N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə7/34
tarix22.07.2018
ölçüsü1,15 Mb.
#57709
1   2   3   4   5   6   7   8   9   10   ...   34

 
 
17 
səs  təqlidinin  rolu  var.  Nümunələrdən  göründüyü  kimi,  səs  təqlidi  ya 
bir, ya da təkrar heca şəklində sözləri formalaşdırmışdır.  
Terminoloji səciyyə daşımayan bir çox sözlərdə də quşların səs təq-
lidi ilə bağlı olaraq yaranan sözlərə rast gəlirik: cağ-cuğ, qağ-quğ, cikkil-
dəmək, qarıldamaq, civildəmək və s. 
Mənbələrdə çınq, çınqrak sözünün də ‘səs’ mənasında işləndiyi mü-
şahidə  olunur  [3.  III.  S.  330–331].  Azərbaycan  dilinin  dialekt  və  şivələ-
rində bu sözün cınqır // cınqırax // cınqırıx kimi fonetik variantlarına rast 
gəlinir (cınqırı çıxmadı).  
«Kitabi-Dədə Qorqud» dastanında işlənən sunqur sözü M. Kaşğari-
nin  lüğətində  ﺮﻘﮑﻨﺴ  (sonqkur)  şəklində  qeydə  alınmışdır:  «Sunqur  quşu, 
yırtıcı  quşlardan  birinin  adıdır.  Bu,  ﻞﯿﺮﻐﻄ  (toğrıl)  quşundan  kiçikdir»  [3. 
III. S. 330]. Görünür, bu, şahin növündən olan bir quşun adıdır. Bu sözün 
‘qıy  vuran  //  cıy  vuran  //  səs  salan  quş’  mənasını  verdiyini  və  iki  tərkib 
hissədən  ibarət  olduğunu  düşünmək  olar.  Lakin  semantik  məna  geniş-
lənməsi təqlid → hərəkət → ad → əlamət keçidləri ilə yeni leksik-seman-
tik mənaların yaranmasına yol aça bilir. 
Sözsüz ki, sunqur / sonqkur / suŋqur / soŋqur [4. S. 508, 514] ov qu-
şudur. Ov quşları isə 2 qrupa bölünür: ovlanan və ovlayan quşlar. Haqqında 
bəhs etdiyimiz sunqur ovlayan quşdur. Azərbaycan dilində ‘cummaq, zirək 
tərpənmək’,  ‘dik  oturub  gözünü  ovuna  zilləmək’  mənalarında  şonqumaq 
feli  və  onun  müxtəlif  fonetik  variantları  işlənir.  Hərəkət  +  ad  modelinə 
əsaslanan şonqu + r / şunqa + r sözünün kök morfemi şonqu- felidir. 
B.  Əhmədov  şahin  sözünün  ərəb,  şunkar  sözünün  isə  qədim  türk 
mənşəli  olduğunu  göstərir  və  bunları  eyni  quşun  müxtəlif  adları  kimi 
təqdim edir [5. S. 164]. Bizcə, şahin-şunqar qarğa-quzğun kimi yaxınmə-
nalı  sözlərin  birləşməsindən  əmələ  gələn  mürəkkəb  sözdür.  Lakin  eyni 
mənalı deyil.  «Kitabi-Dədə Qorqud» dastanında şahin, çal qaraquş kimi 
adlar çox işlənir: Yumruğımda talbınan şahin bənim quşımı alur gördüm 
[1. S. 51]; Bir bölük qaza şahin girmiş kibi kafərə at saldı [1. S. 127]; Çal 
qaraquş ərdəmli... Qazlıq qoca [1. S. 61]; Qarşuna ala qaz gəldişahinin 
atmazmısan?  [1.  S.  124];  Cümlə  quşlar  sultanı  çal  qaraquş,  Qanadilə 
saqsağana kəndözin şaqıdarmı? [1. S. 125]; Qazan şahini saldı [1. S. 168]. 
Hətta əsərdə bu quşlara baxan – şahinçibaşı sözü də müşahidə olunur: Bir 
gecə  yeyüb  oturarkən  şahinçibaşına  aydır:  “Mərə,  sabah  şahinləri  al
xəlvətcə ava binəlim!” – dedi [1. S. 168].  
Sunq / sonq / sinq / çınq / sun / sin / çin fonetik variantları göyərçin, 
sığırçın, bildirçin kimi quş adlarında da müşahidə olunur. Çox ehtimal ki, 
çın / çin səs təqlidi əsasında  yaransa da, müstəqil  söz kimi  leksik  mənaya 
(‘səs’) malik olmuşdur. Azərbaycan dilinin dialekt və şivələrində göyərçin 
sözünün  çölgöyü  /  kölgöyü  (quruluşca  mürəkkəb  olan  bu  sözün  hər  iki 
komponentindəki  birinci  səs  –  ç,  g  eyni  məxrəcə  düşərək  k,  g  samit 
2 «Türkologiya», № 2 


 
 
18 
ahənginə  uyğunlaşmışdır)  şəklində  işlənən  variantları  da  müşahidə 
olunur. Maraqlıdır ki, bu, çin morfemi olmadan işlənir. 
‘Vızıltı  səsi’  mənasında  işlənən  sinq  sözü  sinqək  (milçək,  ağcaqa-
nad) sözünün də yaranmasına səbəb olmuşdur [3. IV. S. 463]. 
Quş  sözü  Azərbaycan  dilində  geniş  mənada  işlənərək  bütün 
növdən  olan  quşların  ümumi  adı  kimi  anlaşılır.  Bu  söz  etimoloji 
baxımdan kök türk  dilinə  məxsus olub,  fonosemantik cəhətdən  səs təq-
lidi  →  hərəkət  →  əlamət  →  ad  modelinə  uyğun  olaraq  formalaşmışdır. 
Dar  mənada  ovlanan  quşun  adı  kimi  işlənən  qaz  sözü  də  səs  tərkibi 
etibarilə quş sözünün fonosemantik variantı hesab oluna bilər. Rus dilində 
‘qaz’ mənasında işlənən гусь sözü də türk mənşəli olub qaz və quş sözləri 
ilə  eyni  köklüdür.  Sözün  və  q  /  k'  paralelinin  yaranmasında  q  dominant 
səs kimi özünü göstərir. Qa / qu / k'a / k'u səs təqlidini, u + r / z / d / s / ş 
morfemləri isə ‘uzaq’, ‘iraq’, ‘uç-’, ‘üz-’ mənalarını ifadə edir. 
Q.  Kazımov  şumer-türk  eyniköklü  leksik  layını  tədqiq  edərkən 
«uzug / uzu / uz (suda üzən quş) – yüzük ‘suda üzən’ (qədim türk)» söz-
lərini  müəyyənləşdirmişdir  [6.  S.  134].  Təsadüfi  deyil  ki,  şumer  dilində 
‘suda  üzən  quş’  mənasında  işlənən  uz  sözü  ‘suda  üzən  quş’  mənasında 
işlənən qaz sözü ilə fonetik oxşarlıq təşkil edir.  
Quş    sözünün    mənşəyinin    səs  təqlidi  ilə  bağlı  olduğunu  göstərən 
B.  Məhərrəmli  bu  sözün  digər  türk  və  qeyri-türk  mənşəli  dillərdə  dar 
mənada  (‘qartal’,  ‘sərçə’,  ‘ov  quşu’)  işləndiyini  müşahidə  etmişdir  [8.        
S. 111–112]. 
 
Səçə  [3.  III.  S.  208]  /  çançarğa  [3.  III.  S.  227]  /  sərçə  /  serçə, 
sağsağan / sağsağ sözləri eyni kök  morfem əsasında  sa- / sə- / ça- / çə- 
təqlidi  sözlərindən  yaranmışdır.  Müasir  dil  baxımından  -çə  kiçiltmə 
mənalı isim düzəldən şəkilçidir. Lakin tarixi baxımdan -ça-çə bənzətmə 
qoşması kimi müşahidə olunur (müasir ədəbi dilimizdə -ca²). M. Kaşğari 
bunu (-ça, -çə) bənzətmə ədatı kimi təqdim edir [3. III. S. 199]. Çançarğa 
variantı təkrar olunan səs təqlidindən (çança-), -r hərəkət morfemindən və 
ad  düzəldən  -ğa  morfemindən  ibarətdir.  Sağsağan  sözü  isə  təkrar 
morfemlər əsasında formalaşmışdır: sağ + sağ + an
 
Quşlar  ev  və  çöl  quşları  olmaqla  2  qrupa  ayrılır.  Dialektoloqlar 
Azərbaycan  dilinin  dialektlərindən  material  toplayarkən  çöl  quşlarının 
adını  bildirən  xeyli  söz qeydə almışlar [8. S. 380; 9. S. 120; 10. S. 120; 
11. S. 121; 12. S. 256 və b.]. Həmin sözlərə nəzər saldıqda yalnız səs təq-
lidi deyil, müxtəlif xüsusiyyətlərinə, yaranma üsullarına, quruluşuna görə 
fərqlənən adlar müşahidə olunur: alalaxalapaxta / ələpaxdaağaşdələn / 
çıltanbayquş / bəyğuş / lorunçölxoruzımeşə xoruzumırat quşu / mu-
rat quşusarıköynəx' / sarıköynex',  siçanakərkinən,  su sərçəsituraxay /  
turağ / torağay / torağəy,  şənəpüpüx' /  şanapbix' / şinəpu /  şanəpipig /    


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə