N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə187/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   183   184   185   186   187   188   189   190   ...   194

 

660


biri onun publisistik üslubun təsirinə məruz qalmasından, 

başqa sözlə, publisistikləşməsindən ibarətdir. 

40-50-ci illərdə ictimai həyatda ziyalıların rolu artır, 

elmi üslubun sosial bazası müəyyənləşir, elmi-tədqiqat 

işlərinin həcminin genişlənməsi, diferensial sahələrin 

meydana çıxması elmi üslubun həm yazılı, həm də şifahi 

qollarının tipoloji xarakterinin sabitləşməsinə gətirib 

çıxarır. Şərq mənbəsi elmi üslubun inkişafına təsirini 

bütünlükdə dayandırır, Avropa (rus) mənbəsi isə getdikcə 

aparıcı mövqe tutur. 50-ci illərin sonu, 60-cı illərin 

əvvəllərindən başlayaraq, elmi üslubda analitik yığcamlıq – 

sintaksisin informativliyi güclənir, beynəlmiləl terminlərin 

işlənmə tezliyi artır. 

İkinci mərhələdə elmi terminlərin paralel işlənməsi 

faktı diqqəti cəlb edir; bir tərəfdən, beynəlmiləl terminlər 

işlənir, digər tərəfdən, milli (yaxud onu əvəz edən) 

terminlər. Beynəlmiləl terminlə milli termin arasındakı 

semantik fərq əsasında məna mübadiləsi gedir. 

60-70-cı illərdə elmi üslub xalq dilindən uzaqlaşır 

(müəyyən sahələrdə çox, müəyyən sahələrdə az), daha 

doğrusu, ədəbi dilin danışıq üslubu ilə elmi üslub arasında 

az qala uçurum yaranır; bunun səbəbi aşağıdakılardan 

ibarətdir: 

  xüsusən dəqiq elmlər üzrə ədəbiyyat başqa dillərdə 



(əsasən rus dilində) olduğundan, elmi informasiyanın 

mənimsənilməsi bu mənbələr əsasında gedir – 

mütəxəssislər azərbaycanca yazarkən (yaxud mühazirə 

oxuyarkən) başqa dildə faktlaşmış elmi informasiyanı 

“hərfi” ifadə edirlər, yəni informasiyanı dil həzm etmir, 

amma ifadə edir; 

  elmi materialın kütləviləşdirilməsi işi zəif gedir, 



müxtəlif sahələrə aid elmi-kütləvi orqanlar (bunların 


 

661


içərisinə “Elm və həyat” jurnalının rolunu xüsusi qeyd 

etmək lazımdır) azdır və bunların əsas hissəsi elmi-kütləvi 

dilin inkişafına heç bir kömək etmir – ya həddindən artıq 

elmi, ya da publisistik üslubda yazırlar; 

  nəhayət, bir sıra hallarda elmdə sxolastikanın 



hökmranlığı elmi üslubu da yaşarı köklərdən, dinamizmdən 

məhrum edir. 

Lakin demək lazımdır ki, 80-ci illərdə və xüsusilə son 

dövrlərin ictimai elmlər üslubu ilə xalq dili arasındakı 

uçurum aradan qalxmaqdadır; bunun da sosial əsasları var: 

xalq öz tarixinə, ədəbiyyatına, dilinə aid elmi-tədqiqat 

işlərinə maraq göstərir, ona görə də əlaqə bərpa olunur. 

Ümumiyyətlə, elmi-kütləvi dili inkişaf etdirmədən elmi 

üslubun xəlqiliyini qorumaq mümkün deyil. 

Dərsliklərin tərcüməsinin yarıtmaz halda olması 60-80-

ci illərdə elmi üslubun keyfiyyətinə mənfi təsir 

göstərmişdir və göstərməkdə davam edir; xüsusilə orta 

məktəb dərsliklərində sadə kütləvi elmi üslub əvəzinə, 

qarışıq bir dil var, bu dərsliklər əsasında aparılan təlim, 

şübhəsiz, aşağı səviyyədə olacaqdır. 

 

Publisistik üslub 



 

Azərbaycan ədəbi dilinin publisistik üslubu, 

tədqiqatçıların qeyd etdiyi kimi, “Əkinçi”nin nəşri ilə 

başlayır. Lakin burada bir cəhət diqqəti cəlb edir: 

publisistik dil materialı, əslində əvvəllər də mövcud idi – 

ədəbi-bədii dil üstün olduğu şəraitdə publisistik dil 

materialını da ehtiva edirdi. 

XIX əsrin sonu, XX əsrin əvvəllərində mətbuatın 

inkişafı publisistik dilin də inkişafına şərait yaradır, 

bununla belə, sovet dövründə müəyyənləşən publisistik dil 




 

662


əvvəlki dövrlərdəkindən keyfiyyətcə fərqlənir. Bu fərq 

nədən ibarətdir? 

Sovet dövründə ədəbi dilin publisistik üslubu 

mədəniyyətin təbliği sahəsində mühüm iş görür. Əlbəttə, bu 

proses hələ inqilabdan qabaq bolşevik mətbuatında 

başlamışdı. 20-ci illərdə isə “Kommunist”, “Molla 

Nəsrəddin”, “Kəndçi qəzeti”, “Yeni yol”, “Müəllim 

qəzeti”, “Maarif və mədəniyyət”, “Gənc işçi” kimi mətbuat 

orqanlarının təcrübəsində davam edir. 

20-30-cu illərdə publisistik üslubun axtarışları xüsusilə 

güclü idi, dövlət sənədlərində də bir neçə dəfə mətbuat 

dilinin kütləviliyini qorumaq barədə məsələ qaldırılmışdı;

1

 

mətbuat dilinə bu cür xüsusi diqqət yetirilməsi onun 



ictimai-siyasi həyatda gördüyü mühüm işlərlə bağlıdır. 

Ümumiyyətlə, “mətbuat üslubu ədəbi dilimizin inkişaf 

mənzərəsini – leksik-qrammatik dəyişməni, səlisləşmə və 

təkmilləşməni başqa üslublara nisbətən özündə daha aydın 

və tez əks etdirir”

2

 – bu öz yerində, eyni zamanda mətbuat 



dili – publisistik üslub özünəməxsus yolla inkişaf edir. 

20-30-cu illərdə publisistik üslub aşağıdakı diferensial 

ifadə formalarını ehtiva edir: 

1) siyasi-publisistik dil – bu ifadə formasını ictimai-

siyasi terminologiyanın işləkliyi, çağırış, təbliğ-təşviq 

intonasiyası xarakterizə edir; 

2) elmi-publisistik dil – bu ifadə formasında şərhçilik, 

müxtəlif elm sahələrinə aid terminlərin işləkliyi, sintaksisin 

təkminliliyi diqqəti cəlb edir; 

3) bədii-publisistik dil – bu ifadə formasında obrazlılıq 

mühafizə olunur, dəyişən dünyanın tərənnümü, cəhalətin 

tənqidi verilir; 

                                                           

1

 



Советская

 

власть



 

в

 



документах

М



., 1961, 

стр


. 213, 261 və s. 

2

 Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), səh. 106. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə