N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə173/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   169   170   171   172   173   174   175   176   ...   194

 

617


ehtiva edir və bunun nəticəsində lüğət tərkibi məzmunca 

milli əsaslar üzərində yenidən qurulur. Bu, sovet dövründə 

Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişaf 

özünəməxsusluğunu müəyyən edən üçüncü cəhətdir və 

bunu şərh etməyə çalışaq. 

Əvvəlcə onu qeyd edək ki, hər üç cəhət bir-biri ilə 

dialektik əlaqədədir və bir-birini şərtləndirir; lüğət 

tərkibinin ictimai, eləcə də üslubi fəaliyyət dairəsinin 

genişlənməsi onun məzmunca yeni əsaslar üzərində 

qurulması ilə bilavasitə bağlıdır, eyni zamanda bu cür 

bağlılığın kökləri, qeyd etdiyimiz kimi, inqilabdan əvvəlki 

dövrlərə gedib çıxır və belə zənn edirik ki, sovet dövründə 

Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişaf 

qanunauyğunluqları bu üç cəhətdən, onun müəyyən etdiyi 

prinsip və parametrlərdən kənarda mövcud ola bilməz. 

Əslində, burada lüğət tərkibinin inkişaf məntiqini 

aşkarlayan kontekst təsəvvür edilir; həmin kontekst həm 

realdır – ədəbi dilin mövcudluğu ədəbi dilin arxasında 

dayanan ictimai-siyasi, ədəbi-mədəni şəraitin mövcudluğu 

şəklində təzahür edir (yəni konkret ictimai-siyasi, ədəbi-

mədəni tədbirlər həyata keçirilir, bu da ədəbi dilə, eləcə də 

müəyyən özünəməxsusluğu ilə leksik normaya təsir edir) 

həm də ideal şəkildədir – siyasi mübarizə gedir, ictimai-

mədəni şüur dəyişir, təfəkkür dəyişir (əlbəttə, bunun da 

çoxlu planları var: ictimai-siyasi, estetik, təsərrüfat-texniki 

və s.). 


İndi üçüncü cəhətə qayıdaq: lüğət tərkibinin sovet 

dövründə məzmunca “sosialist milli əsaslara” malik olması 

nə deməkdir? 

Milli şüurun çiçəklənməsi, inqilabi səviyyəyə çatması 

ilə milli mədəni təfəkkürdə konsentrasiya prosesi gedir, 

tarixən qazanılmış nə varsa, realist prinsiplərlə yenidən 




 

618


işlənir; Azərbaycanda bu proses 20-ci, 30-cu illərdə özünü 

daha aşkar şəkildə göstərir: məsələn, prof. 

Ə.Dəmirçizadənin təbiri ilə desək, sazlı şeir dili ilə yazılı 

şeir dili qovuşur və bu qovuşma kontekstində lüğət 

tərkibinin mənzərəsi müəyyənləşir (əlbəttə, ədəbi-bədii dil 

hüdudunda). Sazlı şeir dili – folklor əsaslı dil öz xəlqi 

leksikası ilə gəlir – bu öz yerində; eyni zamanda, sözə 

estetik münasibəti ilə gəlir. Yazılı şeir dili də onun kimi. 

Ancaq yazılı şeir dilinin leksikası ərəb, fars, türk (osmanlı) 

elementləri ilə zəngindir (daha doğrusu, yazılı şeir dili 

müxtəlif qollara ayrılır, hər qolun da öz tarixi, öz keyfiyyəti 

var). 20-ci, eləcə də 30-cu illərdə – “sosialist milli dilinin” 

(deyək ki, onun ədəbi-bədii ifadə formasının) yaranması ya 

sazlı, ya yazılı şeir dilinə üstünlük verilməsi, ya da bunların 

konsentrasiyası hesabına mümkün idi (lüğət tərkibinin 

keyfiyyəti də burada müəyyən olunacaqdı); bunu isə 

dövrün ictimai-estetik şüuru həll etməli idi… İctimai-

estetik şüur isə xəlqi olanı əsas götürür, yazılı şeir dilindən 

isə o formalar qalır ki, onlar xəlqi olanla qovuşa bilir, yəni 

ilk növbədə kütləvi anlaşıqlığa üstünlük verilir, ikinci 

növbədə isə estetik baxımdan uğurlu olan götürülür; ən 

optimal variant odur ki, həm anlaşıqlıdır (dövrün mədəni-

estetik səviyyəsindən), həm də uğurludur. Ədəbi-bədii dilin 

leksik norması da bu prinsip əsasında qurulur; o sözlər ki, 

klassik mətnlərin, eləcə də XX əsrin əvvəllərində romantik 

şeirin dilində işlənirdi və ərəb, fars dillərinə məxsus idi 

(poetik potensial da əslində bu sözlərin hesabına güclü 

olurdu – M.Hadinin bir sıra şeirlərindəki, Ə.Hüseynzadənin 

qərb ədəbiyyatından tərcümələrindəki kimi), 20-ci, 30-cu 

illərdə şeir dilini tərk edir. 

İctimai-siyasi şüurun dəyişməsi, əlbəttə, ictimai-siyasi 

terminologiyada daha qabarıq şəkildə ifadə olunur. Qeyd 




 

619


etmək lazımdır ki, sosialist dünyagörüşünün anlayışlarını 

ifadə edən leksika hələ 1905-1920-ci illər ərzində, xüsusilə 

bolşevik mətbuatının dilində bir sistem kimi müəyyənləşir: 

sovet, partiya, kommunist, anarxizm, büro, komitet 

(komitə), inqilab, klub, bolşevik, azadlıq, mitinq, tətil, 

üsyan, üsyançı, nümayiş, nümayişçi, qiyam, qiyamçı, siyasi 

tətil, fəhlə hərəkatı, inqilabi hərəkat, millətçi menşeviklər, 

istismarçı siniflər, şura, sosializm, kommunizm, şura 

hökuməti, zəhmət komissarı, Müvəqqəti hərbi inqilab 

komitəsi, materializm, elmi sosializm, kommunist manifesti 

və s.

1

 



Demokratik ruhlu mətbuat sosial məzmunlu leksikanın 

zənginləşməsi uğrunda mübarizə aparır, müxtəlif 

anlayışların daha aydın ifadəsinə, daha demokratik yolla 

kütləyə çatdırılmasına çalışır; nümunələrdən də göründüyü 

kimi, axtarışlar aparılır – morfoloji, sintaktik yollarla yeni 

lüğəvi vahidlər, ifadələr yaradılır və bu söz axtarışında bir 

sıra tərəddüdlər də özünü göstərir: həm sovet, həm də şura 

sözü işlədilir. 

Bolşevik mətbuatında burjua jurnalistlərinin 

Azərbaycan ədəbi dili lüğət tərkibinin beynəlmiləl və rus 

sözləri hesabına zənginləşdirilməsi əleyhinə çıxmaları 

tənqid olunur,

2

 beləliklə, ictimai-siyasi anlayışların, onların 



ifadəsi olan leksikanın ədəbi dildə artması təkcə linqvistik-

lüğəvi bir hadisə yox, həm də mühüm ictimai-siyasi 

məzmunlu hadisə kimi dərk edilir.

3

 



                                                           

1

 



Г

.

Г



.

Салманова

Роль


 

большевистской

 

печати


 

в

 



обогащении

 

словарного



 

состава


 

азербайджанского

 

литературного



 

языка


 (1905-1920); 

АКД


Баку


1958, 


стр

. 9-13. 


2

 Q.Q.Salmanova. Göstərilən əsəri, səh. 20. 

3

 Eyni xüsusiyyət başqa türk dillərinə də aiddir. Bax: “Ugituvc” nəşriyyatı, 



1972, səh. 89-92; 

У

.



Турсунов

Б



.

Уринбоев


Узбек


 

адабий


 

тили


 

тарихи


Тошкент


,; 

Эсемурат


 

Бердимуратов

Развитие


 

каракалпакской

 

лексики


 

в

 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə