N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə170/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   166   167   168   169   170   171   172   173   ...   194

 

608


keçmişdir. Lakin ədəbi dildən çıxan və ədəbi dilə daxil 

olan, habelə yeni yaranan dil vahidlərinin ümumi çəkisinə 

görə bu inkişaf sovet hakimiyyəti illərində həmişə eyni 

səviyyədə olmamışdır. Müəyyən mərhələlərdə yenilik 

çaları olmayan sözlər çox işləndiyi haldı, bəzi dövrlərlə 

yeni sözlərin işləkliyi güclənmiş, ənənəvi olaraq işlənən 

bəzi sözlər isə ya tamamilə dildən çıxmış, ya da başqası ilə 

əvəz olunmuşdur.

1

 Digər tərəfdən isə, ilk zamanlar 



olduğundan həmin dövrdə termin yaradıcılığı prosesi zəif 

idi və s. 

Ədəbi dilimizin inkişafında rus dili, ümumiyyətlə 

götürsək, mütərəqqi rol oynamışdır. Lakin ilk dövrlərdə rus 

dilindən alınan sözlərin hamısı sonralar dilimizin lüğət 

tərkibində vətəndaşlıq hüququ qazana bilməmişdir; 

işlənməsinə ehtiyac olanlar saxlanılmış, bir çoxları isə 

müvafiq qarşılıqları ilə əvəz edilmişdir. İlk dövrlərdə 

kütləvi şəkildə ərəb-fars sözlərinin çıxarılması və sonradan 

onların müəyyən qisminin yenidən qaytarılması da ədəbi 

dildə inkişafın birbaşa axınla getmədiyini, bu prosesin 

özündə də müəyyən ziddiyyətlərin mövcud olduğunu 

göstərir. 

Ədəbi dilin inkişafında adınmaların rolu nə qədər 

böyük olsa da, birinci sırada, əlbəttə, dilin imkanları 

əsasında yaranan söz və ifadələr durur. Daxili imkanların 

əsasında yaranan sözlər də bilavasitə ictimai-siyasi 

inkişafla, elmi-texniki tərəqqi ilə, habelə mədəniyyətin və 

məişətin yüksəliş səviyyəsi ilə bağlıdır. Lakin bu yolla 

yaranan sözlərin heç də hamısı ədəbi dilin inkişafına eyni 

dərəcədə təsir göstərə bilmir. Xüsusən bu dövrün ilk 

                                                           

1

 

Дж



.

Мамедов


Газетный


 

стиль


 

современного

 

азербайджанского



 

литературного

 

языка


Баку


АКД


, 1973. 

И

.



О

.

Мамедов



Лексика


 

газеты


 

Коммунист



”, 

Баку


АКД


, 1974, 

стр


. 33; 

стр


. 36 və s. 


 

609


onilliyində dilin daxili imkanları hesabına yaranmış bir sıra 

sözlər vətəndaşlıq hüququ qazana bilməmiş və unudulub 

getmişdir. Son dövrlərdə də bir sıra alınma sözlər əvəzinə 

yeni sözlər düzəltmək meyili hiss olunur ki, bu meyil, 

əlbəttə, ilk inkişaf dövrlərindəkindən fərqlənir. 

K.M.Musayev göstərir ki, sovet dövründə “türk 

dillərində yeni ümumi sovet leksik fondu yaranmışdır. Bu 

leksik fond ölkənin, türkdilli respublikaların və vilayətlərin 

ictimai-iqtisadi və mədəni həyatında köklü dəyişiklikləri 

əks etdirir”.

1

 Görkəmli tədqiqatçı türk dilləri leksik 



fondunun yeni inkişaf meyilləri ilə bağlı fikrini davam 

etdirərək yazır: “Bununla yanaşı, türk dilləri leksikasının 

inkişafında problemlər də vardır. Bunlardan başlıcaları: bir 

tərəfdən, dilin əsl inkişaf meyillərini nəzərə almadan söz 

yaradıcılığına aludəçilik, digər , tərəfdən, mənası həmişə 

aydın olmayan sözlərin başqa dillərdən alınması ilə bağlı 

aludəçilik. Halbuki alınan anlayışları ifadə etmək üçün 

milli dilin özündə kifayət qədər söz və ya onun daxili 

imkanlarından istifadə edərək yeni söz yaratmaq 

mümkündür”.

2

 

Bu dövrdə Azərbaycan ədəbi dili lüğət tərkibinin 



inkişaf özünəməxsusluğunu müəyyən edən cəhətlərdən 

birincisi ədəbi dilin leksik normasının sovet dövrünə hansı 

keyfiyyətdə gəlməsindən ibarətdir. Bu məsələnin 

aydınlaşdırılması və sovet dövrü Azərbaycan ədəbi dili 

lüğət tərkibinin tədqiqi prosesində daim diqqət mərkəzində 

olması ona görə lazımdır ki, bir neçə əsrlik tarixə malik 

leksik-semantik hadisələr sovet dövründə də fəaldır, onların 

səbəblərinin aşkarlanması zamanı tədqiqatçı dövrün 

                                                           

1

 



К

.

М



.

Мусаев


Ленинские

 

заветы


 

и

 



развитие

 

тюркских



 

языков


 

в

 



СССР

. – 


СТ

, 1988, N 2, 

стр

. 9. 


2

 K.M.Musayev. Göstərilən əsəri, səh. 9. 




 

610


hüdudlarından kənara çıxmağa, səbəbiyyət əlaqələrinin 

arxasınca daha əvvəlki dövrlərə müraciət etməyə 

məcburdur. 

Leksik normanın inqilabaqədərki vəziyyəti ədəbi dilin 

özünün vəziyyəti kontekstində, başqa sözlə, funksional 

üslubların fəaliyyəti hüdudunda təsəvvür edilərsə, biz 

aşağıdakı mənzərənin şahidi olarıq. 

XVI əsrin sonu, XVII əsrin əvvəllərində Azərbaycan 

ədəbi dilinin leksikasında tarixi dönüş baş verir; yüzlərlə 

milli lüğəvi vahid ədəbi işləklikdən qalır,

1

 bununla yanaşı, 



bir cəhəti də qeyd etməliyik ki, ərəb, eləcə də fars mənşəli 

leksika tədricən kəmiyyətcə azalmağa doğru gedir. XVII-

XVIII əsrlərdə ədəbi dilin xalq dilinə daha da yaxınlaşması 

ilə əlaqədar olaraq leksik normanın demokratizmi güclənir. 

XIX əsrin əvvəllərindən etibarən ərəb, fars dilləri ilə 

yanaşı, rus dili də tədricən alınma söz mənbələri sırasına 

keçir. XIX əsrin sonu, XX əsrin əvvəllərində rus-Avropa 

mənbəyi ərəb, fars mənbələri ilə eyni gücdə olur. O mənada 

yox ki, rus-Avropa dillərindən ədəbi dilə keçən sözlərin 

kəmiyyəti ərəb, fars dillərindən keçən sözlərin kəmiyyəti 

ilə eynidir; əslində, ərəb, fars sözləri həddindən artıq 

çoxdur, eyni olan – mənbələrin tarixi-psixoloji nüfuzudur; 

ərəb, fars mənbəsi yüz illər boyu davam edən təsir təcrübəsi 

– ənənəsi, rus-Avropa mənbəsi isə perspektivi ilə güclüdür. 

Əsas lüğət fondu – ədəbi dilin leksik normasının istinad 

etdiyi baza isə millidir, ona görə də iki müxtəlif mədəni-

tarixi mühitin təsiri leksik normanı milli əsaslardan 

məhrum edə bilmir. 

Funksional üslub sahəsi leksik normanın 

mövcudluğunun linqvistik şərti kimi onun fəaliyyəti 

dairəsini aşağıdakı şəkildə müəyyən edir: bədii üslub 

                                                           

1

 Bax: T.Hacıyev. Azərbaycan ədəbi dili tarixi, Bakı, 1976, səh. 54. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə