N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə160/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   156   157   158   159   160   161   162   163   ...   194

 

569


Elə bir hala düşərsən ki, tükün biz-biz olar… 

 

Mollanəsrəddinçilərdən Ə.Qəmküsar da zamanın 



sintaksisini eyni dərəcədə məharətlə verir – “Şəlalə”nin 

redaktoru X.X.Səbribəyzadənin Azərbaycanı tərk etməsi 

münasibətilə öz satirik emosiyalarını bu cür təqdim edir: 

 

Yaxşı təfsir elə öz rəyin ilə Quranı,  



Çadraya, çarşafa bük, dustaq elə nisvanı, 

 

Qoyma getsin qabağa milləti, qaytar anı,  



İndi Qafqazda böyük bir həyəcandı, getmə! 

 

…Başına cəm edə “həqqi” kimi hər naxələfi,  



Ağzına hər nə gəlir yazsın, itirsin kələfi. 

 

Çap elə birbəbir əşari-qüruni-sələfi, 



Sənə tikmiş hamı gözlər nigarandır, getmə! 

 

Satirik-realist ədəbiyyatın müxtəlif janrlara bölünməsi 



janr diferensiasiyası öz yerində, ancaq ən müxtəlif janrlar 

üçün ümumi olan cəhətlər vardır ki, bunların ən mühümü 

publisistlikdir – istər C.Məmmədquluzadənin 

hekayələrində, dram əsərlərində, istər Sabirin şeirlərində

istərsə də Ə.Haqverdiyevin povest və hekayələrində güclü 

publisistlik mövcuddur. 

Məhz bu cəhət, ümumən əsrin əvvəllərinin ədəbi-bədii 

dilinin ruhuna təsir göstərir – obrazın konkretliyi, hər cür 

mücərrəd ifadə tərzindən qaçılması birinci növbədə 

buradan irəli gəlir… 

Satirik-realistlər “Molla Nəsrəddin” ətrafına yığılıb 

jurnalın dil təcrübəsini müdafiə edirdilər – jurnalın 




 

570


redaktoru C.Məmməlquluzadə yazırdı: “…məcmuəmiz türk 

ölkələrinə çox asanlıqla dağılıb öz sözünü onlara çox asan 

vəchlə yetirə bildi. Bunun səbəbi məhz məcmuənin asan 

dilidir. Onunçun da bu yolda biz bərk durmuşuq və 

tərəddüd və şəkk-şübhə etmirik”. Jurnal, həqiqətən, türk 

xalqları yaşayan müxtəlif regionlarda yayılıb oxunur, 

“Əkinçi”nin gördüyü işi “xüsusi yolu ilə” davam etdirirdi. 

Bununla belə, C.Məmmədquluzadə öz opponentlərinə 

sübut edirdi ki, Azərbaycan dilini inkişaf etdirən, onu 

ərəbləşdirməkdən xilas edən yeganə ölkə varsa, o da 

Qafqazdır, o, burada “xoşbəxt olub”.

1

 



Satirik-realistlərin lirik-romantiklərdən bir fərqi də 

bundan ibarətdir ki, birincilər, əsasən “yerli” dili ədəbi dil 

səviyyəsinə qaldırmağa cəhd edir, ikincilər isə İstanbuldan 

hazır ədəbi dil gətirməyi təbliğ edirdilər

 – 

daha doğrusu, 



praktik olaraq həmin dildə yazırdılar. Mollanəsrəddinçilər 

ardıcıl olaraq (həm nəzəri-publisistik yazılarında, həm də 

dil-üslub praktikalarında) göstərirdilər ki, ədəbi dil ilə

yazıçının, mətbuatın dili ilə xalq dili arasında, “avam 

camaatın” dili arasında uçurum olmamalıdır. Onlar 

“Həyat”ın, “Füyuzat”ın, “Şəlalə”nin dilini və həmin 

orqanların dil siyasətini, Ə.Hüseynzadənin ədəbi dil 

haqqında görüşlərini tənqid edəndə bu nöqteyi-nəzərdən 

çıxış edirdilər.

2

 



C.Məmmədquluzadə xatırlayırdı: “Yazıda böyük 

cürətimiz о oldu ki, açıq ana dilində yazmaqdan biz 

utanmadıq və şərt də budur ki, açıq yazmaqdan utanmadıq. 

Birinci nömrəmizin baş məqaləsində yazmışıq ki: “Acıq 

ana dilində, açıq türk dilində yazmaq

 – 


eyibdir, çünki 

yazanın savadının azlığına dəlalət edir”. Elə böyük 

                                                           

1

 Kamal Talıbzadə. XX əsr Azərbaycan tənqidi, Bakı, 1966, səh. 313. 



2

 Yenə orada, səh. 312. 




 

571


cürətimiz о oldu ki, biz utanmadıq çünki biz görürdük hər 

bir əlinə qələm alan türk bəndəsi “ana” sözünü bir yerdə 

yazmaqdan utanır. “Ana” yerinə “madər” yazır. Ancaq biz 

“ana” yazdıq. Səbəb də bu idi ki, bilmirdik niyə “ana” 

sözünü yazmaqdan utanaq”. 

Mollanəsrəddinçilər dilin sadəliyi deyəndə onun 

bəsitliyini nəzərdə tutmur və təxminən bu cür dil-üslub 

tərzini başa düşürdülər: 

“Evin qabağında, çayın kənarında, çəmənin üstündə bir 

neçə fərş döşənmişdi, bir tərəfdə üç yekə samavar 

qoyulmuşdu və yanlarında otuz-qırx stəkan, nəlbəki, 

nimçələr, qəndlər, mürəbbələr, şirin çörəklər, limon-

partaxallar, kanfetlər, qurabiyələr və qeyri çay ilə, çaysız 

yeməli şeylər, yağlar, xamalar, qaymaqlar, quru yemişlər 

düzülmüşdü” (“Qurbanəli bəy” hekayəsindən). 

Yaxud: 


“Xanım can, bizim qoyunçuluq bir tərəfdən gözəl 

peşədi, həmişə gəzdiyimiz və yaşadığımız yerlər, çəmənlər, 

laləli və çiçəkli dağlar, daşlar... İçdiyimiz nədir? Bulaq 

suları və pak qoyun südü. Amma bu heyvanın yox olmağı, 

üzdən iraq, elə bir dərddir ki, elə bil bir külfətdən bir övlad 

yox oldu” (“Anamın kitabı” pyesindən). 

Dilin sadəliyinin, demokratizminin bəsitlik olmamasını 

sübut edən əsərlər içərisində Mirzə Cəlilin “Ölülər”ini, 

xüsusilə İskəndərin monoloqunu göstərmək lazımdır

 – 


bu 

dil sadə olduğu qədər də canlı, demokratik olduğu qədər də 

bədii bir dildir: 

“Baxın! Baxın! Yaxşı baxın, diqqətlə baxın! Sizin tarix 

kitabınızda bu bir qan ilə yazılmış səhifə olacaqdır. Sizdən 

sonra gələnlər bu kitabı vərəqləyib bu səhifəni görəndə sizi 

yada salıb deyəcəklər: tfu sizin üzünüzə!.. Mənim adım 

kefli İskəndərdir, bəs sizin adınızı nə qoyaq? Mən dağları, 




 

572


daşları, quşları, ayları və ulduzları və dünya-aləmləri bura 

şahid çəkərəm və bu qızları onlara nişan verərəm və 

soruşaram ki, bu camaata nə ad qoymaq olar? o vədə 

hamısı bir səslə cavab verər: “Ölülər”… Mən cəmi 

millətləri bura yığıb təvəqqe elərəm ki, Şeyx Nəsrullahın 

hərəmxanasına tamaşa eləsinlər; o vədə bütün yer üzünün 

tayfaları sizi bir səs ilə adlandırarlar: “Ölülər”… Və bizdən 

sonra gələnlər illər uzunu sizi yada salıb ha deyəcəklər: 

Ölülər… Ölülər…” 

Göründüyü kimi, eyni məzmunlu suallar və həmin 

suallara verilən eyni, bir-birini təkrar edən cavablar, 

müraciət bildirən “baxın!” sözünün bir neçə dəfə deyilməsi, 

həmcins ifadələr monoloqun emosionallığını gücləndirir – 

yazıçı dərin, daxildən gələn iztirabın gücünü canlı xalq dili 

ilə (lirik-romantiklər kimi ərəb, yaxud fars leksikasına, 

anlaşılmaz sözlərə müraciət etmədən) verir. Çevik 

sintaksis, emosional intonasiya, ağrılı ifadələr mətnin necə 

bir güclü hissin, duyğunun təsiri ilə yarandığını sübut edir. 

Əlbəttə, dilin xəlqiliyi o demək deyil ki, dil alınma 

sözlərdən bütünlüklə azad olsun (Sabirin dilində külli 

miqdarda bu cür alınma söz var); məsələ burasındadır ki, 

alınma söz dilə ancaq ən zəruri halda gəlməlidir… Ərəb, 

yaxud fars sözləri hələ bir yana, satirik-realistlər xeyli rus-

Avropa sözləri də işlətmişlər. Məsələn, diplomatiya, 

kandidat, zaloq, qubernator, intelligent, naçalnik, marka, 

teleqraf, universitet, pedaqoq, polkovnik, soldat, 

qradonaçalnik, inspektor, professor, rejissor, senator, 

tema, podrat, stol, revizor, yarmarka, pensiya, pansion, 

provakasiya, politika, tiraj, jurnalist, kompaniya, tamojna, 

şkaf, xozeyin, prikaşşik, kantor, advoqat, revolver, fons, 

mujik, filosof, komitet, konsul, makina, mator, mitinq, 

aeroplan, nota, fotoqraf və s. kimi yüzlərlə sözlərə təkcə 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə