T Ü R K O L O G İ Y A
№ 3
2015
A M E A - n ı n A K A D E M İ K L Ə R İ
CAHİD KAZIMOV
AKADEMİK ŞİRƏLİYEV MƏMMƏDAĞA ŞİRƏLİ OĞLU
Akad. Məmmədağa Şirəli oğlu Şirəliyev
1909-cu il sentyabrın 13-də Şamaxı şəhərində
doğulmuşdur. Böyük Vətən müharibəsi başla-
nanda o, alimlik dərəcəsi almaq üçün disserta-
siya müdafiə etmiş, əsərin yüksək elmi dəyəri
nəzərə alınmış, Azərbaycan Dövlət Universite-
tinin (hazırda Bakı Dövlət Universiteti adlanır)
Elmi və Müdafiə Şurası ona birbaşa filologiya
elmləri doktoru alimlik dərəcəsini vermişdir.
Böyük alimin dialektologiya elminin, tür-
koloji dilçiliyin inkişafında, Azərbaycan dilçili-
yinin formalaşmasında, türk dünyasında Azər-
baycan elmi-mədəni təfəkkürünün tanınma-
sında xüsusi xidmətləri olmuş, M.Şirəliyev bü-
töv dilçilik məktəbi yaratmışdır. Xeyli sayda
ümumtürkoloji məsələlərin çözülməsi, bir çox
dilçilik konfrans və müşavirələrinin təşkili və
keçirilməsi onun adı ilə bağlıdır.
1950-ci ildən etibarən artıq M.Şirəliyev ta-
nınmış dialektoloq-türkoloq idi. Onu xarici ölkə-
lərə dəvət edirdilər. 1953-cü ildə M.Şirəliyev Bol-
qarıstana Sofiya Universitetinə dəvət alır və orada
bir il türk filologiyası kafedrasına rəhbərlik edir.
O, uzun müddət (1969–1987) «Sovetska-
ya türkologiya» jurnalının baş redaktoru vəzi-
fəsini icra etmişdir.
Onun elmi fəaliyyətinin əsas sahələri,
əsasən bunlardan ibarət olmuşdur: ümumtür-
koloji problemlər, dialektoloji araşdırmalar,
müasir türk dillərinin nəzəri problemləri, türk
dillərinin tarixi; «Sovetskaya türkologiya» jur-
nalının yaradılması və onun elmi səviyyəsinin
qaldırılması, nitq mədəniyyəti məsələləri və s.
M.Şirəliyevin çoxcəhətli elmi-pedaqoji
fəaliyyətində dialektoloji, türkoloji araşdırma-
lar mühüm yer tutur. Bu fəaliyyət görkəmli
türkoloqlardan A.Axundovun, Y.Seyidovun,
Q.Kazımovun, R.Məhərrəmovanın, K.Abdul-
layevin, İ.Məmmədovun və başqalarının diq-
qətini xüsusi olaraq cəlb etmişdir.
Böyük alim-dialektoloq, türkoloq dünya
türkologiyasında görülən çox böyük işləri əla-
qələndirmək üçün «Sovetskaya türkologiya»
kimi ümumittifaq jurnalın çapını faydalı sayır-
dı. Türkologiyanın ən vacib problemləri türk
xalqları yaşayan respublikalardan və xarici
ölkələrdən göndərilən dərin məzmunlu əsərlər-
də öz əksini tapırdı. M.Şirəliyev həmin elmi
məqalələri «Türk dillərinin müqayisəli tədqi-
qi» şöbəsində də əməkdaşlarla birgə müzakirə
edirdi. O vaxtlar türkdilli respublikalarda tür-
kologiya sahəsində çox güclü, yüksək ixtisaslı
kadrlar yetişmişdi. M.Şirəliyevin rəhbərlik et-
diyi şöbədə də akad. K.Abdullayev, prof.
M.Yusifov, fil.e.d. K.Ramazanov, f.e.d. Ə.Ca-
vadov, prof. H.Quliyev, prof. M.Musaoğlu,
AKADEMİK ŞİRƏLİYEV MƏMMƏDAĞA ŞİRƏLİ OĞLU
13
prof. İ.Məmmədov, prof. İ.Kazımov, fil.e.d.
M.Mirzəliyeva, fil.e.n., dos. Ə.Quliyev və di-
gər dilçi kadrlar yetişmişdi ki, onlara akad.
M.Şirəliyev bilavasitə rəhbərlik etmiş, nəti-
cədə oğuz qrupu türk dillərinin fonetikası,
morfologiyası, leksikası və sintaksisinin müx-
təlif problemlərinə dair namizədlik və doktor-
luq dissertasiyaları müdafiə olunmuş, kitablar
nəşr edilmişdir. M.Ş.Şirəliyev yaradıcılıq fəa-
liyyəti dövründə dilçiliyin müxtəlif sahələri
üzrə beynəlxalq və ümumittifaq konfranslarda,
müşavirə və simpoziumlarda yorulmadan
Azərbaycan türkologiyasını təmsil etmişdir.
M.Şirəliyevin redaktorluğu ilə çıxan «So-
vetskaya türkologiya» jurnalı nəşr olunduğu illər
ərzində türkologiyanın aktual problemlərinə aid
maraqlı, dəyərli materiallar çap edilməklə yana-
şı, türkoloqlar arasında elmi əlaqələrin yaranma-
sında da böyük işlər görülmüşdür.
Türk dillərinin dilçilik çoğrafiyası üsulu
ilə öyrənilməsi, dialektoloji atlasların tərtibi də
müasir dilçiliyin qarşısında duran ən vacib
problemlərdən biri sayılır. Türk dilçiləri ara-
sında bu işə ilk dəfə olaraq 1950-ci illərin son-
larında M.Şirəliyevin təşəbbüsü və rəhbərliyi
altında Azərbaycan EA-nın Nəsimi adına Dil-
çilik İnstitutunun dialektoloqları başlamışlar.
«M.Şirəliyev Azərbaycan dilçiliyi hü-
dudlarını yarıb beynəlxalq aləmə çıxdı, elmi
türkologiyanın əngin üfüqlərində öz işıqlı yeri
olan ilk Azərbaycan dilçisidir. Bolqarıstanda
Sofiya Universitetində türk dili kafedrasının
müdiri olub, dərs deyib. Varşava Universite-
tində mühazirələr oxuyub. Türkiyənin İstam-
bul və Ankara, yaxın xaricin Moskva, Lenin-
qrad, Almatı, Qazan, Kişinyov, Bişkek, Daş-
kənd, Aşqabad və s. şəhərlərində keçirilən
beynəlxalq və ümumittifaq konqres və simpo-
ziumlarda dəyərli elmi məruzələrlə çıxış edib.
Türkoloji aləm akad. M.Şirəliyevi həmişə bö-
yük hörmət və məhəbbətlə qarşılayıb, onun
elmi fəaliyyətinə yüksək qiymət verib. Türk
Dil Qurumunun Azərbaycandan ilk müxbir üz-
vü də o olub» [1].
Akad. T.Hacıyev «Dilçiliyimizin bayra-
mı» adlı məqaləsində M.Şirəliyevin türkologi-
ya sahəsində olan xidmətlərinə, türkoloq dilçi-
lər hazırlanması sahəsində fədakar əməyinə
görkəmli türkoloqlar – SSRİ EA-nın müxbir
üzvü Q.İ.Avanesov, F.R.Filip, B.N.Serebren-
nikov, S.Q.Barxudarov, A.N.Kononov, Gür-
cüstan EA-nın vitse-prezidenti Q.V.Sereteli,
akad. S.S.Cikiya, Türkmənistan EA-nın prezi-
denti akad. R.Əzimov, Özbəkistan EA-nın müx-
bir üzvü Ş.Şaabdurakmanov, prof. K.M.Musa-
yev və digərləri tərəfindən çox yüksək qiymət
verildiyini göstərmişdir [2].
M.Şirəliyev dialektologiya elmi ilə daha
çox məşğul olsa da, o, «Türk dillərinin müqa-
yisəli tədqiqi» (hazırda Türk dilləri) şöbəsinə
rəhbərlik etdiyi vaxtlarda da dilimizin oğuz
xüsusiyyətlərini aydınlaşdırmış, Azərbaycan
dilində qıpçaq elementlərinin mövcudluğunu
ayrı-ayrı məqalələrində və dialektologiyaya
dair yazdığı kitablarda əsaslandırmışdır. O, bu
məqalələrində türkologiya elminin perspektiv-
ləri ilə bağlı bir sıra mühüm problemlərə toxu-
nurdu. Həmin problemlər şöbədə də geniş mü-
zakirə olunur və tədqiqat obyektinə çevrilirdi.
Qeyd olunan türkoloji problemləri aşağıdakı
kimi qruplaşdırmaq olar:
I. Türkologiyada «tərkib və budaq cüm-
lə» məsələsi. O, «Azərbaycan dilində tabeli
mürəkkəb cümlə» [3] və «Tabeli mürəkkəb
cümlə problemləri» [4] adlı məqalələrində
məntiqi və qrammatik kateqoriyaları eyniləşdi-
rənlərə sübut etmişdir ki, Azərbaycan dili və
eləcə də digər türk dillərinin daxili inkişaf qa-
nunlarını əsas tutsaq, feili sifət və feili bağla-
ma tərkibləri heç vaxt budaq cümlə ola bilməz,
çünki bu tərkiblərin xəbərlik kateqoriyasına
məxsus qrammatik əlaməti yoxdur və bu tər-
kiblər mübtəda ilə uzlaşma əlaqəsinə girə
bilmir.
II. Türk dillərinin dialektoloji atlasının
hazırlanması məsələsi. Akad. M.Şirəliyevin
bilavasitə iştirakı və rəhbərliyi ilə hazırlanmış
«Azərbaycan dilinin dialektoloji atlası» adlı
Dostları ilə paylaş: |