N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə171/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   167   168   169   170   171   172   173   174   ...   194

 

611


(demokratik və qeyri-demokratik ifadə formaları), 

publisistik üslub (yenə də iki ifadə forması), elmi üslub 

(olduqca qeyri-diferensial şəkildə); ədəbi dilin lüğət tutumu 

da bunlara uyğundur… 

Bədii üslubun demokratik ifadə forması (M.Ə.Sabir, 

C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Vəzirov, 

N.Nərimanov və başqalarının dili) ilə yanaşı, qeyri-

demokratik (əsasən romantiklərin dili) ifadə formasının 

mövcudluğu leksik normanın iki müxtəlif variantını, başqa 

cür desək, sözə üslubi münasibətin iki tipini təqdim edir. 

Variantlılıq, müxtəliflik XX əsrin əvvəllərində getdikcə 

güclənir, eyni zamanda, nəzəri-konseptual şəkildə 

əsaslandırılır. Publisistik üslubda da təxminən eyni hadisə 

baş verir, lakin demokratik ifadə tərzinin, deməli, həm də 

leksik normanın demokratizminin publisistik dildəki 

qələbəsi bədii üslubdakına nisbətən asan başa gəlir, çünki 

publisistik üslubda kütləvi anlaşıqlıq əsas şərtdir və 

mətbuatın dilini kütlə anlamırsa, onun mövcudluğu sadəco 

olaraq mümkün deyil. Ona görə də “Molla Nəsrəddin” 

jurnalı bir neçə on il yaşadığı halda, qeyri-demokratik dildə 

yazan məcuələr, qəzetlər bir neçə ildə öz ömrünü başa 

vurur. 


İnqilabaqədərki dövrdə elmi üslub, qeyd edildiyi kimi, 

olduqca qeyri-diferensial şəkildə idi – elmi üslubun 

daşıyıcısı olan ictimai qüvvələr gücsüz idi; ona görə yox ki

milli təfəkkür elmi mədəniyyətdən uzaq düşmüşdü; ona 

görə ki, elmi təfəkkür ya başqa dillərdə – ərəb, fars, rus, 

Avropa dillərində faktlaşırdı, ya da olduqca publisistik 

şəkildə təzahür edirdi ki, bunu heç cür elmi üslub hesab 

etmək olmaz (Azərbaycanda elmi müəssisələrin olmaması 

elmi üslubun taleyinə həlledici təsirini göstərmişdi). Elmi 

üslubun qeyri-diferensial şəkildə təzahürü isə 




 

612


terminologiyanın zəif inkişafı demək idi. 

İnqilabdan sonra da lüğət tərkibinin bu mənzərəsi bir 

müddət qalır, xüsusilə 30-cu illərə qədər leksik normaya 

münasibətdə tarixi tərəddüdlərin davam etməsi özünü 

göstərir, eyni zamanda, mövcud ictimai-siyasi şərait 

məsələni bir qədər də mürəkkəbləşdirir: ərəb, fars sözlərinə 

qarşı amansız bir cəbhə açılır, əvəzində isə, heç bir 

linqvistik əsası olmadığı halda, inqilabi dəyişikliyi vulqar 

məzmunda başa düşməyin nəticəsi olaraq ədəbi dilə hədsiz 

rus-Avropa sözləri gətirilir. M.A.Şirəliyev bu cür sözlərin 

bütöv bir siyahısını təqdim edir (siyahıya böyük işlənmə 

tezliyinə malik 100-ə qədər söz-termin daxildir) və yazır: 

“Ərəbçilik-farsçılıq deyə, dildə əsrlərdən bəri işlədilmiş 

istilahları çıxarmaq iki böyük səhvə: 1) ehtiyac olmadan 

lüzumsuz Avropa sözləri ilə dilimizin zibillənməsinə; 2) 

bugünkü elmlərimizin, ədəbiyyatımızın onların tarixindən 

ayrılmasına yol vermişdir”.

1

 Beləliklə, bu çox mühüm bir 



cəhətdir ki, sovet dövrü Azərbaycan ədəbi dili lüğət 

tərkibinin inkişafı əvvəlki dövrlərin inkişaf məntiqini də 

ehtiva edir, davam etdirir, yəni linqvistik-psixoloji varislik 

əlaqəsi qırılmır. 20-ci, xüsusilə 30-cu illərdə S.Vurğun öz 

şeir dilini XVIII əsrin demokratik dilinə – M.P.Vaqif 

üslubuna istinadən inkişaf etdirir; M.P.Vaqif dili üçün 

xarakterik olan bir sıra sözləri, ifadələri S.Vurğun da yeni 

tarixi şəraitin faktı kimi işlədir: havalanmaq, ağzı şirin 

sözlü, könüldən könülə yollar görünmək və s. 

Sovet dövründə Azərbaycan ədəbi dilinin lüğət tərkibi 

inqilabaqədərki dövrlərin lüğət tərkibinin keyfiyyətcə 

davamıdır. Belə ki, leksik-semantik normanın bu dövrdə 

kəsb etdiyi keyfiyyət inqilabdan əvvəlki dövrlərdən 

                                                           

1

 M.Ş.Şirəliyev. İstilahlar yaradılmasındakı əsas prinsiplər. – Dil institutunun 



əsərləri, Bakı, Azərbaycan EA nəşri, I cild, 1947, səh. 35. 


 

613


formalaşmağa başlayır. XVIII əsrdən lüğət tərkibində 

özünü göstərən millilik XIX əsr boyu inkişaf edir. XX əsrin 

əvvəllərində güclənir

1

 və daha böyük ictimai-demokratik 



məzmun kəsb edir. 

Beləliklə, Azərbaycan ədəbi dili lüğət tərkibi sovet 

dövrünə istər zənginləşmə mənbələrinə, istərsə də 

funksional üslubi diferensiasiya səviyyəsinə münasibətdə 

özünəməxsus tarixi xarakteri ilə gəlir və bu xarakter onun 

sovet dövründəki inkişafına bilavasitə təsir edir. 

Bu dövrdə Azərbaycan ədəbi dilinin lüğət tərkibi 

ümumxalq dili leksik bazasına istinadən inkişaf edir – 

ümumxalq dilinin leksikası isə qədimdən bəri formalaşa-

formalaşa gəlir, bu mənada ədəbi dilin lüğət tərkibinin 

sovet dövründə ümumxalq dili hesabına zənginləşməsi 

prosesi də, əslində, daha əvvəlki dövrlərlə linqvistik-tarixi 

əlaqənin ifadəsidir. Ümumiyyətlə, “türk xalqlarının şifahi 

yaradıcılıq nümunələrinin dilində terminoloji leksikanı 

zənginləşdirmək üçün imkanlar az deyildir. Epik əsərlərdə 

ümumi biologiyaya, botanikaya, heyvandarlığa və başqa 

sahələrə aid anlayışları ifadə etmək üçün çoxlu terminlərə 

təsadüf olunur. Eyni fikri müxtəlif biliklər sahəsində 

terminologiyanı daha da zənginləşdirməklə qiymətsiz 

mənbə olan dialekt leksikası haqqında da demək olar”.

2

 

Bu dövrdə ədəbi dilin lüğət tərkibi, xüsusilə 



terminologiya, folklor, eləcə də dialekt bazası hesabına 

zənginləşdikcə təbii olaraq daha əvvəlki dövrlərin dil 

enerjisindən istifadə edilir, ona görə də bu dövrdə ədəbi dil 

öz leksik imkanlarını (müasir təfəkkürün ifadəçisi olan 

                                                           

1

 Bax: M.Cahangirov. Azərbaycan milli ədəbi dilinin təşəkkülü, səh. 188. 



N.Cəfərov. Leksik normanın milliləşməsi, “Elm və həyat” jur., 1988, N 7, 

səh. 22. 

2

 

К



.

М

.



Мусаев

Современная



 

терминология

 

литературных



 

тюркских


 

языков


 

Советского

 

Союза, стр.



 8-9. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə