57
gəlir. Həmin kateqoriyaya saytların qiymətləndirilməsində redak-
torlara (insanlara) kömək məqsədi ilə yaradılmış «Global Brain»
proqramı vasitəsilə populyarlığı təyin edilmiş saytlar daxil edilir.
Saytların populyarlığı onlara edilən istinadların sayı və baxılma
müddətlərinə görə müəyyənləşdirilir. Hər bir müəllif öz saytını
«LiveDirectory» kateqoriyasına daxil edə bilər. SNAP həmin
saytları tematik kataloqda göstərmir, lakin belə kateqoriyanın
mövcudluğu haqqında pəncərəyə məlumat çıxarır.
Konkret axtarış aparmaq üçün SNAP sistemində sorğu
dilindən istifadə edilir. DİRECTHİT-dən fərqli olaraq, SNAP
bütöv frazalara görə axtaraş apara bilir. Bunun üçün frazanı təşkil
edən sözlər dırnaq işarəsi arasında yazılmalıdır, məsələn, «olum
ya ölüm». Dırnaq işarəsindən əlavə, SNAP sözün əvvəlində yazı-
lan «+» və «-» işarəsini də qavrayır. «+» işarəsi sözün sənəddə
mütləq olmasını, «-» işarəsi isə mütləq olmamasını göstərir.
YAHOO (
www.yahoo.com
) İNTERNET-də istifadə edilən
ilk axtarış sistemlərindən biridir. Hazırda YAHOO bir sıra
informasiya-axtarış vasitələri istehsalçıları ilə əməkdaşlıq edir və
onun müxtəlif serverlərində müxtəlif proqram təminatından
istifadə edir. YAHOO-ya tematik kataloq kimi də baxmaq olar,
ona görə ki, onun tematik kataloqu ən böyük həcmə malikdir və
hazırda kataloqda milyondan çox səhifənin və saytın ünvanları
toplanıb.
Bütün tematik kataloqlar kimi, YAHOO-da agacvari struk-
turla təşkil edilmişdir. Ən yuxarı səviyyədə əsas rubrikalar
(məsələn, «Mədəniyyət və incəsənət», «Biznes və iqtisadiyyat»,
«Kompüter və İnternet» və s.) təsvir edilir. Rubrikalar bölmələrə,
bölmələr altbölmələrə və s. ayrılır və ən aşağı səviyyədə
(yarpaqlarda) saytların təsviri və onlara istinadlar (linklər)
saxlanır. Hər bir saytın təsviri xüsusi redaktor (insan) tərəfındən
aparılır. Onların sayı 50-dən artıqdır. Beləliklə, YAHOO-nun
kataloqu əl üsulu ilə tərtib edilir. Odur ki, onun keyfiyyəti
yüksəkdir.
58
YAHOO sisteminin informasiya-axtarış dili kifayət qədər
sadədir. Daxil edilən sözlər boşluqla (probellə) ayrılır. Onlar
arasında AND və OR operatorlan yazmaq olar. Çıxışda sənəd-
lərin sorğuya uyğunluq dərəcəsi göstərilmir, lakin tapılan
sənədlərdə sorğuya uyğun sözlərin altından xətt çəkilir. Bu
zaman leksikanın normallaşdırılması və ümumi sözlərin təhlili
aparılmır.
Şək.
3.17.
Barauzerin baş səhifəsi
Çıxış siyahısında sənədlərin relevantlığa görə nizamlanması
tapılan sənədlərdə sorğunun sözlərinin sayına görə aparılır.
YAHOO-nu məhdud axtarış imkanlı sadə ənənəvi sistemlər
sinfinə aid etmək olar. SNAP sistemində olduğu kimi, burada da
sorğuda sözün əvvəlində «+» və «-» işarələrindən istifadə etmək
olar. YAHOO-nun fərqli cəhətlərindən biri də ondan ibarətdir ki,
sorğuda göstərilən sözlər və ya frazalar tapılmadıqda, o,
GOOGLE sisteminin indeksinə müraciət edir və lazımi sözləri və
ya frazaları sənədlərin özlərində axtarır. Daha məzmunlu axtarış
üçün sorğuda «t:» və «u:» işarələrindən istifadə etmək olar.
59
Sözün əvvəlində göstərilmiş «t:» işarəsi axtarışın yalnız
səhifəinin və saytın başlığında, «u:» işarəsi isə axtarışın yalnız
saytların ünvanlannda apanlmasını göstərir.
Məsələn, «u: eko» sorğusuna görə URL ünvamnda «eko»
sözü olan sənədlər tapılacaq, məsələn:
www.business-
marketinq.az/html/eko.html
.
OİNGO (
www.oingo.com
) sistemi sözü adi simvollar
ardıcıllığı kimi qəbul edən bir çox axtarış sistemlərindən fərqli
olaraq, sözlərin mənalarını «başa düşür». İlkin axtarışda
sorğunun sözlərinə digər sistemlərdə olduğu kimi, simvollar
ardıcıllığı kimi baxılır. Axtarış nəticələri iki siyahı ilə ekrana
çıxarılır: tapılan WEB-saytların siyahısı və kataloqun bölmə-
lərinin siyahısı. Uyğun düyməni basmaqla açılan üçünçü siyahı-
da isə sorğudakı sözün bütün mənaları əks etdirilir. Əgər seçilmiş
mənaya görə axtarış nəticələri istifadəçini qane etmirsə, o,
sorğunu dəqiqləşdirən bir neçə sözdən istifadə etməklə, yenidən
axtarış apara bilər.
OINGO-da sorğu dili demək olar ki, yoxdur. Təkcə «+»
işarəsindən istifadə etmək olar. Bu halda həmin sözün sənəddə
mütləq olması tələb edilir. Əgər OINGO verilmiş sorğuya görə
öz kataloqunda heç bir şey tapa bilmirsə, o, ALTAVİSTA
sisteminin indeksinə müraciət edir.
NORTHERNLIGHT
(
www.northernlight.com
)
sistemi
mahiyyətcə ALTAVISTA sistemindən az fərqlənir. Burada da
həcmi ALTAVISTA-dakından az olmayan avtomatik indeksdən
istifadə edilir. Bəs onda niyə müxtəlif axtarış sistemləri
yaradılmışdır? Bəlkə bir güclü sistem yaradılaydı və hamı ondan
istifadə edərdi?
Təəssüf ki, bu cür güclü və hamını qane edən edən sistem
yoxdur. Mövcud olan hər bir axtarış sisteminin üstünlüklərin və
çatışmazlıqları var. Bundan əlavə, heç bir axtarış sistemi
INTERNET-lə ayaqlaşmır. INTERNET-də yerləşdirilən informa-
siya resurslarının həcmi hər ildə azı iki dəfə artır və hətta ən