N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə181/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   177   178   179   180   181   182   183   184   ...   194

 

641


Bununla belə, 1955-ci ildə yeni layihə təqdim olunur

həmin layihə 1958-ci ildə təsdiq edilir. 

40-cı, 50-ci illərdə ədəbi dildə orfoqrafik sabitlik 

yaratmaq məqsədi ilə gedən müzakirələr, şübhəsiz ki, 20-ci, 

30-cu illərdəkindən fərqlənir; ikinci mərhələdə diqqət 

orfoqrafiyanın daha konkret məsələlərinə (məsələn: 

apostroflu sözlərin yazılışı, şəkilçilərin yazılışı, mürəkkəb 

sözlərin yazılışı və s.) verilir, təkcə fonetik deyil, morfoloji 

hadisələr təsbit edilir. Məhz 40-cı illərdə orfoqrafiyanın üç 

prinsipi (fonetik, morfoloji, tarixi-ənənəvi prinsiplər) nəzəri 

şəkildə qiymətləndirilir. 

40-50-ci illərdə fonetik-orfoqrafik normanın 

sabitləşməsində filoloji-linqvistik tədqiqatların xüsusi 

əhəmiyyəti olur; məsələn, D.Quliyevin “Azərbaycan dili 

orfoqrafiyası haqqında” məqaləsində orfoqrafiyanın üç 

prinsipi qeyd edilir və müəllif göstərir ki, orfoqrafiya 

qaydalarının tərtibində həmin prinsiplərə riayət etmək 

lazımdır.

1

 Eyni məsələlər A.Əfəndiyevin,



2

 Ə.Dəmirçiza-

dənin,

3

 bir qədər fərqli şəkildə M.Şirəliyevin



4

 

məqalələrində də qeyd edilir. 



1960-cı ildən sonra Azərbaycan dilinin orfoqrafiya 

qaydalarında elə bir ciddi dəyişiklik edilmir; nisbətən 

diqqəti cəlb edən dəyişmə apostrofun funksiyalarının 

azaldılmasından ibarətdir (mətbuatda apostrofun tamamilə 

atılması barədə mülahizələr öz əksini tapır). 

                                                           

1

 Bax: D.Quliyev. Azərbaycan dili orfoqrafiyası haqqında. “Müəllimə 



kömək” məcmuəsi, 1940, N 1. 

2

 A.Əfəndiyev. Azərbaycan dilinin imla qaydaları haqqında – “Ədəbiyyat” 



qəzeti, 29 iyun 1944-cü il. 

3

 Ə.Dəmirçizadə. İmlamız haqqında. – “Azərbaycan müəllimi” qəzeti, 1946, 



N 25. 

4

 M.Şirəliyev. Ədəbi dilimizin zərurəti məsələləri. – “Kommunist” qəzeti, 23 



fevral, 1944-cü 11. 


 

642


60-cı illərdə əvvəl ədəbi-bədii dildə, bir qədər sonra isə 

publisistik üslubda folklor ifadə tərzinə – xalq dilinə 

qayıdış rəsmi şəkildə təsdiq edilib orfoqrafiya qaydalarında 

təsbit olunmasa da, yazı dilində müəyyən demokratizm 

meyillərinin meydana gəlməsi ilə nəticələnir; bir sıra 

hallarda isə dialekt tələffüz xüsusiyyətləri yazıya ayaq açır, 

təbliğ olunur. Doğrudur, 80-ci illərin əvvəllərindən etibarən 

bu prosesin ifrat şəkil alması dayanır, lakin bununla belə, 

fonetik-orfoqrafik normaya demokratizm ab-havası da 

gəlir. Sözlərin, xüsusilə şəkilçilərin tələffüzündə 

orfoqrafiyaya təsir edə biləcək dəyişikliklər baş verir. Lakin 

məsələ burasındadır ki, fonetik-tələffüz mühitindəki 

təbəddülat orfoepiya qaydalarının yaradılmasına, başqa 

sözlə, fonetik-tələffüz normasının tam təsbit olunmasına 

təsir etmir. İndiyə qədər bu sahədə nəyin norma, nəyin 

qeyri-norma olduğunu, demək olar ki, dil stixiyası 

müəyyən edir. 

Əlbəttə, 60-80-ci illərdə orfoqrafiya qaydalarının tez-

tez müzakirə olunmaması əsasən sabit qaydaların 

yaranmaqda olduğunu göstərir. Orfoepiya sahəsində isə 60-

70-80-ci illərin fonetik-tələffüz təcrübəsi əsasında yeni 

sabit orfoepiya qaydaları yaratmaq mümkündür. 

Sovet dövründə ədəbi dilin fonetik normasının inkişafı 

onun orfoqrafik-yazı, eləcə də orfoepik-tələffüz normasının 

inkişafı ilə bağlıdır; əslində, bu qanunauyğunluq ədəbi dilin 

sovet dövründəki kütləviliyindən irəli gəlir, elə bu 

kütləviliyin nəticəsidir ki, orfoqrafik-yazı mühiti orfoepik-

tələffüz mühiti ilə əlaqədə inkişaf edir. 

 

Qrammatik normanın inkişafı 



 

Azərbaycan ədəbi dilinin qrammatik norması XVIII 




 

643


əsrin ortalarından etibarən milli əsaslar üzərində, başqa 

sözlə, xalq-folklor dilinin qrammatikası əsasında yenidən 

qurulur. Qrammatik normanın milliləşmə-xəlqiləşmə 

istiqamətində inkişafı XIX əsr boyu davam edirdi. XX əsrin 

əvvəllərində isə burjua mədəniyyətinin çiçəklənməsi ilə 

ədəbi dilin qrammatik norması demokratik və qeyri-

demokratik istiqamətlərdə funksionallaşmaq imkanı 

qazanır. 

Sovet dövründə ədəbi dilin morfoloji normasında elə 

bir dəyişiklik müşahidə edilmir; bəzən morfoloji normadakı 

təbəddülatların tədqiqatçılar tərəfindən morfoloji normanın 

inkişafı kimi qəbul edilməsi diqqəti cəlb edir,

1

 lakin bu, 



şübhəsiz, düzgün deyil. 

A.Əlizadə 20-30-cu illərdə sormaq felinin yönlük halda 

işlənməsi (çıxışlıq hal əvəzinə) faktına istinad edərək belə 

bir nəticəyə gəlir: “Göründüyü kimi, 1920-1940-cı illər 

müddətində ismin yönlük halı müxtəlif mənalarda 

işlənmişdir. Son zamanlarda isə ismin yönlük hal 

şəkilçisinin qrammatik əlaməti sabitləşmişdir”.

2

 



İsmin yönlük hal şəkilçisinin qrammatik əlaməti bir 

neçə əsr bundan əvvəl (ən geci XVII-XVIII əsrlərdə) 

sabitləşmişdir; 20-30-cu illərdə qeyd olunan hadisənin 

mövcudluğuna gəldikdə isə, bu arxaik normativliyin 

dirçəldilməsindən ibarətdir, canlı hadisə deyil (bu cür 

faktların fonetik səviyyədə də mövcudluğunu qeyd 

etmişdik). 40-cı illərdə bu vəziyyətin prinsip etibarilə 

aradan qalxması da, şübhəsiz, yönlük halın inkişafı deyil, 

sadəcə olaraq “yönlük hal-sormaq (soruşmaq)” 

modelindən, yəni arxaik norma faktından imtina 

edilməsidir (bu qəbildən olan başqa faktlarda olduğu kimi). 

                                                           

1

 Bax: Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), səh. 225-253. 



2

 Yenə orada, səh. 239. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə