N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə162/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   158   159   160   161   162   163   164   165   ...   194

 

577


Dolaş iş istər isəsən kargahi-nasutu,  

O boşluğu dolaşınca dolu cahanı dolaş,  

Həyat bunda, əməl bunda kəsbi-məaş. 

 

Nisbətən “asan dildə” yazılmış bu misralarını 



H.Cavidin, məsələn, aşağıdakı misraları ilə müqayisə 

etdikdə aydın olur ki, M.Hadi kifayət qədər mürəkkəb 

obrazlarla düşünən, ərəb, yaxud fars sözlərinin bədii 

semantikasına daha çox əsaslanan bir şair olduğu halda, 

H.Cavidin bədii təfəkkürü başdan-ayağa “türkcədir”: 

 

Yaş zindanlar yuvamız,  



Fəlakət aşinamız. 

 

Ordular yıxan qurşun,  



Olmuş bizim qidamız. 

 

Arxadan, göz aç, aman,  



Qalx ölüm uyqusundan. 

 

Zülmə çox əydin boyun,  



Çox əzildin, qalx, oyan! 

 

…Arkadaş, ayıl bir an,  



Haqsıza olma qurban. 

 

Yetər, miskinlik yetər,  



Qalx! Oyan, oyan, oyan!.. 

 

M.Hadi, yaxud M.Cavidlə yanaşı, lirik-romantik dilin 



ya bilavasitə, ya da dolayısı ilə nümayəndələri kimi 

A.Səhhəti, A.Şaiqi, Y.V.Çəmənzəminlini və b. göstərmək 




 

578


mümkündür, lakin onlar M.Hadi və H.Cavid kimi ardıcıl 

dil-üslub mövqeyi tutmamışlar. 

Lirik-romantiklərin sintaksisi olduqca canlı və 

rəngarəngdir – onlar şeirin bədii intonasiyasına məzmun 

qədər diqqət verirlər və çox zaman məzmun həmin 

intonasiyanın gücünə daha təsirli olur: 

 

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,  



Nə xalq olaydı, nə xaliq, nə eşqi-həsrət olaydı. 

 

Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm,  



Nə aşinayi-vüslət, nə bari-firqət olaydı.  

Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət,  

Nə nur olaydı, nə zülmət nə böylə xilqət olaydı… 

(H.Cavid). 

 

Yaxud: 


 

Uzaq, ey nəcmi-keysudar! Uzaq gəz, ərzə yaxlaşma! 

Uzaqdan pək gözəlsin, mənzərən pək dadlı, pək dilbər. 

(H.Cavid). 

 

Yaxud da: 



 

Üçsaydım, ah, mən o müəlla cəhanlara,  

Yüksəlmək ən böyük əməlim asimanlara. 

 

Artıq xilas olur da əlindən fəlakətin,  



Görməm vicuhi-zəhmətini ərzi-vəhşətin. 

(M.Hadi). 

 

Yüksək pafos, hiss-həyəcan ifadə edən sözlərdən, söz 




 

579


birləşmələrindən istifadə, təkrarlara (həm leksik, həm də 

sintaktik) meyil və s. lirik-romantiklərin dilinin 

sintaksisinin keyfiyyətini müəyyənləşdirən əsas 

əlamətlərdir. Romantik təfəkkür özünəməxsus obrazları 

(aşinayi-vüslət, barifirqət, nuri-məhəbbət, pərdeyi-zülmət, 

mənzərən pək dadlı, yüksəlmək ən böyük əməlim 

asimanlara  və s.) ilə faktlaşır, hətta bilavasitə xalq şeiri 

formasında yazılmış əsərlərdə də həmin özünəməxsusluq 

əks olunur: 

 

Ey saralmış çiçəklər,  



Ey solmuş göbələklər. 

 

Gözü yollarda qalmış  



Mənəkşəm sizi bəklər. 

 

Söndü parlaq əməllər,  



Mən ağlaram, el gülər. 

 

Yaralı, məhzun könül  



Həp çırpınar, həp inlər. 

 

Göründüyü kimi, burada xalq şeirindən daha çox forma 



(zahiri forma) var, obrazlılıq tipi isə lirik-romantik 

ədəbiyyata məxsusdur. 

Maarifçilərin dili.  

Azərbaycanda maarifçiliyin tarixi daha əvvəldən 

başlanır, məlum olduğu kimi, XIX əsrin birinci rübündən 

başlayaraq, bir sıra azərbaycanlı mədəniyyət xadimlərinin 

fəaliyyətində maarifçilik baxışları özünü göstərir. XX əsrin 

əvvəllərində isə Azərbaycan maarifçiliyi mövcud ictimai-

tarixi hərəkatlar içərisində, görünür, ən aparıcılarındandır. 



 

580


Məhz bu hərəkat tədricən milləti, onun mədəniyyətini (və 

ədəbi dilini) təşkil edir, sistemə salır, normativləşdirir. 

Əsrin əvvəllərində yaradılmış məktəblərdə ana dilini 

öyrənənlər 20-30-cu illərdən başlayaraq ədəbi dilin əsas 

daşıyıcıları olub, onun keyfiyyətini müəyyən edirlər. 

XX əsrin əvvəllərində ədəbi dildə ən normal dil 

faktları, tədqiqatçıların tamamilə düzgün olaraq qeyd etdiyi 

kimi, maarifçi dildə özünü göstərir və o normalar sonra da 

sabit qalır; daha müxtəlif dil siyasətləri buraya nüfuz edə 

bilmir, müxtəlif qəzet və jurnal səhifələrindəki, ayrı-ayrı 

müəlliflərdəki dil hərc-mərcliyi buraya yol tapmır.

1

 



 

Mələyim, yavrucuğum, şükr edirəm Allaha,  

Rəhm edib sən kimi nemət mənə ehsan etdi… 

 

Mən səninlə sevərəm ömrü, həyatı, canı,  



Mən səninlə görürəm indi geniş dünyanı… 

(A.Səhhət)  

 

Yaxud: 


 

Oturmuş ana,  

Basmış bağrına  

Nazlı körpəsin,  

Lay-lay der ona. 

 

Uşaq yatmayır, 



Baxıb ağlayır, 

Anası onu 

Bu cür oxşayır… 

(A.Səhhət). 

                                                           

1

 Bax: T.Hacıyev. XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili, səh. 16. 




 

581


 

Maarifçilərin dilinin leksikasının əsasını məktəb (dərs 

kitabı) leksikası təşkil edir, burada mürəkkəb obrazlar (lirik 

romantiklərdəki kimi) olmur, ironiyaya da (satirik-

realistlərdəki kimi) yol verilmir, lakin nə qədər paradoksal 

olsa da, maarifçi ədəbiyyatı yaradanlar, adətən, lirik-

romantiklər və satirik-realistlər arasından çıxan söz 

ustalarıdır – H.Cavid və M.Ə.Sabirin adlarını çəkmək 

kifayətdir… Lakin əsrin əvvəllərində elə sənətkarlar da 

meydana çıxmışdı ki, onlar daha çox maarifçi idilər – 

A.Səhhət, A.Şaiq, S.S.Axundov və b. 

Obrazların səmimiliyi, sintaksisin harmoniyası və 

“anlaşıqlığı” diqqəti xüsusilə cəlb edir: 

 

Parça-parça düşərək quşbaşı, göydən yerə qar,  



Sarılır ağ mitilə boz dərə, çöllər, dağlar. 

 

Bürüyür ortalığı tül kimi bir incə duman,  



Qan birdən sovurur göylərə müdhiş burağan. 

 

Toplayır bir yerə gah qarları bir dağ kimi,  



Gah qazır, gah qaşıyor damları dabbağ kimi… 

 

Don tutur çayları, bağ, ormanı qəm-qüssə alır,  



Qarğalar pırıldaşır, sanki qışa layla çalır. 

 

Qocalır sanki təbiət, ağarır saç-saqqalı,  



Döşəmiş altına əngin ağ, ipək zərli xalı; 

 

İnləyir qarların altında dərə, çöl, torpaq,  



Bağda, ormanda ağaclar görünür çır-çılpaq. 

(A.Şaiq). 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə