N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə159/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   155   156   157   158   159   160   161   162   ...   194

 

565


Nadir”i yarısınacan oxumuşam, ancaq sən dediyini başa 

düşmürəm və s. 

Satirik-realist üslubda lüğət tərkibi, bir qayda olaraq, 

demokratikdir, xalq dilindən alınmış, hətta bəzən loruluğa 

varacaq qədər demokratik sözlər, ifadələr işlədilir: məsələn, 

ciddi mətləblərdən bəhs edəndə də “Molla Nəsrəddin” bu 

cür həddindən artıq xəlqi yazırdı: “Hərənin bir etiqadı var, 

hər cəridənin bir məsləki var, hər yazıçının bir mətləbi var; 

yoxsa bu işlər bihudə deyil. Heç bir şairə demək olmaz – 

elə yazma, belə yaz; heç bir cəridə sahibinə demək olmaz – 

məsləkini çöndər; heç bir fikir sahibinə demək olmaz ki

qapdığını at, mən qapdığımı tut” (11 dekabr 1911-ci il). 

Satirik dilin böyük ustası C.Məmmədquluzadə ana 

dilinin təmizliyi uğrunda “Molla Nəsrəddin” jurnalının 

mübarizəsinə rəhbərlik edirdi və onun dil təcrübəsi həmin 

mübarizənin məqsədini, məramını daha aydın şəkildə 

göstərirdi: 

“…Sədi əsri deyil. Boş-boş Allahı, çağırmaqla Allah 

işlərini ötürüb, göydən yerə pilləkən qoyub enib gəlib sənə 

kömək eləməz! Lazımdır çalışmaq, çalışmaq, çalışmaq!.. 

Bozbaşdan doymaq istəyirsənsə, qonaqlarını tox yola 

salmaq istəyirsənsə, çölməyə çox ət sal. Yoxsa “Bismillah” 

deməklə insanlar tox olsalar, dəxi dünyada aclıq olmaz” 

(“Molla Nəsrəddin”, 6 yanvar, 1912). 

Yaxud: 

“…İndiki zamanda eyibdir belə sözləri danışmaq… 



Mən ölüm, Əhməd bəy, lotu-lotuyana mənə bir de görüm, 

heç görübsən və eşidibsənmi ki, xan kəndlinin salamının 

cavabında ona deyə əleykəssəlam? 

Belə şeyləri qəzetdə yazmağın bəs deyil, hələ deyirsən 

müsəlmanlar qəzet oxumurlar” (“Molla Nəsrəddin”, 22 

sentyabr, 1905). 




 

566


C.Məmmədquluzadənin ana dilinin xəlqiliyi uğrunda 

apardığı mübarizəni onun “əməl dostları” davam etdirirlər 

ki, bunların içərisində M.Ə.Sabir ayrıca mərhələ” təşkil 

edib “sabiranə dil-üslub” tipologiyası yaradır: 

 

Saxtə bir xətti-xam ilə mənə kağız yazıb,  



Ey məni təhdid edən min dürlü təkidat ilə! 

 

Böylə “Xortdan gəldi, dur qaç” sözlərin get tiflə de – 



Zatını Sabir tanırkən, qorxmaz əvhamat ilə! 

 

Sabirin ədəbi-estetik məramı onun dil-üslub məramını 



müəyyənləşdirirdi – Füzulini dərindən bilən və Füzuli 

“tilsim”indən çıxıb orijinal sənət (və sənət dili) yaradan 

görkəmli şair “müasir-mərama xidmət edən” məktəb qoyub 

getdi. Füzuli romantizmi XX əsrin əvvəllərində inqilabi bir 

gedişlə Sabir realizminə çevrildi: 

 

Seyli-tən oylə təməvvüclə alıb dövrü bərim,  



Bənzərəm bir qocaman dağə ki, dəryada durar! 

 

Döysə də canımı minlərcə məlamət ləpəsi,  



Zövrəqi-himmətim əvvəlki təmənnadə durar! 

 

Bisütun sinəsinə dəysə də min tişə, yenə  



Cövrə təmkin edərək durduğu məvada durar! 

 

…Nə qəm, uğratsa da bir gün məni ifnayə zaman,  



Mən gedərsəmsə, məramın yenə dünyada durar! 

 

Sabir zaman-zaman “tipi öz dili ilə danışdırmağ”ın 



ustasına çevrilir – tip özünü guya tərifləyir, “mərifətli” 


 

567


sözlər işlədir, əslində isə, aşağıdakı şeir parçasında olduğu 

kimi, simasızlığını, riyakarlığını açıb göstərir: 

 

Sanma bir məsləki təqib ilə möhkəm qalaram,  



Əlli arxın suyunu gündə bir arxa calaram! 

 

Kefimin gəlməsinə bax, nə gərək yaxşı-yaman? 



Mən gəhi mixi, gəhi nəli döyüb tapdalaram. 

 

Tipi öz dili ilə ifşa etmək Sabirin stixiyası idi – Sabir 



mətləbi bu mövqedən daha aydın, daha iti görürdü… 

“Azərbaycan xalqının təkcə bədii düşüncəsinin deyil, 

bütövlükdə milli təfəkkürün tarixində və deməli, bu 

təfəkkürün ifadə forması olan dilinin tarixində XX əsr 

satirik fikri öz dili ilə birlikdə yeni mərhələ yaradır; onsuz 

da hazırcavab satirik-yumoristik nitq vərdişinə malik olan 

xalqımız yeni satira mədəniyyəti əldə edir”.

1

 Xəyalpərvər 



romantizm əvəzində həyati realizm ədəbi-bədii nitq 

proseslərinin əsasında durmağa başlayır, lakin bu, romantik 

dil potensialının inkarı hesabına olmur. “Molla Nəsrəddin” 

jurnalı sonralar yazmışdı: “Füzuli “Molla Nəsrəddin”in 

birinci nömrəsindən başlayıb bu-günə qədər məcmuəmizdə 

iştirak etmiş və şerlər yazmışdır... İnanmırsınız götürünüz 

“Molla Nəsrəddin” məcmuəsinin 20 illiyini, tökünüz 

qabağınıza; hansı şerə baxsanız, görəcəksiniz ki, onda 

Füzulidən bir duz vardır...” (“Molla Nəsrəddin”, 23 may, 

1925-ci il). 

Satirik-realistlərin dilinin sintaksisi çox zəngin olub 

xalq dilinə əsaslanır – klassik nitq standartlarından bu və ya 

digər dərəcədə imtina etmək, “hər dəfə yenidən” xalqdan 

gəlmək mollanəsrəddinçilərin sintaksisinin keyfiyyətini 

                                                           

1

 Azərbaycan ədəbi dili tarixi, Bakı, 1991, səh. 194. 




 

568


müəyyən edir: “Mən gələn məqalələrimdə heç maralımın 

adını yazmayacağam, çünki hər maralım özü özünü 

tanıyacaq. Qarelər üçün də bu adların bir elə əhəmiyyəti 

yoxdur; maralın adı istəyir Rəmazan, istəyir Şəban, istəyir 

Səfər, istəyir Rəcəb olsun, qare üçün bir təfavüt etməz. 

Ancaq maral olsun. Bu maralın adı hərçənd Qasım əmidir, 

amma Qasım əmi bir maral deyil, neçə yüz, bəlkə, neçə 

min maralı yığıb bir yerdə yoğurub içindən bir maral 

çıxarıb adını Qasım əmi qoymuşam” (“Molla Nəsrəddin”, 

1 avqust, 1910). 

Göründüyü kimi, bu dil adi danışıq dilidir – canlı nitqin 

intonasiyasını mühafizə edir. Bu cür “şifahilik” Sabirin 

dialoq əsasında qurulmuş şerlərində də özünü göstərir: 

 

– Görmə! – Baş üstə, yumaram gözlərim. 



– Dinmə! – Mütiyəm, kəsərəm sözlərim. 

 

– Bir söz eşitmə! – Qulağım bağlaram. 



– Gülmə! – Pəkey, şamü səhər ağlaram... 

 

Təxminən eyni cür canlılıq Sabirin daxili narahatlıq 



ifadə edən, obrazın həyəcanlarını, emosiyalarını əks etdirən 

şerlərində (demək olar ki, bütün şerlərində) müşahidə 

olunur – bu, dövrün, zamanın ehtirasları, düşüncələri, 

narahatlıqlarıdır; bu, dövrün, zamanın intonasiyasıdır: 

 

Gəlirəm yazmağa bir kəlmə, tutursan əlimi, 



Qorxuram ya nə üçün, çünki kəsirsən dilimi. 

Ey əcəb, mən ki səadət yolunu azmayıram, 

Hələ gördüklərimin dörddə birin yazmayıram. 

…Sən əgər söz verəsən: “Qorxma, qıl əhvali-rəqəm”... 

Vəzi-halın yazılarsa zili zlü bəmi bəm. 



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə