N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə168/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   164   165   166   167   168   169   170   171   ...   194

 

601


ibarət olar kı, buna qatlanmaq mühill-şərəf olduğu kimi 

böyük bir fəlakəti dəxi mücibdir!.. 

İstiqlalımızı göz bəbəyi kimi müdafiəyə qərar verən bir 

məclisə dinlədiyi bu ultimatumu qəbul etmək hökuməti 

kəndi əlilə dost kisvəsinə bürünmüş düşmənə təslim 

etməkdir! Biz buraya millətin iradə və arzusu ilə gəldik, 

bizi buradan yalnız qüvvət və süngü çıxarmalıdır!.. 

Çıxış mətninin təhlili göstərir ki, burada yad dil 

elementləri (türkləşməmiş ərəb və ya fars sözləri, izafətləri) 

o qədər də az deyil, lakin bu, bütövlükdə anlaşıqlı və eyni 

zamanda mükəmməl dildir – mütəcasir, mütəcavüz, teşyi, 

iğfal, mütəcəsuranə, müvasele, təsapüd, rəxnidar kimi 

“çətin” sözlərlə yanaşı başında Necati adında bir türk 

komandanı durmuşdur; bu şərtlə ki, bu qüvvə bizim 

hürriyyətimizi, istiqlalımızı çığnamasın; bizə sormadan 

hüdudumuzu keçən hər hansı bir qüvvə dostumuz deyil, 

düşmənimizdir  və s. tipli “canlı danışıq dili” elementləri 

işlənir. 

Çıxışda propoqanda, bolşevik, ultimatum, radikal kimi 

Avropa mənşəli sözlərə də təsadüf olunur. 

Ümumiyyətlə, M.Ə.Rəsulzadənin çıxışı siyasi bir çıxış 

olduğuna görə ictimai-siyasi terminologiya ilə zəngindir: 

amali-milliyyə, hürriyyət, istiqlal, istila ordusu, işğal 

ordusu, Qızıl Rusiya ilə anlaşmaq, hökumət, təsapüd, 

radikal bir hökumət, məbusan, tədili-siyasət, lisani-ümumi, 

istiqlali-milli, hüquqi-milləti-təslim, təslim etmək və s. 

XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilinin rəsmi 

üslubu kifayət qədər çevik sintaksisi ilə fəaliyyət göstərir – 

burada həmin üslubun “janr” diferensiasiyasının tədricən 

güclənməsi də müəyyən rol oynayır – müstəqil dövlətin 

yaranması dövlət səviyyəli sənədlərin hazırlanmasına səbəb 

olur. 



 

602


XX əsrin əvvəllərində rəsmi üslub öz normativ 

funksiyasını yerinə yetirməklə yanaşı, mühüm “üslubi” rol 

oynayır – xüsusilə mətbuatda (əsasən, satirik mətbuatda); 

məsələn: 

 

Müştərilərə 



 

1. İdarəmizə müraciət edən təbrizli ağayani-

möhtərəmlərdən iltias edirik ki, məcmuəmizdə dərc olunası 

məqalələri bəqədəriimkan şəhər postu vasitəsilə idarəmizə 

göndərsinlər; çün məqalələr barəsində zəbani sual-cavaba 

vaxtımız azdır. 

2. Təbrizdən və qeyri-şəhərlərdən göndərilən 

məktublar və məqalələr ya farsi dilində, ya türk dilində, 

müxtəsər yazılmalıdır və illa idarəmizin şənində müfəssəl 

və zınqıqrovlu ibarələri, tərif və tövsifləri yazmağa 

yazanların vaxtı və oxumağa bizim vaxtımız nahaq yerə zay 

olur. 


3. İdarəmizə göndərilən məktublar açıq qurani xətlə, 

müəyyən imza ilə yazılsınlar. Tapmacalı tərəssül xəttinə 

təqdilən şikəstə, yəni qol-qanadı sınıq yazılar bizi çox 

zəhmətlərə salırlar. 

4. Məktubun üç səhifəsini təmiz qoyub, qabaqkı yazıq 

səhifəyə yetmiş iki mətləb doldurmasınlar, yetmiş iki haşiyə 

çıxmasınlar, hərfin öz nöqtəsini öz yerində qoysunlar və elə 

rizə yazmasınlar ki, bir zərrəbinə möhtac olaq. 

Əgər bu şərt mülahizə olunmazsa, mümkündür ki

idarəmizə göndərilən məktublara etina olunmaya. 

 

(“Molla Nəsrəddin”, 14 şaban 1339). 



 

 



 

603


Ədəbi-bədii (adətən bədii-publisist) dildə rəsmi üslub 

standartlarından istifadə olunması bədii təfəkkürün 

Azərbaycan milli təfəkküründə, ümumiyyətlə aparıcı 

mövqeyə malik olması ilə bağlıdır. 

 



 

604


 

XX ƏSRİN 20-30-cu İLLƏRİNDƏN SONRAKI 

AZƏRBAYCAN ƏDƏBİ DİLİ 

 

Azərbaycan ədəbi dili sovet dövründə yeni inkişaf 



mərhələsinə qədəm qoydu. Bu mərhələ Azərbaycan ədəbi 

dili tarixində əlifba, orfoqrafiya məsələləri ilə yanaşı, 

leksik, semantik və qrammatik proseslərin də sürətli 

inkişafı dövrüdür. Əlifba və orfoqrafiya məsələləri ilə bağlı 

qərar və göstərişlər əhalinin savadlanması, ümumi mədəni 

səviyyənin yüksəldilməsi kütləvi təhsil sahəsində başlıca 

tədbirlərdən idi. Yeni ictimai-iqtisadi quruluşla, sosial 

inkişaf və elmi-texniki tərəqqi ilə əlaqədar, dildə yeni söz 

birləşmələri, leksik və sintaktik vahidlər meydana çıxır və 

bunların xəlqi ifadə üsulları dilin normalaşması prosesinə 

çox böyük təsir göstərirdi. Bir sıra sözlərin mənaca 

genişlənməsi, yaxud daralması, yeni məna qazanması, yeni 

leksik və leksik-qrammatik vahidlərin yaranması dilin lüğət 

tərkibinin inkişafında mühüm rol oynayırdı. 

Bu dövrdə “dil yalnız məişətdə, ədəbi və elmi əsərlərdə 

yaşamaqla məhdudlaşmayıb, iqtisadi, ictimai həyatın hər 

bir sahəsində və o cümlədən, dövlət idarələrində geniş 

şəkildə işlənmək imkanı əldə etdi”.

1

 

Bütün əvvəlki dövrlərdə olduğu kimi, sovet dövründə 



də Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişafı dilin 

digər yaruslarına nisbətən daha sürətli, daha mütəhərrik 

olmuşdur. Həm də sürət öz keyfiyyətinə görə əvvəlki 

dövrlərdən fərqlənir. Bu sürət ictimai-siyasi həyatdakı 

dinamikaya uyğundur. Təbii ki, bu vəziyyət ictimai həyatla 

bilavasitə bağlı olan, onun hər bir dəyişikliyinə reaksiya 

verən dilə, xüsusilə dilin lüğət tərkibinə dərhal öz təsirini 

                                                           

1

 M.İbrahimov. Azərbaycan dili, Bakı, 1957, səh. 71-72. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə