TOFİQ HACIYEV
8
elm ocağı kimi, dilçilik İnstitutumuzun, indi
ədəbi dilimizin tarixində Füzuliyə qədərki
dövrün bayraqdarı Nəsiminin adını daşıyan
elm mərkəzimizin xüsusi tarixi xidməti var.
1920-ci illərdə Azərbaycan elminin müx-
təlif sahələri ilə bərabər, «Tədqiq və tətəbbö»
elmi təşkilatının tərkibində dil tədqiqatları
mühüm yer tuturdu. 1930-cu illərdə dilçilik
müstəqil İnstitut kimi yox, incəsənətlə yanaşı,
İnstitut tipində elmi təsisatın bir şöbəsi kimi
fəaliyyət göstərmişdir.
1932-ci ildə Azərbaycan Dövlət Elmi Təd-
qiqat İnstitutunun bazasında müstəqil Dil, Ədə-
biyyat və İncəsənət İnstitutu, 1936-cı ildə birləş-
miş Ədəbiyyat və Dil İnstitutu yaradılmışdır.
Azərbaycan Respublikasında dilçilik sahəsində
bizim bu gün gördüyümüz quruluşda Dilçilik
İnstitutu Azərbaycan Elmlər Akademiyası ilə bir
gündə – 1945-ci il martın 27-də yaradılmış, hə-
min il mayın 21-də təsdiq edilmiş və İctimai
Elmlər Bölməsində yaradılmış dörd elmi tədqi-
qat İnstitutundan biri olmuşdur. 1973-cü ildə
İnstituta İmadəddin Nəsiminin adı verilmişdir.
Fəaliyyətə başladığı zaman dörd şöbədən
ibarət olmuşdur: Müasir Azərbaycan dili, Azər-
baycan dili tarixi, Azərbaycan dialektologiyası
və Lüğətçilik. İnstitutun ilk direktoru akad.
Məmmədağa Şirəliyev olmuşdur. 1949-cu ilin
sonlarında İnstituta SSRİ Dövlət mükafatı
laureatı M.Mirbabayev direktor təyin edilmiş-
dir. 1950-ci ildə Dilçilik İnstitutu Ədəbiyyat
İnstitutu ilə birləşmiş, ona əvvəl akad. Mirzə
İbrahimov, sonra prof. Mirzəağa Quluzadə
başçılıq etmişlər. 1960-cı ildə İnstitutun direk-
toru yenidən akad. M.Ş.Şirəliyev olmuşdur.
1969-cu ildə Dilçilik İnstitutu Ədəbiyyat
İnstitutundan ayrılaraq müstəqil fəaliyyətə
başlamış və həmin ildən 1987-ci ilədək İnsti-
tuta akad. M.Ş.Şirəliyev rəhbərlik etmişdir.
1988-ci ildən 2015-ci ilə qədər EA-nın
müxbir üzvü Zərifə Budaqova (1987–1989),
akad. Ağamusa Axundov (1990–2012) və prof.
Fəxrəddin Veysəlli (2012–2014) İnstitutun di-
rektoru vəzifəsində çalışmışlar. 2014-cü ildən
İnstituta EA-nın akad. Tofiq Hacıyev rəhbərlik
edir.
İnstitutda bu şöbələr fəaliyyət göstərmişdir:
Müasir Azərbaycan dili şöbəsi. 1945-ci il-
dən fəaliyyətə başlamışdır. Şöbədə müasir Azər-
baycan dilinin ən mühüm problemləri, funksio-
nal qrammatika və üslubları, nitq mədəniyyəti
məsələləri öyrənilmişdir.
Yarandığı ilk dövrlərdə şöbəyə prof. Mux-
tar Hüseynzadə başçılıq etmişdir. 1955–1989-cu il-
lərdə Müasir Azərbaycan dili şöbəsinə prof.
Z.Budaqova rəhbərlik etmişdir. 1992-ci ildən
2008-ci ilədək prof. Müseyib Məmmədov şöbə
müdiri olmuş, sonrakı illərdə Sitarə Əliyeva,
Məhəbbət Mirzəliyeva başçılıq etmiş, hazırda
prof. İsmayıl Kazımov şöbə müdiridir.
Azərbaycan dilinin tarixi şöbəsi. Şöbə-
nin ilk müdiri AMEA-nın müxbir üzvü Əbdü-
ləzəl Dəmirçizadə olmuşdur. Sonralar Cəlal
Əfəndiyev, Mirzə Rəhimov, prof. Rəhilə Mə-
hərrəmova, prof. Vaqif Aslanov, Vahid Adi-
lov, Fazil Əhmədov, prof. Sevil Mehdiyeva
müdir olmuşlar. Hazırda Teyyub Quliyev şö-
bəyə başçılıq edir.
Azərbaycan dialektologiyası şöbəsi.
Şöbənin ilk müdiri akad. Məmmədağa Şirəli-
yev olmuşdur. Sonrakı illərdə Rəsul Rüstə-
mov, Musa İslamov, Fikrət Xalıqov, Qəzənfər
Kazımov müdir olmuşdur. 2013-cü ildə Dil
tarixi şöbəsi ilə birləşmişdir.
Lüğətçilik şöbəsi. 1945-ci ildən sovet-
lərdə görkəmli leksikoqraf kimi tanınan prof.
Əliheydər Orucov şöbənin rəhbəri olmuşdur
(1945–1987). 2013-cü ildən yeni struktura gö-
rə Tətbiqi dilçilik adlanır. 1989-cu ildən şö-
bənin müdiri prof. İ.Məmmədlidir.
Ümumi və tarixi-tipoloji dilçilik şö-
bəsi. 1984-cü ildə təşkil olunmuşdur. Şöbəyə
DİLÇİLİYİMİZ VƏ DİLÇİLİK İNSTİTUTUMUZ
9
istedadlı filoloq Aydın Məmmədov rəhbərlik
etmişdir. İnstitutda aparılan struktur dəyişik-
likləri ilə bağlı 1992–1997-ci illərdə Ümumi
dilçilik və dil əlaqələri adı ilə fəaliyyət göstə-
rən şöbənin əsasında, Nəzəri və tətbiqi dilçilik
şöbəsi yaradılmışdır.
Onomastika şöbəsi. Şöbə 1989–2013-cü il-
lərdə prof. Qara Məşədiyevin rəhbərliyi ilə fəa-
liyyət göstərmişdir. 2013-cü ildə Müasir Azər-
baycan dili şöbəsinə birləşdirilmişdir.
Terminologiya şöbəsi. Azərbaycan dili-
nin sabit terminologiyasının yaradılmasını qay-
daya salmaq, bu sahədəki vəziyyəti nizamla-
maq, respublikanın elmi-tədqiqat müəssisələ-
rində və ali məktəblərdə aparılan terminoloji
işlərə rəhbərlik etmək məqsədilə 1952-ci ildə
Terminologiya Komitəsi haqqında «Əsasna-
mə» təsdiq edilmiş, elmin, texnikanın, iqtisa-
diyyat və mədəniyyətin ayrı-ayrı sahələri üzrə
termin yaradılması üçün konkret elmi prinsip-
lər müəyyənləşdirilmiş, terminoloji lüğətlərin
tərtibi metodikası işlənilmişdir.
1969-cu ildə Terminologiya bölməsinin
müdiri Məmməd Qasımov olmuşdur. 1979-cu
ildə Dilçilik İnstitutunda Terminologiya şöbəsi
yaradılmış və Terminologiya Komitəsinin işlə-
ri ona həvalə edilmişdir. 1992–2000-ci illərdə
Lüğət və Terminologiya şöbələri birgə olmuş
və onun müdiri prof. İsmayıl Məmmədli ol-
muşdur. Hazırda şöbəyə prof. Sayalı Sadıqova
rəhbərlik edir.
Türk dilləri şöbəsi. 1972-ci ildə «Türk
dillərinin müqayisəli tədqiqi» adı ilə yaradılmış
bu şöbənin ilk müdiri Vaqif Aslanov olmuşdur.
Sonralar şöbəyə Əbdürrəhman Cavadov,
Həsən Quliyev rəhbərlik etmişlər. Hazırda
şöbənin müdiri Məhəbbət Mirzəliyevadır.
Sosiolinqvistika və dil siyasəti şöbəsi.
«Dil əlaqələri» adı ilə fəaliyyət göstərmiş,
1992–1997-ci illərdə Ümumi dilçilik şöbəsinə
birləşdirilərək Ümumi dilçilik və Dil əlaqələri
şöbəsi adlandırılmışdır. 1998-ci ildən Dil əla-
qələri müstəqil şöbə olaraq yenidən bərpa
olunmuş, Roza Eyvazova şöbə müdiri işləmiş-
dir. Hazırda Mayıl Əsgərov şöbənin müdiridir.
Hind-Avropa dilləri şöbəsi. 2001-ci il-
də təşkil edilmiş German-roman dilləri şöbəsi-
nin əsasında 2013-cü ilin noyabrında yaradıl-
mışdır. Şöbə müdiri prof. Oruc Musayevdir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin «Azərbaycan dilinin qloballaş-
ma şəraitində istifadəsi və ölkəmizdə dilçiliyin
inkişafı» haqqındakı məlum sərəncamlarından
sonra Nəsimi adına Dilçilik İnstitutunun quru-
luşunda dəyişiklik aparılmışdır. Üç yeni şöbə
yaradılmışdır: Qədim dillər və mədəniyyət-
lər, Kompüter dilçiliyi, Monitorinq şöbələri.
Bu şöbələr ölkə prezidentinin sərəncamlarında
nəzərdə tutulduğu kimi Azərbaycan dilçiliyini
müasir dünya dilçilik elminin səviyyəsinə qal-
dırmaq, müvafiq sahələr üzrə yüksək ixtisaslı
mütəxəssislər hazırlamaq məqsədini daşıyır.
Bilindiyi kimi, Azərbaycan dilinin və mədəniy-
yətinin tarixini tədqiq etmək üçün həmişə qədim
dillərin öyrənilməsinə ehtiyac olmuşdur. Yaradı-
lan yeni şöbə həmin ehtiyacın ödənməsinə xidmət
edir. Şöbənin müdiri İlhami Cəfərsoydur.
Kompüter dilçiliyi. Müdiri filologiya elm-
ləri doktoru Kamilə Vəliyevadır. Qarşısında
Azərbaycan dilinin riyazi-statistik metodlarla və
kompüter vasitəsilə öyrənilməsinin, maşın tərcü-
məsi problemlərinin, statistik və elektron lüğət-
lərin tərtibi məsələlərinin, klassiklərin və abi-
dələrin dilinin statistik metodlarla tədqiqinin,
yeni təhlil və sintez proqramları ilə tədqiqatlar
aparılmasının, Azərbaycan dilinin öyrənilməsi
üçün elektron dərsliklərin və Azərbaycan dilinin
milli korpusunun yaradılmasının, Azərbaycan
dilinin internet məkanında geniş istifadəsinin
təmin edilməsi məqsədilə müxtəlif linqvistik-
tətbiqi texnologiyalar hazırlanmasının həyata
keçirilməsi kimi vəzifələr durur.
Dostları ilə paylaş: |