N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə155/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   151   152   153   154   155   156   157   158   ...   194

 

551


karton – 

 

Krım – 



 

knyaz – 


 

və s. 


 

XX əsrin əvvəllərində ahəng qanunu, demək olar ki, 

ardıcıl şəkildə gözlənilir; lakin adətən bu, qrafik olaraq 

göstərilmir – belə ki, 

  yazılır, ancaq gördi, 

oxudi, danışdi yox, gördü, oxudu, danışdı oxunur. 

Bir sıra hallarda (şübhəsiz, tarixi ənənənin davamı 

kimi) ahəng qanununun pozulduğu müşahidə edilir: 

 

söylədü – 



 

eşitdü – 

 

 

Lakin ahəng qanununun bu şəkildə “pozulması” nə 



qədər ənənəvi olsa da, artıq aparıcı meyildən kənardadır – 

hər cür ahəng pozulması (getmax, başuvi, görax və s. tipli 

pozulmalar da buraya daxildir) həmin qanunun sabitliyi 

qarşısında tarixi və ya regional (dialektlərdən gələn) 

anomaliyalar kimi diqqəti cəlb edir. 

Alınma sözlərin fonetik mənimsənilməsi həmin 

mərhələnin dilinin fonetik normalarına bu və ya digər 

şəkildə təsir göstərir. Məlum olduğu kimi, XX əsrin 

əvvəllərində Azərbaycan türkcəsinə həm ehtiyac üzündən, 

həm də heç bir ehtiyac olmadan (yəni fərdi zövqün təsiri 

ilə) külli miqdarda alınma sözlər “daxil olur” ki, bunların 

lazımlıları (qəbul edilməsinə ehtiyac olanlar) müəyyən 

fonetik mənimsəməyə məruz qalır, formaca dəyişir. Lakin 

qeyd etmək lazımdır ki, o zaman mətbuatın, bədii 

ədəbiyyatın dilinə daxil olub, sonralar (20-ci, yaxud 30-cu 

illərdə) ədəbi ünsiyyəti tərk etmiş alınmalar (xüsusilə Qərbi 

Avropa-rus alınmaları) da müəyyən fonetik “mənimsəmə” 



 

552


– deformasiyaya uğrayır: ləçənnik//nəçənnik  (naçalnik), 

əyriplan//əyroplan  (aeroplan),  üçtel//uçtel  (uçitel),  uşqol 

(şkola),  incinar  (injener),  nöyüt  (neft) və s. Ümumiyyətlə, 

XX əsrin əvvəllərində ədəbi dilin fonetik normasını milli 

leksika ilə yanaşı, qeyri-milli (alınma) leksika, birlikdə 

müəyyən edir. 

 

Leksik normalar 



 

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan 

ədəbi dilinin lüğət tərkibini: 1) türk mənşəli, yaxud artıq 

türkləşmiş; 2) rus-Avropa mənşəli (ədəbi dildə son 

zamanlar müəyyən çəkiyə malik olan) və 3) ərəb-fars 

mənşəli (çətin anlaşılan, türkləşmiş) leksika təşkil edir. 

Türk mənşəli, yaxud türkləşmiş leksika dedikdə əsrlər 

boyu Azərbaycan dilində işlənmiş, onun əsasında dayanmış 

sözlər nəzərdə tutulur ki, XX əsrin əvvəllərində nəinki 

“Molla Nəsrəddin” kimi demokratik, hətta “Füyuzat” kimi 

müəyyən qədər qeyri-demokratik bir məcmunənin də dilini 

bunlarsız təsəvvür etmək mümkün deyil. Haqqında 

danışılan leksikanın aşağıdakı funksional sahələrini 

fərqləndirmək mümkündür: 

a) ən qədim zamanlardan ümumən türk dillərinin 

hamısında müəyyən fonetik fərqlərlə işlənən sözlər; 

b) Azərbaycan dili üçün (yaxud əsasən oğuz, qismən də 

qıpçaq dilləri) üçün səciyyəvi olan sözlər; 

c) türkləşmiş ərəb və ya fars sözləri. 

Ümumxalq dilindən ədəbi dilə müəyyən ifadələrin 

(frazeoloji birləşmələrin), sözlərin keçməsi XX əsrin 

əvvəllərində təxminən XVII-XVIII əsrlərdəki 

intensivlikdədir – həm mətbuatın, həm də, əsasən, həmin 

mətbuatda yayılan publisistik, bədii, elmi üslubların dilində 




 

553


bilavasitə canlı xalq danışıq dilindən götürülmüş onlarla, 

yüzlərlə faktlara (sözlərə, ifadələrə) rast gəlinir. 

 

Derlər utan, heç kəsə bir söz demə, – 



Haq sözü derkən utana bilmirəm… 

 

Neyləməli, göz körür, əqlim kəsir,  



Mən günəşi göydə dana bilmirəm… 

 

Derlər usan, hərzəvü hədyan demə, – 



Güc gətirir dərd, usana bilmirəm. 

(M.Ə.Sabir).  

 

Yaxud: 


 

“Maşallah, yavaş-yavaş təzə sözlər eşidirik, indi də 

“Füyuzat”ın şairləri başlayıblar ki, “xanımlar gərək 

mərdanə çıxalar meydana” …Xanımlar meydana çıxıb nə 

qayırsınlar?.. 

Axır bunu uşaq da bilir ki, meydan xanım yeri deyil, 

meydana pəhlivanlar çıxıb güştü tutarlar… Bəs xanımlar 

meydana çıxıb nə qayırsınlar? Onlar da hələ mərdanə” 

(C.Məmmədquluzadə). 

Lüğət tərkibində özünü göstərən demokratizm ədəbi 

dilə ancaq bu və ya digər həcmdə xalq danışıq dili 

elementlərinin gəlişi deyil. Bu elə bir hadisədir ki, ədəbi 

dilin bütöv mənzərəsində əhəmiyyətli dəyişiklik olduğunu 

göstərir – məsələn, aşağıdakı mətndə bir dənə də olsun, 

anlaşılmaz söz, ifadə yoxdur: 

“Gülməli jurnal ibarətdir yalnız tənqiddən, hər nə 

xoşuna gəlməyir, borcudur irad eyləyib gülsün və camaatı 

güldürsün, nəinki mərsiyəxan kimi başa vurdurub ağlatsın! 




 

554


Gülməli jurnal bir güzgüdür ki, hər kəsin eybi olsa 

baxıb öz əksini görəcək… 

Gülməli jurnal Allahdan başqa bir kəsdən qorxmaz!..” 

(“Tuti” jurnalı, 25 iyul, 1915-ci il). 

Əsrin əvvəllərində ədəbi dilin lüğət tərkibinin 

demokratikləşməsi, xəlqiləşməsi dilin tarixi inkişaf 

stixiyası olmaqla yanaşı, elmi-vətənpərvərlik aktı idi – 

məsələn Ö.F.Nemanzadə yazırdı: “…Tərəqqi etmək istəyən 

millətlərin özlərindən daha mədəni millətlərdən bir çox 

sözlər alıb dillərini genişlətdiklərini və bu, dünyada təbii 

bir qanun olduğunu indiki məktəb uşaqlarımız da bilir. 

Lakin dərd bundadır ki, bizim almağımız ilə özgələrin 

almağı arasında dağlar qədər fərq var: biz özgələrdən söz 

almaqla öz dilimizi həqir və bərbad eləmişik; amma özgələr 

dillərini məntiq dairəsində genişlətmişlər… Ehtiyac 

gördüklərini, özlərində olmayan sözləri almışlar… 

Biz ərəblərin, farsların sözləri ilə bərabər sərf və nəhv 

qaydalarını da bədbəxtcəsinə qəbul eləmişik” (“Tərəqqi” 

qəzeti, 1909-cu il, N 47). 

Eyni fikri Y.V.Çəmənzəminli də müdafiə etmişdi: 

“Hərgah yazıçılıq etməkdən məqsəd fars və ərəb sözləri 

işlədib bilik satmaq isə bu, ayrı cür məsələdir… Gərək 

əvvəl camaatın başa düşdüyü bir dildə yazılsın…” 

(“Sədayi-həq” qəzeti, 25 fevral, 1914-cü il). 

Alınma sözlər XX əsrin əvvəlləri Azərbaycan ədəbi 

dilində yerli, yaxud yersiz olaraq, həqiqətən, kifayət qədər 

geniş işlənir. Lakin, əlbəttə, müxtəlif təmayüllü mətbuatın 

və yazıçıların lüğət tərkibini bu baxımdan fərqləndirmək 

lazımdır: ərəb və ya fars sözləri ən çox lirik-romantik 

ədəbiyyatın dilində işlənir, satirik-realist ədəbiyyat isə bu 

baxımdan kifayət qədər xəlqidir (həmin xəlqilik bəzən 

ədəbilik üçün nöqsan olsa da!) – müqayisə edək: 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə