N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə172/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   168   169   170   171   172   173   174   175   ...   194

 

614


leksik-semantik sistemi) ancaq yeni dövrün dil 

təfəkkürünün gücü ilə yaratmır, bir sıra hallarda tarix boyu 

dildə mövcud olanı “oyadır”, fəal kommunikativ istismar 

üçün yararlı hala gətirir. 

Sovet dövründə Azərbaycan ədəbi dili lüğət tərkibinin 

inkişaf özünəməxsusluğunu müəyyən edən ikinci cəhət 

inqilabdan sonra lüğət tərkibinin fəaliyyət sahəsinin 

tədricən genişlənməsindən ibarətdir; bunun həm dilxarici, 

həm də dildaxili cəhətləri var. 

Dilxarici cəhət dedikdə inqilab gedişində (əsasən, 

1905-1920-ci illərdə) və inqilabdan sonrakı dövrdə ədəbi 

dilin lüğət tərkibinin funksional imkanlarını genişləndirən 

ictimai-siyasi, ədəbi-mədəni və mənəvi proseslər nəzərdə 

tutur. 


“İnqilabi yüksəliş” illərində Azərbaycan dilinin həm 

siyasi, həm də mədəni nüfuzu artır, inqilabdan sonra isə o, 

dövlət dili olur; respublikanın ictimai-siyasi həyatında baş 

verən dəyişikliklərin sürəti Azərbaycan dilinə, birinci 

növbədə onun lüğət tərkibinə təsir edir (burada bəzi 

dilçilərin sovet dövrü Azərbaycan ədəbi dilinin tarixini 

vaxtilə beşilliklər üzrə təsnif etmək cəhdlərini yada salaq), 

dil quruculuğu (düzdür, bu proses bir qədər kompaniya 

şəklində aparılırdı, lakin ədəbi dilin inkişafına şüurlu 

müdaxilənin başlanğıcı kimi böyük hadisə idi) dövründə 

terminologiya qaydaya salınır, çoxlu sayda terminoloji 

lüğətlərin hazırlanmasına qayğı göstərilir. 

Azərbaycan dilinin dövlət dili olması ilə xalqın ictimai-

siyasi mühitə müdaxiləsi genişlənir; istər ədəbi-bədii, istər 

publisistik, istərsə də elmi mühitə kütləvi axın baş verir, 

məktəblər açılır, elmi tədqiqat müəssisələri yaranır, 

mətbuatın fəaliyyət dairəsi genişlənir, beləliklə, ədəbi dilin 

lüğət tərkibi də onun sintaksisi ilə birlikdə zənginləşir. 




 

615


T.İ.Hacıyevin ifadəsi ilə desək, “ana dilinin dövlət dili 

kimi rəsmiləşdirilməsi, dövlət aparatına, idarə sisteminə 

daxil olması ilə Azərbaycan xalqı öz ədəbiyyatı və 

mənəviyyatı ilə yaşamağa, öz ruhu ilə ruhlanmağa imkan 

tapdı”.

1

 



Ədəbi-bədii, publisistik, hətta elmi dilə 20-ci, 30-cu 

illərdə qarşısıalınmaz şəkildə dialekt leksikası gəlir, daha 

doğrusu, o leksika gəlir ki, onun normativləşmə imkanı 

qarşısında uzun müddət ictimai-siyasi, mədəni maneələr 

olmuşdur. M.A.Şirəliyev 1944-cü il dil konfransında doğru 

olaraq göstərir ki, xalq arasında işlənən istilahlar 

öyrənilmədiyindən çox vaxt rus-Avropa sözləri ilə əvəz 

edilmişdir. Müəllifin verdiyi siyahıdan bir neçə nümunəyə 

baxaq: brak – çıxdaş; sort – çeşid; probka – tıxac; partnyor 

– oyundaş; akrobat – canbaz, kəndirbaz; pustula – irinlik; 

svironoy (donuzeşən) – çayır otu; harmal –  üzərrik; 

belladona – xanımotu; stul – oturacaq; kefir – kərəməz; 

Venera – Dan ulduzu, Zahrə; Bolöşaü Medvediha (Böyük 

ayı) – Yeddi qardaş (ulduz) və s.

2

 

Xalq dilinə siyasi rəğbət az qala etnoqrafik fakta – 



eksponata çevrilmiş lüğəvi vahidlərin fəal ictimai həyata 

cəlb edilməsi ilə nəticələnir; əlbəttə, bu tipli sözlərin heç də 

hamısı ədəbi-normativ səviyyədə möhkəmlənə bilmir, 

ancaq əksər qismi işləklik qazanır və lüğət tərkibinin 

keyfiyyətinə təsir edir, onu demokratik, xəlqi əsaslara daha 

möhkəm bağlayır. Həm də məsələ burasındadır ki, xalq 

dilindən alınmış sözlər təkcə ədəbi-bədii dilə deyil, eyni 

zamanda publisistik, elmi üslublara da daxil olur. 

Şübhəsiz, “funksional üslubların diferensiallaşmasında 

və onların daha da təkmilləşməsində dilin leksik vasitələri 

                                                           

1

 T.İ.Hacıyev. Azərbaycan ədəbi dili tarixi, II hissə, səh. 253. 



2

 Bax: M.Ş.Şirəliyev. İstilahlar yaradılmasındakı əsas prinsiplər, səh. 30-31. 




 

616


böyük rol oynayır. Əgər lüğət tərkibində üslubi istifadə 

zamanı xüsusi çalar kəsb etmiş leksik qat yaranmışsa, bu 

heç də təsadüfi olmamışdır, əksinə, ümumistifadə sözləri 

ilə qırılmaz şəkildə baş vermişdir ki, belə sözlər də 

funksional üslubların leksikasının inkişafının əsasını təşkil 

edir.


Bu mənada sovet dövründə Azərbaycan ədəbi dilinin 

lüğət tərkibi həm kəmiyyətcə, həm də keyfiyyətcə inkişaf 

edir. İnqilabdan sonra Azərbaycanın müxtəlif 

regionlarından olan ziyalıların Bakıda fəaliyyət göstərməsi 

lüğət tərkibinin demokratik əsaslar üzrə inkişafının sosial 

şərti kimi diqqəti cəlb edir. 

30-cu illərdə Azərbaycan ədəbi dilinin leksik norması 

sabitləşir,

“terminoloji hərc-mərclik” (T.Hacıyev), heç 



olmasa, psixoloji baxımdan aradan qalxır, yəni əksəriyyət 

hansı mənbəyə istinad etməyin optimallığını dərk edir və 

bundan sonra o vahid ki, artıq qəbul olunur, onu dildən 

çıxarmaq təklifləri kəsilir; qeyd etmək gərəkdir ki, bütün bu 

proseslər – hərc-mərclik də, nizamadüşmə də ölkənin 

ictimai həyatında, mədəni-tarixi ənənələrə münasibətdə baş 

verən dəyişmələri, ümumən ictimai-siyasi inkişafın 

qanunauyğunluqlarını əks etdirir. 

İctimai-siyasi inkişaf, təsərrüfat həyatının canlanması, 

sənayenin, mədəniyyətin yüksəlişi ədəbi dilin, birinci 

növbədə lüğət tərkibinin imkanlarını genişləndirir dedikdə 

təkcə o nəzərdə tutulmur ki, leksika yeni fəaliyyət sahələri 

əldə edir; həm də o nəzərdə tutulur ki, söz zövqü, söz 

duyğusu, hətta söz siyasəti həmin sahələrdə yeni 

cəmiyyətin qurulması uğrundakı mübarizənin gedişini də 

                                                           

1

 

Эсмурат



 

Бердимуратов

Развитие


 

каракалпакской

 

лексики


 

в

 



связи

 

с



 

развитием функциональных

 

стилей


 

литературного

 

языка


АДД


Ташкент


, 1973, 

стр


. 11. 

2

 Bu barədə bax: T.Hacıyev. Azərbaycan ədəbi dili tarixi, 1976, səh. 57. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə