21
ibarətdir: tü + k, yəni hərəkət + feldən ad düzəldən şəkilçi.
Nağıllarımızda da tükünü tütüzdürmək ifadəsi (tükünü yandırmaq)
müşahidə olunur: Məlikməmməd tükü tütüzdürdü, Zümrüd quşu o saat
yanında hazır oldu.
Lümbüz sözü də Lənkəran şivələrində ‘tükü tökülmüş’, ‘tüksüz’ mə-
nasında işlənir. Əslində eyni sözün müxtəlif fonetik variantları olan lüm-
büz və tümbül sözləri söz əvvəlində çox az müşahidə olunan t → l və söz
sonundakı l → z səs dəyişmələri nəticəsində formalaşmışdır: Qırmızı
xoruz lümbüzdü. Bu isə onu göstərir ki, lüt (‘çılpaq’ mənasında) və tül
(‘tüksüz’ mənasında) eyni kök-əsaslı sözlərdir.
Sümüh sözü Göyçay şivələrində ‘tüksüz, tükü tökülmüş toyuq’, süt-
boğaz sözü Yevlax şivələrində ‘boğazı tüksüz toyuq, xoruz’, qak'u sözü
isə Quba dialektində ‘boynu tüksüz toyuq’ mənasında işlənir: Bizim qak'u
cinsindən to:ğlarımız var.
Sümüh sözü sümeg / lüməg / tümiğ sözləri ilə fonetik variantlılıq
təşkil edir. Belə ki süməgləməg (Bakı, Şamaxı) feli lüməg sözündən ya-
ranmışdır, mənası ‘toyuq və ya xoruzun quyruğunu yolmaq’ deməkdir:
Bu toyuğu tanımağ üçün lüməgləməg lazımdır (Şamaxı).
Sütboğaz sözü isə quruluşca mürəkkəbdir. Sözün birinci tərəfi se-
mantik məna genişlənməsinə uğramış süt morfemidir və lüt sözünün fo-
netik variantı hesab olunur.
Ağdam şivələrində xoruzun bir növünü bildirən düdəmə sözü işlənir.
Bu söz əlamətlə bağlı olub qədim türk mənşəli dü- / tü-, düdə- / tülə- / tülü-
sözlərinin əsasında formalaşmış, ‘oğru’, ‘hiyləgər’, ‘yalançı’, ‘zirək’ və s.
mənaları ifadə edə bilən söz ailəsinin üzvüdür. Azərbaycan dilinin dialekt
və şivələrində də bu ailəyə məxsus xeyli söz müşahidə olunmuşdur:
düdüg (Kürdəmir, Qarakilsə, Şamaxı) ‘yalan, hiylə’, düdüx'çü (Naxçıvan)
‘yalançı, fırıldaqçı’, düdəmə (Zəhgibasar) ‘səfeh, gic’, düəldi (Şəmkir)
‘dava, savaş, qalmaqal’, düyələx' gəlməx' (Naxçıvan) ‘kələk gəlmək’, tülü
(Ağbaba, Çənbərək, Naxçıvan, Oğuz, Ordubad, Şəki, Şərur) / tülüngü
(Böyük Qarakilsə, Gəncə, Qazax) / tülüntü (Gədəbəy) ‘oğru’ və s.
Həmçinin heyvan adı bildirən, eləcə də ‘hiyləgər’ mənasında işlənən tülkü
sözü də bu söz ailəsinə daxildir.
Dü- / tü- kök morfemlərindən törəyən, ‘zirək’, ‘diribaş’ mənasını
bildirən sözlər də az deyil. «Kitabi-Dədə Qorqud» dastanında Salur Qazan
Tülü quşun yavrusu kimi təqdim olunur [1. S. 48]. S. Əlizadənin müəl-
lifliyi ilə hazırlanan nəşrlərdə (1988, 1999) tülü quş ifadəsi ‘tüklü quş –
quzğunun bir növü’ kimi izah olunur. İ. Cəfərsoylu isə yazır: «…tülü quş
1 yaşa çatanda çaynağını dəyişir, uşaq 6 yaşa çatanda dişini dəyişir» [13.
22
S. 238]. Həmçinin «Kitabi-Dədə Qorqud» dastanının 1988-ci il
nəşrində yazılır: «Tülü. Ha-da ‘Tulu’, Er-də ‘Tülü’. İkinci variant
Azərbaycan dilində “tülək” (alıcı quşun adı, tülək tərlan) ilə səsləşdiyi
üçün inandırıcı görünür» [2. S. 231]. «Kitabi-Dədə Qorqud» dastanında
da tülü sözü ‘zirək’, ‘diribaş’ mənasında işlənmişdir: Bir gün Ulaş oğlu,
Tülü quşun yavrısı... Salur Qazan yerindən turmuşdu [1. S. 48].
Susar sözü Oğuz şivələrində ‘qırqovulaoxşar toyuq cinsi’ məna-
sında işlənir. Həmin sözün sisar fonetik variantı İsmayıllı şivəsində də
müşahidə edilmişdir. Quruluşca mürəkkəb söz olan sisar / susar sözləri
si + sar / su + sar kök morfemləri əsasında formalaşmışdır. Bunu oğuz
elementləri hesab etmək olar. Si- / sü- ‘zirək’, ‘diribaş’ mənasında işlənən
tü- sözünün fonetik variantı, sar isə semantik məna genişlənməsi ilə sar
quşunun adından götürülmüşdür: Bu yumurta sisar yumurtasidi, başqa
yumurtalar buni sındıra bilməz. Susar bir dəyqə sakit durmur, səhərə
qədər çapbıldıyır.
S. Vurğunun «Vaqif» dramında Aldıq məktubunu Məhəmməd Qa-
car, Tərlan oylağında sar ola bilməz misralarında da bu yırtıcı quşun adı
çəkilir. Tarixən sar- sözünün ‘qızmaq’, ‘qəzəblənmək’, ‘sərtləşmək’, ‘sərt
söz demək’ mənaları da işlənmişdir [3. IV. S. 437].
Şərur şivələrində ‘bərk yumurta’ mənasında səzbaran sözü işlənir:
Səzbaran yumurta hələm-hələm olmur. Səz- yuxarıda izahı verilən sar,
ba + r ‘yığılmaq’, ‘əmələ gəlmək’ mənasını bildirən arxaik fel, -an isə şə-
kilçi morfemdir (feli sifət); ‘sar quşundan əmələ gələn’ mənasına uyğun
gəlir, lakin semantik məna genişlənməsi bu sözün yaranmasında rol
oynamışdır.
Azərbaycan dilində bar sözü ‘meyvə’, ‘məhsul’, ‘qıf, çən, çörək və
başqa əşyalarda əmələ gələn ağ rəngli, çox xırda göbələklər’ [15. S. 50],
‘ağızın, dodaqların kənarında əmələ gələn ərp’ mənasında da işlənir.
Şərur şivələrində müşahidə olunan sədbarı sözü ‘xırda yumurta’
mənasında işlənmişdir. Sədbarı sözü səzbaran sözünün fonetik variantı
olsa da, semantik məna genişlənməsi bu sözün mənasını bir qədər uzaq-
laşdırmışdır: Sədbarı yumurta xırda olur. İlk baxışda səd- fars dilindəki
‘yüz rəqəmi’ mənasına uyğun gəlir, lakin digər fonetik nümunələrlə
müqayisə göstərir ki, «yüz rəqəmi»nin bu sözə heç aidiyyəti yoxdur.
a → ə, r → z → d səs axarı sar- / səz- / səd- morfemlərinin
yaranmasına gətirib çıxarmışdır. z → d səs axarı isə daha çox ذ (zal) hərfi və
onun ifadə etdiyi z, d (fars dilində z, ərəb dilində d) səsləri ilə bağlı olmuşdur.
Bunun səbəbi uzun illər ərəb qrafikalı əlifbadan istifadə olunmasıdır.
Dostları ilə paylaş: |