N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə176/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   172   173   174   175   176   177   178   179   ...   194

 

626


üslublara, deyək ki, bədii, yaxud publisistik üsluba isə, 

ümumiyyətlə keçə bilməzdi. 

Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişafının istər 

tarixi-ictimai, istərsə də linqvistik-qneseoloji 

qanunauyğunluqları qədim yazı ənənələri olan digər SSRİ 

xalqları dilləri lüğət tərkibinin inkişaf qanunauyğunluqları 

ilə tipoloji oxşarlığa malikdir. Bu hal həmin inkişaf 

xüsusiyyətlərinin universallığını təsdiq edir. 

Elmi-dilçilik təfəkkürü 30-cu illərdən etibarən 

Azərbaycan ədəbi dili tarixinin sovet dövrünü keyfiyyətcə 

fərqli bir mərhələ kimi dərk edir, belə ki, bu dövrün 

əlamətdar cəhətləri ədəbi dildə məhz bu zaman diqqəti cəlb 

edəcək şəkildə faktlaşır; 30-cu illərin sonlarından 

başlayaraq, ədəbi dilin həmin dövrdəki inkişafı və bu 

prosesi izlənməsi – elmi-dilçilik dərki bir qayda olaraq 

bərabər gedir – lüğət tərkibi lüğətlərdə, qrammatik quruluş 

qrammatika kitablarında, funksional üslub mənzərəsi isə 

üslubiyyata aid işlərdə təsbit olunur. Beləliklə, ədəbi dilin 

sovet dövründəki mənzərəsi diferensial şəkildə öz əksini 

tapır, lakin bu hələ ədəbi dil tarixinin sovet dövrünün 

tədqiqi demək deyildir, bunun üçün həmin dövr bütövlükdə 

götürülməli, təhlilin həm tarixiliyi, həm də sistemliliyi 

gözlənilməlidir. 

20-ci illərin axırı, 30-cu illərin əvvəllərində 

B.Çobanzadə “Aprel inqilabından sonrakı dövr”ü (onun 

təsnifində III dövr) xüsusi fərqləndirir.

1

 Y.Əliyev də 1940-



cı ildə Azərbaycan ədəbi dili tarixinin dövrləşdirilməsi 

probleminə həsr edilmiş məqaləsində

2

 “üçüncü dövr” 



                                                           

1

 B.Cobanzadə. M.F.Axundovda azəri ləhcisi. “Maarif işçisi”, 1928, N 3. 



Həmin bölgü burada təkrar olunur; Q.Bağırzadə, B.Çobanzadə. Elmi 

qramerin əsasları, Bakı, 1932, səh. 51. 

2

 Y.Əliyev. Azərbaycan ədəbi dilinin inkişafı tarixinin əsas mərhələləri. – 



SSRİ EA Azərb. filialının xəbərləri, 1940, N 2. 


 

627


dedikdə məhz sovet dövrünü nəzərdə tutur. M.İbrahimov 

da 1944-cü ildə yazdığı məqalədə

1

 1920-ci ildən sonrakı 



dövrü Azərbaycan ədəbi dili tarixində müstəqil mərhələ 

hesab edir. Sovet dövrünün müstəqilliyi 1952-ci ildə dərc 

olunmuş proqramda

2

 da təsbit edilir. 



1961-ci ildə A.Məhərrəmovun “Azərbaycan ədəbi 

dilinin sovet dövrü” kitabçası nəşr edilir: kitabçanın 

“Giriş”ində deyilir: “Ədəbi dilimizin inkişafı tarixində 

sovet dövrü xüsusi bir dövr təşkil edir”.

Tədqiqatçıların 



müşahidələrinə görə, sovet dövrünü başqa dövrlərdən 

fərqləndirən əsas əlamətlər aşağıdakılardan ibarətdir: 

  birincisi, lüğət tərkibinin əvvəlki dövrlərdəkinə 



nisbətən çoxcəhətli olması; 

  ikincisi, ədəbi dilin xalq dilinə yaxınlaşması, başqa 



sözlə, onun əsasında inkişaf etməsi.

4

 



A.Məhərrəmov sovet dövrünün, əlavə olaraq, aşağıdakı 

xüsusiyyətlərinə də diqqəti cəlb etmişdir: 

  ədəbi dilin ictimai-mədəni bazasının genişlənməsi; 



  ədəbi dillə dialektlər arasındakı münasibətin 

dəyişməsi (ədəbi dil dialekt təzahürlərinə təsir etməyə 

başlayır, xüsusilə 30-cu illərdən etibarən); 

  ədəbi dilin dövlət dili olması.



5

 

A.Məhərrəmovun kitabçasında lüğət tərkibinin, eləcə 



də fonetik-orfoqrafik quruluşun inkişafına dair maraqlı 

mülahizələrə təsadüf edilir. 

ADU-un 1979-cu ildə nəşr etdiyi proqramda isə ədəbi 

                                                           

1

 M.İbrahimov. Dilimizin inkişaf yolları. SSRİ EA Azərb. filialının xəbərləri, 



1944, N 12. 

2

 Azərbaycan ədəbi dili tarixi proqramı, Bakı, 1932 (tərtib edəni 



H.Mirzəzadə). 

3

 A.Məhərrəmov. Azərbaycan ədəbi dilinin sovet dövrü, Bakı, 1961, səh. 3. 



4

 Bax: A.Məhərrəmov. Azərbaycan ədəbi dilinin sovet dövrü, səh. 3-4. 

5

 Bax: A.Məhərrəmov. Göstərilən əsəri, səh. 5. 




 

628


dilin tarixi, əsasən əsrlər üzrə nəzərdən keçirildiyindən, 

sovet dövrü XX əsr ədəbi dilinin tərkib hissəsi kimi 

götürülmüşdür.

1

 Lakin bu halda da haqqında söhbət gedən 



dövrün nisbi müstəqilliyi görünür. 

Prof. Ə.Dəmirçizadə uzun müddət davam edən 

tədqiqatlarının nəticəsi olaraq Azərbaycan ədəbi dili 

tarixinin üç dövrünü qeyd edir. 

Ə.Dəmirçizadənin təqdim etdiyi dövrləşdirmə sovet 

dövrünün müstəqil mərhələ kimi fərqləndirilməsi ilə 

yanaşı, digər məsələdə də maraq doğurur: tədqiqatçı bu 

dövrdə ədəbi dilin milli dil əsasında inkişafından, dövrün 

ədəbi dilinin dialektikasından bəhs edir, beləliklə, 

Ə.Dəmirçizadənin təqdimatında Azərbaycan ədəbi dili 

tarixinin sovet dövrü həqiqətən tarixilik prinsipinə 

dayanılaraq müstəqil mərhələ hesab edilir. Əks halda, sovet 

dövründən müstəqil mərhələ kimi bəhs olunması əslində 

düzgün sayılmazdı, çünki ədəbi dil tarixinin bu və ya digər 

mərhələsi o vaxt müstəqildir ki, öz daxilində müəyyən 

inkişaf məntiqini ehtiva edir. 

Ə.Dəmirçizadə sovet dövrü Azərbaycan ədəbi dilinin 

müstəqil keyfiyyət faktı olduğunu vaxtilə “Azərbaycan 

ədəbi dilinin inkişaf yolları” adlı kitabçasında göstərmişdir; 

onun fikrincə, dövrün əsas əlamətləri “inqilabdan əvvəlki 

bolşevik mətbuatında özünü göstərməyə başlamış”, nəticə 

etibarilə, “bu dövrdə Azərbaycan ədəbi dili əvvəlki 

dövrlərdə müyəssər ola bilmədiyi bir hüquqa malik 

olmuşdur”.

2

 Ə.Dəmirçizadə sovet dövründə şifahi ədəbi 



dilin, elmi üslubun sürətlə inkişaf etdiyini, nəsr dilinin 

getdikcə daha çox diferensiallaşdığını (xüsusilə roman 

                                                           

1

 Azərbaycan ədəbi dili tarixi proqramı, Bakı, ADU nəşri, 1973. 



2

 Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin inkişaf yolları, Bakı, 1958, səh. 

42. 



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə