N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə166/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   162   163   164   165   166   167   168   169   ...   194

 

594


olmaqla yanaşı, böyük müəllim-pedaqoq idilər və bu

onların elmi üslubuna təsirsiz qala bilməzdi. 

Elmi üslubun keyfiyyəti, birinci növbədə, 

terminologiyaya münasibətdə müəyyənləşdirilir – məsələ 

belədir ki, əsrin əvvəllərində terminologiya bir tərəfdən 

(M.F.Axundov və “Əkinçi”dən gələn ənənənin tələbi ilə) 

milli dilə, digər tərəfdən (müxtəlif elmlərin marağı da 

burada böyük əhəmiyyət kəsb edir) Şərq və Qərb 

tendensiyalarına əsaslanır. Müqayisə edək: 

a) Humanitar elmlər üzrə elmi üslubdan nümunə: 

“Sabir əfəndi millətimizin əhvali-ruhiyyəsinə gözəlcə aşina 

olduğu üçün qələmə aldığı maddəni, fikri elə gözəl və dadlı 

bir üslubda nəzmə çəkmiş və müxtəlif donlarda, şəkillərdə, 

əqidələrdə, məsləklərdə aramızda dolaşan milyonlarca… 

necə ki var təbii və həqiqi olaraq elə gözəl təsvir edir ki

oxuduqca həmin əşxas hər birisi kəndinə məxsus qiyafəsilə 

göz önündə birər-birər ötüşməyə başlar, qare biixtiyar o 

adamlara həm acır, həm də acı bir qəhqəhə qoparmaqdan 

kəndini saxlayamaz” (A.Şaiq. Gülzar, Bakı, 1912, səh. 

223). 


b)  Təbiət elmləri üzrə elmi üslubdan nümunə: “Yer 

kürəsinin yüzüni torpaqdan bir qabıq tutubdur. Bu qabıq 

xeyli qalındır. Yerik çökək yerlərini su tutub dəryalar 

əmələ gəlibdir. Ancaq Yer kürəsinin içində odlu əczalar 

vardır ki, ondan buxar yeri dəxi tərkədir…” (Rəşid bəy 

Əfəndiyev. Bəsirətül-ətfal, Bakı, 1907, səh.92). 

c) Texniki elmlər üzrə elmi üslubdan nümunə: “Balıqçı 

əvvəl gün 80 balıq tutdu; ikinci gün 30 balıq əvvəlkindən 

az və üçüncü gün ikinci gündəkindən 40 balıq artıq tutdu. 

Üçüncü gün nə qədər balıq tutdu?” (Üzeyir Hacıbəyov. 

Hesab məsələləri, Bakı, 1907, səh. 34). 

XX əsrin əvvəllərində humanitar elmlər üzrə elmi 




 

595


üslubun inkişafında Firudin bəy Köçərlinin rolu diqqəti 

daha çox çəkir – Azərbaycan ədəbiyyatı tarixinə dair 

tədqiqatlarında o, mükəmməl elmi üslub nümayiş etdirir. 

F.Köçərli termin yaradıcılığında M.F.Axundov 

ənənələrinin yeni şəraitdəki ən böyük davamçısı idi

1

 – onun 



işlətdiyi terminlər aşağıdakı tələblər əsasında seçilir: 

1) terminin türk mənşəliliyi nəzərə alınır; 

2) milli dildə geniş işlənmə təcrübəsinə malik olan söz-

termin götürülür – bu zaman türk mənşəlilərə, yəni xalq 

arasında ən çox anlaşılan söz-terminlərə üstünlük verilir; 

3) tarixi ənənəyə uyğun olaraq işlənmiş Şərq (İslam) 

terminologiyası ilə yeni gələn Qərb (rus-Avropa) 

terminologiyasına ən zəruri hallarda yer verilir. 

Termin yaradıcılığında bu mövqeyi dövrün demokratik 

təfəkkürlü digər elm adamları, lüğət, dərslik müəllifləri 

(S.M.Qənizadə, N.Nərimanov, Ü.Hacıbəyov…) də müdafiə 

edirlər. 

Aşağıdakı mətndə F.Köçərlinin terminologiya 

məsələsindəki mövqeyi aydınlaşır: 

“…Lütfəli bəyin kitabı ilə bizim məcmuənin arasında 

təfavüt çoxdur. Belə ki, mərhum Azər “Atəşgədə”sində hər 

bir şairin tərcümeyi-halına dair müxtəsər əhval yazıb 

əsərlərindən azacıq və bir-birinə münasibəti olmayan 

nümunələr göstərir. Amma biz mümkün olduğu qədər də 

məşhur şüəra və üdəbamızın həm tərcümeyi-hallarına və 

həm asari-qələmiyyələrinə dair ətraflı məlumat vermişik, 

məzkur əsərlərin haqqında öz rəy və təsəvüratımızı yazıb 

tosif və ya tənqidə layiq olan məqam və nöqtələri şərh və 

bəyan etmişik. Hər bir şairin məsləkini, üslubi-kəlamını öz 

əsr və zamanının təqazasınca nə növ əsərlər, vücuda 

                                                           

1

 

Вах



Э

.



М

.

Алибейзаде



Основные


 

направления

 

в

 



развитии

 

азербайджанского



 

литературного

 

языка


 XVIII-XX 

веков


АДД


стр


. 33. 


 

596


gətirdiyini və onların camaatımıza həsn təsirini, xeyir və ya 

zərərini bəqədr qüvvə açıb göstərmişik”. 

Göründüyü kimi, burada çətin anlaşılan, qeyri-

demokratik terminlər də işlənir ki, bunlar dövrün elmi dil 

zövqü ilə hesablaşmağın nəticəsidir. 

Elmi üslubun sintaksisi, dövrün ədəbi dil kontekstində, 

heç şübhəsiz, bədii və publisistik üslubun sintaksisindən 

fərqlənir – elmi üslubda cümlənin “doluluğ”una, sanbalına 

xüsusi fikir verilir: 

“Bixudin (söhbət XIX əsr şairi Molla Ağa Hacı Molla 

Tağızadə Bixuddan gedir – N.X.) bu qəzəli – dil nəziri 

ərbabı nəzərində Füzuli Bağdadinin qəzəlindən ki, ona 

nəzirə olaraq yazılmışdır, nə tərkibi-kəlamda və nə şiveyi-

lisanda və nə də məzmunu mənada heç bir cəhətdən əskik 

deyil. Füzuli kimi böyük şairin kəlamını məhəlli-tənqidə 

qoyub onun eybü qüsurunu göstərməyə, əlbəttə, bizdə o 

qədər bilik və istitaət yoxdur və Bixud kimi ismü əsəri 

naməlum olan mühəqqər bir şairi Füzuliyə bərabər edib, 

onların asari-qələmiyyələrini tərəzinin gözlərinə qoyub 

müvazinə qılmağa cürət etməyib də, hər iki şairin 

qəzəllərindən əvvəlinci və axırıncı beytləri burada nəzəri-

ərbabi-məaniyə təqdim edirik və hansı birisinin digərinə 

tərcih qılınmağını yenə əshablarına həvalə edirik” 

(F.Köçərli). 

Əlbəttə, cümlənin “doluluğ”u, elmi-informativ tutumu 

ancaq onun həcmi ilə müəyyən olunmur. Sadə cümlələrdən 

ibarət elmi üslub mətnində də elmi təfəkkürün tam gücü ilə 

əksini görmək mümkündür: 

“Hacı Seyid Rzanın çox rəvan təbi var idi və lakin onu 

işlətməyə salamat bir yol bulmayıb, qəsidə, mədh və həcvə 

şamil şeirlər inşad etməyə sərf elərdi. Mərhum xeyli xoş 

söhbət və zərif bir şair idi. Asari-qələmiyyəsindən 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə