N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə167/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   163   164   165   166   167   168   169   170   ...   194

 

597


mütəfərriq qəsidə, qəzəl və qitələr vardır. Onlardan ələ 

düşəni burada təhrir olunur” (F.Köçərli). 

XX əsrin əvvəllərində dini elmlərin dili dünyəvi 

elmlərin dilindən öz “mürəkkəbliy”i ilə müəyyən qədər 

fərqlənir və görünür. Həmin fərqi nəzərə alaraq bir sıra 

tədqiqatçılar müstəqil üslubdan – “şəriət üslubu”ndan bəhs 

edirlər.

1

 



Lakin “şəriət üslubu”nu ayrıca fərqləndirmək, görünür, 

o qədər də doğru olmazdı, çünki “şəriət üslubu” da elmi 

üslubun tərkib hissəsi kimi özünü göstərir – əlbəttə, “şəriət 

üslubu”nun da özünəxas terminologiyası mövcuddur. 

Bununla belə, hər halda, bu da terminologiyadır… Eyni 

sözləri sintaksis barədə də demək mümkündür – “şəriət 

üslubu”nun sintaksisi elmi üslub sintaksisi tipologiyasına 

daxildir. 

Məsələn: “Qurani-mohidin… sayəsindən məfkum olur 

ki, cin və insan taifələrini xəlq etməkdən həq təalanın 

qərəzi onların həyati-ictimaiyyə üzrə bir din və bir qanunə 

tabe olub qəvaidi-əxlaqiyyə və intizamiyyə təhtində 

kəmali-rahatlıq ilə və etiqadi-səhih və bəsirəti-kəmal üzrə 

ibadət etməkdir. Bu vəzifələri-came islam dinidir… Həyati-

icümaiyyətdə bir qanuni-külli təhqində bir nizam və bir 

etiqadi-səhih üzrə olub dünya asayişini və axirət səadətini 

came olan islam dinidir” (Hacı Şeyx Həsən Mollazadə 

Gəncəvi. Tarixi-islam, Gəncə, səh.3). 

Bu mətndə özünü göstərən terminologiya ədəbi dilin 

elmi üslubunun əsrin əvvəllərindəki terminoloji 

mənzərəsində “muxtariyyət” təşkil etmir, lakin təbiidir ki, 

həmin terminologiya kontekstin funksiyasını əks etdirir. 

Elmi üslubun “şəriət qolu”nun sintaksisi müəyyən 

qədər “mürəkkəbliy”inə baxmayaraq F.Köçərlinin elmi dil 

                                                           

1

 Bax: Azərbaycan ədəbi dili tarixi. Bakı, 1991, səh. 205. 




 

598


sintaksisinə uyğundur: “Həmdi-bihəd və sənayi-biəddi-

mövcud həqiqi mümkünata səza vardır ki, əfradi-insanı 

mikunat arasından hünər və maarifdən ötrü intixab edib və 

onların bətnində müşkülati-ülumə hidayət tapub və dəqaiqi-

sənaye nəfisə istixrac etməgin təbiyə buyurubdur. Müruri-

zaman ilə hor nə qədər əcaib və qəraib ümum əfradi-

insandır zahir olsa, həmusu yeganə olan xaliqin elmü 

qüdrətinə dəlil və bürhandır” (Kimtabi-kətfül-həqayiq, 

Bakı, 1322, səh. 1). 

XX əsrin əvvəllərində elmi üslubun inkişaf səviyyəsi, 

heç şübhəsiz, bədii və publisistik üslubların inkişaf 

səviyyəsindən aşağıdır – bu da milli, bədii, publisistik və 

elmi təfəkkür tiplərinin arasındakı fərqdən irəli gəlir. 

 

Rəsmi üslub 



 

Azərbaycan ədəbi dilinin rəsmi üslubu XX əsrin 

əvvəllərində iki tipoloji ənənə əsasında inkişaf edir: bunları 

şərti olaraq Şərq və Qərb ənənələri adlandırmaq 

mümkündür. Həmin ənənələr tədricən birləşir (yaxud 

birləşmə tendensiyası özünü hiss etdirir). 

Rəsmi üslubun dil potensialının müəyyənləşməsində 

Şərq ənənəsi əsasdır – bu mənada ki, ərizədən tutmuş 

diplomatik dövlət sənədinə qədər bütün rəsmi üslub 

nümunələri XX əsrin əvvəllərinə qədər artıq mövcud idi, 

məhz bu mərhələdən başlayaraq bir sıra sənədlərin Qərb 

ənənəsində hazırlanması prosesi gedir. Məsələn: 

“1) Oktyabrın onundan on beşinə kimi başlanır realni 

uşqolaya qəbul olmaqdan ötri imtahanlar yarımıncı, birinci 

ikinci qlaslara

2) imtahan olunacaq şəhər uşqolasında hər gün saat 

ikidən sonra; 



 

599


3) ərizələri göndərmək olar oktyabrın on beşinə kimi 

şəhər uşqolasına. Poçt ilə və ya vermək olar inspektorun 

özünə; 

4) təyin olunmuş vəqtdə gəlməyən uşaqlar dəxi 



imtahan olunar dəsrə şüru olunandan sonra; 

5) dəsrə gələn uşaqlar özləri ilə bərabər gətirməlidirlər: 

qələm, kağız və çernil…”

1

 



Göründüyü kimi, mətn bütövlükdə rus sintaksisinin 

təsiri altındadır – hətta bu təsir o qədər güclüdür ki, 

bilavasitə tərcüməni xatırlardır (ola bilsin ki, ümumiyyətlə, 

tərcümədir) və Qərb rəsmi düşüncəsinin Azərbaycan dilli 

sənədlərdə nə dərəcədə iştirak etdiyini göstərir. 

Əlbəttə, Azərbaycan Demokratik Cümhuriyyətinin 

yaranmasına qədərki dövrdə rəsmi sənədlər çox nadir 

hallarda yerli xalqın dilində tərtib olunur – bu ancaq o 

zaman edilir ki, birbaşa geniş xalq kütlələrinə müraciət 

olunur, elan verilir və s. (yuxarıdakı nümunədə olduğu 

kimi). Müstəqil Azərbaycan dövlətinin meydana çıxması 

ilə ən müxtəlif sahələrdə (o cümlədən, diplomatik 

yazışmalarda) Azərbaycan türkcəsi işlənir. 

Azərbaycan Demokratik Cümhuriyyətinin sənədləri 

Azərbaycan ədəbi dili rəsmi üslubunun inkişafında xüsusi 

rol oynamışdır. Hər şeydən əvvəl, Azərbaycan 

Parlamentində edilən çıxışları, aparılan söhbətləri, 

mübahisələri xatırlatmaq lazım gəlir – həmin çıxış, söhbət 

və mübahisələrdə Azərbaycan dili müstəqil dövlətin rəsmi 

dili kimi praktik fəaliyyət meydanı əldə edir. 

 

Məmməd Əmin Rəsulzadənin Azərbaycan 



parlamentinin  

27 aprel, 1920-ci il tarixli iclasındakı çıxışından: 

                                                           

1

 Azərbaycan ədəbi dili tarixi, səh. 207. 




 

600


 

Əfəndilər! Mütəcasir bir ultimatum qarşısında 

bulunuruz. Burada təslimdən bəhs edirlər. Fəqət, əfəndilər, 

təslim nə demək!.. Kimə tərki-mövşe ediriz?.. Bizə deyirlər 

ki, hüdudumuzu keçən ordunun başında Necati adında bir 

türk komandanı durmuşdur. Rusiyadan gələn bu mütəcavüz 

ordu, təmin edirlər ki, həyat və məmat mücadiləsində 

bulunan Türkiyəni xilas üçün qoşur. 

Əfəndilər. Türkiyə Azərbaycanın xilaskarıdır. Amali-

milliyyətimizin təbcil edildiyi müqəddəs bir məmləkətdir! 

Onun xilası üçün gedən qüvvəni biz məmnuniyyətlə istiqbal 

və teşyi edəriz. Fəqət bu şərtlə ki, bu qüvvə bizim 

hürriyyətimizi, istiqlalımızı çığnamasın. Halbuki əfəndilər, 

bizə sormadan hüdudumuzu keçən hər hansı bir qüvvə 

dostumuz deyil, düşmənimizdir! 

Duyduğumuz bu propoqanda düşmən propoqandasıdır. 

Bizi iğfal edirlər, yalandır. Gələn ordu rus ordusudur. 

İstila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna 

qonmaqdır. Anadolu imdadına gedəcək bəhanəsilə 

yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq 

istəməyəcəkdir. Qızıl Rusiya ilə anlaşmaq üçün hökuməti

mütləq bolşeviklərə təslim və ultimatumu qəbul etmək 

zilliyyətinə qatlanmağa ehtiyac yoxdur. Bu mütəcəsuranə 

ultimatumu kəmali-nifrətlə rədd etməlidir. İhtilalçı Rusiya 

ilə mübariz Türkiyənin müvasele və tənasüdünü təmin 

etmək zərurətilə radikal bir hökumətin məbusan tərəfindən 

təşkili və bu hökumətə səlahiyyəti-vasiə verilməsiylə tədili-

siyasət etmək qabildir. Məbusan zatən belə bir təşəbbüslə 

məşğuldur. Bu surətlə həm Rusiya ilə bir lisani-ümumi 

tapılar, həm də istiqlali-millimiz rəxnədar olmaz. Eyni 

zamanda Anadoluya imdad məqsədi də hasil olar! Başqa 

cür yapılan hər hansı bir güzəşt, hüquqi-milləti-təslimdən 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə