N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə163/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   159   160   161   162   163   164   165   166   ...   194

 

582


 

Maarifçilərin dilində cümlənin sintaktik tərkibinə 

maksimum qayğı göstərilir: artıq sözlərdən qaçılır, qısa 

cümlələrə geniş yer verilir, sözlərin sırası, bədiilik 

prinsipini pozmamaqla, qrammatik tələb üzrə 

müəyyənləşdirilir”.

1

 Həmin dil heç şübhəsiz, birinci 



növbədə, məktəb üçündür, dərslik üçündür – bu dilin 

müəllifləri, birinci növbədə, məktəb uşağını göz önünə 

gətirib yazırlar, onun təfəkkürünün “səviyyəsinə enirlər”, 

sintaksisin “çoxgedişliliyi”nin qarşısını alırlar: 

 

Bizim ölkənin 



Şanlı əsgəri – 

Dağlardan mətin 

Polad səfləri. 

 

Çağırır Vətən,  



İstəyir kömək.  

Onu düşməndən  

Qorumaq gərək. 

(A.Şaiq). 

 

Maarifçilik 20-ci, 30-cu illərdə gedən dil proseslərinə 



ciddi təsir göstərir və bu təsir çox vaxt aparıcı olub, 

mərhələnin dil mənzərəsini müəyyənləşdirir. 

 

Publisistik üslub 



 

XX əsrin əvvəllərində, ümumiyyətlə ədəbi dilin 

kütləviləşməsi, birinci növbədə, publisistik üslubun maddi-

texniki bazasının (yəni mətbuatın) genişlənməsi ilə 

                                                           

1

 T.Hacıyev. XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili, səh. 34. 




 

583


bağlıdır. Məhz bu illərdə onlarla türkdilli qəzetlər, jurnallar 

nəşr olunur ki, həmin qəzet və jurnallar ətrafında dövrün ən 

görkəmli qələm adamları, ziyalıları – jurnalistləri, 

yazıçıları, alimləri, siyasi xadimləri birləşirlər. XX əsrin 

əvvəlləri Azərbaycan mətbuatı haqqında danışarkən 

Ö.F.Nemanzadə yazmışdı: “Millətlərin dərəceyi-tərəqqiləri 

məhz bir şeylə ölçülür ki, o da ancaq mətbuatlarıdır… 

Mətbuatı olmayan millətin mövcudiyyəti, istiqbalı qətiyyən 

yoxdur…”

1

 



S.Hüseyn göstərirdi ki, “Mətbuat bir millətə, bir qövmə 

nəf verər ki, o millətdə eşidən qulaq, dərk edən baş və 

yaxşını yamandan təmyiz verən əql və fikir olmuş olsun… 

Mətbuat millətin dili məqamındadır”.

2

 

T.Hacıyev XX əsrin əvvəllərində publisistik üslubun 



aşağıdakı formalarını göstərir: a) siyasi-publisist dil, b) 

bədii-publisist dil və c) elmi-publisist dil.

3

 

Əlbəttə, bir sıra hallarda mətbuat dilində bu cür aydın 



bölgü aparmaq çətinlik törədir, çünki elə yazılara rast 

gəlmək olur ki, onlar həm elmi, həm bədii, həm də siyasi 

məzmuna malikdir, yaxud konkret olaraq heç birinə aid 

deyil. Lakin ümumilikdə həmin bölgü özünü doğruldur – 

həqiqətən, milli publisistik təfəkkürün haqqında danışılan 

üç mühüm sahə-problemini fərqləndirməyə ehtiyac 

duyulur. Buna görə də T.Hacıyevin həmin bölgüsünü qəbul 

edirik. 


XX əsrin əvvəlləri Azərbaycan mətbuatı Azərbaycan 

reallığının (o cümlədən düşüncə mədəniyyəti reallığının) ən 

müxtəlif tərəflərini əhatə edir, ən müxtəlif problemlər milli 

mətbuatın səhifələrində öz əksini tapır və nəticə etibarilə, 

                                                           

1

 “İrşad” qəzeti, 9 iyul, 1908. 



2

 “Səhabi-saqib” jurnalı, 1911, N 1. 

3

 T.Hacıyev. XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili, səh. 41. 




 

584


reallığı izah edən dil formalaşıb təkmilləşir. 

Siyasi-publisistik dil. Siyasi-publisistik dili 

nümunələrinə əsrin əvvəllərinin ən müxtəlif mətbuat 

orqanlarında təsadüf olunur, çünki dövr siyasi mübarizələr

vətəndaş çəkişmələri dövrü idi və bu hadisələr mətbuatda 

bütün aydınlığı ilə öz əksini tapırdı. 

Qeyd etdiyimiz kimi, siyasi-publisistik dilin ilk 

nümunələrinə “Əkinçi”də təsadüf edilir, əsrin əvvəllərində 

isə həmin dil təzahürü ən müxtəlif tərəfləri, çalarları ilə 

meydana çıxır – siyasi mübarizənin psixoloji gərginliyi, 

döyüşkənlik, taktiki “reaksiyalar” həmin dil təzahürlərində 

əks olunur, onların intonasiyasını müəyyən edir. 

Siyasi-publisistik dilin lüğət tərkibi, hər şeydən əvvəl, 

ictimai-siyasi terminologiyanın zənginliyi ilə diqqəti cəlb 

edir: “Firqənin ümdə fikri budur ki, federasion əsası ilə 

aşina, bilikli və təcrübəli adamlar vücuda gətirsin ki, 

gələcəkdə millətə lazım olsunlar. Onun üçün qət olundu: 

1) Ana dilində danışılsın. Bilməyənlər öyrənsinlər. 

İclaslarda rus dili bilmərrə qadağan olunsun. 

2) Kitabxana binası qoyuldu. Kitab meydanında nə 

qədər milli məsələlərə və federasion fikrinə dair əsərlər var, 

qət olundu, toplansın. Hal-hazırda Kiyevdə olan məzkur 

məsələyə dair risalələr alındı. 

3) Bir statistika heyəti seçildi ki, ali məktəblər 

kitabxanasında olan və Azərbaycana dair nə qədər rəqəmlər 

var isə, ələ gətirsin. Bu saat heyət işə məşğuldur. Məlumat 

hazır olan kimi qəzetə və ya risalə vasitəsilə nəşr olunacaq” 

(“Açıq söz” qəzeti, 1 dekabr, 1917). 

İctimai-siyasi terminologiya siyasi-publisistik dilin ən 

mühüm əlamətlərindən biri olub, adətən, heç bir obrazlılıq, 

mətnaltı məna çalarları daşımır. Söz sərt ideoloji məzmunu 

ilə meydana çıxır: 




 

585


“…Məsələnin əsil əsasını nəzərə alaraq razılıq hasil 

elədilər və aşağıdakı yazılan qərarları çıxartdılar: 

1) Türk ədəqi-mərkəziyyət fikrinin tərəfdarı olub, 

türklərin müttəhid olmalarını nəzərə alaraq “Müsavat” 

firqəsinə ilhaq oluruq. 

2) Müsavatın əldəki məramnaməsinin fəsillərinə 

həmfikir deyilsə də, güman edirik ki, gələcək qurultaylarda 

ümumi səyilə bu fəsillər islah olunar. 

Azərbaycan muxtariyyəti üçün ümumrusiya məclisi-

müəssisan məclisini gözləməli, məhəlli məclis çağırıb 

camaatın gələcək idarə üçün öz rəyini bilməli…” (“Açıq 

söz”, 1 dekabr, 1917). 

Mətndə aşağıdakı ictimai-siyasi leksikanın işləkliyi 

diqqəti cəlb edir: firqə, federasion əsası, milli məsələ, 

federasion fikir, statistika heyəti, qərar çıxartmaq, ədəqi-

mərkəziyyət fikrinin tərəfdarı, türklərin müttəhid olmağı, 

“Müsavat” firqəsi, məramnamə, həmfikir, qurultay, ümumi 

səy, Azərbaycan muxtariyyəti, ümumrusiya məclisi-

müəssisan məclisi, məhəlli məclisi, camaatın gələcəkdə 

idarə üçün öz rəyi… 

Məsələ burasındadır ki, həmin leksika publisistik 

mətnin məhz siyasi məzmun daşıdığını göstərir. 

Siyasi-publisistik dilin sintaksisi öz çevikliyi, 

döyüşkənliyi ilə seçilir – burada mübariz, fəal təfəkkürün 

hərəkatı, təbəddülatları faktlaşır: 

“Bu günlərdə siyasət dünyasında bir dəyişiklik vücuda 

gəldi. Bu yeni növzad siyasət, ehtimal ki, çox insanların 

ümidini öldürdü. Fəqət ümid ölməməlidir. Məazzüllah, 

ümidimiz ölərsə, yas dirilər. Yas dirilərsə, bizi boğar. 

Binayi-aliyə parlaq bir ümid ilə istiqbala baxmalı, bizi 

boğmaq istəyən yası biz özümüz boğmalıyız. 

Dünya məhli-həvadis olduğu bu kainati-hadisatda hər 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə