N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə177/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   173   174   175   176   177   178   179   180   ...   194

 

629


dilinin təşəkkülünü) qeyd edir.

1

 Göründüyü kimi, tədqiqatçı 



sovet dövrü ədəbi dilini ayrıca mərhələ hesab edərkən, hər 

şeydən əvvəl, funksional-üslub planına əsaslanır. 

Ə.Dəmirçizadə, məsələn, göstərir ki, sazlı şeir dili ilə yazılı 

şeir dilinin xüsusən lüğət tərkibi ibarə və ifadələr etibarilə 

bir-birinə qovuşduğu, qarşılıqlı surətdə bir-birilə 

zənginləşdiyi diqqəti cəlb edir.

2

 Bu fakt nə Ə.Dəmirçizadə, 



nə də ədəbi dil tarixi ilə məşğul olan başqa mütəxəssislər 

tərəfindən geniş şərh edilməmişdir – 20-ci illərin sonu, 30-

cu illərin əvvəllərində diqqəti daha çox cəlb edən bu cür 

konsentrasiya prosesi dərin ictimai-mədəni köklərə malik 

idi, milli mənəviyyatın dialektikası mədəni-ədəbi 

inteqrasiyanın güclənməsi ilə şərtlənirdi. 

Ümumiyyətlə, Ə.Dəmirçizadənin sovet dövrü 

Azərbaycan ədəbi dilinin inkişafı ilə bağlı müşahidələri 

tədqiqat üçün maraqlı material verir, çünki onun 

müşahidələri olduqca professional, sistemli şəkildə, əksərən 

üslubların dialektikası mövqeyindən aparılmışdır. 

M.Ş.Şirəliyevlə M.Ş.Rəhimovun “

Закономерности 

развития литературных языков народов СССР в 

советскую эпоху

” kitabında yazdıqları “Azərbaycan dili” 

oçerkində də Azərbaycan ədəbi dili tarixinin sovet dövrü 

şərh olunur; müəlliflər əsasən norma planına diqqət 

yetirmiş, funksional-üslub planı ilə əlaqədar ancaq bəzi 

qeydlər etmişlər.

3

 Oçerkdə maraq doğuran məsələlərdən 



biri ədəbi dilin inkişaf tendensiyaları (perspektivləri) 

                                                           

1

 Yenə orada, səh. 42-44. 



2

 Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin inkişaf yolları, Bakı, 1958, səh. 

43. 

3

 



М

.

Ш



.

Ширалиев


М

.



Ш

.

Рагимов



Азербайджанский

 

язык


. – 

В

 



кн

.: 


Закономерности

 

развития



 

литературных

 

языков


 

народов


 

СССР


 

в

 



советскую

 

эпоху



  (

под


 

общей


 

редакцией

 

Ю

.



Д

.

Дешериева



), 

М

., 



изд



Наука

”, 1979. 




 

630


barədə müəyyən mülahizələrin irəli sürülməsindən 

ibarətdir. Ümumiyyətlə isə, oçerk əsaslı nəzəri bazaya 

malik deyil, daha çox təsviri səciyyə daşıyır. 

Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun 

buraxdığı “Azərbaycan ədəbi dili tarixi (sovet dövrü)” 

kitabında ədəbi dilimizin bu dövrdə keçirdiyi inkişaf 

prosesinin “elmi şəkildə işıqlandırılması” ehtiyacından 

danışılır.

1

 Kitabda fraqmentallıq nəzəri cəlb edir – sovet 



dövrü ədəbi dilimizdə baş verən fonetik-orfoqrafik, leksik-

terminoloji, müəyyən qədər qrammatik dəyişikliklərdən 

bəhs edilir, ədəbi-bədii dilə, eləcə də mətbuat dilinə diqqət 

yetirilir. Bütövlükdə, sovet dövrü ədəbi dilimizə həsr 

olunmuş kitabda elmi-nəzəri ümumiləşmə nisbətən zəifdir. 

50 ildən artıq bir müddətdə Azərbaycan ədəbi dilinin 

sovet dövrünə bir sıra məqalələr də həsr edilmişdir. Lakin 

ümumən bu dövr Azərbaycan ədəbi dilini keyfiyyət faktı 

kimi təhlilə cəlb edən işlər çox azdır. 

Beləliklə, sovet dövrü Azərbaycan ədəbi dilinin bütöv 

bir mərhələ kimi tədqiq olunması sahəsində görülən işləri 

məqbul saymaq mümkün deyil. Məsələnin metodiki 

çətinliyi də var: hər on-on beş ildən ədəbi dilin sovet dövrü 

inkişaf tarixinə yenidən baxmaq lazım gəlir və bu cür baxış 

bəzən mövcud təsniflərin dəyişdirilməsini tələb edir. Elə 

hadisələr meydana gəlir ki, kökləri daha əvvəlki onilliklərə 

gedib çıxır. 

 

Fonetik-orfoqrafik və qrammatik normalar 



 

Şübhəsiz, ədəbi dil ictimai-iqtisadi formasiyanın 

dəyişməsinə uyğun olaraq dəyişmir (50-ci illərin dilçilik 

müzakirələri də bunu təsdiq edir), lakin burası da etiraf 

                                                           

1

 Bax: Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), Bakı, “Elm”, 1982, səh. 7. 




 

631


edilməlidir ki, hər bir ictimai-iqtisadi formasiyanın ədəbi 

dilə özünəməxsus təsiri mövcuddur və bu təsirdən kənarda 

ədəbi dil yoxdur. 20-ci illərdən Azərbaycan ədəbi dilinin 

ideoloji məzmunu dəyişir; ədəbi dil daha çox ictimailəşir, 

kütləvi mədəniyyətə xidmət edən vasitəyə çevrilir. Hər bir 

azərbaycanlının bu gün təhsil imkanları genişlənir, o, 

ictimai-siyasi həyatda fəal iştirak edir, istehsalat 

ocaqlarında, müxtəlif təşkilatlarda keçirilən yığıncaqlarda 

çıxış edir; gerçəkliyi özündə əks etdirən ədəbi-bədii, eləcə 

də publisistik əsərlər meydana gəlir – Azərbaycan ədəbi dili 

bu qayda ilə cəmiyyətin inkişafında iştirak edir. 

XX əsrin əvvəllərindəki ədəbi dil mübahisələri, demək 

olar ki, dayanmır, Sovet hakimiyyətinin ilk illərindən 

etibarən ictimaiyyətin bilavasitə münsifliyi ilə gedir. 

Əlbəttə, dil quruculuğu işində müəyyən yanılmalar da olur. 

Birinci növbədə, ədəbi dilin zənginləşmə mənbələrinə 

münasibətdə – gah bu, gah da digər mənbələrə üstünlük 

verilir. 

İctimai-inqilabi şüurun Avropadan (xüsusilə 

Rusiyadan) qidalanması ədəbi dilin zənginləşmə mənbəyini 

də müəyyən edir; ədəbi ifadənin Qərb (xüsusilə rus) 

standartları əsrlər boyu davam edən Şərq kontekstində 

həzm oluna-oluna yeni keyfiyyət verir – Azərbaycan ədəbi 

dili tarixi-etnoqrafik məzmununu itirmədən müasirləşir. 

Əslində, həmin dövrdə ədəbi dilimizin maksimum 

ictimailəşməsi iki baxımdan diqqəti cəlb edir: 

1) ədəbi dil demokratikləşmə hesabına xalq kütlələrinə 

daha çox yaxınlaşır; 

2) xalq kütlələrinin ədəbi-mədəni səviyyəsinin 

yüksəlməsi nəticəsində ədəbi dil xalq üçün daha çox 

əlçatan olur. 

Bu dövrdə ədəbi dilimizin ideoloji məzmununun 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə