N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə175/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   171   172   173   174   175   176   177   178   ...   194

 

623


30-cu illərdə lüğət tərkibinin etnoqrafik fəallığı ilə 

mübarizədə qalib çıxır, hətta dünənə qədər etnoqrafik 

məzmunu ilə “küncdə-bucaqda qalan” söz bu gün ictimai-

siyasi mənaya malik olur. Ümumiyyətlə, sözün ictimai 

dəyəri təbii gedişlə artmır, sözə məzmunu zamanın ictimai 

fəallığı verir. 

Sovet dövründə Azərbaycan ədəbi dili lüğət tərkibinin 

inkişafının keyfiyyət ölçüsü ilə kəmiyyət ölçüsü qarşılıqlı 

əlaqədədir. N.A.Şarapov “Müasir tacik ədəbi dili 

leksikasının inkişaf yolları” adlı tədqiqatında keyfiyyət 

ölçüsünə üstünlük verir, onun fikrincə, lüğət tərkibinin 

keyfiyyətcə dəyişməsində də əsas anlam, eləcə də morfoloji 

xarakterli dəyişmələrdir.

1

 Əlbəttə, anlam, yaxud morfoloji 



xarakterli dəyişmələrə keyfiyyət faktı kimi üstünlük 

verilib-verilməməsi, hər şeydən əvvəl, dilin öz təbiəti, lüğət 

tərkibinin, söz yaradıcılığının tipologiyası ilə bağlıdır. 

Prinsip etibarı ilə, proses keçmiş SSRİ xalqlarının yazı 

ənənəsi olan ədəbi dillərində həm keyfiyyət, həm də 

kəmiyyət münasibətinə görə oxşardır: keyfiyyət planında – 

ənənəvi leksika sosialist məzmununa uyğunlaşır, həmin 

prinsiplə yeni sözlər yaradılır; kəmiyyət planında – bütün 

mərhələlərdə olduğu kimi, yeni yaranan sözlər arxaikləşən 

sözlərdən çox olur, ən çox ictimai-siyasi leksika yaranır və 

arxaikləşir,

2

 çünki təfəkkürün bu sahəsi daha sürətlə 



inkişafda olur. 

Azərbaycan ədəbi dili lüğət tərkibində sistem-struktur 

münasibətlərinin yeni sahələri müəyyənləşir. 30-cu illərdən 

etibarən kənd təsərrüfatının intensiv inkişafı, 

kollektivləşmə, sənayeləşmə prosesləri, bir qədər sonra 

                                                           

1

 Bax: 


Н

.

А



.

Шарапов


Пути


 

развития


 

лексики


 

современного

 

таджикского



 

литературного

 

языка


АДД


Баку


, 1974, 

стр


. 4-5. 

2

 Bax: N.A.Şarapov. Göstərilən əsəri, səh. 4-5. 




 

624


elmi-texniki inqilabın sürətlə irəliləyişi leksik normada 

funksional baxımdan təbəddülat yaradır. Üslubların 

inteqrasiya prosesi gedir, deyək ki, elmi üslubda işlənən 

sözlər başqa üslublara, hətta danışıq dilinə keçir. 

Elmi-texniki inqilab hər sahədə, o cümlədən ictimai 

münasibətlər sahəsində özünü büruzə verir, mədəni-mənəvi 

mühitdə təbəddülat əmələ gəlir; texnika nəinki iqtisadi-

təsərrüfat, hətta sosial-psixoloji aləmdə də dəyişiklik 

yaradır. 50-ci illərdən etibarən lüğət tərkibinə 

qarşısıalınmaz bir surətdə elmi-texniki leksika, 

abreviaturaların bütöv bir sistemi daxil olur. 50-ci, 60-cı 

illərdə ədəbi dilin lüğət tərkibinə gələn elmi-texniki leksika 

həcminə, funksional fəallığına görə ancaq 20-ci, 30-cu 

illərdə gədən ictimai-siyasi leksika ilə müqayisə oluna 

bilər; bu illərdə ədəbi dilə gələn ictimai-siyasi leksika dil 

təfəkküründə nə qədər aparıcı qüvvəyə, psixoloji çəkiyə 

malik olursa, 50-ci, 60-cı illərdə gələn elmi-texniki leksika 

da o qüvvədə, o çəkidədir. 60-cı, 70-ci illərdə ədəbi dil xalq 

dilinə (birinci növbədə, ədəbi-bədii dildə xalq dilinə 

qayıdış baş verir) nə qədər yaxınlaşırsa da, elmi-texniki 

leksikanın ümumi dil mühitində yaratdığı təəssürat yenə 

güclü olur, müxtəlif leksik-semantik sahələrə də təsir edir, 

üslublaşma, imkanlarının novatorluğu ilə diqqəti çəkir. 

K.M.Musayevin qeyd etdiyi kimi, elmi-texniki tərəqqinin 

güclü inkişafı ilə bağlı olaraq beynəlxalq leksik fondun, 

xüsusən elmi-texniki terminologiyanın genişlənməsi 

hesabına demək olar ki, bütün türk dillərinin terminoloji 

tərkibində böyük dəyişikliklər baş vermişdir, şübhə yox ki, 

“milli dillərdə terminlərin yaradılması heç də həmişə həmin 

ərazidə sənayenin və elmin inkişaf səviyyəsi ilə müəyyən 

edilmir. 

Elmi-texniki terminologiya öz mahiyyəti etibarilə 




 

625


əhəmiyyətli dərəcədə beynəlmiləl xarakter daşıyır, çünki 

müasir dövrdə hər bir yeni kəşf, elm və texnikanın yeni 

nailiyyəti bütün xalqların malı olur. Xalqların ictimai-siyasi 

inkişafı da qanunauyğun şəkildə beynəlxalq ictimai-siyasi 

terminologiyanın yaranması ilə bağlıdır”.

1

 



Azərbaycan ədəbi dili tərkibinə beynəlmiləl leksikanın 

təsiri onun strukturunda müəyyən münasibətlər yaradır: 

milli (yaxud artıq milliləşmiş) olanla beynəlmiləl olan 

sözlər qarşılaşır; bu xüsusiyyət bütün türk dillərində özünü 

göstərir.

2

 Qarşılaşma, bir qayda olaraq, funksional-üslubi 



diferensiasiyanın ədəbi dildəki dərinliyi ilə idarə olunur

belə ki, adətən beynəlmiləl söz elmi, yaxud elmi-texniki 

ədəbiyyatın, milli (eləcə də milliləşmiş) söz isə, məsələn, 

bədii ədəbiyyatın dilində mühafizə edilir. Şübhəsiz ki, həm 

beynəlmiləl olanı, həm də milli olanı yaşadan ictimai-

mədəni baza mövcuddur və bunlar dil təfəkküründə öz 

proyeksiyasını tapır, nəticədə lüğət tərkibində paralel-

sinonim vahidlərin yaşaması üçün şərait əmələ gəlir. 

Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişafını 

xarakterizə edən əlamətlərdən ən mühümü inkişafın bütün 

mərhələlərində daxili imkanlara üstünlük verilməsidir; bu, 

həm dilin daxili leksik-semantik imkanlarının genişliyini, 

həm də onun elastikliyini – üslubi imkanlarını nümayiş 

etdirir. Şübhəsiz, ictimai-siyasi, mədəni-mənəvi proseslərin 

nitq prosesləri ilə daxil əlaqədə getməsi, milli-mədəni 

təfəkkürün bütün sahələr üzrə diferensial inkişafı da burada 

şərtdir. Əgər milli-mədəni təfəkkür, məsələn, elmi-texniki 

tərəqqini qəbul etməyə hazır olmasaydı, heç elmi-texniki 

leksika da lüğət tərkibinə daxil ola bilməzdi, kənar 

                                                           

1

 

К



.

М

.



Мусаев

Современная



 

терминология

 

литературных



 

тюркских


 

языков


 

Советского

 

Союза, стр.



 9-10. 

2

 Yenə orada. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə