N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə186/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   182   183   184   185   186   187   188   189   ...   194

 

657


Elmi üslub 

 

Bu dövrdə ədəbi dilin elmi üslubu görünməmiş bir 



sürətlə inkişaf edir; XVIII əsrdə təşəkkül tapan, XIX əsr 

boyu tədricən təkmilləşən elmi üslub XX əsrin əvvəllərində 

də hələ geniş terminoloji, eləcə də sintaktik bazaya malik 

deyildi, 20-30-cu illərdə Azərbaycan ədəbi dilinin elmi 

üslubu tədricən diferensiallaşır, bədii-publisistik 

elementlərdən getdikcə təmizlənir və elmi üslubun maraqlı 

nümunələri meydana çıxır. 

Şübhəsiz, elmi üslubun diferensiasiyasını elmi 

təfəkkürün özündə gedən diferensiasiya hazırlayır – ziyalı 

kadrların, bu və ya digər ixtisas sahəsində işləyən milli 

mütəxəssislərin yetişməsi elmi üslubun ictimai dayağını – 

sosiumunu yaradır. Şərq təhsili görmüş ziyalılarla Qərb 

təhsili görmüş ziyalılar arasındakı elmi diskussiyalar, 20-

30-cu illərdə elmi təfəkkürün şərq tipi ilə qərb tipinin 

konsentrasiyasına gətirib çıxarır və əslində, elmi üslub da 

hər iki regionun terminoloji materialının qovşağında 

yenidən qurulur, keyfiyyətcə müəyyənləşir. Elmi 

təfəkkürün elə sahələri olur ki, şərq tipi ilə qərb tipi əsasən 

bərabər həcmdə təmsil (xüsusilə ictimai elmlər sahəsində) 

olunur, müəyyən sahələrdə isə qərb tipinin üstünlüyü 

müşahidə edilir (xüsusilə dəqiq elmlər sahəsində); elmi 

üslub da elmi təfəkkürün geneoloji strukturunu, əsasən 

olduğu şəkildə əks etdirir. 

20-30-cu illərdə elmi üslubun inkişafı, əsasən XIX 

əsrin ortalarında M.F.Axundovun yaradıcılığından aldığı 

təkanla gedir. XIX əsrin ikinci yarısında, eləcə də XX əsrin 

əvvəllərində müxtəlif elmi (yaxud elmi-publisistik) 

yazılarda ənənə davam etdirilir. 20-30-cu illərdə isə elmi 

üslub keyfiyyətcə yeni mərhələyə qalxır və elmi 



 

658


terminologiya aşağıdakı mənbələr əsasında yaranır: 

1) Şərq dilləri – əsasən ərəb, eləcə də fars dili əsasında; 

şərq mənbəsi Azərbaycan ədəbi dilinin elmi üslubu üçün 

tarixən daha anlaşıqlı idi, lakin məsələ burasında idi ki, 

elmi sosiumun məhdudluğu elmi üslubu, ümumiyyətlə 

kütləviləşdirə bilmədiyindən şərq mənbəsinin elmi 

anlaşıqlığı kütləvi anlaşıqlığa keçməmişdi, ona görə də 20-

30-cu illərdə şərq dillərinə məxsus elmi terminologiyanın 

bir daha seçilməsi ehtiyacı meydana gəldi. 

2) Avropa dilləri – əsasən rus dili vasitəsilə; Avropa 

mənbəsi XIX əsrin ortalarından elmi üslubun ictimai-fəlsəfi 

qolunda görünür (“Kəmalüddövlə məktubları”nın dili bu 

baxımdan xarakterikdir), XX əsrin əvvəllərindən 

başlayaraq, Avropa mənşəli terminologiya nəinki elmi 

üsluba daxil olur, həmçinin mətbuat vasitəsilə kütləviləşir 

(xüsusilə ictimai-siyasi məzmunlu terminologiyadan söhbət 

gedir). Elə də olur ki, Avropa mənşəli termin ədəbi dilə 

keçmir, lakin Avropa elmi-ictimai təfəkkürünün təsiri ilə 

şərq mənşəli leksik vahid Avropa məzmununda 

anlaşılmağa başlayır; məsələn, cəmiyyət, inqilab, siyasət, 

fəhlə, üsyan, hərəkat, cəhalət, irtica, ixtilaf, sinif, firqə və s. 

kimi terminoloji məzmunlu leksik vahidlər ictimai-siyasi 

təfəkkürdə baş verən novatorluğu əks etdirir. XVI əsrdə 

inqilab dedikdə aşiqin öz məşuqəsinə xəfif etirazı, adi 

dəyişiklik nəzərdə tutulurdusa, XX əsrin əvvəllərindən 

etibarən bu söz dərin ictimai-siyasi, mədəni-mənəvi çevriliş 

məzmununda işlənir. 

Əlbəttə, irəlidə görəcəyimiz kimi, elmi üslubun Avropa 

(rus) mənbəsinə münasibəti nəinki müxtəlif mərhələlərdə

hətta bir mərhələ daxilində bir neçə dəfə dəyişir, lakin 

mənbə mənbəliyində qalır və getdikcə güclənir. 

3) Şərq mənbəsi ilə Avropa (rus) mənbəsinin 




 

659


qovuşması, şübhəsiz, milli mənbənin münsifliyi ilə gedir; 

Azərbaycan ədəbi dilinin elmi üslub potensialı 

(terminologiyadan tutmuş, sintaksisə qədər) milli elmi 

təfəkkürün ifadə forması kimi 20-30-cu illərdə də aparıcı 

olur. Şərq, eləcə də Avropa mənşəli terminoloji-qrammatik 

material sovet dövründə ədəbi dilin inkişafının birinci 

mərhələsində məhz milli elmi təfəkkürün xəlqiliyi (xalq 

üçün anlaşıqlığı) əsasında təbliğ olunur, kütləviləşdirilir. 

20-30-cu illərdə məktəb-maarif sisteminin inkişafı, 

elmi-ictimai cəmiyyətlərin fəaliyyəti elmi üslubun həm 

irəliləyişinə, həm də demokratikləşməsinə əsaslı təsir 

göstərir. Elmi təfəkkürün sintetik xarakteri elmi üslubun 

demokratikləşməsinə mane olsa da (xüsusən 20-ci illərdə), 

30-cu illərin sonuna doğru terminoloji norma, əsasən 

sabitləşir, 

Elmi dilçilik ədəbiyyatında qeyd edildiyi kimi, ictimai-

siyasi əsərlərin tərcüməsi Azərbaycan ədəbi dili ictimai 

elmlər üslubunun həm məzmunca, həm də formaca 

inkişafına təkan verir.

1

 



20-30-cu illərdə fəlsəfə, tarix, ictimaiyyat, iqtisadiyyat 

elmləri, eləcə də filoloji elmlər sahəsində yeni əsərlər 

meydana gəlir, mətbuat ictimai elmlər üslubunun 

funksionallığını artırır. Dəqiq elmlərin, eləcə də 

təbiətşünaslıq elmlərinin inkişafı elmi üslubun bazasını 

genişləndirir. 20-30-cu illərdə elmi üslubun, demək olar ki, 

bütün əsas sahələrini əhatə edən terminoloji lüğətlər 

yaradılır. 

20-30-cu illərdə elmi üslubun xarakterik cəhətlərindən 

                                                           

1

 

Вах



Закономерности

 

развития


 

литературных

 

языков


 

народов


 

СССР


 

в

 



советскую

 

эпоху, стр.



 263-264; A.Məhərrəmov. Azərbaycan ədəbi dilinin 

sovet dövrü, səh. 12; Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), səh. 41-42 və 

s. 



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə