 
dərslik  kimi  öyrədilir.  Burada  dilin  fəlsəfi  və 
ictimai  problemləri,  quruluşu  və  daxili  siste-
mindən bəhs olunur. «Ümumi dilçilik» proqra-
mı da məhz ona məxsusdur. 
1980-ci  ildə  N.N.Məmmədovla  birlikdə 
nəşr olunan  «Dilçiliyə giriş»  əsərində dilin  ic-
timai hadisə olmasından, başqa elmlərlə əlaqə-
sindən,  qrammatik  quruluşundan,  genealoji  və 
tipoloji  təsnifindən  danışılır.  Həmmüəlliflərlə 
yazılmış  əsərləri  sırasında  «İngilis  və  Azərbay-
can  dillərində  vurğunun  ritmik-melodik  xüsu-
siyyətləri» (S.Babayev və  F.Zeynalov  ilə  birlik-
də),  «Heydər  Əliyev  dil  haqqında  və  Heydər 
Əliyevin  dili»  (M.Məmmədov  və  M.Mahmu-
dovla birlikdə) və s. göstərmək olar.   
Toponimika və nitq mədəniyyəti ilə bağ-
lı yazdığı əsərlər də A.Axundova böyük şöhrət 
gətirmişdir. «Torpağın köksündə tarixin izləri» 
(1983) əsərində toponimik arsenallardan, omo-
nim,  sinonim,  antonim  yer  adlarından,  onların 
orta əsrlərdə əks-sədasından bəhs edir. «Dil və 
mədəniyyət» (1992) əsərində isə nitq mədəniy-
yətinin  nəzəri  və  təcrübi  məsələləri  təhlil  edi-
lir,  dilimizin  leksik,  qrammatik  normaları  el-
mi-kütləvi üslubda şərh olunur. 
A.Axundov bir çox aspiranta, dissertanta 
və  doktoranta  rəhbərlik  etmiş,  onlara  elmi 
məsləhətçi  olmuş,  dilçilər  ordusunun  yetişmə-
sində əməyini əsirgəməmişdir. Onların sırasın-
da  respublika  elmi  ictimaiyyətinin  yaxşı  tanı-
dığı  professorlar  İ.Məmmədov,  A.Babayev, 
M.Mahmudov,  F.Cahangirov,  M.Musayev  və 
başqalarının adlarını çəkmək olar. 
Ağamusa  Axundov  tərcümədə  də  qələmini 
sınamışdır.  Onun  tərcümələri  xarici  ədəbiyyat 
müntəxəbatlarına daxil edilmişdir. Bunlardan Bok-
kaççonun «Dekameron», qədim kelt dastanı «Kuk-


NADİR MƏMMƏDLİ 
 
22 
linin  Ferdiadla  döyüşü»,  fransız  kurtuaz  povesti 
«Okassen və Nikolet», Plavtın 5 pərdəli «Psevdol» 
komediyası və b.-nı nümunə gətirmək olar. 
Bəllidir  ki,  latın  qrafikalı  yeni  Azərbay-
can əlifbasına keçidlə əlaqədar 2000-ci ildə or-
foqrafiya  qaydalarında  dəyişiklik  edildi.  Azər-
baycan  Respublikası  Nazirlər  Kabinetinin  5  av-
qust  2004-cü  il  qərarı  ilə  təsdiqlənmiş  «Azər-
baycan  dilinin  orfoqrafiya  qaydaları»na  uyğun 
olaraq  latın  qrafikalı  əlifba  ilə  hazırlanmış 
«Azərbaycan dilinin orfoqrafiya lüğəti» əlavə-
lər  və  düzəlişlər  edilərək  çap  olundu  (2004, 
2013), lüğətdəki sözlərin sayı 110.563-ə çatdı-
rıldı.  Layihənin  rəhbəri,  yeni  orfoqrafiya  qay-
dalarının  müəllifi  A.Axundov,  redaktoru  isə 
onun yetirməsi İ.Məmmədlidir. 
Əsrin  əvvəllərində  Ümummilli  Lider 
H.Əliyev dövlət dili probleminin tarixi-fəlsəfi, 
hüquqi  və  milli-mənəvi  konsepsiyaya  əməl 
olunmaqla  həllini  tapmaq  işinə  böyük  önəm 
verdi.  Ulu  öndərin  qarşıya  qoyduğu  bu  vacib 
tapşırığı  sosiolinqvistik  planda  uğurla  yerinə 
yetirdi.  Dövlət  dilimizin  adının  Azərbaycan 
dili kimi tanınmasını (de-yurye, de-fakto) tari-
xilik  və  dövlətçilik  baxımından  demokratik 
tərzdə  hərtərəfli  əsaslandırdı.  Bununla  da  dili-
mizin adı və məzmunu həm siyasi, həm də el-
mi cəhətdən birmənalı şəkildə təsbit olundu. 
Akad.  A.Axundov  ömrünün  sonunadək 
(2015-ci il sentyabrın 5-dək)  AMEA-nın Rəya-
sət Heyətində müşavir vəzifəsində çalışmışdır.  
 
 
 
NADIR MAMMADLI  
 
ACADEMICIAN AKHUNDOV AGHAMUSA AGHASI OGHLU 
 
S u m m a r y 
 
Agamusa  Akhundov  was  born  in  the  village  of  Karrar  of  the  region  of  Kurdamir  on             
2  February  in  1932.  He  graduated  from  the  international  and  evening  railway  station  russian 
incomplete  secondary  school,  and also  finished   graduated  from the  Azerbaijan State  University  
(now Baku State University). 
«The  tense  category  of  the  verb»  (On  the  basis  of  Azerbaijani  materials)  was  his 
candidature  research  work,  he  defended  his  doctoral  thesis  «The  phoneme  system  of  the 
Azerbaijani  languages  (physiological,  acoustic,  statistic,  phonological  research  experiment)»  at 
the age of 32. 
He also took part in social work, he was the active member of some official organizations, 
and He was the participant of some international consultations and seminars, and he was rewarded 
with some diplomas and medals. He was rewarded with the «Reputation order» (Shohret) by the 
order  of  the  President  of  Azerbaijan.  He  was  also  revarded  with  honorary  title  of  Honoured 
Scientist. 
He  was  the  director  of  the  Nasimi  Institute  of  linguistics  of  the  Azerbaijan  National 
Academy of Sciences, he was the director of  the theory of Azerbaijan linguistics and language of 
Baku State University, and he was elected to the post of the dean of the faculty of Philology  in 
different times. He has been the real member of ANAS since 2007. 
A.Akhundov  is  the  author  of  some  manuals,  text  books,  monography  and  programs.  
«Azerbaijan  language»,  «The  phonetics  of  the  Azerbaijani  language»,  «The  lectures  from  the 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə