N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə184/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   180   181   182   183   184   185   186   187   ...   194

 

651


20-ci illərdə şeir dilindəki bu cür üslub pərakəndəliyi 

30-cu illərin ortalarından etibarən aradan qalxır, nəticə 

etibarilə, bir meyil aparıcı olur; bu meyilin əsasında 

S.Vurğunun poeziya dili dayanır. 

30-cu illərdə folklor əsaslı dillə (Ş.İ.Xətai-M.Əmani-

M.V.Vidadi-M.P.Vaqif-Q.Zakir xətti ilə gələn ifadə tərzi 

ilə) bilavasitə şifahi xalq şeirindən gələn dil tədricən bir 

cəbhədə çıxış edir, klassik dil ənənələri kimi, türk 

(osmanlı) ədəbiyyatının dil ənənələri də həmin kontekstdə 

həzm olunur. Çünki 30-cu illərin sonuna doğra ədəbiyyata 

XX əsrin əvvəllərində gələn şairlərin əsas hissəsi ədəbi 

prosesdən uzaqlaşır, yeni nəsil isə canlı xalq dilinə daha 

çox istinad edən ifadə tərzində yazır. 

30-cu illərdə şeir dilində şüarçılıq faktlarına təsadüf 

edilir, hətta M.Müşfıq, S.Vurğun, S.Rüstəm, R.Rza, 

M.Rahim kimi şairlərin dili də bu baxımdan istisna təşkil 

etmir. Ümumiyyətlə isə, şeir dilinin əsasında təbii nitq 

intonasiyası dayanır. 

40-cı illərin birinci yarısında təkcə Azərbaycan xalqı 

yox, Azərbaycan dili də faşizmə qarşı döyüşür; bu illərdə 

poetik dilə daxil olan hərbi vətənpərvərlik leksikası dilin 

məzmununa da, intonasiyasına da təsir edir. 40-cı illərin 

ikinci yarısında, eləcə də 50-ci illərin birinci yarısında şeir 

dilində müəyyən normativləşmə gedir. 

Əlbəttə, 40-50-ci illərdə şeir dilində müəyyən axtarışlar 

da gedir; lakin bu axtarışlar poetik normativləşməyə təsir 

edə bilmir, bir qədər kənar hadisə kimi özünü göstərir. 

Bununla belə, aparılan axtarışlar 50-ci illərin ikinci 

yarısından şeir dilinin ifadə-obraz planında yeniləşməsində 

müəyyən iş görür. R.Rzanın dili bu baxımdan diqqəti cəlb 

edir. 

40-cı illərdə Cənubi Azərbaycan ədəbi-bədii dili 




 

652


Şimaldakı ilə təmasda olur, əvvəla, Şimaldan olan 

sənətkarların müəyyən hissəsi müharibə dövründə Cənubda 

qulluq edirlər, ikinci tərəfdən, müharibədən sonrakı illərdə 

Cənubdan bir qrup sənətkar – B.Azəroğlu, H.Billuri, 

Ə.Tudə, M.Gülgün, S.Tahir Şimala göçürlər və 

cənubluların dili Şimalda mövcud olan poetik dil mühitində 

yad görünmür.

1

 



50-ci illərin sonu, 60-cı illərin əvvəllərində şeir dilində 

folklor ifadə tərzinə qayıdış baş verir; yaradıcılığa 60-cı 

illərdən əvvəl gəlmiş B.Vahabzadə, N.Xəzri, H.Arif, 

N.Həsənzadə, Qabil kimi şairlərin dilində folklor ifadə 

tərzinin havası duyulur. 

Şübhəsiz, ədəbi-bədii dilin, eləcə də şeir dilinin folklor 

ifadə tərzinə meyil etməsi ədəbi-bədii fikrin məzmunca 

xəlqi əsaslar üzərində köklənməsindən irəli gəlir; xəlqilik, 

birinci növbədə oradan başlayır ki, insanın daxili aləminə 

maraq güclənir, süni (yaxud elə təbii) patetika əvəzinə 

poetik fikir təhlilə can artır və bu da imkan verir ki, şeir 

dilinin obrazlar sistemində əsaslı dəyişikliklər meydana 

gəlsin. 

50-ci illər, poeziyada iki üslubi meyili ənənə 

səviyyəsinə qaldırdı: 1) S.Vurğunun təmsil etdiyi üslub; 2) 

R.Rzanın təmsil etdiyi üslub. 60-70-ci illərin dil-üslub 

panoramı bu ənənələrə istinadən təqdim olunur. Lakin 

sonrakı dövrdə (70-ci illərin sonu, 80-ci illərin 

əvvəllərində), eksperimentlər dalğası meydana çıxır; hələ 

ənənələrin təsiri altında olan, müxtəlif istiqamətlərdə 

səpələnmiş mikroüslublar eksperimentlərin ilkin nəticələri 

ilə hesablaşmalı, hətta müəyyən dərəcədə özünüredaktəyə 

məruz qalmalı oldu. 

                                                           

1

 N.Cəfərov. Cənubi Azərbaycanda ədəbi dilin inkişafı tarixindən. – 



“Azərbaycan müəllimi” qəzeti, 3 fevral, 1988-ci il. 


 

653


Əlbəttə, şeir dili (eləcə də, ümumən ədəbi-bədii dil) 

dövrün estetikasına qarşı kifayət qədər həssasdır, bəzən hər 

nəsil özü ilə yeni dil-üslub təmayülü gətirir; 60-cı illərdə – 

M.Araz, Ə.Kərim, S.Əsəd, F.Qoca, F.Sadıqdan sonra 70-ci 

illərde – R.Rövşən, Ə.Salahzadə, E.Baxış, V.Cəbrayılzadə, 

V.Səmədoğlu, V.Bəhmənli maraqlı eksperimentlərlə çıxış 

edirlər. 

60-70-ci illərin dil-üslub təmayüllərinin qoyşağında 

M.İsmayıl, N.Kəsəmənli, S.Rüstəmxanlı, Ç.Əlioğlu, 

E.Nəsiblinin və b. dili yaranır. 

80-ci illərin şeir dilində (ədəbiyyata məhz 80-ci illərdə 

gələnlər nəzərdə tutulur) xalq dilindən-folklordan 

qidalanma bir qədər normaya salınmış şəkildə gedir, 

onların dilində intonasiya təmkinlidir. 

60-70-ci illər şeir dilinə, həmçinin şablonçuluğun 

görünməmiş nümunələrini gətirdi. Ümumiyyətlə, şeir dili 

tariximizi gözdən keçirsək, təqlidçiliyə aid istənilən qədər 

fakt tapmaq mümkündür, təqlidçilik müəyyən obrazlar 

sistemini kütləviləşdirməklə yanaşı, ayrı-ayrı dil-üslub 

təmayüllərinin mərkəzləşməsinə – dövrün ədəbi-bədii 

dilinin sabitləşməsinə təsir edir, lakin təqlidçilik bədii dili 

zənginləşdirmək ehtirasından məhrumdur. 

İstər, 20-30-cu, istər 40-50-ci, istərsə də 60-80-ci 

illərdə şeir dilinin inkişafı həm fonetik, həm leksik, həm də 

sintaktik səviyyədə poetik fiqurların yeni ifadə 

imkanlarının aşkarlanması ilə gedir; şeir dili ədəbi-bədii 

dilin strukturunda xüsusi funksionallığı ilə fərqlənərək nəsr 

dilinin, eləcə də dramaturgiya dilinin təkamülünə təsir 

göstərir. 

Nəsr  dilinin tarixi təcrübəsinin o qədər də böyük 

olmaması onun sovet dövründəki inkişafına təsir edir; nəsr 

dili ədəbi dilin inkişafının həm birinci, həm də ikinci 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə