N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə10/34
tarix22.07.2018
ölçüsü1,15 Mb.
#57709
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

 
 
23 
Ev quşları sırasına qaz və ördək də daxildir. Onu da qeyd edək ki, 
bunlar  həm  də  çöl  quşu  olmaqla  ovlanan  quş  hesab  olunur.  Ev  quşları 
yalnız qida sənayesi üçündür. 
 
Ördək  sözü  müxtəlif  fonetik  variantları  ilə  türk  dilləri  və  onların 
dialektlərində işlənməkdədir: ördək / ördex' / ördəg (Azərbaycan) / ördek 
(qaqauz,  türk)  /  ördök  (qırğız)  /  üyrek  (qazax)  /  örtök  (altay)  /  öyrök 
(başqırd). Qədim  yazılı abidələrdə də bu söz  müxtəlif  variantlarda qeydə 
alınmışdır: ördək [3. I. S. 104], ödirək [4. S. 377],  örək [4. S. 388]. Söz 
utka şəklində müasir rus dilində işlənməkdədir. 
 
Bılbıl sözü Borçalı şivələrində ‘ördək  balası’  mənasında  işlənir. Neft-
çala  şivələrində  bılış,  Kürdəmir,  Salyan  şivələrində  isə  bılı  sözü  həmin 
mənada  müşahidə  edilmişdir.  Lənkəran,  Masallı  şivələrində  bili  ‘ördək’ 
mənasını  ifadə  edir.  ‘Balaca  olmaq’  mənasına  uyğun  gələn  bı  +  l  /  bi  +  l 
morfemləri  qədim  türk  dilinin  elementləridir  ki,  bu  da  bala,  bülbül, 
bildirçin və s. sözlərinin kök morfemini müəyyənləşdirə bilər. Sarı rəngli, 
balaca, oxuması ilə xüsusilə seçilən, klassik ədəbiyyatda, həmçinin şifahi 
xalq  ədəbiyyatında  yazıçı-şairlərin  dönə-dönə  bəhs  etdiyi  bülbül  qədim 
türk  abidələrində  sanduvaç  [17.  S.  529]  adı  ilə  tanınsa  da,  bir  çox  türk 
dillərində  «müxtəlif  fonetik  tərkiblərdə  müşahidə  olunmaqdadır.  Məs.: 
bulbul  (özbək,  qırğız,  uyğur,  qaraçay-balkar),  bülbül  (qazax,  türk,  Azər-
baycan),  bilbil  (noqay,  türkmən),  bulbul  (qaraqalpaq),  byulbyul  (qumıq) 
və s.» [14. S. 233]. 
 
‘Hind  toyuğu’  mənasında  hinduşqa  /  hünduşqa  (Naxçıvan,  Beylə-
qan),  laş  (Quba,  Salyan),  gurgur  (Dərbənd),  heştarxan  (Cəlilabad),  həş-
darxan (Ucar) / həştərxan (Göyçay), neşdərxan (Salyan) sözləri də işlənir. 
Gurgur səs təqlidinin təkrarı yolu ilə əmələ gəlmiş sözdür. Həştərxan to-
ponimi əsasında yaranmış fonetik variantlar isə həşdərxan toyuğu şəklin-
də də işlənməkdədir. 
Quşların, o cümlədən toyuğun bədənindəki müəyyən hissələri bildi-
rən adlar da maraqlıdır:  
‘Toyuğun  beli’  mənasında  Cəlilabad  şivələrində  ücə  sözü  işlənir. 
Bu, zahiri görünüş əsasında uca sözündən götürülmüşdür; 
 
‘Çinədan’, ‘quşun dənliyi’ mənasında da Azərbaycan dilinin dialekt 
və şivələrində bir çox söz müşahidə edilmişdir: üfürdəx' (Şəki) / gurdum 
(Dərbənd)  /  çərtdənəx'  (Kürdəmir,  Salyan)  /  çilədəndix'  (Cəbrayıl,  Zən-
gilan) / dəndəx' (Borçalı) / dənnig (Salyan) və s.; 
 
Çəkişgən  (Ağcabədi,  Beyləqan,  Naxçıvan)  ‘cınaq’  mənasında  işlə-
nir:  Çəkişgəni  məşdəşillər,  so:ra  qırıllar  (Naxçıvan);  Çəkişgəni  çəkdin, 


 
 
24 
yadda gərəx' saxlıyasan (Ağcabədi). Bu söz çək-çəkiş- felindən və fel-
dən ad düzəldən -gən şəkilçisindən yaranmışdır; 
 
Çəpərə sözü Cəbrayıl, Yardımlı, Qarakilsə şivələrində ‘toyuğun qa-
bırğa  hissəsi’  mənasında  işlənir:  Çəpərəni  özün  ye,  mə:  ayrı  ət  ver 
(Cəbrayıl); 
 
Kürüşgə  /  kürüşdənə  (Ağcabədi,  Bərdə,  Tərtər)  /  kürüşnə  (Ağca-
bədi, Bərdə, Cəbrayıl, Xocavənd, Kəlbəcər, Qarakilsə, Zəngilan) / kürüş-
də  (Qazax)  /  kürüş  (Borçalı)  sözü  ‘toyuğun  yumurtalığındakı  qabıqlan-
mamış  yumurtacıqlar’  mənasında  müşahidə  edilmişdir.  Eyni  söz  ‘balıq 
kürüsü’  mənasında  da  işlənir.  Əslində  toyuq  haqqında  işlədilən  bu  söz 
balıq  kürüsündəki  kürü  sözü  ilə  bağlıdır.  Kürdəmir  şivələrində  ‘toyuğun 
yumurtalığı’  mənasında,  pərdənəg  sözü  işlənir:  Çolpanın  pərdənəgi 
ye:ilmir
 
İmişli,  Qarakilsə,  Qazax,  Mingəçevir,  Tovuz  şivələrində  ‘büzdüm’ 
mənasında  işlənən  irtməx'  sözü  də  müşahidə  edilmişdir:  To:ğun  irtməyi 
yağlı olar (Qazax). 
 
Quş xəstəliyi adları bunlardır: dənə düşmək (Çənbərək, Qazax) ‘də-
ni çox yeməkdən xəstələnmək’, qarapapax (Bərdə, Gədəbəy, Gəncə, To-
vuz), çöfləmə (Basarkeşər), çömələn (Çənbərək) – toyuq xəstəliyi adı və s. 
Çöpləmə sözünün fonetik variantı olan çöfləmə sözü ad → hərəkət → ad 
modeli ilə yaranmışdır.  
 
Toyuq-cücənin yatdığı yer mənasında işlənən sözlərə nəzər salaq: 
ala  (Dərbənd,  Xaçmaz)  ‘üstündə  toyuqların  oturması  üçün  düzəl-
dilən  yer’, kərəlig (Cəlilabad)  ‘kürt toyuğun  yatması üçün palçıqdan dü-
zəldilmiş yer’, kütğun (Quba) ‘toyuqların yumurtlaması üçün düzəldilmiş 
səbət’, tar (Ağdam, Ağdərə, Borçalı, Çənbərək, Gədəbəy, Qarakilsə, Qa-
zax, Şuşa, Tovuz) ‘toyuqların axşamlar üstündə yatdığı ağac’, yalax (Za-
qatala) ‘toyuğun yumurtladığı çuxur yer’, ələ (İsmayıllı) / gəm (Qax) / in 
(Culfa,  Naxçıvan,  Ordubad,  Şərur,  Zəngilan)  /  qopax  (Qax)  /  löl  (Cə-
lilabad, Yardımlı) / lüci (Ağsu) / nin (Naxçıvan,  Ordubad, Şərur) sözləri 
‘toyuq hini’  mənasında  işlənir. Toyuq sözünün  mənası artıq genişlənərək 
‘ev quşları’ anlamını verir. Toyuq damıtoyuq hinitoyuq-cücə və s. kimi 
ifadələr daha çox müşahidə olunur. 
 
Müasir Azərbaycan ədəbi dilində ev sözü işlənir ki, bu da dialekt 
və şivələrimizdə ev / əv öy ö: və s. fonetik variantları ilə çıxış edir. 
M. Kaşğari bu sözü əw üw üv öw şəklində qeydə almış, həmçinin in /   


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə