N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə185/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   181   182   183   184   185   186   187   188   ...   194

 

654


mərhələsində SSRİ xalqları, eləcə də xarici ölkə nəsrinin 

janr-ifadə mədəniyyətindən müəyyən priyomlar əxz edir. 

20-30-cu illərdə nəsr dilinə XX əsrin əvvəllərində 

ədəbiyyata gəlmiş sənətkarlarla yanaşı, M.Hüseyn, 

Ə.Əbdülhəsən, Ş.Rəhimov, M.İbrahimov, Mir Cəlal, 

Ə.Vəliyev, Ə.Məmmədxanlı, İ.Əfəndiyev kimi yazıçıların 

dili də xüsusi keyfiyyət aşılayır; hər şeydən əvvəl, bu 

mərhələdə nəsr dili ciddi şəkildə publisistik dilin təsiri 

altında olur, sözün birbaşa deyilməsi, obrazlılıqdan 

mümkün qədər imtina edilməsi nəinki cavan, hətta yaşlı 

yazıçıların təhkiyəsi üçün də xarakterikdir (nümunə üçün 

C.Cabbarlının hekayə dilini yada salmaq kifayətdir). 

40-50-ci illərdə, şeir dilində olduğu kimi, nəsr dilində 

də şablonlaşma müşahidə edilir, 50-ci illərin sonu, 60-cı 

illərin əvvəllərindən etibarən İ.Hüseynov, İ.Şıxlı, 

S.Əhmədov, Ə.Əylisli, bir qədər sonra Elçin, Anar, 

İ.Məlikzadə, F.Kərimzadə, S.Azəri, M.Süleymanlı nəsr 

dilinin şablonçuluqdan çıxması üçün böyük iş görürlər. 

60-70-ci illərdə nəsr dilinin mənzərəsi həmin illərdə 

şeir dilinin mənzərəsi kimi mürəkkəbdir; bir tərəfdə 

ədəbiyyata 30-40-cı illərdə gələnlər, başqa tərəfdə onları 

davam etdirənlər yazıb-yaradırlar və bu prosesdə nəsr 

dilinin novator imkanları təzahür edir. İ.Hüseynov fəlsəfi-

analitik, Ə.Əylisli lirik-analitik, Anar, Elçin psixoloji-

publisistik dil nümayiş etdirirlər. 

Azərbaycan ədəbi-bədii dilinin nəsr qolunun sovet 

dövründəki inkişafında Ə.Məmmədxanlının xidmətləri 

maraq doğurur, o hədə 30-cu illərdə 60-cı illərin dil-üslub 

zövqü ilə qiymətləndirilə bilən tərzdə yazır. 

Dramaturgiya dili birinci mərhələdə – 20-30-cu illərdə 

daha sürətlə inkişaf edir (xüsusilə C.Cabbarlının 

yaradıcılığında). Dialoji dilin, mükalimələrin təbiiliyi, 




 

655


gərginliyi novatorluq təzahürləri kimi ortaya çıxır. Lakin 

40-50-ci illərdə dramaturgiya dilində, demək olar ki, 

irəliləyiş olmur. 

60-80-ci illərdə Ə.Məmmədxanlı, İ.Əfəndiyev, 

B.Vahabzadə, N.Xəzri, N.Həsənzadə, Anar və başqa 

dramaturqların dilində müəyyən axtarışların olduğu 

görünür, bütövlükdə isə dramaturgiya dilinin imkanları 

həm şeir, həm də nəsr dilinin imkanlarından aşağıdır, 60-

80-ci illərin dramaturgiya dilində məhz dramatizm çatışmır; 

lirizm dramatizmi qüvvətləndirmək əvəzinə, onu əvəz edir 

və bu sahədə İ.Əfəndiyevin aparıcı mövqeyi xüsusi nəzərə 

çarpır. 


Ədəbi-bədii dilin, başqa sözlə, bədii üslubun 

strukturunda şeir dili ilə nəsr dilinin münasibəti tarixən 

müxtəlif olmuşdur; 20-30-cu illərdə poetik ifadə axtarışları 

şeirdə qüvvətli idi, halbuki 60-80-ci illərdə nəsr də şeirlə 

bir sıraya keçir, hətta bəzən daha böyük imkanlar nümayiş 

etdirir. Əslində, bu, ədəbi-bədii dildən çox, ictimai şəraitin 

estetik tələbi ilə bağlıdır, 20-30-cu illərdə ictimai şəraitin 

yeniləşməsi estetik təfəkkürü qabaqlamışdı, ona görə də 

estetik təfəkkür onu tərənnüm etməli idi, 60-80-ci illərdə 

cəmiyyətdəki durğunluğun səbəbləri üzərində düşünürdü, 

ona görə də təhlil etməli idi; birinci halda şeir, ikinci halda 

nəsr dili daha çox aktuallaşır. 

Əlbəttə, ədəbi-bədii dilin sovet dövründəki inkişafı 

ümumən ədəbi dilə verilən ictimai-siyasi hüquqlarla 

bağlıdır; bu dövrdə bədii üslub heç bir yad təsirə məruz 

qalmadan bilavasitə xalqın estetik təfəkkürünün faktı kimi 

kütləviləşir, məktəblər, kitabxanalar, başqa mədəniyyət 

ocaqları vasitəsilə yayılır, təbliğ olunur. Nəşriyyatlar, 

mətbuat ədəbi-bədii dili indiyə qədər görünməmiş bir 

sürətlə xalqın malı edir. 




 

656


Ədəbi-bədii dilin kütləviləşməsi müxtəlif üslubi 

təmayüllərin konsentrasiyasına gətirib çıxarır. Yeni dövr 

ədəbiyyatı qarşısında duran estetik tələblər özü də ifadə 

planında vahid xəttin güclənməsinə şərait yaradır. 

“Azərbaycan ədəbi dili tarixi (sovet dövrü)” kitabında 

göstərilir ki, “1920-ci, qismən də 30-cu illərin bədii dilində 

nəzərə çarpan cəhətlərdən biri sözlərin yazılışında müasir 

dilin fonetik-imla sistemindən fərqli xüsusiyyətlərin 

olmasıdır”.

1

 Əlbəttə, belə müşahidələr üslubun tarixi ilə 



deyil, normanın tarixi ilə əlaqədardır və məhz normanın 

tədqiqi üçün material verir. Ümumiyyətlə, oçerkdə bədii 

üslubun sovet dövründəki inkişaf mərhələləri müəyyən 

olunmur, ədəbi-bədii dil ardıcıl olaraq təkmilləşən forma 

kimi götürülür ki, əlbəttə, bu, düzgün deyil. Ona görə 

düzgün deyil ki, bədii üslub obrazlı dilə əsaslanır, obrazlı 

dil isə tədricən yox, adətən, sıçrayışlarla inkişaf edir – 

müəyyən dövrdə bir obrazlaşdırma tərzi şablonlaşır və 

tədricilik dayanır, sonra yeni dalğa gəlir.

2

 



Ədəbi-bədii dilin – bədii üslubun estetik keyfiyyəti 

tarixən müxtəlif parametrlərlə müəyyənləşdirilə bilər

bizim fikrimizcə, bunlardan ikisi aparıcıdır: birincisi, bədii 

dilin ictimai tələbata münasibəti. Birinci parametrlə ikinci 

arasında dialektik əlaqə mövcuddur. Sovet dövründə 

Azərbaycan ədəbi-bədii dilinin (bədii üslubun) iki 

mərhələdən keçməsi qeyd edilən parametrlərə əsasən 

müəyyən edilir. 

 

 

                                                           



1

 Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), səh. 171. 

2

 Azərbaycan ədəbi dilinin bədii üslubunun tədrici inkişafı ideyası aşağıdakı 



mənbədə də eks olunmuşdur: 

Закономерности

 

развития


 

литературных

 

языков


 

народов


 

СССР


 

в

 



советскую

 

эпоху, стр



. 262-263. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə