N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə174/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   170   171   172   173   174   175   176   177   ...   194

 

620


Ədəbi-bədii-publisistik, elmi təfəkkürün ümumxalq 

əsasları üzrə, yenidən qurulması (yeni ədəbiyyatı, yeni 

ədəbiyyatşünaslığın, yeni publisistikanın) lüğət tərkibinə 

ciddi təsir edir. 

L.M.Qranovskaya qeyd edir ki, inqilabdan sonrakı ilk 

onillik neologizmlərin sürətlə tarixizmlərə çevrilməsi ilə 

səciyyələnir.

1

 Eyni proses Azərbaycan dilində də gedir; 



kapitalist dünyasının, burjua həyat tərzinin ifadəsi olan, 

yenicə yaranmış sözlər inqilabdan sonrakı illərdə tarixizmə 

çevrilir. Həm də bu cür dəyişmə ayrı-ayrı sözlərlə yanaşı, 

söz assosiasiyalarını da əhatə edir – bütöv ifadələr 

işləklikdən qalır. 

İnqilabaqədərki, eləcə də inqilabdan sonrakı illərdə 

lüğət tərkibində baş verən dəyişmələrin ictimai-siyasi, hətta 

ideoloji məzmunu həmin dəyişmələr getdiyi dövrdə də 

aşkar hiss edilirdi. Məsələn, inqilabdan sonrakı dövrdə rus 

ədəbi dilində bu cür dəyişmələr mühacir mətbuatında 

kəskin tənqid edilir: bunun səbəbi o idi ki, söz çox zaman 

təşviqat məqsədlərinə tabe edilir, ona əlahiddə subyektiv 

məzmun verilirdi.

2

 



XX əsrin 20-ci, 30-cu illərində bir sıra ictimai-siyasi 

əsərlərin Azərbaycan dilinə tərcümə edilməsi ədəbi dilin 

lüğət tərkibinin inkişafında mühüm rol oynadı; birincisi, bu 

cür tərcümələrdə ana dilinin bütün imkanları səfərbərliyə 

alınırdı, ikincisi də, tərcümənin keyfiyyəti üzərində nəzarət 

                                                                                                                             

связи

 

с



 

развитием

 

функциональных



 

стилей


 

литературного

 

языка


АДД, 


стр.

 14-23; Ü.Çoniəev. Xəziriki zaman türkmen dilinin leksikoloqiyası, 

Aşqabat. “Türkmenistan” neş., 1972, səh. 89-92 və s. 

1

 Bax: 



Л

.

М



.

Грановская

Некоторые



 

особеннности

 

развития


 

словарного

 

состава


 

русского


 

языка


 

в

 20-



е

 

годы



 XX 

в



и

 

проблема



 

нормы


. – 

Литературная

 

норма


 

в

 



лексике

 

и



 

фразеология

М

., 



изд

. “


Наука

”, 1983, 

стр

. 47. 


2

 

Л



.

М

.



Грановская

. Göstərilən əsəri, səh. 59-60. 




 

621


mövcud idi, yəni həm obyektiv, həm də subyektiv 

imkanlardan yaxşı istifadə edilirdi. Belə tərcümələr 

gedişində ictimai-siyasi terminologiya zənginləşdi, lüğət 

tərkibinin sosial məzmunu artdı ki, bu da leksik-semantik 

normanın keyfiyyətcə yeniləşməsi demək idi. Ona görə ki, 

ədəbi dilin lüğət tərkibi bütöv bir sistemdir; funksional 

üslublara, sahələrə münasibətdə bu sistemin 

yarımsistemləri ayrılır. Əgər inqilabdan sonra üslubların 

sosial məzmunu dəyişirsə, sahələr bir sıra hallarda yenidən 

qurulursa, ədəbi dilə yeni anlayışları ifadə edən yeni sözlər 

gəlirsə, bu, lüğət tərkibini dəyişdirir, yeni əsaslar üzərinə 

qaldırır. Lüğət tərkibinin ideoloji məzmununun dəyişməsi 

təkcə arxaikləşmə, yaxud yeni sözlərin yaranması prosesi 

deyildir. Çox mühüm cəhət kimi sözün semantikasında 

təbəddülat baş verməsini qeyd etmək lazımdır: ənənəvi 

olaraq işlənən söz yeni ictimai-mədəni dünyagörüş 

kontekstinə düşür, məhz məzmunca dəyişir. 

20-ci illərdən etibarən mədəni inqilabın həyata 

keçirilməsi lüğət tərkibinin inkişafına təkan verir; milli 

düşüncənin çiçəklənməsi faktı olan orijinal əsərlər meydana 

çıxır; eləcə də dünya ədəbi, elmi fikrinin nümunələri 

Azərbaycan dilinə tərcümə edilir, Azərbaycan sözünün 

semantik coğrafiyası genişlənir. Sözün semantik 

coğrafiyasının genişlənməsi elə bir linqvistik-qneseoloji 

prosesdir ki, tarixi-ictimai həyatın – dəyişən sosial-

psixoloji münasibətlərin təsiri ilə gedir. 

Bu dövrdə cəmiyyət həyatının yeni əsaslar üzərində 

qaldırılması ictimai münasibətlərin psixoloji xarakterini 

kökündən dəyişir və buna uyğun olaraq sözün ictimai 

üslublaşma imkanları da dəyişir; məsələn, ağsaqqal, başçı, 

xanım, sərvət, var-dövlət qəbilindən olan yüzlərlə söz yeni 

ictimai-siyasi, mədəni-etik təfəkkürün ixtiyarına keçir. 




 

622


Ümumiyyətlə, hər hansı ictimai-siyasi şərait lüğət tərkibinə 

– leksik normaya, adətən, birbaşa deyil, məhsulu olan 

mənəvi-mədəni mühit vasitəsilə daha ardıcıl, daha davamlı 

şəkildə təsir göstərir; çünki ictimai-siyasi şəraitin özü 

həmin mənəvi-mədəni mühitdə dərk olunur, dəyərləndirilir, 

təsdiq, yaxud inkar edilir. Sözü – leksik vahidi 

normativləşdirən, ədəbi səviyyəyə qaldıran da həmin 

mədəni-mənəvi mühitdir. 

Hər hansı dövrdə, o cümlədən sovet dövründə ədəbi 

dilin lüğət tərkibi həmin dövrün idrak səviyyəsini əks 

etdirir, normativ qneseoloji tutum lüğət tərkibinin tutumu 

ilə eyni həcmdə olur, leksik üslublaşma da bu əsasda gedir. 

Lüğət tərkibinin sovet dövründə necə inkişaf etdiyini 

müxtəlif illərdə tərtib olunmuş lüğət kitablarının 

sözlüyünün müqayisəsi yolu ilə müəyyənləşdirmək olar; 

məsələn, S.M.Qənizadənin lüğətində

1

 ictimai-siyasi leksika 



yox dərəcəsindədir, eləcə də o sözün ki, 20-ci, 30-cu illərdə 

ictimai-siyasi məzmunu güclənir, bu lüğətdə daha çox 

məişət məzmununda çıxış edir. Onun lüğətlərində 

etnoqrafik leksika üstündür. Halbuki sovet dövrü 

lüğətlərində bu cür vahidlər minimal həddədir. Sovet 

dövrünə qədər deyək ki, İ.Nəsiminin, M.Füzulinin, 

M.P.Vaqifin dilində etnoqrafik leksikanın işləkliyi dilçilik 

ədəbiyyatında onların dil demokratizmi kimi qeyd edilir. 

Bu dövrdə də ən çox ədəbi-bədii, eləcə də publisistik dildə 

bu cür vahidlər işlənir, lakin artıq bunu inqilabaqədərki 

dövrdə olduğu dərəcədə qiymətləndirmək mədəni-tarixi, 

eləcə də linqvistik-idraki baxımdan düzgün deyil. 

Beynəlmiləl leksikanın axını (ictimai şüurun rus-Avropa 

düşüncə tərzinə üz tutması ilə əlaqədar olaraq) xüsusilə 20-

                                                           

1

 Bax: Lüğəti-rusi və türki əsəri. – Sultan Məcid Qənizadə. Bakı, “Kaspi”, 



1909. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə