N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə164/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   160   161   162   163   164   165   166   167   ...   194

 

586


şey zühuryab ola bilər. Mənim və sənin ümid və arzumuz 

xilafına olaraq pək çox şeylər törər. Lakin şu hallar izmi-

xürurşanımızı dayandırmamalıdır. Biləks, daha da bizə 

mətanəti-qəlbiyyə bəxş etməlidir” (“Azərbaycan” qəzeti, 

25 təşrini-sani 1918). 

Cümlələrin həcmcə o qədər də böyük olmaması, söz-

terminin cümlə daxilindəki funksionallığı dərhal özünü hiss 

etdirir: “Dörd sənədən fəzlə yaşamaq ləyaqətini göstərən 

cahan siyasəti şimdi başqa bir simayi-həyat göstərməyə 

başladı. Şu zaman əsnasında müzəffəriyyətdən 

müzəffəriyyətə payəndaz olan alman ordusu, alman siyasəti 

başqa bir hal göstəriyor kibi… Tale hərb və siyasət əhvali-

nəzər İngiltorə tərəfindən ərzi-ibtisam ediyor. Zata ümumi 

cahan müharibəsi İngiltərə-Alman cədali-möhtəşəmi 

deyilmidir?.. Dörd sənə zərfində mərkəzi dövlətlər 

tərəfindən görünən iqbalicədal bu gün İngiltərə və 

yoldaşları tərəfindən ərzi-didar ediyor (yenə orada). 

Siyasi-publisistik dilin leksik-qrammatik 

mükəmməlliyi dövrün özünün siyasi-ictimai proseslərinin 

keyfiyyəti ilə bağlıdır. Eyni zamanda, yenə də məhz dövrün 

özünün emosionallığı, psixoloji gərginliyi siyasi-publisistik 

mətnə hopur: 

“Yaşamağa layiq olanlar yaşaya biləcəkdir. İştə qanuni-

təbiət böylədir. Öylə isə yaşamağa ləyaqət kəsb etmək 

istəyən bizlər bu haldan təzib və ümid etməliyiz, edə 

bilməliyiz… Siyasəti-milliyə nə simada görülürsə görülsün, 

ancaq millətimizdəki çöhreyi-ümid yasdar olmamalıdır. 

Böyük Hamidin atidəki şeirini guşi-huşumuza guşvarə 

edəlim: 

 

Öylə bir əzm ilə çıxdım ki yola,  



Qarşıma çıxsa məzarım, dönəməm. 


 

587


 

Ümidi-iqbal və istiqbal ilə yaşayalım, qardaşlar! 

Ən kəsrə xəyal və amala düçar olmalıyım (yenə orada). 

 

Bədii-publisistik dil. XX əsrin əvvəllərində publisistik 



üslubun siyasi-publisistik dil qolu ilə yanaşı, bədii-

publisistik qolu da fəaliyyət göstərir ki, buraya, hər şeydən 

əvvəl, yazıçıların müəyyən qədər obrazlı publisistikasının 

dil-üslub təzahürü daxildir. Həmin təzahür, əsasən, satirik 

mətbuatda (yəqin ki, birinci növbədə “Molla Nəsrəddin”də) 

özünü göstərir. Məsələn: 

“Peterburqda çıxan “Ülfət” qəzeti idarəsindən bu 

günlərdə Zaqafqaz ruhani idarəsinin adına poçt vasitəsilə 

bir yekə qutu “posılka” göndərilmişdi ki, çəkisi on yeddi 

put iyirmi altı girvənkə idi. Həmin qutu Tiflis poçtxanasına 

yetişən günü poçt qulluqçuları görürlər ki, qutu öz-özünə 

tərpəşir. Zəmanənin rahatsız olmağı cəhətindən poçt 

naçalniki lazım bilir hökumətə xəbər versin. Qaradovoylar 

və soldatlar tökülüb gəlirlər və başlayırlar qutunu ehtiyat 

ilə açmağa. Qutunun üst taxtasını götürən kimi görürlər ki

qutuda üç nəfər qarnı yoğun molla əyləşib. 

Sual-cavabdan sonra mollalar cavab verirlər ki, bizi 

“Ülfət” qəzeti göndərdi ki, birimiz Qori darülmüəllimində 

Firudin bəy Köçərlinin əvəzinə və birimiz də Rəşid bəy 

Əfəndiyev əvəzinə müəllim olaq. Üçüncü molla da cavab 

verir ki, məni də “Ülfət” göndərdi Ağayevin yerinə 

“İrşad”a müdir olam və lazım gələndə müsəlman vilayətini 

gəzəm və camaata vəz nəsihət edəm, çünki Ağayev 

başarmır” (“Mola Nəsrəddin”, 21 aprel, 1907). 

Bədii-publisistik dilin leksikası bədii üslubun (ədəbi-

bədii dilin) leksikasına yaxındır; bundan başqa, mətnin 

məzmunu nə qədər real (konkret) məsələlərlə bağlı olsa da, 



 

588


yenə də müəyyən “şərtiliyə” malikdir. Yuxarıdakı mətndə 

“Ülfət” qəzetinin, Firudin bəy Köçərli, Rəşid bəy 

Əfəndiyev, Ağayev (söhbət Əhməd bəy Ağayevdən gedir) 

kimi konkret tarixi şəxsiyyətlərin adı çəkilməsəydi, həmin 

mətni bilavasitə bədii mətn kimi də anlamaq olardı. 

Bədii publisistikanın çox müxtəlif “janr” imkanları 

mövcuddur ki, buraya məktub şəklində yazılmış 

publisistika da daxildir: “Hörmətli molla əmi! 

Yazıb sizdən təvəqqə edirəm bizim bu kağıza yer 

verəsiniz. Keçmişdə jurnalımızda hamamdan, tiryəkdən, 

molladan, falaqqadan, cadu-bitidən, üzərrikdən, ilandan, 

qurbağadan və s. belə-belə şeylərdən yazırdınız. İndi yəqin 

sözünüz qurtarıb, yapışmısınız biz arvadların yaxasından. 

…25-ci nömrədə arvadların saqqız çeynəməyinə lağ 

eləyirsiniz, guya müsəlman xanımlarının adı çəkiləndə 

onların saqqız çeynəməyi yadınıza düşür. Saqqız 

çeynəməyin nə eybi var? Bəs saqqızı nədən ötrü qayırıblar 

və saqqız olmasa çərçilər nə ilən alış-veriş elər? Niyə rus 

xanımlarının semiçka çırtdamağı eyib deyil, bizim saqqız 

çeynəməyimiz eyibdir? Və mən çox kişilər görmüşəm ki, 

arvadları saqqız çeynəyəndə deyir ki, “ay arvad, ondan bir 

az qır mənə də ver…” 

 

Cəhrəçi xala (“Molla Nəsrəddin”, 13 oktyabr, 1906). 



  

 Müraciət (məktub) forması mətnin dilini şifahi nitqə 

yaxınlaşdırır, daha canlı və daha təsirli edir. Məsələ 

barəsində, bir növ, “açıq söhbət” gedir, qarşı-qarşıya duran 

(və müxtəlif mövqeləri müdafiə edən) tərəflər təsəvvürə 

gətirilir, onların “dialoqu” görünür. Əlbəttə, bu “dialoq” 

daha çox obrazlılığa, şərtiliyə xidmət edən bədii bir 

vasitədir. M.Ə.Sabirin tipi öz dili ilə özünü ifşa etdiyi kimi, 




 

589


burada da, adətən, fəal tərəf “kim olduğu”nu göstərir. 

Bədii publisistik dildə obrazlılıq ən müxtəlif 

səviyyələrdə özünü göstərir – sözdən ifadədən tutmuş 

sintaksisə, mətnin texnologiyasına qədər obrazlılıq 

göstəriciləri faktlaşır və beləliklə, dövrün publisistik 

üslubuna bədiilik (əsasən, satirik planda) gətirir. 

Bədii-publisistik dilin sintaksisi publisistik üslub üçün 

xarakterik olan əlamətlərlə yanaşı, bədii üsluba xas olan 

əlamətləri də daşıyır. Cümlələrin adi danışıq dili 

cümləsinin həcmində olması, şifahi nitq standartlarının (ara 

sözləri,  bəli, yox, xeyir sözləri, elliptik cümlələr və s.) 

işləkliyi və s. publisistik üsluba aiddir, emosionallıq, 

mətnin simmetrik təşkili, bədii təkrarlar və s. isə həm də 

bədii üslubun göstəricisidir: 

“…Ey Bakı dəryası! Dəryaların padşahı Bakı dəryası! 

Mən dururam “Goburnat bağında, sənə tamaşa eləyirəm, 

amma məndən savayı da “Daş körpü”nün üstündə çox 

adam durur. Bunların çoxu əlli-altmış yaşında 

qırmızısaqqal kərbalayı və hacılardır. 

Ey dəryaların seçilmişi Bakı dəryası! Mən də 

“Goburnat” bağından tamaşa edirəm və həmin hacı-

məşədilər də “Daş körpü”dən tamaşa edirlər. 

Nə gözəlsən, ey Bakı dəryası! Mən də tamaşa edirəm

həmin məşədi və hacılar da tamaşa edirlər. 

Amma tək mənəm sənə aşiq, ey Bakı dəryası, tək mən 

sənə tamaşa edirəm, sənə tamaşa edən tək mən oluram. 

Ey gözəl Bakı dəryası, elə xəyal eləmə ki, həmin hacı 

və məşədilər də sənə tamaşa eləyirlər! Xeyr, xeyr, xeyr, elə 

xəyal eləmə. Tək bircə mənəm pərvanə kimi sənin başına 

dolanan! 

Xeyr, xeyr, Hacı və məşədilər sənə tamaşa eləmirlər. 

Tək bircə mənəm sənə tamaşa edən; ey səfalı Bakı 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə