N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə179/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   175   176   177   178   179   180   181   182   ...   194

 

635


Latın əlifbasından istifadə edildiyi ilk illərdə norma 

pərakəndəliyi davam edirdi; cəmisi bir-iki mətbuat 

orqanında bir neçə orfoqrafiya norması mövcud idi. Səbəbi 

də o idi ki, demokratik əhvali-ruhiyyənin artması 

dialektlərə məxsus tələffüz variantlarının əsrlər uzunu 

müəyyənləşmiş normaya təcavüzünə şərait yaradırdı, lakin 

vulqar demokratizm tələffüz normasını dağıtmamışdı 

(əslində, dağıda da bilməzdi, çünki tələffüz norması 

çoxəsrlik orfoqrafik prinsiplərlə qanunauyğun əlaqədə 

mövcud idi, ərəb əlifbasının ləğvi isə bu prinsipləri məhv 

etmirdi), sadəcə olaraq variantlılıq yaradırdı. Əlbəttə, 

mətbuatın kütləvi savadalma işindəki rolunu nəzərə alsaq, 

bu cür variantlılıq savadlanma məsələsinə də mane olurdu.

1

 



20-ci illərdə latın əlifbasından istifadə təcrübəsi, eləcə 

də orfoqrafiya prinsiplərinin fəaliyyəti ilə bağlı müzakirələr 

istər fonetik-tələffüz, istərsə də orfoqrafiya-yazı 

mədəniyyətinin təkmilləşməsi perspektivlərini müəyyən 

etdi. Demək lazımdır ki, həmin illərdə (əslində, sonralar da) 

orfoqrafiyanın problemləri orfoepiyanın problemlərinə 

nisbətən daha aktual sayılırdı və maraqlıdır ki, orfoepiya 

məsələlərinə (məsələn, ahəng qanununun fəaliyyət dairəsi) 

o vaxt xüsusi diqqət verilirdi ki, bu, birbaşa orfoqrafiya ilə 

bağlı olsun; elə bunun nəticəsi idi ki, 30-cu, 40-cı, hətta 50-

ci illərdə orfoqrafik norma tələffüz norması üzərində 

hegemonluğa malik idi. 

20-ci illərdə alınma sözlərin orfoqrafiyası ətrafında 

gedən mübahisələr problemin həlli üçün iki yol müəyyən 

etdi: 



  mənbə dildəki formasında yazmaq; 



  xalq tələffüz formasında (əsasən, ahəng qanununa 

                                                           

1

 Bax: N.Xudiyev. Zamanın axarı ilə. “Azərbaycan” jur., 1988, N 4, səh. 180-



181. 


 

636


tabe edərək; məsələn, iqbal-yığval) yazmaq. 

20-ci illərdə alınma sözlərin orfoqrafiyasının belə 

aktual şəkil alması, ardıcıl olaraq mübahisə doğurması 

ondan irəli gəlirdi ki: 

  birincisi, tarixən ədəbi dildə mövcud olan ərəb, eləcə 



də fars sözlərinin orfoqrafiyasının qeyri-demokratikliyi 

latın əlifbasına keçid dövründə daha aydın görünürdü; 

  ikincisi, XIX əsrin əvvəllərindən başlayaraq Avropa-



rus mənşəli alınmaların ədəbi dildəki həcmi artırdı (bu cür 

alınmalar 20-ci illərdə daha da güclənmişdi); 

  üçüncüsü, milli dilin çiçəklənməsi müxtəlif mənşəli 



alınma sözlərin milli orfoqrafiyaya tabe edilməsini

dilimizə uyğunlaşmasını tələb edirdi. 

1929-cu ildə birinci orfoqrafiya konfransı orfoqrafiya 

qaydalarını müzakirə edir. Elə həmin ildə latın əlifbası ilə 

20 min sözü əhatə edən “İmla lüğəti” çapdan çıxır. 20-ci 

illərin mübahisələri lüğətdə də əksini tapır; xüsusilə 

alınmalara münasibətdə ikilik diqqəti cəlb edir – söz iki 

şəkildə yazılır. 

Əsl Azərbaycan sözlərinə isə həddindən artıq 

demokratik şəkildə yanaşılır, bir sıra hallarda dialekt 

tələffüzü orfoqrafik normanın əsasında dayanır. 

20-ci illərdə ərəb əlifbasından tədricən imtina edilməsi 

ahəng qanununun qrafik faktlaşmasına kömək elədi, 

xüsusilə sait səslərin dəqiq göstərilməsinə imkan verməklə 

sözün vokal əsasının olduğu kimi ifadə olunmasına şərait 

yaratdı. 20-ci illərdə ədəbi dilə dialektlərin təsiri saitlərlə 

bağlı bir sıra fonetik dəyişmələrdə özünü göstərir: i əvəzinə 

ı (ışıq, ırmaq və s.), o əvəzinə a (av, savırmaq və s.), ə 

əvəzinə e (neticə), e əvəzinə ə (kəşik), i əvəzinə ə (nəfrət), 

ü əvəzinə i (invan, şiar və s.).

1

 40-cı illərə qədər bu cür 



                                                           

1

 Bax: Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), səh. 211-213. 




 

637


pərakəndəlik davam edir. 

Samit səslərə münasibətdə də sonradan aradan qalxan 

bir sıra hadisələr müşahidə olunur: y əvəzinə g (ürəgə, 

istədigi və s.) işlənir (XVII-XVIII əsrlərə qədər mövcud 

olub arxaikləşmiş normaya qayıdılır), k (kolxoz sözündə) 

səsi Avropa-rus alınmaları hesabına funksional imkanlarını 

genişləndirir, p əvəzinə b işləndiyi hallar müşahidə edilir 

(braqurul-prokuror), kar səslərin işləkliyi artır (arvat, almas 

və s.), y səsi söz əvvəlində işlənir (yıldırım, yuca və s.).

1

 



20-ci, bir sıra hallarda 30-cu illərdə mövcud olan bu 

pərakəndəlik ənənəvi normaya münasibəti də əks etdirir; o 

fonetik hadisələr ki, XVII-XVIII əsrlərdə artıq təbii şəkildə 

normativliyini itirmişdi, bu dövrdə həmin hadisənin 

yenidən norma kimi təqdim olunduğu hallar müşahidə 

edilir. Əlbəttə, arxaik normativliyin funksional bərpası 

canlı dialekt bazasının təkidi ilə gedir. Şərq fonetik-tələffüz 

mədəniyyəti fonetik normanın yenidən təşkilinə cəhd etsə 

də, 40-cı illərdən etibarən bu cür cəhdlər azalır. 

1931-ci ildə ikinci orfoqrafiya konfransı çağırılır. 

Əslində, konfransa qədər də “İmla lüğəti”nin orfoqrafiya 

sahəsindəki problemləri həll etmədiyi göstərilmişdi. 

Konfrans yeni orfoqrafiya qaydalarının layihəsini müzakirə 

edir, “Azərbaycanı öyrənmə yolu” məcmuəsində (1931-ci 

il) çap olunan layihədə orfoqrafiyanın prinsipləri optimal 

şəkildə müəyyən edilir: 

  əsr Azərbaycan-türk sözlərinin orfoqrafiyası tarixən 



müəyyənləşmiş demokratik normaya tabe olunur, tələffüz 

norması ilə yazı norması arasındakı fərq tarixi normativlik 

pozulmadan aradan qaldırılır, ahəng qanununun 

fonomorfoloji imkanları genişləndirilir; 

  ərəb, eləcə də fars dilindən keçən sözlərə iki cür 



                                                           

1

 Bax: Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), səh. 213-220. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə