N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə180/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   176   177   178   179   180   181   182   183   ...   194

 

638


münasibət faktlaşdırılır: söz xalq dilinə keçmişsə, yəni 

fonomorfoloji uyğunlaşmaya məruz qalmışsa, deyək ki, 

ahəng qanununa tabe edilmişsə, xalq dilində olduğu şəkildə 

ədəbi dildə işlənmişsə, tarixən işləndiyi şəkildə qəbul 

olunur; 

  Avropa-rus mənşəli sözlərin demokratik formaları 



(istər fonetik, istərsə də morfoloji baxımdan) norma hesab 

edilir. 


Lakin layihədə dialekt tələffüz variantları müəyyən 

hallarda qalırdı (məsələn, hal şəkilçilərinin eləcə də -lar, -

lər cəm şəkilçisinin fonetik variantları norma kimi təqdim 

edilirdi). 

30-cu illərin ortalarında orfoqrafiya məsələləri geniş 

şəkildə müzakirə olunur, 1936-cı ildə isə orfoqrafiya 

qaydaları təsdiq edilir. Lakin bu qaydalar da məqbul hesab 

olunmur, 1937-ci ildə yeni layihə hazırlanıb müzakirəyə 

verilir. Layihə 1938-ci ildə təsdiq edilir. Ümumiyyətlə, 30-

cu illərin ortalarından sonra orfoqrafiya qaydaları 

hazırlanarkən əsasən aşağıdakı məsələlər müxtəlif 

mübahisələrin mərkəzində dayanır: 

  bir qayda olaraq, söz sonunda q, ğ, yaxud x 



yazılması, k, yaxud g yazılması; 

  sonu saitlə bitən sözlərdə hallanma prosesində 



bitişdirici samitin artırılıb-artırılmaması; 

  Avropa-rus mənşəli sözlərin mənbə dildə olduğu 



kimi, yaxud Azərbaycan dilində işlədildiyi kimi yazılması. 

Fonetik-orfoqrafik norma üçün diqqəti cəlb edən 

hadisələrdən biri 30-cu illərin ortalarında sağır nun (n) 

hərfinin əlifbadan çıxarılmasından ibarətdir; bu hərfin ifadə 

etdiyi səs ədəbi dilin tarixi boyu olduğu kimi bu gün də 

mövcuddur. Təsadüfi deyildir ki, həmin səsin qrafik 

ifadəsinin olmamasını tədqiqatçılar əlifbanın nöqsanı kimi 



 

639


qeyd edirlər.

1

 



Beləliklə, latın əlifbasına keçid dövründə fonetik-

orfoqrafik normaya müxtəlif baxımdan təsir edilir və ədəbi 

dilin tarixi təcrübəsi nəzərə alınmadığı üçün iki ifrat meyil 

meydana gəlir: 

  xalq dilinin ədəbi normanı təşkil etdiyi rolu 



həddindən artıq şişirdilir, nəticədə dialekt tələffüz 

variantlılığı norma kimi faktlaşdırılır; 

  ikincisi, xalq dilinin ədəbi normanı təşkil etdiyi 



roluna etinasız yanaşılır, nəticədə alınma sözlər mənbə 

dildəki fonetik quruluşu ilə norma faktı kimi təqdim edilir. 

İfrat meyillərlə yanaşı, bir sıra aralıq meyillər də 

mövcud idi. 

Demək lazımdır ki, orfoqrafik normanın bu cür tez-tez 

dəyişdirilməsi, fikir ixtilafları ədəbi dilin tarixini 

bilməməkdən, fonetik-tələffüz, orfoqrafik-yazı ənənələrinə, 

əslində biganə münasibətdən irəli gəlirdi – haradasa tarixə 

vulqar baxışın nəticəsi idi. 

Ümumiyyətlə, 20-30-cu illərin təcrübəsi də göstərir ki, 

normanı təzədən yaratmaq, əsrlər boyu davam edib gələn 

prinsipləri məhv edib yeni prinsiplər tətbiq eləmək 

mümkün deyil. 

20-ci, eləcə də 30-cu illərdə Azərbaycanın müxtəlif 

bölgələrindən Bakıya gələnlərin sayı artır, bu da fonetik-

tələffüz mühitinə təsir etməklə yanaşı, gedən müzakirələrə 

ton verir, başqa sözlə, müzakirələr daha demokratik 

kontekstdə gedir. Ona görə də 30-cu illərdə ədəbi dilin 

fonetik-orfoqrafik norması, əsasən müəyyənləşir (daha 

doğrusu, təbii-qanuni müəyyənlik təsbit olunur). 40-cı, 50-

ci illərdə məhz müəyyənləşmiş fonetik-orfoqrafik normanın 

daha da dəqiqləşdirilməsi (prinsipləri yox, faktlar) üzərində 

                                                           

1

 A.Məhərrəmov. Azərbaycan ədəbi dilinin sovet dövrü, səh. 83. 




 

640


iş gedir. 

1940-cı ilin yanvarın 1-də Azərbaycan SSR Ali 

Sovetinin qərarı ilə rus qrafikası əsasında yaradılmış 

əlifbaya keçilir; birinci növbədə onu qeyd etmək lazımdır 

ki, ərəb əlifbasından latın əlifbasına keçid geniş müzakirə 

edildiyi halda, rus əlifbasına keçir bir-iki ildə baş verir, 

prinsip etibarilə mübahisəyə səbəb olmur… Mübahisə 

ancaq onun üzərində gedir ki, rus əlifbasında mövcud olan 

я



ю



е



ц

, və 


ь

 hərfləri də Azərbaycan dili üçün məqbuldur, 

ya yox. S.Vurğun bu barədə yazırdı: “Mənim düşündüyümə 

görə, əlifba kulturasının birinci şərti odur ki, hərflərin sayı 

mümkün qədər az olsun. Əgər dilimizi tamamilə ifadə 

etmək şərtilə 32 hərf saxlaya bilsək, yaxşı olar. Əksinə, 

hərflərin sayını çoxaltmaq yolu ilə getsək, bu, əlifbanın 

zəifliyinin birinci əlaməti olar. Odur ki, hərflərin sayı 

məsələsində biz xəsis olmalıyıq. Ona görə də ü, c, e, h və ö 

hərflərinin bizim əlifbaya daxil edilməsinə mən ziddəm, 

çünki bu hərflərin ifadə etdikləri səslər Azərbaycan dilində 

yoxdur…


1

 

Bununla belə, 



я

ю



е



ц

 hərfləri Azərbaycan əlifbasında 

saxlanılır, yəni demokratizm bu nöqtədə də pozulur. 

40-cı illərin ortalarında mətbuat həmin hərflərin 

əlifbadan çıxarılması barədə təkliflər verir. H hərfi 1947-ci 

ildə, 


я

ю



е

  hərfləri isə (e hərfi ə əvəzinə işlənir) 1958-ci 



ildə əlifbadan çıxarılır. 

40-cı, 50-ci illərdəki müzakirələr orfoqrafiya 

qaydalarının təkmilləşməsinə kömək edir; 1940-cı ildə 

tərtib olunmuş qaydalardan sonra bu sahədə görülən işlər 

öz əksini 1946-cı, 1950-ci, 1951-ci illərin layihələrində 

tapır. 1954-cü il fevralın 24-də isə Azərbaycan SSR 

Nazirlər Soveti yeni orfoqrafiya qaydalarını təsdiq edir. 

                                                           

1

 “Kommunist” qəzeti, 12 may, 1939-cu il. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə